Elnur Astanbəyli: Azərbaycana təhlükə haradan gəlir?
07, 08 MAY 2015 “Azadlıq”
ELNUR ASTANBƏYLI
elnurastanbeyli@gmail.com
Antidemokratik, avtoritar rejimlər “xarici düşmən” axtarışına çıxmağı və bu “xarici düşmən”dən gələn təhlükələrlə manipulyasiya etməyi sevirlər. Bəzən bu axtarışlar, manipulyasiyalar hətta özünüifşa həddinədək gəlib çatır.
Uzağa getməyək, elə dünən (6 may) baş nazir müavini, “Qaçqınkom” sədri, YAP sədrinin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri (bir adama bu qədər vəzifə verildiyi bir ölkəyə xarici düşmən nə lazım?!) Əli Həsənovun açıqlamalarına göz ataq. O, Qarabağ məsələsinə görə ABŞ-ı, Rusiyanı, Fransanın qabırğasına o ki var döşəyib. Ümumiyyətlə isə son bir neçə gündə yaptokratların “xarici düşmən” cildində təqdim etdikləri ölkələrin, beynəlxalq qurumların sayı-hesabı yoxdur (əlbəttə, ittiham hədəfləri arasında doğrudan da, Azərbaycana münasibətdə…