Əziz həmvətənlər!
Təcrübə sübut edir ki, insanların hüquqları, onların hüquqi savadsızlığına görə daha çox pozulmaqdadır. İnsan hüquqlarını biləndə, özünü güclü və əmin (təhlükəsiz) hiss edir. Hüquqi cəhətdən savadsız insan, okeanın ortasında, yelkəni qırılmış gəmini xatırladır… Dalğalar onu istədiyi səmtə, qeyri-iradi olaraq çəkib apara bilər…
Hüquqlarınızi bilin ki, həyatını rüşvət və korrupsiya ilə keçirməyə vərdiş edən məmurlar sizin haqlarınızı tapdalaya bilməsinlər.
Məşhur bir deyim var: “Hər bir xalq, hər bir fərd, imkan verdiyi qədər haqqı tapdalanır!” – haqqınızın tapdalanmasını istəmirsinizsə, haqq və hüquqlarınızı bilməyiniz zəruridir!
Məhz bu səbəbdən qarşınızdakı internet səhifəsi yaradılmışdır. Bu sayt vasitəsi ilə mənimlə bir başa əlaqə saxlaya bilər, sizi narahat edən suallarla bağlı mənə müraciət edə bilər, məhkəmə və istintaq orqanlarında, dövlət, bələdiyyə və sair orqanlarda təmsil olunmaq, hüquqlarınızın müdafiəsi üçün mənə müraciət edə bilərsiniz! Gənc vəkillər və nümayəndəliklə məşğul olan hüquqşünaslar apardığım işlərlə bir başa tanış olub, zəruri təcrübə əldə edə bilərlər.