2013-CÜ IL AZƏRBAYCAN XALQI ÜÇÜN BIR ŞANSDIR (19-12-2012, 13:28)
Qurban Məmmədov: “Əgər dəyişiklik olmasa bilin ki, səbəb müxalifət liderlərinin satqınlığı, xəyanəti və birləşməməsi olub”
Gundemxeber.az Son günlər məşhur vəkilQurban Məmmədov sosial şəbəkələrdə diqqət mərkəzindədir. O, əsasən müxalifətin bir yerdə olması üçün çağırışlar edir və 2013-cü ilin son şans olduğunu bildirir. Qarşıdan gələn prezident seçkiləri və bu seçkilərdə müxalifətin üzərinə düşən məsuliyyət haqqında suallara da dünən Qurban Məmmədov cavab verib.
– Qurban bəy, qarşıdan 2013-cü il prezident seçkiləri gəlir. Son zamanlar siz xüsusilə aktivlik nümayiş etdirirsiniz. Seçkilərlə bağlı mövqeyiniz və düşüncəniz nədən ibarətdir?
– Fikrimcə, Azərbaycanda növbəti prezident seçkiləri əgər bu rejimin nəzarəti altında keçirəcəyiksə, deməli növbəti cinayətə, yəni hakimiyyəti zorla əldə etmə və saxlanması cinayətinə qanuni don geyindirilməsi prosesində iştirak edəcəyik. İkincisi, normal seçki mühiti yaradılmayınca, bu seçkidə iştirak…

