Əlaqə vasitələri

Gündəlik

Əliyev – repressiya prezidenti!

Xaliq Bahadır Dostum Qurban Məmmədov tutuldu. Onu Azərbaycanı sonadək dağıtmaq planlarına baş vurmuş Ilham Əliyev tutdurdu. Onun Azərbaycanı darmadağın siyasətinə qarşı çıxanların hamısı tutulmalıdır – gənclər də, yaşlılar da. Bu gün ölkədə bir tutqu-dustaq-türmə sindromu yaşanmaqdadır. IŞĞALÇI Əliyevlər rejiminin daha beş il ölkəni soyub-yağmalaması üçün bütün sosial-siyasi aktivlər tutulub türməyə göndərilməlidir. Əliyevlər ailəsinin ölkəni bütünlüklə sümürməsi üçün daha beş illik bir dönəmə yiyələnmək gərəkir. Korrupsioner klan rejiminin başlıca ideoloquna çevrilmiş Əli Həsənov hələ bir il qabaq demişdi: “Hakimiyətə gəlmək istəyənlər xalqın qanı üzərindən keçməli olacaqlar”. Bir sıra görsənişlərdən göründüyü kimi, bu yalnız Rusiya-heydərizm yetirməsi olan ideoloqun deyil, eləcə də bütün Əliyevlər ailəsinin düşüncəsidir. Elə olmasaydı, xalqla bir belə kəskinliklə düşmənçiliyə gedilməzdi… Qurban bəylə biz ikilikdə Qarabağı qarış-qarış gəzib döyüşçülərimizi erməni…

davamı burada...

Qurban Məmmədovun əsas şahidlə söhbətinin mətni…

– Alo… Q.M.:: Alo – Bəli Q.M.: Qardaş axşamınız xeyir olsun! – Salam elekkim Q.M.:: Qurban Məmmədovdur narahat edən, o hadisə ilə bağlı… – Nə ilə?.. Q.M.:: O hadisə ilə bağlı, o vaxt ki, klinakının qarşısında hadisə oldu, Sentyabr ayında, necəsiniz, nə var nə yox? – Sağ olun, var olun Qurban müəllim. Q.M.:: Qardaş, sizin o vaxt qabaq “krılo” əzilmişdi, yoxsa qapı da əzilmişdi?… – Kimin? Q.M.:: Sizin maşının, dediniz 200 manat ziyan dəyibdir..O sağ “krılo” əzilmişdi, yoxsa qapı da əzilmişdi? – Yox, “krılo” idi…”krılo”. Q.M.:: “Krılo”?… qadan alım, o hadisə dəqiq necə oldu? – bu kö*******u hərdən bir ifadə verir! Gah, o əvvəl ifadə verdi ki, guya, siz onu vurub qaçmısınız, sonra dedim, a bala, adam balası ol! –…

davamı burada...

VƏSATƏT

Nəsimi Rayon Prokuroru Cənab Salman Məmmədliyə 120070615 saylı cinayət işi üzrə təqsirləndirilən şəxs: Məmmədov Qurban Cəlal oğlu Ünvanı: Bakı şəh., Həsənoğlu küç., korpus-7, ev-12, mən.-7/8 Əlaqə tel.: (050) 200-66-10, (012) 567-46-62 VƏSATƏT Hörmətli prokuror! Nəsimi Rayon Polis İdarəsinin müstəntiqi Qiyasov Miraqil Mirkamal oğlunun apardığı 120070615 saylı cinayət işi üzrə mənə AR Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə ittiham elan edilmişdir. Bildirirəm ki, həmin ittiham əsassızdır və saxta sübutlarla qərəzli şəkildə, məhz mənim siyasi mövqeyimə görə quraşdırılmışdır. Guya, mən 27 sentyabr 2012-ci il tarixdə saat 13:00 radələrində mənə məxsus “Toyota Rav-4” markalı 90-MU-263 dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Vaqif prospekti 9A saylı ünvanda yerləşən “Medical Plaza” Klinikasının qarşısında maşını arxaya verərkən, “Yol hərəkəti haqqında” qanunun 42-ci maddəsinin tələblərini pozmuş, lazımi təhlükəsizlik…

davamı burada...

Müstəntiqin səs yazmaları yayımlanacaq…

Bu gün həbs edilən Qurban Məmmədovun böyük oğlu, İngiltərədə yaşayan Qoşqar Məmmədovun Facebook- səhifəsindən: Vəkil, Hüquqşünas, “ÇALXAN” MMC-nin direktoru, Atam Qurban Məmmədovun həbsinin tamamilə siyasi sifariş olduğunu bəyan edirəm. Qurban Məmmədov həbs edilmədən öncə, dünən mənə bu həbslə bağlı, mümkün variantlar və ona qarşı irəli sürüləcək ittihamlarla bağlı ətraflı məlumat vermiş və işi aparan müstəntiqin, Atamın tamamilə günahsız olduğunu sübut edə biləcək yeganə – əsas şahidin səs yazmalarını göndərib. Əgər Qurban Məmmədov növbəti 24 saat ərzində azadlığa buraxılmazsa, bu səs yazmalarını hər kəsin hüzurunda paylaşaraq onların nə oyun qurduğunu hamınıza bildirəcəyəm… Artıq bəsdir, bu qədər siyasi əxlaqsızlığa yol vermək olmaz!!! PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Qurban Məmmədovu HƏBS ETDİLƏR!!!!

Tanınmış hüquqşünas Nəsimi rayon məhkəməsinə aparılıb Tanınmış hüquqşünas Qurban Məmmədov Nəsimi rayon polis idarəsinə çağırılıb. Qurban Məmmədovun köməkçisi qazetimizə açıqlamasında bildirdi ki, bu gün saat 11:00 radələrində Nəsimi rayon polis idarəsinə gedən Qurban Məmmədov hələ də qayıtmayıb: “Dünən axşam xəbər göndərilmişdi ki, sabah polisə gəlsin. Çağırılma səbəbi isə, sentyabr ayında baş vermiş avtoqəza ilə bağlıdır. Həmin qəzada “stayanşikin” ayağı qırılmışdı. Guya araşdırma nəticəsində müəyyən olub ki, həmin qəzada günahkar Qurban Məmmədovdur”. Vəkil Namizəd Səfərovun məlumatına görə, Q.Məmmədov Nəsimi rayon məhkməməsinə aparılıb. PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Dövlətçilik əxlaqı və ya “bizim olmayan” adamlar–Sabir Rüstəmxanlı (Yeni Müsavatdan)
Dövlətçilik əxlaqı və ya “bizim olmayan” adamlar–Sabir Rüstəmxanlı (Yeni Müsavatdan)

Dövlətçilik əxlaqı və ya “bizim olmayan” adamlar–Sabir Rüstəmxanlı (Yeni Müsavatdan)

22.05.2013 [6:55] Dövlətçilik əxlaqı və ya “bizim olmayan” adamlar Saray yalnız yaltaq vəzir-vüzəranın ümidinə qalsa, ölkələri faciəli aqibətlərdən qorumaq olmazdı… Söz var deməsən, ürəyini deşir. Düzdür, deməmək can rahatlığıdır; ağzını açan kimi yüz qulp qoyacaqlar, çünki sözü söz tərəzisiylə ölçən azdır, hərə mənsub olduğu dairənin və ya öz mədəni səviyyəsinin gözüylə baxır sözə: yumşaqdırsa, niyə yumşaqdır, sərtdirsə, niyə sərtdir və s… Ancaq mən sözü öz vicdan ölçülərimlə dəyərləndirməyə və gizlətməməyə öyrəşmişəm. Olanımız sözdür! Onu da içimizdə axtalayıb danışsaq, bu millətin sözü qısırlaşar və gələcək nəsillər bizi lal-kar hesab edər… Azərbaycanın böyük qələm  sahiblərindən biri, xalq yazıcısı Sabir Əhmədli dünyasını dəyişəndən sonra yuxarılardan gələn məsləhətlə dəfni bir gün yubadılsa da, bütün cidd-cəhdlərimizə baxmayaraq, Fəxri Xiyabana buraxılmadı. II Dünya Savaşında ən gənc…

davamı burada...

“Rüşvət bu hakimiyyətin mövcudluğunun sementidir” –Müsahibə

14.07.2011 | 13:10 | Xəbər dəfə oxunub “Onun atdığı addım 5-10 il əvvəl İsa Qəmbərlə Əli Kərimlinin atdığı addımdan heç nə ilə fərqlənmir” Vətəndaş Hərəkatı Forumunun sədri, vəkil Qurban Məmmədovun “Qafqazinfo”ya müsahibəsi – Keçən həftə Sizin təşəbbüsünüzlə 6 müxalifət partiyasının görüşü keçirildi. Bu görüşün nəticəsini necə qiymətləndirisizniz?  – Əvvəla mən görüşün məqsədi barədə məlumat vermək istəyirəm. Məqsəd Azərbaycan müxalifətinin əsas aparıcı qüvvələrini bir araya gətirmək, onların səmimi birliyinə, Azərbaycan xalqını inandırmaqla xalqın mütləq əksəriyyətini bu rejimə qarşı mübarizəyə cəlb etməkdir. Çünki, son vaxtlar hadisələr göstərir ki, İctimai Palata adlı blokda birləşən Müsavat-AXCP, Qarabağ blokunda birləşən ADP, Ümid və başqa ayrı-ayrılıqda üçlükdə, beşlikdə bu problemin həllinin öhdəsindən gələ bilmirlər, Azərbaycan xalqı da açıq şəkildə bunlara dəstək vermir. Ona görə ki, müxalifətin…

davamı burada...

Şeytan haqqında ballada

Bu gün bir molladan eşitdiklərim. Qibləmiz olan Kəbə birinci dəfə Adəm peyğəmbər tərəfindən palçıqdan tikilibmiş. Dünyanı su basanda məhv olub, qərq olub sularda. İkinci dəfə ALLAH İbrahim peyğəmbərlə oğlu İsmayıla Kəbəni yenidən inşa etmək üçün indiki yeri nişan verib. Peyğəmbər oğlu ilə birlikdə işə başlayıblar. Bir qədər tikmişdilər ki, şeytan gəlib çıxır. Deyir ki, o da bu tikintiyə kömək etmək istəyir. İbrahim peyğəmbər şeytana etiraz edir, Kəbənin tikintisinə haramın, şeytan əməlinin qatışmasını istəmir. Şeytan əl çəkmir. İsrar edir. Onda İbrahim peyğəmbər bildirir ki, halallıq olsun deyə, yalnız işlədiyinin haqqını almaqla bu işə razı ola bilər. Şeytan işə qoşulur. Birinci günün axırında Şeytan peyğəmbərin ona vermək istədiyi əmək haqqını, sabahkını da bir yerdə almaq bəhanəsi ilə, almır. Sabah eyni hal təkrar…

davamı burada...

“Prezident komandasını dəyişməlidir”

Qurban Məmmədov: “Əks halda,baş verənlər xalqın gözünə kül üfürməkdən başqa bir şey olmayacaq” Regionların sosial-iqtisadi inkişafının dördüncü ildönümünə həsr olunan konfransda prezident İlham Əliyevin məmurları sərt tənqid etməsi və bunun ardınca bir neçə rayonun icra başçısının işdən azad edilməsi cəmiyyətdə bir çoxları tərəfindən daha ciddi dəyişikliklərin başlanğıcı kimi qiymətləndirilməkdədir. Lakin sadə vətəndaşlardan fərqli olaraq, əksər ictimai-siyasi xadimlər baş verənləri müsbət nəticələrə səbəb olmayacaq kosmetik dəyişikliklər kimi şərh etməkdədir. Məsələyə münasibət bildirən hüquqşünas Qurban Məmmədovun sözlərinə görə, ölkə başçısının məlum çıxışı bir neçə həqiqəti ortaya qoydu ki, bunlardan da biri prezidentin həqiqətən də ölkədə baş verən bütün proseslərdən xəbərdar olmasıdır: “Hörmətli prezidentin öz çıxışında qeyd etdiyi məsələlər – korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin vacibliyi, bəzi vəzifəli şəxslərin harınlaması, millətə yuxarıdan aşağı…

davamı burada...

“Vahid namizəd niyə Əli Kərimli olmasın?”

Professor Əbülhəsən Abbasov: “Xalqın rəyini nəzərə alın! Əli Kərimlinin Azərbaycan cəmiyyətinin yeniliyə doğru inkişafında çox böyük rolu var” «Azərbaycan öz içindən düzəlməlidir. Tərəqqi çırağını heç kim kənardan gətirib Azərbaycan paytaxtında bərqərar edən deyil. Iqtidarlı-müxalifətli bir araya gəlib mövcud problemləri aradan qaldırmaq lazımdır. Bu məsələləri hay-küylə, hikkə və kinlə həll etmək olmaz. Lakin mən görürəm ki, nəinki müxalifət və iqtidar arasında xoşməramlı dialoq getmir, ayrılıqda bu düşərgələrin özlərində də xoşagəlməz olaylar baş verir. Birinin adını çəkən kimi dərhal həmin adama daş atmağa…

davamı burada...

Yenə əxlaq məsələsi

Şənbə, 22 Sentyabr 2012 10:44 Aslan İsmayılov, vəkil Bəli, mən də deyəsən işimi buraxıb içməyə yox, yazmağa başlayacam. Özü də əsasən, bu gün ölüm ayağında olan əxlaq məsələsindən. Buna çox ehtiyac duyuram, çünki bu gün dəyərlər tam başqadır. Qız alırlar oğluma iş verərlər, qız verirlər ağ günə çıxarıq deyib. Kişi oğluna qız vermirlər, namuslu ananın südü ilə böyüyən qızı oğlanlarına almırlar, nə qazanacağıq deyə. Hələlik, yenə mənim üçün əxlaq məsələsi olan Nigar Yaqubludan başlayacam. Bu günə qədər ictimaiyyətdə söz sahiblərinin bu barədə demək olar fikirlərinə rast gəlmirəm, xüsusilə hakimiyyətə yaxın olanların. Üzr istəyirəm, deyəsən az qala Azərbaycan Respublikası Baş prokurorunun 1-ci müavini R.Usubovun haqqını yemişdim. Axı mən kiminsə haqqını yeməyi çox ayıb sayıram. Dünən saytların hansındasa onun şəklini…

davamı burada...

Tanınmış vəkillər Kərəm Həsənovdan dad elədi

Bazar, 19 Fevral 2012 09:15 Ali Məhkəmənin fevralın 17-də keçirilən plenum iclasında AM inzibati-iqtisadi kollegiyasının sədri Hikmət Mirzəyev əhalinin şikayətçi olduğu qurumların adlarını açıqlayıb. Bəlli olub ki, 2011-ci ildə AM IIK-ya daxil olan şikayətlər arasında Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Iqtisadi Inkişaf Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qəbul etdiyi qərarlarla bağlı işlər üstünlük təşkil edib. H.Mirzəyev Vergilər Nazirliyinin cavabdeh kimi iştirak etdiyi işlərin sayının 260-a çatdığını bildirib. Məhkəmə Cinayət Kollegiyasının sədri Şahin Yusifov isə 2011-ci il ərzində kollegiyaya 1071 işin daxil olduğunu söyləyib. «Əmlak Komitəsi addımbaşı cinayət törədir» Tanınmış vəkil Aslan Ismayılovun qənaətincə, əhalinin sosial rifahı yaxşılaşdığına görə Ali Məhkəməyə…

davamı burada...

Saatlıda şok olay

Şənbə, 27 Oktyabr 2012 08:13 Hüquq-mühafizə orqanları namussuzluğa necə haqq qazandırdı? 2010-cu ilin oktyabrından başlayaraq müxtəlif qəzetlərdə Saatlıda baş vermiş dəhşətli bir hadisə barədə məlumatlar yayılıb. Hadisə belə olub: Namusa təcavüz Saatlı sakini M.I.N. oğlu (etik səbəblərdən adını yazmırıq) 1 oktyabr 2010-cu ildə polis şöbəsinə ərizə yazıb. Ərizədə göstərib ki, sentyabrın 28-də saat 23:30 radələrində iki azyaşlı uşaq anası olan gəlini G.-nin yaşadığı otaqda başqa kişinin səsini eşidərək, otağa girib. Həmin vaxt evdə olan tanımadığı kişi ona hücum edib və pəncərəni sındırıb qaçıb. Qayınata həmin şəxsin kimliyinin müəyyənləşdirilərək, onun cəzalandırılmasını xahiş edib. Lakin son nəticədə, qayınatanın özü cinayət məsuliyyətinə cəlb olunub. Ona qarşı CM-nin 147.1-ci (təhqir) maddəsilə…

davamı burada...

“Müxalifətin vahid lideri Əli Kərimlidir”

“Müxalifətin vahid lideri Əli Kərimlidir” Şənbə, 08 Dekabr 2012 18:24 “Reallığı düzgün dəyərləndirmək üçün heç bir prosedura ehtiyac yoxdur. Artıq lider bəllidir “Mübarizə seçki komissiyalarının formalaşdırılması ilə bağlı aparılmalıdır. Müxalifət isə vahid namizədi deyil, normal seçki mühitinin yaradılması istiqamətində mübarizə aparacaq lideri müəyyənləşdirməlidir”. Bunu APA-ya açıqlamasında hüquqşünas Qurban Məmmədov deyib. O bildirib ki, “Seçki islahatları Memorandumu”nun müzakirəsi zamanı da İctimai Palatanın üzvlərinin diqqətinə bu məqam çatdırılıb: “Normal seçki mühiti yaranmasa, dəyişiklik olmasa, müxalifət namizədini geri çəkməlidir”. Q. Məmmədov onu da bildirib ki, müxalifətə vahid namizəd yox, vahid lider lazımdır: “Fikrimcə, bu da AXCP sədri Əli Kərimlidir. Bu fikrimi qısqanclıqla qarşılayanlara…

davamı burada...

“Hakimiyyət nokdaun vəziyyətindədir”

Bazar, 09 Dekabr 2012 09:40 Əli Kərimliyə hər hansı sui-qəsd Azərbaycan hakimiyyətinin sonu deməkdir” «Gülər Əhmədovanın əlindəki materiallar aşkarlansa, bir çoxları kabinetdə özünü güllələməlidir» Qurban Məmmədov: «Əli Kərimli xalqın, mübarizənin lideri kimi ortaya çıxmalıdır və xalq ona dəstək verməlidir» 7 saylı ciddi rejimli kalonda cəza çəkən əlbəyaxa döyüş növü üzrə…

davamı burada...

Qurban Məmmədov yeni çağırış etdi

Qurban Məmmədov yeni çağırış etdi Bazar, 09 Dekabr 2012 21:11  “Bu mərhələnin lideri kimi Əli Kərimlini görürəm və bu qənaətə yüzlərlə ziyalı, müəllim, həkim, tələbə və fəhlənin də mövqeyini nəzərə alaraq gəlmişəm Tanınmış hüquqşünas Qurban Məmmədov son günlər AXCP sədri Əli Kərimlini bu mərhələdə müxalifətin vahid lideri kimi gördüyünə dair paylaşdığı fikirlərdən dolayı yaranan situasiyaya münasibət bildirib. Q.Məmmədovun “Azadlıq”ın elektron poçtuna…

davamı burada...

“Əli Kərimlidən başqa lider görmürəm”

Əli Kərimlidən başqa lider görmürəm” Çərşənbə axşamı, 11 Dekabr 2012 13:56 Qurban Məmmədov: “Əli Kərimli bu gün tələbələr və Azərbaycan gəncliyi arasında qəbul olunan bir nömrəli liderdir Tanınmış hüquqşünas Qurban Məmmədovun müxalifətin vahid lideri kimi AXCP sədri Əli Kərimlini görməsi barədə açıqlaması siyasi gündəmin əsas mövzusuna çevrilib. “Ekspress” qəzeti də bugünkü sayında Q.Məmmədovdan bu mövzuda müsahibə alıb. Müsahibəni ixtisarla təqdim edirik: – Sizin müxalifətin vahid lideri kimi Əli Kərimlini tanımaq çağırışınız etirazlara səb

davamı burada...

Qurban Məmmədov müxalifətə səsləndi

Qurban Məmmədov müxalifətə səsləndi “Gəlin, xalqın taleyi ilə oynamayaq, ömrümüzdə bir dəfə addım atıb birləşək” Tanınmış hüquqşünas Qurban Məmmədovun müxalifətin vahid lideri kimi AXCP sədri Əli Kərimlini görməsi barədə açıqlaması bəzi siyasi partiyalarda narazılıq doğurub. Hətta Q.Məmmədovun qardaşı, ADP sədri Sərdar Cəlaloğlu da onun fikri ilə razılaşmadığını bildirib. Hüquqşünas hesab edir ki, müxalifətə vahid namizəd yox, vahid lider lazımdır və bu da AXCP sədri olmalıdır. Q.Məmmədov “Ekspress”ə müsahibəsində təklifini əsaslandırmağa çalışıb. – Sizin müxalifətin vahid lideri kimi Əli Kərimlini tanımaq çağırışınız etirazlara səbəb olub. Niyə başqaları yox, məhz Əli Kərimli müxalifətin lideri olmalıdır ki? – Bu gün seçkidə iştiraka iki yanaşma mövcuddur. Biri İsa Qəmbərin təklifidir ki, nəyin bahasına olursa-olsun, istənilən halda seçkidə iştirak etmək lazımdır. Axırıncı dəfə hörmətli İsa…

davamı burada...

Qurban Məmmədov Cabbarovun vəkilliyi barədə

Yeni təhsili naziri Mikayıl Cabbarovun tanıtım təqdimatında yer alan “O, Nyu-York şəhərinin vəkillər kollegiyasının üzvüdür” epitetinə münasibətini bildirən tanınmış hüquqşünas Qurban Məmmədov bildirib ki, bu, yanlışdır. Q.Məmmədov bu barədə fikirlərini sosial şəbəkədəki səhifəsində paylaşıb. Hüquqşünas qeyd edir ki, Azərbaycanın Vəkillər Kollegiyasının üzvü olmayan, vəkillik fəaliyyəti göstərməyən adam Nyu-York Vəkillər kollegiyasının üzvü ola bilməz: “Amerika vətəndaşı olmayan, Amerikada rəsmi vəkil statusu əldə etməyən bir adam Nyu-York şəhərinin Vəkillər Kollegiyasının üzvü necə ola bilər? Hər hansı amerikalı vəkil Azərbaycanda vəkillik edə bilərmi və ya Amerika vətəndaşı Azərbaycan Vəkillər Kollegiyasının üzvü ola bilərmi?” Q.Məmmədov yazır ki, bu, qanunla qadağandır və azərbaycanlı hüquqşünasın öz ölkəsində rəsmi vəkil statusu olmaya-olmaya Nyu-Yorkda vəkil olması mümkün deyil. Hüquqşünas bu kimi epitetləri uydurma adlandırır və ictimai rəyi azdırmaq…

davamı burada...