Əlaqə vasitələri

Qurban bəy bu gün azadlığına qovuşdu!
Qurban bəy bu gün azadlığına qovuşdu!

Qurban bəy bu gün azadlığına qovuşdu!

29 Dekabr 2014-cü ildə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndinə əsasən imzalanmış əfv sərəncamında, hüquqşunas Qurban Məmmədovun da adı var və O, bu gün, 30 Dekabr 2014-cü ildə, saxlandığı 14 saylı cəzaçəkmə müəssəsindən azad edilib. PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Ukraynanın 3 dərsi: yaxşı, pis, düşündürücü…
Ukraynanın 3 dərsi: yaxşı, pis, düşündürücü…

Ukraynanın 3 dərsi: yaxşı, pis, düşündürücü…

Yaxşı dərs Ukrayna müxalifəti birləşdi və xalqı öz arxasınca apara bildi. Bununla da sübut etdi ki,   1) müxalifət birləşsə, xalq ayağa qalxar, 2) xalq ayağa qalxa və haqqı uğrunda döyüşərsə, beynəlxalq dəstək də olar.   3) mövqeyi aydın olan müxalifət, haqqı uğrunda ölümdən çəkinməyən xalq və beynəlxalq dəstək bir yerdə qələbəni təmin edə bilər. 100-dən çox qurban verən Ukrayna toplumu bir xalq kimi hörmətə layiqdir və heç şübhəsiz ki, tezliklə də Avropa ailəsinin bir üzvünə çevriləcəkdir. Qışın soyuğunda, aylarla davam edən dinc etirazın sonu qələbə ilə nəticələndi. Bu qələbə həm də o baxımdan qiymətlidir ki, ukraynalılar artıq 9 il bundan öncə “narıncı inqilab” edərək xeyli enerji sərf etmişdilər. Bunu ona görə vurğulayıram ki, bəzi sosioloq-alimlər, mütəxəsisslər Azərbaycan vətəndaşlarının indiki passivliyi…

davamı burada...

Əli İnsanova qarşı mümkün “təhlükələr” barədə yazılanlar rejimə xidmətin nəticəsidir!
Əli İnsanova qarşı mümkün “təhlükələr” barədə yazılanlar rejimə xidmətin nəticəsidir!

Əli İnsanova qarşı mümkün “təhlükələr” barədə yazılanlar rejimə xidmətin nəticəsidir!

Son vaxtlar çox “dərin siyasət”lə məşğul olan bəzi qəzetlər hörmətli nazir Əli İnsanovun həbsxanada öldürülə biləcəyi barədə silsilə yazılar dərc edirlər. Hamıya aydındır ki, bu, rejimin tapşırığı ilə Əli müəllimə guya psixoloji təzyiq göstərmək üçün edilir. Bir arada onun dəlixanaya salına biləcəyi haqqında yazıb, hətta bəzi “mütəxəssislər”dən bunun mümkün variantları haqqında palaz-palaz müsahiblər də dərc etdilər. Yazıqlar olasun! Adamlar özlərinin başını pambıq kolunda gizlətmiş dəvə kimi aparmalarının fərqində deyillər. Əli İnsanov o səddi çoxdan aşıb. Başqa üsul axtarın “bəylər”. Hətta dostlarımızdan biri öz müsahibəsində beləcə də deyib: “ola bilər ki, iqtidarı sevən məhbus müxalifətçi olan bir məhbusu vurub öldürsün”. Bərəkallah! İfadəyə fikir verin: “iqtidarı sevən məhbus”. Bu kimdi belə? Məhbus iqtidarı necə sevə bilər? Azərbaycanda məhbus olmanın iki yolu var:…

davamı burada...

Öz qanında boğulmaq təhlükəsi və ya mən “nurçu” olmaq istəyirəm.
Öz qanında boğulmaq təhlükəsi və ya mən “nurçu” olmaq istəyirəm.

Öz qanında boğulmaq təhlükəsi və ya mən “nurçu” olmaq istəyirəm.

Son vaxtlar ölkəmizdəki dini durum, məzhəblər arası kin və nifrətin dərinləşdirilməsi, bu prosesin, xüsusilə də, məqsədyönlü şəkildə məhz qarşıdurma istiqamətində idarə edilməsi qorxulu və qanlı gələcəkdən xəbər verir. Biz bu real təhlükəni görməzdən gələ bilmərik. Çünki bizim başqa Vətənimiz yoxdur. İqtidar Allahşükür Paşazadəni yanına almaqla hakimiyyətini “qarşı” dini qrupların hədəfinə çevirib. A.Paşazadə isə özünün son fitvası və bəyanatları ilə şiəliyi, özünü və yanında olduğu hakimiyyəti hədəf göstərib. Qarabağ boyda dərdi, qonşuluğunda, hər an onu tarix səhnəsindən silməyə və qanını içməyə hazır olan düşmənləri olan bir dövlət belə daxili ziddiyyətlərə imkan verməməli, vaxtında bunun qarşısını almalıdır. A.Paşazadə, əslində, özünün şəxsi maraqlarına görə dövlətimizi təhlükəyə sürükləyir. Dövləti idarə edənlər, necə ki gec deyil, bunu anlamalıdırlar. Hara baxırlar dövlət başçısının ideoloqları. Korrupsiyadan başlarını…

davamı burada...

Azərbaycanda ilk SOS: “Canlı bomba”
Azərbaycanda ilk  SOS: “Canlı bomba”

Azərbaycanda ilk SOS: “Canlı bomba”

Rejim siyasi rəqiblərinə qarşı siyasi metodlarla mübarizə apara bilmədiyinə görə terrora əl atıb -siyasi-mənəvi terrora. Terror üsulu kimi də canlı bombalardan istifadə edib – Eynulla Fətullayev. Bu bəxtəvərlər, jurnalist Xədicə xanım İsmayılovanı susdura bilmədilər, qərara gəldilər ki, “canlı bomba” vasitəsi ilə Xədicə xanımı və onunla birlikdə, ələ ala bilmədikləri, sındıra bilmədikləri, nüfuzdan sala bilmədikləri müxalifətçiləri də aradan götürsünlər. E.Fətullayev, öz adını da salmaqla, X.İsmayılovanın adından, guya sonuncunun amerikanlara ötürdüyü siyahını dərc elədi. Siyahı elə ustalıqla hazırlanıb ki, onun “doğruluğuna” şübhə yeri qalmır. Adı siyahıda olanların bir çoxunun, həmçinin “canlı bomba”nın özünün də, rejimə xidmət etməsi hamıya, o cümlədən, amerkanlara çoxdan məlumdur. Əsas məqsəd isə Xədicə xanımı və bizi – real müxalifətçiləri gözdən, nüfuzdan salmaqdır. Fikir verin: Xədicə xanım Amerika…

davamı burada...

İSA QƏMBƏR, YOXSA ADİL ƏLİYEV?
İSA QƏMBƏR, YOXSA ADİL ƏLİYEV?

İSA QƏMBƏR, YOXSA ADİL ƏLİYEV?

“Yeni Müsavat”a cavab. “Yeni Müsavat”ın 28 fevral 2014-cü il tarixli sayında dərc edilən “9 il öncə ki seçkinin “quş”u” (Xalid Kazımlı) adlı yazı ilə bağlı, cavab hüququndan istifadə edərək aşağıdakıları bildirirəm: Xalid Kazımlının ədaləti. Bu rejim heç olmasa 4-5 ay ibtidai istintaq və 2 ay məhkəmə istintaqı aparandan sonra mənim haqqımda hökm çıxardı. Hörmətli Xalid Kazımlı, mənim 27 fevralda işıq üzü görmüş bir yazımla bağlı elə növbəti gün məni “ədalətsizlərin səfində yer almağımla” bağlı ittiham edib, heç apellyasiya şikayətinə də yer qoymayıb. Mən də hörmətli Rauf Arifoğlu kimi əsəbləşib deyə bilərəm ki, “Sizin kimi müsavatçıdandırsa, elə İlham Əliyev hakimiyyətdə qalsa yaxşıdır”. Ancaq demirəm. Mən Xalid bəydən incimirəm də. Yazısındakı bütün qayğı və iradlarını başa düşür, hörmətlə yanaşıram. Liderini qorumaq və…

davamı burada...

Ulu öndərin siyasi əxlaqı!
Ulu öndərin siyasi əxlaqı!

Ulu öndərin siyasi əxlaqı!

Çox təəssüf ki, Azərbaycan siyasətçilərinin son 50 illik, xüsusilə də, yeni nəsil o böyük öndərin siyasi əxlaqını tam öyrənməyib və mənimsəməyib. Bəlkə də elə 20-30 illik məğlubiyyətlərimizin səbəbi də budur. Ulu Öndər özünün zəngin siyasi fəaliyyəti, dövlət idarəçiliyindəki qərarlılıq və qətiyyəti, cəsarət və ardıcıllığı ilə, eləcə də, müxtəlif mövzulardakı əsərləri və çoxsahəli fəaliyyəti ilə elə bir məktəb yaradıb, elə bir irs qoyub ki, biz ondan çox şey öyrənməliyik. Millət olaraq da, fərd olaraq da, inkişaf etmək, düşdüyümüz cəhalət və laqeydlik bataqlığından qurtulmaq istəyiriksə, Ulu Öndərin həyat və fəaliyyətini, hər addımını, qələmindən çıxan hər yazını, dilindən eşidilən hər sözünü öyrənməli, gündəlik həyatımızda, fərdi fəaliyyətimizdə rəhbər tutmalı, özümüzə örnək etməliyik. Təbii ki, indiki yaltaqlıq, yarınmaq və nəfsin şahə qalxdığı bir dönəmdə Ulu…

davamı burada...

2005 seçkiləri barədə
2005 seçkiləri barədə

2005 seçkiləri barədə

20-ci dairədə kim qalib gəlmişdi? Son vaxtlar bəzi qəzetlərdə Nərimanov rayonu 20 saylı seçki dairəsindən 2005-ci və 2010-cu il parlament seçkilərində kimin qalib gəlməsi barədə qarşılıqlı ittihamlar gedir. Həqiqət naminə və gələcəkdə müxalifətin mütləq nəzərə alması üçün aşağıdakıları bildirməyi özümə vətəndaşlıq borcu bilirəm. 2005-ci il parlament seçkilərində müxalifət “Azadlıq” blokunda birləşdi və blok olaraq da güclü kompaniya apardı. Ancaq həmin vaxt hadisələr göstərdi ki, bloku təmsil edən hər bir namizədin öz fərdi kompaniyasından çox şey və əsas nəticə asılıdır. Mən o vaxt 20 saylı Seçki dairəsinin ərazisində yaşayırdım. Seçki məntəqəmiz 5 saylı Xəstəxana ilə üzbəüz, evimizin 50 metrliyində yerləşirdi – 13 saylı. Namizədlər arasında üçü şanslı hesab edilirdi: İsa Qəmbər, Adil Əliyev və Aslan İsmayılov. Aslan İsmayılov fəal kompaniya apararaq…

davamı burada...

Maliyyə Amnistiyası..?!
Maliyyə Amnistiyası..?!

Maliyyə Amnistiyası..?!

Maliyyə Amnistiyası: Talanın rəsmiləşdirilməsi, yoxsa milli barışığa doğru addım. Və ya “Vəhşi kapital yığımı”na son? “Maliyyə amnistiyası” 5 yanvar müşavirəsindən sonra Vergilər naziri Fazil Məmmədov tele-müsahibəsində bildirdi ki, ölkədə ümumi gəlirlər bəyannamə sisteminə maliyyə amnistiyası olmadan keçmək olmaz. Ancaq hörmətli baş vergi toplayan (Azərbaycanda daha çox xərac kimi toplanır vergilər) demədi, izah etmədi ki, əvvəla, “Maliyyə amnistiyası” deyəndə o nəyi nəzərdə tutur, ikincisi isə, hansı hüquq normasına və ya hansı obyektiv iqtisadi qanuna görə, “Maliyyə amnistiyası” elan edilmədən ümumi bəyannamə sisteminə keçmək mümkün deyil? Belə bir qanun varmı? Təbii ki, söhbətin nədən getdiyini mütəxəsisslər, siyasətçilər və … dövlətimizin sərvətlərini son 20 ildə tam nəzarətsiz və ölçüsüz bir şəraitdə talayanlar yaxşı bilir. Sıravi vətəndaşların bilməsi üçün isə bəzi izahatlara ehtiyac var.…

davamı burada...

Mən şahidəm!

Mən şahidəm. İsmayıllı hadisələrinə görə mən də həbs edilməliymişəm.   Tofiq Yaqublu və İlqar Məmmədovun “İmayıllı hadisələri”nin təşkilatçıları kimi həbs edilməsi siyasi həyasızlıqdan başqa bir şey deyil.   1 gün içində iğtişaş təşkil etməyin mümkünlüyünə inanmaq, Azərbaycan hakimlərinin müstəqilliyinə və ədalətinə inanmaq qədər sadəlövlükdür.   Belə çıxır ki, Tofiq bəylə İlqar bəy nazir balasını öyrədiblər ki, İsmayıllıda qəza törətsin, sonra da taksi sürücüsünü döyərək yerli əhalinin ünvanına söyüşlər işlətsin ki, onlar da bu faktdan istifadə edərək iğtişaş təşkil etsinlər. İnandırıcıdırmı? “Utanmasan oynamağa nə var ki?”   Bir dəfə “razborka”da iştirak edən sağlam cüssəli gənclərdən biri “avtoritet”ə belə demişdi: “Birdən özümü eşşəkliyə qoyub inanmaq istəyərəm haaa” Həmin “razborka”da 1 nəfər ölmüş, iki nəfər yaralanmışdı o vaxt.   İndi də bu İsmayıllı…

davamı burada...

“Səni kim tutub?”…

Görəsən məni kim tutub? Bu gün məni rəisin qəbuluna çağırdılar. Fikirləşdim ki, yəqin son vaxtlar yazdığım ərizələrlə bağlıdır. Rəisin qəbul otağının qarşısında siyasi və vicdan məhbuslarını (Əvəz Zeynallı, Sərdar Əlibəyli, Əbdül Əbilov və Anar Məmmədli də onların arasında idi) görəndə başa düşdüm ki, əfv ilə bağlı söhbətə çağırıblar. İkinci məni dəvət etdilər. Otağa daxil olan kimi rəislə üzbəüz stol başında oturan, idman geyimində olan şəxs, oturduğu stola yayılmış vəziyyətdə soruşdu: “sən kimsən əə?”. Özünü təqdim etməyən, kim olduğu, mənimlə niyə tanış olmaq istədiyi bilinməyən, sifətindən və peysərindən yağ daman bu adamın sualına cavab verdim: “Məmmədov Qurban Cəlal oğlu”. Növbəti sualı isə məni tamam çaşdırdı və təəccübləndirdi: “səni kim tutub?” Bu, oturduğu yerdə buğlayan, par buraxan adamın verdiyi sualla…

davamı burada...

A Ç I Q M Ə K T U B – Qanundakı ziddiyətlər və boşluqlar – Cinayət Prosessual Məcəlləsi (ikinci məqalə)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə   AR Milli Məclisinin Sədri cənab Oqtay Əsədova   Konstitusiya Məhkəməsinin Sədri cənab Fərhad Abdullayevə   Ali Məhkəmənin Sədri cənab Ramiz Rzayevə   Ədliyyə Naziri cənab Fikrət Məmmədova   Daxili İşlər Naziri cənab Ramil Usubova   AR Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri cənab Fuad Ələsgərova   AR Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri cənab Şahin Əliyevə   AR Baş Prokuroru cənab Zakir Qaralova   Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) xanım Elmira Süleymanovaya   AR Milli Məclisinin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvləri sədr Əli Hüseynliyə, Azay Quliyevə, Fəzail Ağamalıya, Qüdrət Həsənquliyevə, Çingiz Qənizadəyə   AR Milli Məclisinin İnsan Hüquqları Komitəsinin üzvləri sədr Rəbiyyət Aslanovaya,…

davamı burada...

A Ç I Q M Ə K T U B – Koorupsiyalaşmış qanunlar və cəza satıcıları (birinci məqalə)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə AR Milli Məclisinin Sədri cənab Oqtay Əsədova Konstitusiya Məhkəməsinin Sədri cənab Fərhad Abdullayevə Ali Məhkəmənin Sədri cənab Ramiz Rzayevə Ədliyyə Naziri cənab Fikrət Məmmədova Daxili İşlər Naziri cənab Ramil Usubova AR Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri cənab Fuad Ələsgərova AR Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri cənab Şahin Əliyevə AR Baş Prokuroru cənab Zakir Qaralova Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) xanım Elmira Süleymanovaya AR Milli Məclisinin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvləri sədr Əli Hüseynliyə, Azay Quliyevə, Fəzail Ağamalıya, Qüdrət Həsənquliyevə, Çingiz Qənizadəyə AR Milli Məclisinin İnsan Hüquqları Komitəsinin üzvləri sədr Rəbiyyət Aslanovaya, Fazil Mustafaya, İlyas İsmayılova, İqbal Ağazadəyə, İsmayıl Hacıyevə Vəkillər Kollegiyasının Sədri…

davamı burada...

“Rüstəm İbrahimbəyov sindromu”.
“Rüstəm İbrahimbəyov sindromu”.

“Rüstəm İbrahimbəyov sindromu”.

“Rüstəm İbrahimbəyov sindromu” Mən Milli Şuradan istefa verərdim… Bu sindrom Azərbaycanın indiki müxalifət rəhbərliyini onlar siyasi səhnəni tərk edənədək təqib edəcək. Xüsusilə də, Milli Şurada təmsil olunan liderləri, rəhbərləri, aparıcı şəxsləri. Bu sindrom indiki müxalifətçi liderlərin heç vaxt xalqdan və Azərbaycan ziyalılarından dəstək ala bilməyəcəklərinin təminatçısıdır – təminatıdır! Bu sindrom həm də son 20-25 ildə məcburiyyət qarşısında vətəni tərk edib başqa dövlətlərin vətəndaşlığını qəbul etmiş müxalif əqidəli insanların da indiki müxalifət liderlərinə dəstək verməyəcəklərinin qarantıdır. R.İbrahimbəyova qarşı Milli Şurada sərgilənən münasibət ikili vətəndaşlığı olan həmin şəxslərin də ehtiyatlı davranmağına, bu müxalifət liderlərindən məsafə saxlayacaqlarına səbəb olacaq və olmalıdır. Bu isə, böyük və imkanlı bir elektoratın itirilməsi deməkdir. Bu idimi bizim R.İbrahimbəyova təşəkkürümüz? Mən mövqeyimi açıq və qəti bildirmək istəyirəm: R.İbrahimbəyovun…

davamı burada...

Məhkəmə səhvi, yoxsa hakim həyasızlığı?
Məhkəmə səhvi, yoxsa hakim həyasızlığı?

Məhkəmə səhvi, yoxsa hakim həyasızlığı?

Məhkəmə səhvi, yoxsa hakim həyasızlığı? Əziz həmvətənlər, bir daha öz şəxsi işimlə bağlı yazıb Sizin qiymətli vaxtınızı aldığım, üçün məni bağışlayacağınıza ümid edib, mərhəmətinizə sığınıram. Problemin şəxsi deyil, daha çox ictimai, ümumi olduğunu nəzərə alaraq bunu etməyə məcburam. Nəsimi rayon məhkəməsinin “hakim”i Mehdiyev Emin Əlixan oğlu, haqqımda aparılan cinayət işi üzrə tərtib edilmiş məhkəmə iclas protokolunun başına elə oyun açıb, elə saxtalaşdırıb ki, bu barədə susmaq mümkün deyil. Mənim 37 illik vəkillik, nümayəndəlik, hüquqşünaslıq təcrübəm var və ilk dəfədir ki, belə bir halla rastlaşıram. Hamının bilməsi lazımdır ki, məhkəmə iclas protokolu məhkəmə prosesinin aynasıdır və iş üzrə qəbul edilmiş hökmün qanuniliyi və ədalətliliyi yalnız məhkəmə iclas protokolunda yazılanlarla yoxlanıla, qiymətləndirilə və əsaslandırla bilər. Mülki işlərədə də belədir. Ona görə də,…

davamı burada...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Azərbaycan Respublikasının Baş Naziri cənab Artur Rasi-zadəyə   AR Milli Məclisinin Sədri cənab Oqtay Əsədova   AR Prezident Administrasiyasının Rəhbəri cənab Ramiz Mehdiyevə   Konstitusiya Məhkəməsinin Sədri cənab Fərhad Abdullayevə   Ali Məhkəmənin Sədri cənab Ramiz Rzayevə   Ədliyyə Naziri Fikrət Məmmədova   Daxili İşlər Naziri Ramil Usubova   AR Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova   AR Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyevə   AR Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənova   AR Baş Prokuroru Zakir Qaralova   AR Baş Prokurorunun birinci müavini Rüstəm Usubova   Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovaya   Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifova   Bakı Apellyasiya Məhkəməsinin…

davamı burada...

Qurban Məmmədov öz həbsi haqqında…
Qurban Məmmədov  öz həbsi haqqında…

Qurban Məmmədov öz həbsi haqqında…

Əziz Həmvətənlər! Hörmətli bacı və qardaşlarım! Məhkəməm getdiyi, həbs olunduğum və ya mənə hökm oxunduğu günlərdə bəzi qəzetlərdə gedən məlumatlardan görürəm ki, 1998-ci ildə olduğu kimi, indi də mənim həbsim barədə dəqiq məlumat verilmir. Bu məlumatların bəzisi qəsdlə səhv verilsə də, bir çoxu məlumatsızlıqdan, dəqiq informasiyanın olmamasından qaynaqlanır. Tam məsuliyyətim və səmimiyyətimlə bəyan edirəm: mən hansısa cinayət törətdiyimə və ya hansısa avtoqəzada təqsirim olduğuna görə həbs edilməmişəm. Həbsimin səbəbi siyasi mövqeyim, haqsız və ədalətsiz davranan sistemə, dövlətimizi, vətənimizi, millətimizi sevməyən zehniyyətə-anlayışa qarşı dözümsüzlüyümdür. Mən ölkədə total rüşvətxorluq, korrupsiya və monopoliya piradiması yaradan, məhkəmə, qanunverici və icraedici orqanın içinə sızaraq ələ keçirən, vətənimizi və millətimizi təhdid altında saxlayan, dövlətçiliyimizə zərər vuran və baş aşağılığı gətirən bir “ÇƏTƏ”yə loyallıq göstərə bilmərəm. Bu,…

davamı burada...

Qurban Məmmədovun SON SÖZÜ
Qurban Məmmədovun SON SÖZÜ

Qurban Məmmədovun SON SÖZÜ

Nəsimi Rayon məhkəməsinə E.Mehdiyevə Təqsirləndirilən şəxs Məmmədov Qurban Cəlal oğlunun CM-nin 263.1-1 və 299.1-ci maddələri ilə təqsirləndirilməsinə dair 1(006)-416/2013 saylı cinayət işi üzrə SON SÖZÜ  (CPM-nin 342-ci maddəsinə uyğun olaraq)   Epiqraf əvəzi: “İhahiyyatçı alim, görkəmli din xadimi Tale Bağırzadəni və başqa din adamlarını, hicab tərəfdarlarını narkotiklə şərləməklə, əslində Allaha və İslam dininə qarşı çıxan, İslam dinini hörmətdən salmağa çalışan, Allahsızlar cəmiyyəti qurmaq istəyən, dini özünə siyasi alət edən bir rejimdən mən ədalət gözləmirəm və ona qarşı mübarizədən geri çəkilməyəcəyimə and içirəm”.   Mən öz son sözümü deməmişdən öncə, dövlət ittihamçısının çıxışına münasibətimi bildirmək istəyirəm. Prokuror Nağıyev Elçin Əli oğlu üzündə təbəssüm, ziyalı görkəmi vermiş sifəti ilə, həlim, həzin, yumşaq, qəlb oxşayan səsi ilə guya mənə qarşı irəli sürülmüş ittihamın tam sübuta…

davamı burada...

Müdafiə Nitqi: Xalid Bağırov və Anar Qasımlı

Nəsimi Rayon Məhkəməsinə (sədrlik edən hakim: Emin Mehdiyev) Məmmədov Qurban Cəlal oğlunun müdafiəçisi Xalid Bağırov və Anar Qasımlının   Müdafiə Nitqi Məmmədov Qurban Cəlal oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1 və 299.1-ci maddələri ilə ittiham elan edilmişdir. İttihama əsasən, Məmmədov Qurban Cəlal oğlu 27 sentyabr 2012-ci il tarixdə saat 13:00 radələrində texniki cəhətdən saz vəziyyətdə olan “Toyota RAV-4” markalı, 90 MU 263 dövlət qeydiyyat nişanlı avtomaşınla Nəsimi rayonu Vaqif prospekti ilə Azadlıq prospekti istiqamətində hərəkətdə olub Vaqif prospekti 9 A saylı ünvanda yerləşən “Medikal Plaza” klinikasına çatmamış sağ tərəfdə yerləşən ara yolun baş hissəsində avtomobilini mayili olaraq saxlamış, orada parklanma işini həyata keçirən Abbasov Pərviz İmran oğlu avtomobilin sol qabaq qapısına yaxınlaşaraq avtomobilin ara yolda giriş-çıxışa maneçilik törətməsini bildirib avtomobilini…

davamı burada...

Məhkəmədə Qurban Məmmədova təcili yardım çağırıldı
Məhkəmədə Qurban Məmmədova təcili yardım çağırıldı

Məhkəmədə Qurban Məmmədova təcili yardım çağırıldı

Məhbus hüquqşünasın səhhəti pisləşib, prosesdə daban-dabana zidd şahid ifadələri səsləndirilib Dünən Nəsimi Rayon Məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə Milli Şuranın üzvü, məhbus hüquqşünas Qurban Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirildi. Qeyd edək ki, prosesdən əvvəl Qurban Məmmədovun səhhətində problem yarandığı üçün məhkəməyə təcili tibbi yardım çağırılıb və məhkəmə 1 saat gec başlayıb.  Prosesdə Qurban Məmmədov 1 gün əvvəl dindirilmiş şahid – hadisə baş verən ərazidə taksi fəaliyyəti ilə məşğul olduğunu deyən İsa Mansurova suallar verib. Təqsirləndirilən şəxs bildirib ki, şahid İsa Mansurovun ifadəsi digər şahid Rəhbər Hüseynovun dedikləri ilə tam ziddiyyət təşkil edir: “Şahid Hüseynov ifadəsində deyirdi ki, hadisə baş verən vaxt ərazidə heç kim olmayıb. İndi isə istintaq bu şahidi gətirib. Deməli ya iki şahiddən biri, ya…

davamı burada...