Əlaqə vasitələri

Məqalələr

Aydın Canıyev: “Aprel… “vinetka”sı!”

Mən Aprel Şəhidlərindən yazmalıydım. Yazmadım! Yazmadım ki, qənaətimdə budur: Azərbaycana Tarix Şəhidləri, Tarix Qəhrəmanları, Tarix Sərkərdələri, lazımdı, Təsəlli şəhidləri yox! Və özü də Bütöv Azərbaycanı əldə edən şəhidlər! Bir təpəlik qəhrəmanlığa Tarix və Düşmənlər hər zaman istehza edib, edir, edəcək! Hətta bütün Qarabağ və ətraf 7 rayon azad edilsə belə, bir kənd düşməndə qalsa, yenə… kafi deyil! Ancaq Aprel şəhidlərindən yazılan hər yazının (oçerkin, portretin, şeirin, poemanın, hekayənin, romanın) ürəyimin başında yeri var… SÖZARASI: Babam kənddə – kolxozda işləyirmiş, hər ilin də axırında kolxoza borclu qalırmış. Hər dəfə bizim üçün zülmlərə qatlaşdığını deyən, əməyini qiymətləndirməyini istəyən atam bunu tez-tez bizə danışardı, bir dəfə soruşdum ki, bu necə ola bilər axı? Danışdı. Və mən o söhbətdən sonra yaxşı işi də, pis…

davamı burada...

Zabil Həsənov: “Qurban Məmmədov özü etiraf edir…”

Qurban Məmmədov özü də etiraf edir ki, o, vəzifədə işləyə bilməz və buna xarakteri imkan vermir. Bu ifadədə həqiqət payı çoxdur və mən Qurban bəyin bu fikirini açmasını aşağıdakı kimi şərh edərdim: “Belə mentalitetə malik xalqa rəhbərlik etmək mənlik deyil”. Belə baxanda əslində rəhbərlik üçün bütün yüksək keyfiyyətlərə malik olan Qurban bəy həm də nöqsanlara qarşı barışmaz mövqeyindən geri duran adam deyil və nə yazıqlar ki, biz belə şəxsləri çox vaxt arzuolunmazlar sırasına yazırıq. Bizim mentalitetdə vəzifəli adamın öz obrazı var və elə təkcə vəzifəli adama onun qohum-əqrabasının gözü ilə baxası olsaq, “Mozalan” satirik yurnalı üçün maraqlı bir sujet alarıq. Səni yıxıb sürüməyincə əl çəkəsi deyillər. Əgər insan kütləsi qarşısında məsuliyyət daşıyırsansa, mütləq işini müəyyən prinsiplər üzərində qurmalı və heç…

davamı burada...

Nazlı Ağayeva: ”Xalxın kişiləri” və heç zad…

Məcburi alçaqlıq belə, yenə də alçaqlıqdır. Bunu hər dəfə xatırlatmağa ehtiyac var… Yaxın dostumun tez-tez paylaşdığı fikrə görə Azərbaycanda bu gün hər diribaş qadının uğuru bir zəif kişinin istismarından keçir. Zəiflik və istismar qismi barədə heç nə deyə bilmərəm, amma son ayların ulduzuna çevrilmiş Zamirə Hacıyevanın simasında diribaş qadın gördük. O qadın ki, ən adi gündəlik tələbatlarını normal yerinə gətirə bilməyən dustaq ərinin tam əksinə dünyanın bahalı Londonunda həyatın dadını cəsarətlə çıxartmaqdadır. Üstəlik bizdən çalınan milyonları sərhədsiz fantaziyalarına sərbəst xərcləməklə. Hərçənd xanım o pulların heç olmasa bir hissəsini hansısa xeyriyyəçi məqsədlərə yönəltsəydi, həm vicdanı rahatlaşardı, həm də çirkli pulların o hissəsi yuyulub ünvana yetişərdi. Bu gülməli variantı da mənim maymaq fantaziyama yazın. Çünki Avropa sakinəsi Zamirə Hacıyeva nəticədə tipik milli…

davamı burada...

Aydın Canıyev: “Murovda hava necədir bu gün?..”

Bayraqla bir gündə doğulan Döyüşçü! və yaxud Bu ölkədə məni nəinki ittihama, hətta söyməyə haqqı olan tək və yeganə həmkar! günAYDIN, əzizlərim! Biləniniz yoxdur Tverdə bu gün hava necə olacaq? Çox gic və mənasız sualdı – azərbaycanlılar üçün, eləmi? Bəs Murovda hava necədi? Bu da axmaq suallardan biridir lənkəranlı, şəkili, bakılı, qazaxlı, ağcabədili, salyanlı, imişlili azərbaycanlı üçün, eləmi? Yox? Hamısı üçün yox, yəni də! Kimin balası Murovda səngərdədi, onlara maraqlıdır, eləmi – lənkəranlı, şəkili, bakılı, qazaxlı, ağcabədili, salyanlı, imişlili azərbaycanlı üçün, hə? Bax, mənə də maraqlıdır hər gün Tverdə hava necədir – qızım orada yaşayır, hər gün şıltaq, nadinc, kür, təmiz havaya çıxmasa yatmayan 1 yaş 7 aylıq nəvəm Timanı gəzməyə çıxarır: isti olsun, soyuq olsun, qar olsun, yağış olsun,…

davamı burada...

Qurban Məmmədov: “Sizi şərəfli həyata səsləyirəm”. Həbsxanadan müraciət.

Moderator.az-ın məlumatına görə Q.Məmmədov məlum müraciətində həbs edilməsinin səbəblərinə aydınlıq gətirməklə yanaşı, xalqı ökədəki mövcud ədalətsizliyə qarşı mübarizə aparmağa səsləyib: “Əziz Həmvətənlər! Hörmətli bacı və qardaşlarım! Məhkəməm getdiyi, həbs olunduğum və ya mənə hökm oxunduğu günlərdə bəzi qəzetlərdə gedən məlumatlardan görürəm ki, 1998-ci ildə olduğu kimi, indi də mənim həbsim barədə dəqiq məlumat verilmir. Bu məlumatların bəzisi qəsdlə səhv verilsə də, bir çoxu məlumatsızlıqdan, dəqiq informasiyanın olmamasından qaynaqlanır. Tam məsuliyyətim və səmimiyyətimlə bəyan edirəm: mən hansısa cinayət törətdiyimə və ya hansısa avtoqəzada təqsirim olduğuna görə həbs edilməmişəm. Həbsimin səbəbi siyasi mövqeyim, haqsız və ədalətsiz davranan sistemə, dövlətimizi, vətənimizi, millətimizi sevməyən zehniyyətə-anlayışa qarşı dözümsüzlüyümdür. Mən ölkədə total rüşvətxorluq, korrupsiya və monopoliya piradiması yaradan, məhkəmə, qanunverici və icraedici orqanın içinə sızaraq ələ…

davamı burada...

Xaliq BAHADIR: ” DƏYƏRLƏRİ DƏYƏRSİZLƏŞDİRƏNDƏN SONRA !!!”

Az.politikanın (rejim saytı) yaydığı bilgiyə görə, “Bəzi dövlətlər Azərbaycanın milli sərvətlərindən əvəzsiz pay tələb edirlər!” Dəhşət saçan bu açıqlama Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənova məxsusdur. Cənab Həsənov bu barədə martın 30-da Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə “İnternet mediada və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: neqativ meyllərə qarşı jurnalist həmrəyliyi” mövzusunda keçirilən tədbirdə danışıb. “Lakin biz, Azərbaycanın milli sərvətlərindən əvəzsiz heç kimə pay vermirik” – Prezidentin köməkçisi bəyan edib. “Bəzi” dövlətlər 25 ildən bəri Azərbaycanda nə baş verdiyini gözəl bilirlər. 25 ildir bir ailə – Əliyevlər ailəsi – Azərbaycanı İŞĞAL edib. Yeraltı-yerüstü resursları aşıb-daşan Azərbaycanın nəyi var bütünlüklə bu ailənin, Əli Həsənov da daxil olmaqla, bu ailəyə yaxın olan bir qrupun əlindədir. Onlar 25 ildir Azərbaycanı yağıcasına soyub-yağmalayırlar. Britaniya parlamentinə bağlı…

davamı burada...

Azərbaycanın “xilas düsturu”.

Demokratiyaya açılım yalnız gənclərlə mümkündür. Respublikanın mövcud durumunu; İndiki iqtidarın idarəçilik metodlarına, ölkəni bürümüş korrupsiya və rüşvətxorluğa xalqın dözmək gücünün daha qalmadığını, əvvəlki kimi yaşamaq istəmədiyini və Respublikamızda hər an kortəbii xalq üsyanının, qanlı toqquşma və dağıntıların baş verə biləcəyini, İqtidarın ölkədəki stabilliyi əvvəlki kimi basqı metodları ilə saxlamaq cəhdlərinin daha böyük faciələrə yol aça biləcəyini, Müxalifətin mövcud durumu demokratik və dinc mübarizə vasitələri ilə dəyişdirmək gücündə olmadığını, Xalqın mütləq əksəriyyətinin iqtidarı və eyni zamanda, müxalifəti dəstəkləmədiyini, İqtidar və müxalifət güclərinin bir-birinə tam qalib gəlmək imkanlarının olmadığını və bu durumun Respublikamızın inkişafında durğunluq, kütlələrdə isə gələcəklə bağlı ruh düşkünlüyü yaratdığını və bunun da insanların sağlamlığına ziyan vurduğunu, Bəzi xarici qüvvələrin Respublika daxilində gərginliyin artmasında maraqlı olduğunu və hər an daxilimizdə…

davamı burada...

Aydı Canıyev: “Xalqın ələnən namizədləri”

Tarix: 22.03.2018 09:30 Sərdar Cəlaloğluna təşəkkürlərlə… Biz heç vaxt nəyin nədən sonra baş verdiyini bilməyənlərik. Biz heç vaxt nə edəcəyimizdən sonra nə olacağını və ola biləcəyini hesablamaq qədərincə praqmatik deyilik – mən hələ ayrı mizan-tərəzi yarlıqlarından istifadə etmirəm. Üç debat olub – prezidentliyə namizədlərin arasında və iştirakı ilə! Mən orasını demirəm ki, bu debat sosial şəbəkədə “de-(özünü) bat(ır)!” kimi assosiasiya yaratdı və həqiqət payı yüzdə səksəndi. Namizəd olub seçkini, deyib özünü batırmayanlardan ikisini vurğulamaq istəyirəm: biri Qüdrət Həsənquliyevdi, biri də Sərdar Cəlaloğlu! ZƏRURİ İZAHAT:  Qüdrət Həsənquliyevdən yazdığım portret cizgilərinə görə əyilmiş ağızları, bərəlmiş gözləri, turşudulmuş sifətləri görüb də açıqlamasını verib keçirəm Sərdar bəyə! Bəsit, məhəlli, situativ, intuitiv, genetik düşüncə və aqressiv impulslarla cəmiyyətdə, ölkədə, hakimiyyətdə baş verən proseslərə öləri şəkildə…

davamı burada...

“Azər Tağıyevin 20 ildə vəkilliyə gətirdikləri”

Hörmətli oxucular! Mən bu gün Azərbaycanda ən məzlum, dilsiz-ağızsız peşə sahiblərindən olan vəkillərdən, vəkilliyin vəziyyətindən, vəkilləri və vəkilliyi “idarə” edənlərdən danışmaq istərdim. Dünyanın inkişaf etmiş bütün dövlətlərində ən seçilən peşələrdən biri vəkillik peşəsidir. Lakin bizdə vəkilliyin indiki durumuna nəzər salanda, görürsən ki, bu durum həddən artıq acınacaqlıdır. (Hərçənd bu yazıdan sonra “adlarını vəkil qoymuş” bəziləri öz sədrlərini müdafiə etmək, yaxud özlərini kimnsə “gözünə soxmaq” üçün məni qarşı kampaniyaya başlayacaqlar. Etsinlər, onlardan qorxan-filan yoxdur. Buyurub, gəlsinlər. Onu da deyə bilərəm ki, vəkillərin sırasında həddən artıq ləyaqətli, savadlı, prinsipal vəkillər də fəaliyyət göstərirlər. Amma düşdükləri vəziyyət bu cür insanları da sıxır və onlar peşələrindən həzz ala bilmirlər. Mən bu məsələlərlə bağlı istənilən görüşə və debata hazıram.) Bir az yaxın tarixə nəzər salsaq,…

davamı burada...

Daş sənin dövlət başına

Ali  Məhkəmə Parlamentin və Konstitusiya Məhkəməsinin səlahiyyətlərini mənimsədi.  Özünü hüquqşünas sayan bütün hüquqşünasların, bu dövlətin gələcəyini düşünən bütün savadlı insanların, məsuliyyətini dərk edən, övladlarının gələcəyini düşünüən bütün vətəndaşların   nəzərinə: Azərbaycanda hüquq ölür, yazılı qanunlar işləmir, dövlətimiz və məhkəmələrimiz insanlara məlum olmayan telefon hüququ ilə idarə edilir. Dövlətimiz hüquq müstəvisindən çıxıb. Bu isə cəmiyyətdə, insanların təfəkküründə qeyri-müəyyənlik qorxusu, gələcəyə ümidsizlik, bu günündən vahimə hissi  yaratmaqla onları son nəticədə öz vətənlərini, yurd-yuvalarını tərk etmətyə sövq edir.  Bu, gizli, incə üsullarla xalqımıza qarşı yeridilən qenosid siyasətinin tərkib hissəsidir. Hamınıza bəllidir ki, Azərbaycanda, 500 mindən çoxu tək Bakı şəhərində olmaqla, iki milyondan artıq evin, torpaq sahəsinin rəsmi sənədləri yoxdur. Yəni, bu evlər, mənzillər özbaşına tikili, zəbt torpaqları sayılır, onların üzərindəki mülkiyyət hüquqları qanuni müdafiədən…

davamı burada...

Orta məktəb direktoru tərəfindən şagirdlərə qarşı törədilən amansızlıqlar barədə

H.Əliyev adına Liseyin direktoru S.R.Orucovadır. Dünən, 07 dekabr 2017-ci ildə Bakı şəhəri Yasamal rayon məhkəməsində davam etməkdə olan bir məhkəmə prosesində ifadə verən orta məktəb şagirdindən eşitdiklərim məni dəhşətə gətirdi. Bakı şəhərinin  Xətai rayonunda fəaliyyət göstərən Heydər Əliyev adına Liseyin direktoru Orucova Sevinc Rafiq qızı şagirdləri müxtəlif bəhanələrlə dərslərdə iştirak etməyə buraxmırmış. Uşaqların təhsil prosesinə cəlb edilməsi, balalarımızın savadlandırılması dövlətin bir nömrəli vəzifəsi olmağına baxmayaraq, bu liseydə məktəbə gələn uşaqlar,  biri dərsə gecikmək, digəri isə geyimindəki nöqsanlara görə,  dərsə buraxılmırmışlar.  Təhsil nazirliyinin də bundan xəbəri var imiş. Çünki bəzi valideynlər nazirliyə Liseydə olanlarla bağlı şikayətlər ediblərmiş. Məhkəmədə azyaşlı uşağın (şagirdin növbəti mənəvi sarsıntı keçirməməsi üçün adını yazmıram) dedikləri qan dondurdu: “Səhər bacımla birlikdə dərsə gəldim. Bacım məndən qabaq gedib siniflərinə…

davamı burada...

Abşeron rayon İcra hakimiyyəti ilə tualet və “şambo” problemim.

Mən Abşeron rayonu Goradil kəndində xüsusi mülkiyyətimdə olan torpaq sahəsində ev tikmək məqsədilə, qanunda nəzərdə tutulan qaydada Abşeron RİH-ə müraciət etdim. RİH-nin memarlıq və tikinti şöbəsinin müdiri Akif Əliyevin 06.04.2017-ci il tarixli, 455-s saylı məktubu ilə mənə bildirildi ki, ” Abşeron yarımadasında yaşayış məntəqələrinin sürətli inkişafı nəticəsində kommunikasiya təminatlarında ciddi problemlər yaranmışdır. 2016-cı ilin 30.12.2016-cı il tarixində AR Prezidenti cənab İlham Əliyevin fərmanı ilə mühəndis kommunikasiya təminatı obyektinin normal fəaliyyətinin təmin edilməsi məqsədilə tikinti işlərinə rəy verilməsi müvəqqəti olaraq dayandırılmışdır. Odur ki, Sizə məxsus torpaq sahəsində inşası nəzərdə tutulan fərdi yaşayış evinin mühəndis kommunikasiya xətlərinə qoşulmasına dair müsbət rəylər və tikinti layihəsinin baş plan və memarlıq-planlaşdırma bölməsi təqdim edildikdən sonra müraciətinizə yenidən baxılacaqdır”. Bir sözlə, tikintiyə icazə verilməsinə mənə imtina…

davamı burada...

Aydın Şükür: “Biz niyə gerçək dünyəvi, hüquqi dövlət ola bilmirik???!!!”

Aydın ŞÜKÜR DÜNYƏVİ-HÜQUQİ DÖVLƏT OLMAĞIMIZI İSTƏYƏNLƏR ANLAMIRLAR Kİ, … Bizim üçün dünyəvi dövlət olmaqla, dünyaya inteqrasiya etməyin, hüqiqi dövlət ola bilməyin imkansızlığının əsas səbəbləri var və bu səbəblər ustalıqla xalqa sırınıb, xalqın həyat tərzinə dönüb. Azərbaycanda normal dövlət olmaq üçün əngəl yaradan, biri-birini inkar edən, biri-birinə zidd olan tərəflər hər addımda mövcuddur. Görünən və görünməyən tərəflər var. Bir tərəfdə dünya güclərinin bizdən tələb etdiyi “dünyavi, hüquqi dövlət” olmağımız çağrışı durur, digər tərəfdə isə, bizim zərurətdən doğan səbəblərə görə dünyaya inteqrasiya etmək məcburiyyətimiz, dünyadan təcrid olunmamaq istəyimiz, hüquqi və milli dövlət olmaq niyyətimiz var. Bir tərəfdə, dünya güclərinin içimizdə həyata keçirdikləri öz maraqları, digər tərəfdə isə həmin güclərin məhv etdikləri xalqın maraqları. Bir tərəfdə gəlişi gözəl sözlərlə aldadılıb real olmayan mücadiləyə…

davamı burada...

 Sərdar Cəlaloğlu:“Mən kainatın üçüncü qanununu kəşf etmişəm”

Bir toplum öz dəyərlərini daş-qalaq edə-edə, dəyərsizləşir. Dəyərsizləşdikcə də, dəyərli gördüyü toplumların sırasında dayana biləcəyinə özü də inanmır. Açığı, Nobel mükafatının bir addımlığına qədər irəliləyən Sərdar Cəlaloğlu barədə deyilənləri oxuduqca, bu fikirlər ağlıma gəldi. Kimlərsə, illah da, bu adamın nəzəriyyəsini gözdən salmaq üçün dəridən-qabıqdan çıxır, oxumadıqları bir tədqiqat əsərini elmlilikdən uzaqlıqda suçlayırlar. Özü də bu insanlar heç araşdırılan sahənin belə, adamı deyillər. Sərdar Cəlaloğlunun nəzəriyyəsini oxuyan əcnəbi mütəxəssislər isə onun Nobel mükafatının son mərhələsinə qədər irəliləməsinə etiraz etməyiblər. Deməli, bununla da, ən azı, nəzəriyyənin elmi olduğunu təsdiqləyiblər. Bəs, görəsən, bu nəzəriyyənin qısa mahiyyəti nədən ibarətdir? Sərdar Cəlaloğluyla söhbətimizdə bu suala aydınlıq gətirməyə çalışdıq. ADP sədrinin Strateq.az-a müsahibəsini təqdim edirik: – Sərdar bəy, əvvəla, sizi Nobel mükafatına namizədlər sırasına yüksəlməniz münasibətilə…

davamı burada...

Sərdar Cəlaloğlu yaradılışın sirrini öz nəzəriyyəsi ilə necə izah edir?

–ADP sədri “Mütləq Nisbilik” nəzəriyyəsi haqda danışır Son zamanlar ölkədə ən çox müzakirə olunan məsələlərdən bir də ADP sədri Sərdar Cəlaloğlunun Nobel Komitəsinə öz nəzəriyyələrini təqdim etməsidir. Bəziləri peşəcə həkim olan bir siyasi xadimin fizikayla məşğul olmasına ciddi baxmır, bu təşəbbüsü elmli görsənmək istəyi ilə əsaslandırırlar. Bəziləri isə onun gündəmdə qalması üçün “Nobel” arzusuna düşdüyünü düşünürlər. Təbii ki, onu tənqid edənlər arasında rəqibinin uğuruna sevinməyənlər də var. Sərdar bəy isə bütün sərt reaksiyalara baxmayaraq, öz işini davam etdirir, Nobel mükafatını bir gün mütləq Azərbaycana gətirəcəyini düşünür. Eşitdiyimizə görə, o, növbəti elmi əsərini də Nobel Komitəsinə təqdim edib. Bəs, görəsən, “Mütləq Nisbilik” nəzəriyyəsi adlanan bu əsərin məğzi, irəli sürdüyü ideyalar nədən ibarətdir?  ADP sədrilə söhbətimiz bu mövzu ətrafında oldu. Açığını desəm,…

davamı burada...

Sərdar Cəlaloğludan, şəhidlər haqqında elegiya: “YAŞAMAĞA UTANANLAR!”

Sərdar CƏLALOĞLU, ADP sədri (Ailəmin şəhidlərinə elegiya) “Sən yanmasan, Mən yanmasam, O yanmasa,  Necə çıxar qaranlıqlar aydınlığa?!” Nazim Hİkmət Böyük mütəfəkkir, humanizmin görkəmli nümayəndələrindən biri Hötenin “Şərəfli yaşamaq mümkün olduğu yerdə şərəfsiz yaşamaq nahaqdır” fikri orta məktəb dövrlərindən yadımda qalıb və zaman-zaman bununla Hötenin nə demək istədiyini anlamağa çalışmışam. Görünür, Höteni bu sözləri deməyə məcbur edən çoxlarının şərəfli ölüm varkən, şərəfsiz yaşamağa üstünlük vermələriydi. Sonralar buna oxşar aforizmə Hüseyn Cavidin şeirlərindən birində rast gəlmişdim: “Ölüm  var ki həyat kimi dəyərli, Həyat var ki ölümdən də zərərli”. Bu iki misra ilə Hotenin fikirləri mənaca eyni olub, yalnız deyilişinə görə fərqlənir. Biz şərəfli ölüm  olan yerdə şərəfsiz yaşamaq istəməyənlərə qəhrəman və ya şəhid deyirik. Dinc, demokratik mübarizə fəlsəfəsini yaradanlardan yazıçı mütəfəkkir S.Sveyqin…

davamı burada...

Sabir Rüstəmxanlı yazır:”Düymə basılıb, gizli mexanizm işə düşüb, ölkədə münaqişə ocaqları yaratmaq istəyirlər”

Sabir RÜSTƏMXANLI, Vətəndaş Həmrəyliyi Partiyasının sədri İctimai Televiziyada Anar Yusifoğlunun apardığı verilişə yarımçıq baxdım. Tanışlardan biri zəng vurdu, televizoru açdım. Bir dəstə tanınan, təcrübəli adam, millət vəkili dəvət olunmuşdu. Ölkə normal həyatını yaşayır, seçki də yoxdur, nə fövqəladə hadisə baş verib ki, bu adamlar belə təntənəylə bir araya gəliblər? Baxdım ki, hamı təlaş içində azərbaycançılıqdan danışır. Çox gözəl! Azərbaycançılıq ölkənin əsas ideoloji xəttidir, ona sayğı hər bir vətəndaşın borcudur və bu gün bu ideologiyanı təhlükə altına alan heç bir olay, hərəkət yoxdur. Onda bəs bu adamları çilədən çıxaran nədir? Əsas mətləb budur! Son vaxtlar bəzi siyasi xadimlər durub-durduqları yerdə tez-tez qaşınmayan yerdən qan çıxarmağa çalışırlar. Biri deyir, “biz türk deyilik, hind-avropa irqiyik” (sanki ondan kimliyini soruşan var və ya hamı…

davamı burada...

Mətləb Mütəllimli, İstiqlalçı millət vəkili: Vay səni… Şahin bəy!

Sizi bilmirəm, şəxsən mən hələ də şokdayam. Ona görə şokdayam ki, nə az, nə çox, məhkəmələrin lap təpəsində oturan, Ali Məhkəmənin Cinayət kollegiyasının sədri Şahin Yusifov (hələ ki, bu yazı çapa gedənə qədər sədr idi) Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının ümumi yığıncağında siyasi  xətaya yol verib, loru dildə desək, yekə bir xoruz buraxıb.  Xoruz da nə xoruz!  Şahin bəy, həqiqi şahin kimi şikarının üstünə necə  şığıyıbsa… YAP-ın çürük ideologiyasını, lap elə polisin də kürəyini bir göz qırpımında yerə çırpıb. Şir ürəyi yemiş Şahin bəy nə desə yaxşıdır?  O, deyib ki,  “ən bəlalı məsələlərdən biri Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bağlıdır. Bu gün azadlıqdan məhrum etmə cəzası çəkənlərin 7 nəfərdən biri bu maddə ilə ittiham olunmuş şəxslərdir. Cəzaçəkmə müəssisələri, istintaq təcridxanaları bu…

davamı burada...

Mətləb Mütəllimli, İstiqlalçı millət vəkili:  “Bunlar vandalizm deyilmi?”

Bu günlərdə Azərbaycan üçün xarakterik olan adi bir hadisə baş verdi. Bakı şəhərində şair Mikayıl Müşviqin heykəli hökumətin qoluzorluları tərəfindən ( Azəryolservis) uçuruldu. Bəzi ziyalılar bu özbaşınalıqları pislədi, tezliklə günahkarların cəzalandırılmasını tələb etdi. İlk baxışda, bu özbaşınalığa görə ziyalıların sərt reaksiya verməsi təqdirə layiq haldır. Amma… Təqdirə layiq olmayan odur ki, bu ziyalılar ölkə üzrə hər addımda özü və haqqı tapdalanan canlı insanları görüb susur, di gəl ki, daş heykəl üçün haray-həşir qoparırlar. Belə haray salan, hadisəni “ vandalizm “ adlandıran ziyalılardan biri də M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayevadır. İndi mən də , xanım professordan soruşmaq istəyirəm : –Əsir qızlarımızın, qadınlarımızın uzun illər düşmən əsirliyində işgəncələrə məruz qalması, qarınları cırılaraq bətnlərindən körpələrinin çıxarılaraq süngülərə taxılması,…

davamı burada...

AZƏRBAYCAN TARİXİNƏ MƏZHƏBÇİ BAXIŞ

24-12-2016 …Jirinovskinin Azərbaycan tarixinə baxışı ilə Fazil Mustafanın baxışı arasında heç bir fərqin olmaması da bunu sübut edir Əgər mənə ikinci dəfə dünyaya gəlmək və özümə millət seçmək imkanı verilsəydi, mən deyərdim ki, Şah İsmayıl, Şah Nadir və Şah Qacar hansı millətin nümayəndəsidirsə, mən də o millətdən olmaq istərdim… Bu yaxınlarda ölkə.az saytına verdiyim müsahibədə jurnalistin “Tarixi şans verilsəydi, hansı hadisələrdə və kimlərin yanında olmaq istərdiniz” sualına “Şah İsmayılın, Şah Nadirin və Şah Qacarın yanında olar, onların savaşlarında iştirak edərdim” – deyə cavab verməyim ümumdünya tarixinin üç böyük sərkərdə və dövlət xadiminə verdiyim dəyərlə bağlı olmuşdur. Müasir dövrdə bir siyasətçi kimi mənim dövlətçilik və millətçilik ideyalarımın qaynağı da məhz öz doğma milli tariximizin bu üç şəxsiyyətinin ideyaları, əməlləri və mübarizəsidir.…

davamı burada...