Əlaqə vasitələri

DƏHŞƏT: Azərbaycanda söz azadlığına hücum.

Tərtər vəhşətləri, işgəncələr, qətllər, Azərbaycandakı vəziyyət və ondan qurtuluş yolları barədə siyasətçi-yazar Abid Qafarovun qələmə aldığı “Andaluniya” romanı 27 aprel 2024-cü ildə AMEA-nın parkında keçirilən kitab sərgisində polis tərəfindən müsadirə edilib, kitabın satışına qadağa qoyulub və sərgidə kitabı təqdim edən Tərtər zərərçəkmişi Ruslan Fərzəliyev qanunsuz olaraq, Yasamal rayon polisi tərəfindən 4 saatadək saxlanılıb. Bu, Azəbaycanda söz azadlığına qarşı törədilən ilk və dəhşətli hadisədir. Mən xalqımızı, ziyalıları və Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkiltları, xarici dövlət səfirliklərini bu hadisəyə etiraz etməyə çağırıram. PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Əsl müxalifətçi ailəsinə “Koronavirus (COVID-19) yardımı” verməmək üçün rejimin alçaqlığı barədə. Gərəyiniz olar!

Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına Iddiaçı: Məmmədova Günel Qurban qızı Ünvanı: iddia ərizəsində olduğu kimi Əlaqə tel: iş materiallarında olduğu kimi Bakı İnzibati Məhkəməsinin (Hakim: Nəriman Abıyev) 2-1(112)-5644/2021 saylı  08.09.2021-ci il tarixli Qərarına dair APELLYASİYA ŞİKAYƏTİ Mübahisənin predmeti və işin faktiki vəziyyəti Hörmətli hakimlər! Mən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinə 07.01.2021 -ci ildə elektron qaydada ərizə ilə, 12.01.2021-ci ildə isə poçt vasitəsi ilə ərizə göndərərək,  qanunla dövlətim tərəfindən mənə ödənilməli olan aylıq  190 manatın, ödənilməmiş bütün aylar üzrə…

davamı burada...

Tərtər-1767: Dövlət Terroru !

Azərbaycan Respublikasının Baş Prokuroru K.Əliyevə Ərizəçi: : Ocaxverdiyeva Rəvanə Səlim qızı (zərərçəkmiş Ocaxverdiyev Ruslan İlham oğlunun hüquqi varisi ) Ünvanı: Şəki şəhəri, M.Cəbrayılov küçəsi-14. Əlaqə telefonu: ———– Ocaxverdiyev Ruslan İlham oğlunun öldürülməsində bütün iştirakçıların: təşkilatçı, təhrikçi, köməkçi və icraçıların hamısının müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi və zərərçəkmiş kimi hüquqlarının bərpa edilməsi barədə. ŞİKAYƏT Hörmətli Baş Prokuror. Mənim həyat yoldaşım Ocaxverdiyev Ruslan İlham oğlu xidmət etdiyi 190 saylı hərbi hissədə 2017-ci ilin iyun ayının  16-da saxlanmış, verilmiş vəhşi işgəncələr nəticəsində elə həmin gün də qətl edilmişdir. Həyat yoldaşımı öldürənlər ona, ermənilərə işlədiyini, dövlətə xəyanət etdiyini boynuna almağa məcbur etmək üçün işgəncə veriblər. Həyat yoldaşımın qətlinin əsil səbəblərini, sifarişçiləri və təşkilatçıları gizlətmək məqsədilə, 2018-ci ildə Respublika Hərbi Prokurorluğu tərəfindən 172286049 saylı…

davamı burada...

Aydın Candan Qurban Məmmədli və İsa Sadıqova yönəli möhtəşəm yazı və Etibar Qəribdən möhtəşəm reaksiya.

Beynəlxalq mətbuat günündə, Anamın ad günündə və bu gözəl may ayında beynəlxalq aləmdə ölkəmiz dəyərli oğyullarımız haqqında yayımlanan bir epizoda yazdım! Qisas vampirliyi, yoxsa vətəni təpəgözdən xilas etmək istəyi?Qurban bəyin qurbanlarla mübarizəsi, “hərbçi” olmayan İsa Sadıqovun şərəfi kimi olmayan xəyanətlər haqqında sərt faktların konstatasiyası üzərində gəzişmələr…Olduğun məkandan asılı olmayaraq, informasiya əldə edə bilərsən, amma və lakin… nə dərəcədə həqiqət olmağını YERİNDƏ aydınlaşdıra bilərsən!Həm hadisə, həm də yerində olmayan Qurban Məmmədovun və İsa Sadıqovun aprelin 30-dan azerifreedom-un xəttiylə sosial şəbəkələrdə yayımlanan məlum bölümündə hədəfə… Mais Bərxudarov da gətirilib!Dilə gətirənin kimliyi o halda önəm daşımazdı ki, dilə gətirənə də, rəy verənə də şəraiti sıravi adam yaradaydı!İkisi də ictimai-siyasi həyatda personadır: Qurban Məmmədov kifayət qədər informasiyalı, savadlı, məntiqli, cəsarətli, faktlarla necə və nəfə…

davamı burada...

Qurban Məmmədovla bir çox problemlərə aydınlıq gətirən müsahibə.

AzerFreedom TV-nin sahibi Qurban Məmmədovla müsahibə. Qarabağ müharibəsi  Respublikamızın  tarixində qara ləkə olan çox vacib bir hadisəni kölgədə qoydu, arxa plana itələdi. Ancaq yaddan çıxmadı, çünki belə hadisələr unudula bilməz və unudulmamalıdır. Əks-təqdirdə, dərəbəylik idarəçilik normasına çevrilər və bir müddətdən sonra insanlar dövlət, polis, məhkəmə müdafiəsi görmədiklərinə görə, öz yurdlarını tərk edərlər. Bu proses Azərbaycanda, asta-asta da olsa, 4 iyun 1993-cü ildən başlayaraq davam edir. Bir çoxlarına qəribə görünsə də, yüz minlərlə insan tərəfindən başa düşülməsə də, həmin hadisədən zərər çəkən əsas şəxs də sanki bu hadisəni unutdu və 27 sentyabr 2020-ci ildən, yəni Qarabağın azadlıq müharibəsi başladığı andan etibarən, ona qarşı tərədilmiş bu dəhşətli, misli görünməmiş cinayəti kənara qoyub hakimiyyətə, daha dəqiq desək, şəxsən Ali Baş Komandan İlham Əliyevə…

davamı burada...

Kəramət Böyükçöl: “Ziyalı harayı-vicdanın üsyanı”

Kəramət Böyükçöl Cəmiyyət çox böyük psixoloji gərginlik içindədir. Adamlar yorulub. Mövzular tükənib. Camaat boğaza yığılıb. Sonrası nə ola-ola, harda qırıla-qırıla janrında bir həyat yaşayır hər kəs. Ədalətsiz hakimiyyət, anormal idarəçilik, cahil kütlə və bütün bunların fonunda kənardan dəli kimi görünən ağıllı adamlar. Heç nə öz yerində deyil. O gün bir nəfər gəlib kitabımı aldı. Çox səmimi bir oğlan idi. Axırda məlum oldu ki, adam polismiş. Mənə deyir ki, borc pul tapıb iki sot torpaq almışam, İcra hakimiyyəti və əlavə 10-15 yerdən rüşvət istəyirlər, tikməyə qoymurlar. Neyləyim, bilmirəm. Deyir, gedib çəkib işıqlandıra bilərsən? Sona tərəddüd edir, deyir, amma bilməsinlər mən ev tikdirirəm, birdən işdən çıxararlar. Sonra qayıdır ki, ya da çəkmə, lazım deyil. Adama əmr versələr, boynumdan cırcıramanı quyruğundan tutan kimi…

davamı burada...

Tofiq Bayram: “Ana dilim”

Qalxıb Şahdağına söz istəyirəm, Çatsın hay-harayım dinləyənlərə, Mən nankor deyirəm, nacins deyirəm – Öz ana dilini bilməyənlərə! Bu dil şirinlikdə şərbət kimidir, Saflığı qorunan sərhəd kimidir, Anamız Vətən də qürbət kimidir – Öz ana dilini bilməyənlərə! İtsin gözlərimdən qoy ilim-ilim, Qəzəb ümmanıyam, yoxdur sahilim. İlan zəhərindən acıdır dilim – Öz ana dilini bilməyənlərə! Döyüşdə bərkiyib el polad olur, Zirvəyə uçmağa dil qanad olur. Torpağın sevinci, dərdi yad olur – Öz ana dilini bilməyənlərə! Mən qədim “Qarabağ şikəstəsi” yəm, Üzeyir nəfəsli gül dəstəsiyəm. Vaqifin, Vurğunun nifrət səsiyəm – Öz ana dilini bilməyənlərə! Yad dildən pay umub kişi dilənməz, Bu ləkə üstündən heç vaxt silinməz. Füzuli şeirdə kimdir bilinməz – Öz ana dilini bilməyənlərə! Beyninə girmədi, ana öyüdü, Əsilsiz yaşayıb o küt…

davamı burada...

Azerbaycan Üzerinde Güç Mücadelesi: Elçibey ve 1993 Darbesi

Öz Azerbaycan hem Türkiye hem de bulunduğu bölge için en önemli ülkelerden bir tanesidir. Yeraltı kaynakları bakımından çok zengin olan ülke, aynı anda hem Türk, hem Rus, hem de Fars etki alanı içinde bulunmaktadır. Etnik bakımdan Türkiye ile kuvvetli bağları olan bu Güney Kafkasya ülkesi dini bakımdan İran’ın, tarihsel bağlar açısından ise Rusya’nın yakınında yer almaktadır. Yıllarca Sovyet idaresi altında yaşayan Azerbaycan halkı bağımsızlıklarının hemen ardından kendilerine güçlü bir müttefik bulmak zorundaydı ve aniden bu zor tercih ile baş başa kalmışlardı. Bu yazımızda Azerbaycan’ın kaderini belirleyen bir yol ayrımından yani 1993 Bakü Darbesi’nden bahsedeceğiz. Giriş Azerbaycan tarihine kısaca baktığımızda sürekli olarak farklı devletlerin egemenliğine geçmiş bir bölge görmekteyiz. Yıllar süren Fars ve Rus egemenliğinden sonra Birinci Dünya Savaşı sırasında Enver…

davamı burada...

Aydın Canıyev: “2019-da yazılanlar”

Borcunu ödəmədiyimiz ömrün borclu illəri. Bu il də böyümədik, yenə bir il kiçildik! İllərdir, əsrlərdir kiçilə-kiçilə gəldiyimiz kimi! Bu il də aydınlaşdırmadıq ki, ingilismi, almanmı, rusmu, bəd ayaqda, ermənimi olaq? Bu ilin də təzə nəfəsi, imzası olmadı – heç bir sahədə! Yenə əvvəlki illərdə şair, nasir, jurnalist, idmançı, alim adına kimsə ortaya &;ıxırdı! “Əlvan və qara metalların təkrar emalı zavodu” da işləmir, heç olmasa köhnələrin sıçrayış edib yeni zirvələri fəthini alqışlayaq. Sabahda-zadda müxalifət də “Zirvə” toplantısını köhnələrlə keçirəcək. Hakimiyyət də – həm qocalıb, həm köhnəlib, həm də… Sabit və düzxətli inkişafı olmadı bu dövlətin də, hakimiyyətin də, iqtisadiyyatın da, ədəbiyyatın da, mədəniyyətin də! Bütün sahələrdə qoçu təfəkkürü sərgiləndi! Üstəlik də, ən murdar formada – söyüş, təhqir, hədə-qorxu, yalan, riya ən…

davamı burada...

Sərdar Cəlaloğlu: “Rusiyada türk mənşəli çarların hakimiyyətinə kimlər və niyə son verdi?”.Jirinovskiyə dərs.

Sərdar CƏLALOĞLU Azərbaycan Demokrat Partiyasının sədri  Cənab Jirinovski! Azərbaycanda özünə hörmət edən heç bir siyasətçi sənin türk, islam və Azərbaycan dövləti haqqında tarixi həqiqətləri ört-basdır və təhrif etməklə, zaman-zaman sərsəm çıxış və bəyanatlarına cavab verməyi özünə sığışdırmır. Çünki səni Azərbaycanda “Kreml təlxəyi” kimi tanıyırlar. Avropada da sənin çıxışlarına məhəl qoymurlar. Sənin partiyan ilk dəfə Dumaya seçkilərdə 6 milyon səs yığdıqdan sonra, Avropa analitikləri rus xalqının ruhi vəziyyəti ilə bağlı əndişələrini ifadə etmişdilər. Onlar belə hesab edirdilər ki, ağlı başında olan kimsə sənin kimi ağır psixoloji-ruhi vəziyyətdə olan insana səs verməz.. Rusiya dövlətində tutduğun mövqe və titulların səbəbindən, bəzi sadəlövh insanların sənin sözlərinə inana bilməsini nəzərə alıb, mən bu yazımla sənin bu günə kimi səsləndirdiyin və bundan sonra da səsləndirəcəyin fikirlərə cavab yazmağa ehtiyac…

davamı burada...

Qurban Məmmədovla əlbir olan “şəbəkə” çökdürüldü

Uzun müddətdir ki, ölkəmizin təhlükəsizlik orqanları xaricdə yaşayan, “söyüş kampaniyası” aparan və xarici kəşfiyyat orqanlarına işləyən bir qrup bloqerin izinə düşüb. Nəticə tam bizim istədiyimiz kimi olmasa da, onlardan bəziləri elə yerindəcə, bəziləri tutularaq ölkəyə gətirilməklə, susduruldu. Amma təəssüf ki, bir qrup şəxsin arxasında böyük dövlətlərin kəşfiyyat orqanları durduğundan, hələ onlarla “baş etmək” mümkün olmayıb. Bunlardan bir də 2018-ci ildə İngiltərəyə köçən və orada özünə “AzeriFreedom” adlı “Youtube” kanalı yaradan Qurban Məmmədovdur. Bu, həmin Qurban Məmmədovdur ki, müxtəlif qondarma ittihamlarla üç dəfə həbsə atılmağına baxmayaraq, yenə də öz tutduğu yoldan dönməyib. Təbii ki, Londonda oturub, bizm ölkəmizi “qarışdırmağı” öz qarşısına məqsəd qoyan Q.Məmmədova külli miqdarda vəsait lazım idi. Çünki hakimiyyətimiz tərəfindən illərlə inamlı və davamlı basqılar onu ölkəmizdə müflis vəziyyətə…

davamı burada...

Aydın Can: “Hərənin öz həqiqəti var…”

Ey siz… İmkan verin Kəramət yaşasın! Minnət qoymayın boynuna!və yaxud “Kefli İsgəndər”liyi “kor(un) oğlu”ya çevirib, Sərxoş (Alkaş) İsgəndərliyə endirməyin! istəmirdim yazam… içkili və depression dönəmdə dediklərinə görə! Özümdə də olub elə şeylər, yazmazdım da – statuslarımın skrinşotları hamıda var! Ancaq vicdan deyilən bir şey var! Vicdan və həm də ədalət! Özünü vicdanlı və ədalətli göstərən (bəli, məhz göstərən!!!) hər bir kəsin yazdığını oxudum! Təəssüf etdim! Demirəm hamısından ağıllı və düz yazanı mən olacam indi bu az ağlımla, fəqət… ədalət istəyən adamlar vicdanlı olmadı, vicdanlı olan adamlar ədalətli olmadı!Görünür, həm vicdanlı və həm də ədalətli adamlar qıtlığındandır ölkənin bu durumu! Kəramət haqlıydı dediklərində? Tutulub?Siz davam edin Kəramətlik etməyə! Kəramət doğruydumu, vicdanlıydımı dediklərində? Deyin onun doğru və vicdanlı dediklərini – şeir demirdi,…

davamı burada...

Əli Quliyev: “ALLAH(c.c) da var, onu da yazın.”

Müxalifət bütün resursları ilə : sosial şəbəkələrdə , internet “TV”lərdə bütün cəbhə boyu Qurban Məmmədova qarşı son dərəcə murdar bir kompaniya başladıb. Hətta və hətta iqtidarın onlara qarşı apardığı mübarizədən daha iyrənc ! Əllərində imkanları olsa , ona qarşı  iqtidarın Gəncə hadisələrində həbs olunanlara qarşı , Tərtərdəki əsgər və zabitlərə qarşı törədilən işgəncələri verməkdən belə çəkinməzlər ! Nə baş verir ? Qurban Məmmədova atılmayan iftira , şər-böhtan qalmadı daha ! Qurban Məmmədovu DTX agenti , klan adamı , şəriət dövləti quran , müxalifəti parçalayan , rejimə işləyən satqın adlandıranlar , onu erməni adlandıranlar ( Qurgen ) siz hansı ƏXLAQIN ,hansı LƏYAQƏTİN daşıyıçılarısınız ???!!! Azərbayçanın bu günkü rəzil vəziyyətdə , insanların həyatla ölüm arasında çarpışmasının ,haqsız- hüquqsuz kölə vəziyyətində yaşamasının səbəbkarı…

davamı burada...

Aydın Canıyev: “Aprel… “vinetka”sı!”

Mən Aprel Şəhidlərindən yazmalıydım. Yazmadım! Yazmadım ki, qənaətimdə budur: Azərbaycana Tarix Şəhidləri, Tarix Qəhrəmanları, Tarix Sərkərdələri, lazımdı, Təsəlli şəhidləri yox! Və özü də Bütöv Azərbaycanı əldə edən şəhidlər! Bir təpəlik qəhrəmanlığa Tarix və Düşmənlər hər zaman istehza edib, edir, edəcək! Hətta bütün Qarabağ və ətraf 7 rayon azad edilsə belə, bir kənd düşməndə qalsa, yenə… kafi deyil! Ancaq Aprel şəhidlərindən yazılan hər yazının (oçerkin, portretin, şeirin, poemanın, hekayənin, romanın) ürəyimin başında yeri var… SÖZARASI: Babam kənddə – kolxozda işləyirmiş, hər ilin də axırında kolxoza borclu qalırmış. Hər dəfə bizim üçün zülmlərə qatlaşdığını deyən, əməyini qiymətləndirməyini istəyən atam bunu tez-tez bizə danışardı, bir dəfə soruşdum ki, bu necə ola bilər axı? Danışdı. Və mən o söhbətdən sonra yaxşı işi də, pis…

davamı burada...

Zabil Həsənov: “Qurban Məmmədov özü etiraf edir…”

Qurban Məmmədov özü də etiraf edir ki, o, vəzifədə işləyə bilməz və buna xarakteri imkan vermir. Bu ifadədə həqiqət payı çoxdur və mən Qurban bəyin bu fikirini açmasını aşağıdakı kimi şərh edərdim: “Belə mentalitetə malik xalqa rəhbərlik etmək mənlik deyil”. Belə baxanda əslində rəhbərlik üçün bütün yüksək keyfiyyətlərə malik olan Qurban bəy həm də nöqsanlara qarşı barışmaz mövqeyindən geri duran adam deyil və nə yazıqlar ki, biz belə şəxsləri çox vaxt arzuolunmazlar sırasına yazırıq. Bizim mentalitetdə vəzifəli adamın öz obrazı var və elə təkcə vəzifəli adama onun qohum-əqrabasının gözü ilə baxası olsaq, “Mozalan” satirik yurnalı üçün maraqlı bir sujet alarıq. Səni yıxıb sürüməyincə əl çəkəsi deyillər. Əgər insan kütləsi qarşısında məsuliyyət daşıyırsansa, mütləq işini müəyyən prinsiplər üzərində qurmalı və heç…

davamı burada...

Aydın Canıyev: “Əli Kərimli-Qurban Məmmədov 0:3 “

FATİHƏMƏƏSSALAVAT: Qurban Məmmədov – Əli Kəirimli 3-0 və yaxud Cəmil Həsənli nəvələrinə, İbrahim İbrahimli şagirdlərinə nağıl danışırmış kimi… “Siyasət mümkün olanı əldə etmək bacarığıdır” Vladimir İliç Lenin (Ulyanov) 20-ci əsrin əvvəli. “Əli Kərimli və Qənimət Zahid siyasi fəxri xiyabanda ikinci qəbristanlıq açmış killerlərdir” Aydın Canıyev, 21-ci əsrin əvvəli, Nahid Cəfərovun siyasi müxalifətə keçdiyi dönəmdə ona verdiyi məsləhət-yazıdan. REMARKA: Bu yazı indi oxunmaq üçün deyil, gələn il bugünkü gündə oxuna bilər! Azərbaycanda hər şey baş-ayaqdır, ona görə də “ayaq”dan başlayıram ki, “orta”ya qalxıb, başa gəlim: Qənimət Zahidin təşkil etdiyi “Sözarası” canlı yayımında özünə hörmət edən azərbaycanlı tamaşaçı… hörmətsizlik gördü! STOP! – həyəcanlanmayın və əlinizin içində olan söyüşləri doldurmayın şərh yerinə. Futbolda iki komandanın birinə bəlli vaxtda təyin edilən oyuna gəlmədiyi təqdirdə…

davamı burada...

Aydın Canıyev: Mehdibəy Səfərov, “zənci” olma!

I YAZI Yazmayacaqdım! Çünki mənim bu dünya, bu Azərbaycan və milli mənsubiyyət haqqında düşüncələrim handabir azərbaycanlıda ola bilər – sayı təxminən 3, 5, vur-öldür, 10. Yekəxanalıq etmirəm! Bu, həqiqətdir – bu ÖLKƏNİN Vahid Rzayevi, Tehran İmranoğlusu, Kamil Vəlisi, İbrahim Vəliyevi, Xudu Məmmədovu, Şirməmməd Hüseynovu, Rafiq Qurbanovu, Heydər Hüseynovu varsa, olubsa, ayrı cür düşünməzlər. Amma düşünürlər! Düşünürlər, düşünə bilirlər, düşündürülməyə təhrik olunurlar deyə, günümüz bu! SÖZARASI: Mən eyni vaxtda iki qadınla sevgi-intim münasibətiylə görüşmədiyim kimi, eyni vaxtda iki cəbhədə də düşmən kimi döyüşmürəm. Bunu ən azından az ağlımla ona görə edirəm ki, zərbə olanda bilim ki, düşmən kimdir! Yalan da ona görə danışmıram ki… məni gülmək tutur, yalanımı həmən tuturlar. Niyə yazdım və nəyi yazmayacaqdım? Bir Mehdibəy Səfərov var. İki Mehdibəy…

davamı burada...

Emrah Vatansever: “Sevinc Osman qızının İsgəndər Həmidova qarşı “jurnalistliyi”..”

29 January 2019 Dünen Serdar Alibeylinin bir videosunu izledim.. Onun söhbetinden aydın oldu ki, Amerikada oturan ve birilerinin diqtesi ile öz kanalından veriliş sunan Sevinc Osmanqızının verilişinde qonağı İsgender Hemidovla nese bir xoşagelmez insident yaşanıb.. Aradım, taradım, heç bir yerde hemin müsahibeni tapa bilmedim.. Hetta öz sayfamda yazdım ki, kimde o video varsa mene göndersin.. Axşama doğru hemin müsahibenin youtobda yüklendiyini gördüm. Gece gec saatlarda videonun tamamını izledim…Sebirsiz tanıdığımız İsgender beyin sebrine de heyran qaldım… Sevinc Osmanqızı jurnalistikadan kenar bir şekilde sualları verirdi.. Sanki reqibi ile debata çıxmışdı. Heyasız heyasız gülümsemeleri, sualları ironik şekilde vermesi onun iç üzünü ortaya qoydu.. Sevinc Osmanqızının 27 il qabaq baş veren hadiseleri kin güden uşaqlar kimi abartaraq tekrarlaması ne qeder sinsi olduğunu ve bir…

davamı burada...

Aydın Canıyev: Sevinc Osmanqızı İsgəndər Həmidovu efirinə çağırıb!.. Xub…

Amerikadan “müasir dəyərlər və mübarizə metodları” ixracıyla məşğul olduğunu SƏRgiləyİR. Özü də görüntüdə pis SƏRgİLəMİR. Mən mümkün qədər baxmamağa, izləməməyə çalışıram bu xanımın SƏRgİLəMƏYİNƏ. Amma və lakin… Sərdar Əlibəylinin çıxışına baxdım. Sonra İsgəndər bəylə müsahibəsinə. Düşündüm ki, münasibət bildirmək lazımdır. Ən azından, hər iki formasiyada həm dədəsi, həm özü, həm bacısı mətbəə görən, mətbuat görən adam belə aparmamalıdır – nə özünü, nə verilişini! İlk olaraq: Sevinc Osmanqızı suallarıyla TƏRƏF kimi çıxış etməməliydi – bu hər sualın hər TƏRƏFİNDƏN görünürdü: altından, üstündən, anfasdan, profildən, interyerdən, eksteryerdən və hətta sualların əynindəki paltardan – çılpaq suallar təsiri bağışlayan suallar… həm də kiminsə dərzi əlləriylə biçilmiş kimiydi! İsgəndər bəy demədi, çünki doğrudan da belə deyil, amma mən deyirəm: bəli, hesab edək bu təşkilat alternativ…

davamı burada...

Aydın Canıyev: “Əli Həsənova halaldır…”

Müxalifətin “zirvə toplantısı” dəyirmi masasında iştirak etdim – müstəqil jurnalist kimi. Tədbirdən ayrıca yazmaq qəsdim var, amma bu an demək istədiyim ayrı bir məqamdır: bu gün, daha doğrusu, tədbir başlamamışdan 12 saat qabaqdan Əli Kərimli dəstəsinin nümayəndələri İlham Əliyevə və Əli Həsənova ən yaxın, ən sadiq, bu iqtidarın ən fədakar qarantları, silahdaşları kimi çıxış etdilər bu fb-də status, canlı yayımlarda şərh yazarkən! Bu günə qədər mən anamın dayımın birinə “sənə arvad haramdır” dediyi kimi fikirləşirdim ki, Əli Həsənova ictimai-siyasi şöbənin müdirliyi haramdır – düzdür, heç vaxt rəsmən və ünvanlı şəkildə bu adam haqqında heç nə yazmamışam, problemin personası onu saymamışam, amma indi deyirəm: – Əli Həsənova halaldır! Birincisi, ona görə ki, həmişə fikirləşirdim ki, görəsən, cənab prezident onu niyə ora…

davamı burada...