Kəramət Böyükçöl: “Ziyalı harayı-vicdanın üsyanı”
Kəramət Böyükçöl
Cəmiyyət çox böyük psixoloji gərginlik içindədir. Adamlar yorulub. Mövzular tükənib. Camaat boğaza yığılıb. Sonrası nə ola-ola, harda qırıla-qırıla janrında bir həyat yaşayır hər kəs. Ədalətsiz hakimiyyət, anormal idarəçilik, cahil kütlə və bütün bunların fonunda kənardan dəli kimi görünən ağıllı adamlar. Heç nə öz yerində deyil. O gün bir nəfər gəlib kitabımı aldı. Çox səmimi bir oğlan idi. Axırda məlum oldu ki, adam polismiş. Mənə deyir ki, borc pul tapıb iki sot torpaq almışam, İcra hakimiyyəti və əlavə 10-15 yerdən rüşvət istəyirlər, tikməyə qoymurlar. Neyləyim, bilmirəm. Deyir, gedib çəkib işıqlandıra bilərsən? Sona tərəddüd edir, deyir, amma bilməsinlər mən ev tikdirirəm, birdən işdən çıxararlar. Sonra qayıdır ki, ya da çəkmə, lazım deyil. Adama əmr versələr, boynumdan cırcıramanı quyruğundan tutan kimi…