Əlaqə vasitələri

Məqalələr

04/01/2015 Tanınmış hüquqşünasdan ilginc təklif… Qurban Məmmədov seçkidə iştirak etməyənlərin cərimə olunmasını istəyir…

Sonuncu bələdiyyə seçkilərində demək olar ki, seçici fəallığının misligörünməmiş səviyyədə aşağlı olması vətəndaşın ölkədəki seçkilərdən imtina etməsi kimi qiymətləndirilir. Bir neçə gün öncə həbsdən azad olunmuş tanınmış hüquqşünas Qurban Məmmədov daModerator.az-a açıqlamasında deyir ki, vətəndaş öz dövlətinə sahib çıxmaq hissindən boyun qaçırdığına görə cavab verməlidir və o hüququ ilə vəzifəsini unutduğuna görə cərimə sanksiyası ilə tənbeh edilməlidir: “Bəzən biz səsvermə hüququ ilə səsvermədə iştirak hüququnu qarışdırırıq. Yəni bu o deməkdir ki, vətəndaş istənilən halda səsvermədə iştirak etməlidir, Ancaq o səsvermə hüququndan istifadə edib- etməməkdə azaddır. Yəni istəyər kiminsə lehinə və ya əleyhinə səs verər, ya da ümumiyyətlə bülleteni etibarsız hesab etmək üçün tutaq ki, prezidentliyə namizədə səs verərkən birdən artıq namizədə səs verər. Amma istənilən halda seçkidə iştirak…

davamı burada...

05/01/2015 Əlövsət Əliyev Qurban Məmmədovla razılaşmadı
05/01/2015 Əlövsət Əliyev Qurban Məmmədovla razılaşmadı

05/01/2015 Əlövsət Əliyev Qurban Məmmədovla razılaşmadı

Məhşur hüquqşünas Qurban Məmmədov 23 dekabr bələdiyyə seçkilərində seçici iştirakının 10 faizdən də az olmasını əsas gətirərək Moderator.az-da belə bir təkliflə çıxış edib ki, qanunvericiliyə dəyişiklik edilməli və konstitusiyanın 1-ci maddəsindən, yəni hakimiyyətin mənbəyini təşkil etmək vəzifəsindən imtina etdiyinə görə- seçkilərdə ümumiyyətlə iştirak etməkdən üzrsüz səbəbə görə boyun qaçıran vətəndaş işləyirsə 3 aylıq əmək haqqı, işləmirsə ölkədəki orta aylıq əmək haqqının 3 misli qədər cərimə olunsun—-(moderator.az/?xeber=66351) Q. Məmmədov bunu belə əsaslandırır ki, öz hakimiyyətini seçkilər vasitəsilə formalaşdırmaq xalqın  hüququ olmaqla bərabər eyni zamanda vəziəsidir, o bundan imtina etməklə dövlətindən imtina etmiş olur. Yəni seçici istənilən halda seçkiyə gəlməli, bülleteni götürməli, bundan sonra ürəyindən nə keçsə onu həyata keçirməlidir, hətta bülleteni qəsdən yararsız hala da sala bilər, yetər ki, o…

davamı burada...

06/01/2015 Billur Hümbətov Qurban Məmmədovun seçki fərarilərinin cərimələnməsi təklifinə qarşı çıxdı
06/01/2015  Billur Hümbətov Qurban Məmmədovun seçki fərarilərinin cərimələnməsi təklifinə qarşı çıxdı

06/01/2015 Billur Hümbətov Qurban Məmmədovun seçki fərarilərinin cərimələnməsi təklifinə qarşı çıxdı

Moderator.az xəbər verir ki, Vətəndaş və İnkişaf Partiyası sədrinin müavini Billur Hümbətov tanınmış hüquqşünas Qurban Məmmədovun saytımızda getmiş bir yazısına münasibət bildirib və həmin yazını saytda yerləşdirməyimizi xahiş edib: “Bir məsələyə münasibət bildirmək isəyirəm.Tanınmış hüquqşunas Qurban Məmmədov mətbuatda 23 dekabr bələdiyyə seçkilərində seçici aktivliyinin 10%-dən də az olmasını əsas gətirərək belə bir təkliflə çıxış edib ki,seçkilərdə üzürsüz səbəbə ğörə iştirakdan imtina edən vətəndaşlara cərimələr tətbiq edilsin.Qurban bəy bildirib ki,seçkidə iştirakdan imtina dövlətdən imtina kimi dəyərləndirilməlidir. Hörmətli hüquqşunasın seçkidə iştirakın bu həddə düşməsi ilə bağlı narahatçılığını haqlı sayıram və hesab edirəm ki,dövlətinin gələcəyininə laqeyd olmayan hər kəs buna ciddi yanaşmalıdır.Nəzərə alsaq ki,bu ilki bələdiyyə seçkilərində 37077 nəfər qeydə alınmışdı və əgər hər qeydə alınan namizəd 50 nəfər seçici seçkiyə cəlb edə…

davamı burada...

08/01/2015 Hakimiyyətin mənbəyi doğrudanmı Xalqdır…?

Bir neçə gün öncə tanınmış hüquqşünasModerator.az-da maraqlı təkliflə çıxış edərək seçkidə üzrsüz səbəbdən iştirak etməyən vətəndaşın cərimələnməsini təklif etmiş, fikrini əsaslandırmışdı.moderator.az/?xeber=66351 Onun bu açıqlaması ciddi polemikaya səbəb olduğundan Qurban bəy yenidən bu mövzuya toxunub və fundamental şəkildə fikrini əsaslandırıb: Azərbaycan Respublikası Konstitusiyasının 56-cı (SEÇKİ HÜQUQU) maddəsinin I hissəsində deyilir: “Azərbaycan Respublikası vərəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır.” Əgər belə hesab etsək ki, vərtəndaşların hər hansı səsvermə prosesində iştirak etməsi onların hüququdur—“iştirak etmək hüququ”— bu maddənin məzmununa görə, belə bir hüquq yalnız referenduma aiddir. Yəni vətəndaş istəməsə, referendumda iştirak etməyə bilər. Əslində, seçkilərin nəticələrinin saxtalaşdırılmadığı bir ölkədə, vətəndaşın bu hüququndan istifadə etməməsi, yəni referendumda iştirak etməməsi, səsvermədə iştirak etməməsi, onun referenduma çıxarılan məsələyə önəm verməməsi,…

davamı burada...

08/01/2015 Bəzi ölkələrdə seçkilərdə iştirak hüquq deyil, vəzifə kimi müəyyən edilib…
08/01/2015 Bəzi ölkələrdə seçkilərdə iştirak hüquq deyil, vəzifə kimi müəyyən edilib…

08/01/2015 Bəzi ölkələrdə seçkilərdə iştirak hüquq deyil, vəzifə kimi müəyyən edilib…

Milli Demokrat (Bozqurd) Partiyası Təşkilat Komitəsinin rəhbəri Qələndər Muxtarlı tanınmış hüquqşünas Qurban Məmmədovun seçkidə üzrsüz səbəbdən iştirak etməyənlərə cərimə kəsilməsiylə bağlıModerator.az-da qaldırdığı məsələyə münasibət bildirib: “Qurban bəy ciddi məsələyə toxunub. Bu fikir müxtəlif vaxtlarda cəmiyyətdə qaldırılsa da həllini tapmayıb. Baxmayaraq ki, dünyanın müxtəlif xalqları seçkidə Millətin iştirakını təmin etmək üçün təklif edilən variantı tətbiq ediblər və ciddi nəticələrə nail olublar. Elə Türkiyə Cumhuriyyəti də seçkilərdə iştirak etməməyə görə, yəni vətəndaş olaraq onun qarşısında duran vəzifəyə əsaslı səbəb olmadan məsuliyyətlə yanaşmadığına görə pul cəriməsi tətbiq etmişdi. Gərək ki, 150-200 dollar civarında cərimə ödənilirdi. Bu da artıq vətəndaşları düşündürürdü ki, hakimiyyət xalqın seçkilərdə kütləvi iştirakını təmin etməkdə maraqlıdı. Hakımiyyət həm də istəyir ki, müasir dünyada hec bir dövlət, beynəlxalq qurumlar…

davamı burada...

Qurban Məmmədovdan Sərdar Cəlaloğluna qardaşlıq jesti…
Qurban Məmmədovdan Sərdar Cəlaloğluna qardaşlıq jesti…

Qurban Məmmədovdan Sərdar Cəlaloğluna qardaşlıq jesti…

Moderator.az xəbər verir ki, yenicə həbsdən azad olunmuş tanınmış hüquqşünas Qurban Məmmədov qardaşı Sərdar Cəlaloğlu haqqında ilginc açıqlamada bulunub. Qurban bəy mətbuatda iki qardaş haqqında yazıların körüklənməsini də üstüörtülü şəkildə qınayıb: “Siyasi baxışlarımızın və mövqelərimizin daban-dabana zidd olması, xüsusilə də Milli Şura, Əli Kərimli və AXCP-yə qarşı Sərdar bəyin tutduğu qeyri-obyektiv mövqe onun mənim böyük qardaşım olması faktını aradan qaldırmır. Siyasətdən kənarda o mənim qardaşım, böyüyüm və ata əvəzimdir. Ancaq siyasi və milli maraqlarda güzəşt (mən baxışlarımda səhv də edə bilərəm, ancaq belə düşünürəm) ləyaqətsizlik və münafiqlikdir. ALLAH bizi doğru yolumuzdan sapmağa qoymasın, İNŞALLAH ! Eyni zamanda, hesab edirəm ki, ailədaxili və ya şəxsi münasibətlərin ictimai diqqətin mərkəzinə gətirilməsi tamamilə yanlış və ziyanlıdır, insanların qızıl kimi qiymətli vaxtını belə məsələlərə…

davamı burada...

11/01/2015 Qurban Məmmədov özü boyda bir əfsanədir- Sərdar Əlibəyli
11/01/2015  Qurban Məmmədov özü boyda bir əfsanədir- Sərdar Əlibəyli

11/01/2015 Qurban Məmmədov özü boyda bir əfsanədir- Sərdar Əlibəyli

Moderator.az ötən ilin sonunda prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa qovuşmuş Sərdar Əlibəylinin “Millətim” qəzetinə müsahibəsinin ikinci hissəsini oxuculara təqdim edir: Birinci hissə burada—moderator.az/?xeber=66768   -Belə görünür ki, istəsəniz də o şəbəkə sizi qəbul etməyəcəkdi…   -Eləyə bilməzlər… Mən çox azad adamam. Hələ də cəmiyyətin, mənim ən yaxın adamlarımın belə qavraya bilmədiyi qədər azad adamam. Bu gün nə “Azadlıq”da azadlıq var, nə “Müsavat”da müsavatçılıq var, hətta “Millətim”in özündə belə müəyyən məqamlarda siyasi maraq məsələsi var. Amma istər ölkənin daxilindən və ya xaricindən konkret qüvvələrin şər əməllərinə dəstək olmaq, yardımçı olmaq, onların əlində alətə çevrilmək qəbul edilməzdir. Mən həbsxanadan “Azadlıq”, “Müsavat”a heç vaxt yazı göndərmədim. Amma “Azadlıq” qəzetinə bir neçə yazım Qurban Məmmədovun təkidlə göndərildi. Dedi ki, mən göndərəcəyəm, verəcəklər. Təbii ki,…

davamı burada...

Mətləb Mütəllimlidən həmkarları haqqında şok açıqlamalar…
Mətləb Mütəllimlidən həmkarları haqqında şok açıqlamalar…

Mətləb Mütəllimlidən həmkarları haqqında şok açıqlamalar…

Yad Qardaşlar…                                                     (Əqidə-bu ağlın vicdanıdır. N.Şamfor, fransız yazıçısı.) Cəmiyyətdə müsbət-mənfi imiclə tanınan bəzi siyasi yönlü qardaşlar haqqında çoxdan nəsə yazmağı düşünürdüm. Yenicə həbsdən çıxmış  siyasi məhbus  Qurban Məmmədovla görüşdükdən sonra isə bu  yazını tezləşdirmək qərarına  gəldim. Doğma qardaşı ilə əqidəcə düşmən olan birisi xalqa xeyir verə bilərmi? Görəsən, kim əqidəsini qardaşdan üstün tutur, kim şəxsi mənafeyini?                                            Əlbəttə, burada yazılanlar  mənim  subyektiv fikirlərimdir və heç kəsi aşağılamaq mənasında başa düşülməməli, eləcə də, yersiz isterikaya səbəb olmamalıdır.                                                                       Beləliklə, siyasətçilər, lakin əqidəcə yad qardaşlar:    Sərdar Cəlaloğlu-Qurban Məmmədov;  Zərdüşt  Əlizadə-Araz Əlizadə; Rüstəmxanlı qardaşları; Qənimət  Zahid- Mirzə Sakit.                                                                                                                          Elə əlifba sırası ilə başlayaq Qurban Məmmədov-Sərdar Cəlaloğlu  qardaşlarından. Qurban Məmmədov     Q. Məmmədov 3 dəfə, üst-üstə 8 il həbsxana həyatı yaşayıb. Savadlı, yüksək intellektə, natiqlik qabiliyyətinə malik…

davamı burada...

Qurban Məmmədov Səlim Müslümova təşəkkür etdi
Qurban Məmmədov Səlim Müslümova təşəkkür etdi

Qurban Məmmədov Səlim Müslümova təşəkkür etdi

  “ÇALXAN” hüquq firmasının direktoru, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Qurban MəmmədovModerator.az-a bir yazı göndərib: “Moderator.az-ın 19 yanvar 2015-ci il tarixli bölümündə bir məqaləm yayınlanmışdı-(moderator.az/?xeber=67335)  Məqalədə azadlığa buraxılan məhbusların elə birinci gündən başlayaraq yemək, su, yol puluna olan ehtiyacları  barədə, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının 31 may 2007-ci il tarixli Qanununun 14.1-ci maddəsinə əsasən, cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əmək haqqının dörd misli məbləğində birdəfəlik pul müavinətinin verilməsi ilə bağlı yaranan problemlərdən yazmışdım. Bu gün (26 yanvarda) mənə gələn bir zəng sözün yaxşı mənasında məni çox təəccübləndirdi. Çünki son 20 ildə ilk dəfə bir dövlət orqanının, xüsusilə də nazir səviyyəsində,  kütləvi informasiya vasitəsində…

davamı burada...

Avropa Məhkəməsinin kəsdiyi kompensasiyalar hakimlərdən tələb edilməlidir.
Avropa Məhkəməsinin kəsdiyi kompensasiyalar hakimlərdən tələb edilməlidir.

Avropa Məhkəməsinin kəsdiyi kompensasiyalar hakimlərdən tələb edilməlidir.

[dropshadowbox align=”none” effect=”lifted-both” width=”autopx” height=”” background_color=”#ffffff” border_width=”1″ border_color=”#dddddd” ]Cərimələri kim ödəməlidir?[/dropshadowbox] Avropa Məhkəməsinin, həm də elə Azərbaycan Respublikasının yuxarı məhkəmə instansiyalarının qərarlarına əsasən ödənilən  kompensasiyalar mütləq dövlət tərəfindən ödənilməlidir. Ancaq iş bununla bitməməlidir. Sonradan dövlət vətəndaşa ödədiyi həmin məbləği “reqres iddiası” yolu ilə mütləq və  mütləq  vətəndaşın hüququnu pozan hakimdən almalı, eyni zamanda, bu hallarda  belə hakimlərin vəzifədən uzaqlaşdırılmaları barədə qanunvericilikdə dəyişikliklər edilməlidir. Bu mütləq edilməlidir. Hakim bilməlidir ki, onun bunun tapşırığı ilə qərar qəbul etsə, pulunu və vəzifəsini itirəcəkdir. Hüquqşünas dostlarımdan, səhv etmirəmsə, hörmətli Əyyub Kərimov demişdi: “indi mən soruşuram, hakimlər o pulu haradan tapmalı, necə ödəməlidir? Aydın məsələdir ki, hakim aldığı maaşla bu təzminatı ödəyə bilməz.” Mənim bir insan və hüquqşünas kimi Əyyub bəyə böyük hörmətim…

davamı burada...

A Ç I Q M Ə K T U B – Koorupsiyalaşmış qanunlar və cəza satıcıları (birinci məqalə)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə AR Milli Məclisinin Sədri cənab Oqtay Əsədova Konstitusiya Məhkəməsinin Sədri cənab Fərhad Abdullayevə Ali Məhkəmənin Sədri cənab Ramiz Rzayevə Ədliyyə Naziri cənab Fikrət Məmmədova Daxili İşlər Naziri cənab Ramil Usubova AR Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri cənab Fuad Ələsgərova AR Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri cənab Şahin Əliyevə AR Baş Prokuroru cənab Zakir Qaralova Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) xanım Elmira Süleymanovaya AR Milli Məclisinin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvləri sədr Əli Hüseynliyə, Azay Quliyevə, Fəzail Ağamalıya, Qüdrət Həsənquliyevə, Çingiz Qənizadəyə AR Milli Məclisinin İnsan Hüquqları Komitəsinin üzvləri sədr Rəbiyyət Aslanovaya, Fazil Mustafaya, İlyas İsmayılova, İqbal Ağazadəyə, İsmayıl Hacıyevə Vəkillər Kollegiyasının Sədri…

davamı burada...

Qurban Məmmədovun müsahibə və məqalələri

“Rüşvət bu hakimiyyətin mövcudluğunun sementidir” – Müsahibə 14.07.11 (Qafqaz.info) “Onun atdığı addım 5-10 il əvvəl İsa Qəmbərlə Əli Kərimlinin atdığı addımdan heç nə ilə fərqlənmir” Vətəndaş Hərəkatı Forumunun sədri, vəkil Qurban Məmmədovun “Qafqazinfo”ya müsahibəsi. [dropshadowbox align=”center” effect=”horizontal-curve-both” width=”autopx” height=”autopx” background_color=”#eafdfc” border_width=”2″ border_color=”#f15858″ ] Keçən həftə sizin təşəbbüsünüzlə 6 müxalifət partiyasının görüşü keçirildi. Bu görüşün nəticəsini necə qiymətləndirisizniz? [/dropshadowbox] – Əvvəla mən görüşün məqsədi barədə məlumat vermək istəyirəm. Məqsəd Azərbaycan müxalifətinin əsas aparıcı qüvvələrini bir araya gətirmək, onların səmimi birliyinə, Azərbaycan xalqını inandırmaqla xalqın mütləq əksəriyyətini bu rejimə qarşı mübarizəyə cəlb etməkdir. Çünki, son vaxtlar hadisələr göstərir ki, İctimai Palata adlı blokda birləşən Müsavat-AXCP, Qarabağ blokunda birləşən ADP, Ümid və başqa ayrı-ayrılıqda üçlükdə, beşlikdə bu problemin həllinin öhdəsindən gələ bilmirlər, Azərbaycan…

davamı burada...

Sərdar Cəlaloğlu: “Səməd Vurğun kimi dılğırın biri onları xalq düşməni edib”
Sərdar Cəlaloğlu: “Səməd Vurğun kimi dılğırın biri onları xalq düşməni edib”

Sərdar Cəlaloğlu: “Səməd Vurğun kimi dılğırın biri onları xalq düşməni edib”

Sərdar Cəlaloğlu: “Səməd Vurğun kimi dılğırın biri onları xalq düşməni edib” Azərbaycan Demokrat Partiyasının sədri müsahibə verib Gülnar Əliyeva 12.04.2013 11:57 Kateqoriya:Azərbaycan ANS PRESS Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun “Qafqazinfo”ya müsahibə verib.- Azərbaycanda seçkiqabağı son vəziyyəti necə dəyərləndirirsiniz? – Vəziyyət tufandan qabaq sakitlik kimi görünür. Azərbaycanda qarşıdan seçkilər gəlir. Seçkilərlə bağlı cəmiyyətdə gərginlik var. Həm daxili, həm iqtidar-müxalifət, həm də iqtidarın daxilindəki vəziyyət tam gərilib. Xarici siyasətin özündə böyük bir gərginlik var. İran Azərbaycan arasında böyük bir gərginliyin ortaya çıxması, Rusiyanın, Türkmənistanın Azərbaycana təzyiqləri və.s Bütövlükdə bunları çox ciddi siyasi kataklizmlər ərəfəsi kimi dəyərləndirirəm. “İran öz maraqlarına uyğun ixtişaşlar, təxribatlar törədə bilər” – Hansı kataklizmlər baş verə bilər? – Birincisi, Qarabağ münaqişəsi aktivləşə bilər. Rusiya Azərbaycana başqa xarakterli problemlər…

davamı burada...

HANSI PARTİYANIN NƏ QƏDƏR ÜZVÜ VAR? – ARAŞDIRMA
HANSI PARTİYANIN NƏ QƏDƏR ÜZVÜ VAR? – ARAŞDIRMA

HANSI PARTİYANIN NƏ QƏDƏR ÜZVÜ VAR? – ARAŞDIRMA

HANSI PARTİYANIN NƏ QƏDƏR ÜZVÜ VAR? – ARAŞDIRMA Tarix : 2013.05.25  12:53:41 Deyilənlərə inansaq, ölkədə seçicilərin 5/1-i siyasi partiyaların üzvləridir Hafiz Hacıyev Modern.az-a müsahibəsində qeyd edib ki, Müasir Müsavat Partiyasının 90 min üzvü var. Təkamül Partiyasının sədri vəzifəsindən istefa verərək, BAXCP sıralarına qoşulan Teyyub Qəni isə “Təkamül”ün 10 min üzvünün olduğunu bildirib. Bu sayların reallığı əks etdirməsi şübhəlidir. Hər halda ən doğrusunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev və Teyyub Qəni bilir. Modern.az bu açıqlamalardan sonra bir neçə partiya arasında üzvlərinin sayı ilə bağlı araşdırma aparıb. Hakim Yeni Azərbaycan Partiyasının (sədr İlham Əliyev) rəsmiləri üzv sayının 600 mini keçdiyini bildirsə də, qurumun rəsmi saytında bu say az göstərilib. Belə ki, üzv sayı 593.351 kimi yazılıb. YAP aparatından Modern.az-a bildiriblər ki,…

davamı burada...

Dövlətçilik əxlaqı və ya “bizim olmayan” adamlar–Sabir Rüstəmxanlı (Yeni Müsavatdan)
Dövlətçilik əxlaqı və ya “bizim olmayan” adamlar–Sabir Rüstəmxanlı (Yeni Müsavatdan)

Dövlətçilik əxlaqı və ya “bizim olmayan” adamlar–Sabir Rüstəmxanlı (Yeni Müsavatdan)

22.05.2013 [6:55] Dövlətçilik əxlaqı və ya “bizim olmayan” adamlar Saray yalnız yaltaq vəzir-vüzəranın ümidinə qalsa, ölkələri faciəli aqibətlərdən qorumaq olmazdı… Söz var deməsən, ürəyini deşir. Düzdür, deməmək can rahatlığıdır; ağzını açan kimi yüz qulp qoyacaqlar, çünki sözü söz tərəzisiylə ölçən azdır, hərə mənsub olduğu dairənin və ya öz mədəni səviyyəsinin gözüylə baxır sözə: yumşaqdırsa, niyə yumşaqdır, sərtdirsə, niyə sərtdir və s… Ancaq mən sözü öz vicdan ölçülərimlə dəyərləndirməyə və gizlətməməyə öyrəşmişəm. Olanımız sözdür! Onu da içimizdə axtalayıb danışsaq, bu millətin sözü qısırlaşar və gələcək nəsillər bizi lal-kar hesab edər… Azərbaycanın böyük qələm  sahiblərindən biri, xalq yazıcısı Sabir Əhmədli dünyasını dəyişəndən sonra yuxarılardan gələn məsləhətlə dəfni bir gün yubadılsa da, bütün cidd-cəhdlərimizə baxmayaraq, Fəxri Xiyabana buraxılmadı. II Dünya Savaşında ən gənc…

davamı burada...

Xəsislikmi, qorxaqlıqmı daha ləyaqətli keyfiyyətdir?–Qənimət Zahid

ÇƏRŞƏNBƏ, 20 MART 2013 12:38 QƏNIMƏT ZAHID  Azərbaycan milyonerlərinin idbar xüsusiyyətləri Birinci yazı “Azərbaycan saatı” üçün yardım kampaniyası mənə bu bir il ərzində müraciət etdiyimiz həmyerlilərimizlə bağlı çoxlu sayda epizodları xatırlatdı. Düz bir il bundan əvvəl “Azərbaycan saatı”nın əsasını qoymaq üçün maliyyə vəsaiti axtarmağa başladım. Mənə elə gəlirdi ki, ciddi bir çətinlik olmayacaq. Dünyanın hər yerində varlı azərbaycanlılar var və onların, demək olar ki, hamısı Azərbaycanın indiki hökumətinin əlindən cilov gəmirir. Bu adamların hamısı bu və ya başqa zamanlarda olan söhbətlərimizdə bu quldur idarəetmə tərzinə lənət oxuyur, Vətəndən didərgin düşdükləri üçün Əliyevçi rejimi ittiham edir. Hamısı belə hesab edir ki, Vətəndən kənarda qazanılan hər bir milyon Vətəndə qazanılan qəpik-quruşdan daha dəyərsizdir. Buna görə də öncədən tanış olduğum, fikrinə-düşüncəsinə bələd olduğum…

davamı burada...

Əli Kərimli xalqın xilaskarından yazdı
Əli Kərimli xalqın xilaskarından yazdı

Əli Kərimli xalqın xilaskarından yazdı

ÇƏRŞƏNBƏ, 22 MAY 2013 13:01 “Nə heç bir lider, nə də heç bir qurum gözümüzə xilaskar kimi görünməməlidir, amma… onu uzaqda axtarmayın” AXCP sədri Əli Kərimli demokratik qüvvələrin böyük birliyinin yaranması mövzusuna toxunaraq, bununla bağlı bəzi yanlış gözləntilərə aydınlıq gətirib. AXCP sədri demokratik qüvvələrin daha geniş formatda birləşməsi ilə ölkədəki avtoritar rejimə avtomatik son qoyulacağını gözləməyin doğru olmadığını qeyd edib və “xilaskarın” ünvanını göstərib. Əli Kərimlinin Facebook səhifəsində paylaşdığı yazını təqdim edirik: Ölkəmizi xilas edəcək qüvvəni tanıyırsınız? Milli Şuranın yaranmasına xalqın əksər təbəqələrinin dəstəyi açıq-aşkar hiss olunur. Xeyli sayda həmvətənimiz inanır ki, müxalifətin daha geniş formatda birləşməsi demokratik dəyişikliklərin önünü açacaq. Əlbəttə ki, xalqımızın böyük bir hissəsinin bu ideyaya dəstək verməsi, bu birliyə ümid bəsləməsi çox yaxşı xəbərdir və birlik…

davamı burada...

Hacıbalanın başına gələnlər və bazar qiyməti…

  Dünya dağılır. Yalnız iki nəfər xilas ola bilir: Bakı Şəhər İH-nin başçısı Hacıbala və kvadratına 1500 manat ödənilərək evi zorla sökülən başqa bir azərbaycanlı. “Hacıbala” dünyanın bütün xəzinələrini, “evi sökülən” də bir ədəd bişmiş toyuq ələ keçirib Marsa köçürlər. Bir azdan aclıq başlayır. “Evi sökülən” süfrəsini açır, başlayır iştahla yeməyə. “Hacıbala” kənardan xeyli baxır, baxır, axır ki aclıqdan əldən düşdüyünü görüb yaxınlaşır: — Məni də qonaq edərsənmi?–deyə, soruşur. —Satıram, Hacıbala, satıram. —Neçəyə? — Baxır  harasını istəyirsən. — Mən belini xoşlamışam həmişə. — Yüz milyon dollar! — Nəəə? Yüz milyona toyuq beli olar? — Bahadır alma. — Budunu neçəyə verərsən? — Səksən milyona, ancaq marsoyla ödəyəcəksən. — Qardaş, sən dəli olmusan, bu nə qiymətdir belə? Marso nədir, mən belə pul…

davamı burada...

Ədəbiyyat, yoxsa fahişəliyin təbliği?

Qafqazinfo-dan götürmüşəm.   14.05.2013 Günel Musa Mənim bəxtimə əxlaqsızlığın təbliğ edildiyi, mənəviyyatsızlığa ədəbiyyat adının verildiyi, bizi, biz eliyən dəyərlərin taxtından salınıb, hətta lağ mövzusuna çevirildiyi, ləyaqətli kişilərin nəslinin tükənmək üzrə olduğu, əxlaqı ilə xanımlıq statusu qazanan qadınların “tapılmaz hind qumaşına” döndüyü çox pis bir zəmanədə yaşamaq düşdü. Nənəm “zəmanəniz dağılsın” deməkdə haqlıymış. Bu yazım uzun olacaq. Qabaqcadan xəbərdarlıq edim ki, əziz oxucular, şərhlərdə “bu uzunluqda da yazı olar?” qısalığında sual cümləsiylə üstümə etiraz güllələrini yağdırmayasınız. Oxuyan da sağ olsun, oxumayan da, razı olanlar sağ olsun, olmayanlardan da Allah razı olsun.  Bu gün əgər bizim ədəbiyyatımızın və publisistikamızın başında ancaq seks, pornoqrafiq yazılar yazan, qızların bakirəliyinin, oğlanların sünnət məsələlərinin müzakirəsi ilə gündəmə gələn, fahişələrlə, geylərlə “maraqlı” müsahibələr edib manşet edən klaviatura şaqqıldadanlar…

davamı burada...

Zəncirini qoparan məmurlar və zəncirlənən dəniz—işğal edilən Xəzər.

Qaradağ rayonunun ərazisində, DYP postundan başlayaraq Səngəçala tərəf, Bilgəh qəsəbəsində “qayalıq” adlanan yerlər, Bilgəhdən Nardarana qədər uzanan sahilboyu ərazilər və müxtəlif yerlərdə dəniz sahili çoxdandır ki, ayrı-ayrı məmurlar tərəfindən divarlanır və əhalinin üzünə bağlanır.  Quru torpaqlardan gözü doymayan məmurlar yavaş-yavaş dənizə də yol salıb oraları da – “su fondu torpaqları”nı qanunsuz olaraq zəbt edirlər.    Əvvəllər buralarda yoldan keçən yolçular, sükan arxasında yorulan sürücülər dənizdə çimər, dincələrdilər.  Bu daha mümkün  deyil. Çünki sahilboyu zolaq ayrı-ayrı məmurlar tərəfindən işğal olunub.  Qanunsa başqa şey deyir.    Torpaq Məcəlləsinin 32-ci maddəsinə (su fondu torpaqları) əsasən, ““Azərbaycan Respublikasının daxili sularının və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin altında olan torpaqlar su fondunun torpaqlarına daxildir. Su fondu torpaqları … su təsərrüfatı, kənd təsərrüfatı, balıqçılıq təsərrüfatı,…

davamı burada...