ƏKRƏM ƏYLISLININ YÜZ DƏNƏ BELƏ ROMANI RAMIZ MEHDIYEVIN BIR QANUNSUZ HƏRƏKƏTINƏ BƏRABƏR OLA BILMƏZ (7-02-2013, 10:36)
Qurban Məmmədov:
“Əgər hakimiyyət inqilab istəyirsə xalqının başqa yolu qalmır”
Tanınmış hüquqşünas Qurban Məmmədov suallara cavab verib. Müsahibimiz Əkrəm Əylislidən, Azərbaycan hakimiyyətinin davranışlarından, xalqın 2013-cü ildə ata biləcəyi mümkün addımlardan və digər mövzulardan danışıb.
– Azərbaycanın intellektual kəsimi xalq yazıçısı Əkrəm Əylislinin “Daş yuxular” romanını müzakirə edir. Sizin bu məsələlərə baxışınız necədir?
– Mən bəzi qəzetlərin bu romandan verdiyi çıxarışları oxudum. Bu çıxarışları oxuyanda istər-istəməz Əkrəm Əylisli haqqında insanda mənfi fikir yaranır. Ona görə yox ki, romanda deyilən fikirlər millətimiz haqqında vəhşi obrazı yaradır. Sadəcə ona görə ki, yazıçının ortaya gətirdiyi faktlar yalan və əsassızdır və yaxud birtərəflidir. Amma sizə deyim ki, mən bu əsəri tam oxumamışam. Ola bilsin ki, fikirlərin bəzisi konteksdən çıxarılıb və bu səbəbdən də romanı düzgün…