“Qurban Məmmədov – ANTIMILLI, ANTIDEMOKRATIK rejim dustağı”
10 Dekabr 2013 07:49, “AZADLIQ”, Xaliq Bahadır
Azərbaycan Xalq Hərəkatının seçkin öncüllərindən olan hüquqçu Qurban Məmmədov yenidən 3 illiyə dustaq edildi. Ata Əliyev ona günə gün yatmaqla 5 il iş verdirmişdi. Bala Əliyev ona 3 il iş verdirdi. Rejim dəyişikliyi baş verməsə, 3 illik qanunsuz cəza yenə günə günlə sonuclana bilər. Belə yerdə hamı:
“Allah qapısını açsın”,- deyir. Mən demirəm. Allah qapıçı deyil. Allah: “Səndən hərəkət, məndən bərəkət”,- deyir. Xalqın “duran öküz… yatan öküz” deyimi var. Bir də… ortada 20 ildən bəri bu ölkəni, bu ulusu çox böyük enerjiylə, çox böyük çalışqanlıqla yağıcasına dağıdıb kor qoyan rejim var. Ortada bir də… rejimin etdiklərinə inadla, aşırı soyuqqanlılıqla göz yuman, dözən… 10 milyonluq kütlə (bu yerdə başqa söz keçmir) var. Bizim bu…