Əlaqə vasitələri

Gündəlik

Kəramət Böyükçöl: “Ziyalı harayı-vicdanın üsyanı”

Kəramət Böyükçöl Cəmiyyət çox böyük psixoloji gərginlik içindədir. Adamlar yorulub. Mövzular tükənib. Camaat boğaza yığılıb. Sonrası nə ola-ola, harda qırıla-qırıla janrında bir həyat yaşayır hər kəs. Ədalətsiz hakimiyyət, anormal idarəçilik, cahil kütlə və bütün bunların fonunda kənardan dəli kimi görünən ağıllı adamlar. Heç nə öz yerində deyil. O gün bir nəfər gəlib kitabımı aldı. Çox səmimi bir oğlan idi. Axırda məlum oldu ki, adam polismiş. Mənə deyir ki, borc pul tapıb iki sot torpaq almışam, İcra hakimiyyəti və əlavə 10-15 yerdən rüşvət istəyirlər, tikməyə qoymurlar. Neyləyim, bilmirəm. Deyir, gedib çəkib işıqlandıra bilərsən? Sona tərəddüd edir, deyir, amma bilməsinlər mən ev tikdirirəm, birdən işdən çıxararlar. Sonra qayıdır ki, ya da çəkmə, lazım deyil. Adama əmr versələr, boynumdan cırcıramanı quyruğundan tutan kimi…

davamı burada...

Tofiq Bayram: “Ana dilim”

Qalxıb Şahdağına söz istəyirəm, Çatsın hay-harayım dinləyənlərə, Mən nankor deyirəm, nacins deyirəm – Öz ana dilini bilməyənlərə! Bu dil şirinlikdə şərbət kimidir, Saflığı qorunan sərhəd kimidir, Anamız Vətən də qürbət kimidir – Öz ana dilini bilməyənlərə! İtsin gözlərimdən qoy ilim-ilim, Qəzəb ümmanıyam, yoxdur sahilim. İlan zəhərindən acıdır dilim – Öz ana dilini bilməyənlərə! Döyüşdə bərkiyib el polad olur, Zirvəyə uçmağa dil qanad olur. Torpağın sevinci, dərdi yad olur – Öz ana dilini bilməyənlərə! Mən qədim “Qarabağ şikəstəsi” yəm, Üzeyir nəfəsli gül dəstəsiyəm. Vaqifin, Vurğunun nifrət səsiyəm – Öz ana dilini bilməyənlərə! Yad dildən pay umub kişi dilənməz, Bu ləkə üstündən heç vaxt silinməz. Füzuli şeirdə kimdir bilinməz – Öz ana dilini bilməyənlərə! Beyninə girmədi, ana öyüdü, Əsilsiz yaşayıb o küt…

davamı burada...

Azerbaycan Üzerinde Güç Mücadelesi: Elçibey ve 1993 Darbesi

Öz Azerbaycan hem Türkiye hem de bulunduğu bölge için en önemli ülkelerden bir tanesidir. Yeraltı kaynakları bakımından çok zengin olan ülke, aynı anda hem Türk, hem Rus, hem de Fars etki alanı içinde bulunmaktadır. Etnik bakımdan Türkiye ile kuvvetli bağları olan bu Güney Kafkasya ülkesi dini bakımdan İran’ın, tarihsel bağlar açısından ise Rusya’nın yakınında yer almaktadır. Yıllarca Sovyet idaresi altında yaşayan Azerbaycan halkı bağımsızlıklarının hemen ardından kendilerine güçlü bir müttefik bulmak zorundaydı ve aniden bu zor tercih ile baş başa kalmışlardı. Bu yazımızda Azerbaycan’ın kaderini belirleyen bir yol ayrımından yani 1993 Bakü Darbesi’nden bahsedeceğiz. Giriş Azerbaycan tarihine kısaca baktığımızda sürekli olarak farklı devletlerin egemenliğine geçmiş bir bölge görmekteyiz. Yıllar süren Fars ve Rus egemenliğinden sonra Birinci Dünya Savaşı sırasında Enver…

davamı burada...

Aydın Canıyev: “2019-da yazılanlar”

Borcunu ödəmədiyimiz ömrün borclu illəri. Bu il də böyümədik, yenə bir il kiçildik! İllərdir, əsrlərdir kiçilə-kiçilə gəldiyimiz kimi! Bu il də aydınlaşdırmadıq ki, ingilismi, almanmı, rusmu, bəd ayaqda, ermənimi olaq? Bu ilin də təzə nəfəsi, imzası olmadı – heç bir sahədə! Yenə əvvəlki illərdə şair, nasir, jurnalist, idmançı, alim adına kimsə ortaya &;ıxırdı! “Əlvan və qara metalların təkrar emalı zavodu” da işləmir, heç olmasa köhnələrin sıçrayış edib yeni zirvələri fəthini alqışlayaq. Sabahda-zadda müxalifət də “Zirvə” toplantısını köhnələrlə keçirəcək. Hakimiyyət də – həm qocalıb, həm köhnəlib, həm də… Sabit və düzxətli inkişafı olmadı bu dövlətin də, hakimiyyətin də, iqtisadiyyatın da, ədəbiyyatın da, mədəniyyətin də! Bütün sahələrdə qoçu təfəkkürü sərgiləndi! Üstəlik də, ən murdar formada – söyüş, təhqir, hədə-qorxu, yalan, riya ən…

davamı burada...

Sərdar Cəlaloğlu: “Rusiyada türk mənşəli çarların hakimiyyətinə kimlər və niyə son verdi?”.Jirinovskiyə dərs.

Sərdar CƏLALOĞLU Azərbaycan Demokrat Partiyasının sədri  Cənab Jirinovski! Azərbaycanda özünə hörmət edən heç bir siyasətçi sənin türk, islam və Azərbaycan dövləti haqqında tarixi həqiqətləri ört-basdır və təhrif etməklə, zaman-zaman sərsəm çıxış və bəyanatlarına cavab verməyi özünə sığışdırmır. Çünki səni Azərbaycanda “Kreml təlxəyi” kimi tanıyırlar. Avropada da sənin çıxışlarına məhəl qoymurlar. Sənin partiyan ilk dəfə Dumaya seçkilərdə 6 milyon səs yığdıqdan sonra, Avropa analitikləri rus xalqının ruhi vəziyyəti ilə bağlı əndişələrini ifadə etmişdilər. Onlar belə hesab edirdilər ki, ağlı başında olan kimsə sənin kimi ağır psixoloji-ruhi vəziyyətdə olan insana səs verməz.. Rusiya dövlətində tutduğun mövqe və titulların səbəbindən, bəzi sadəlövh insanların sənin sözlərinə inana bilməsini nəzərə alıb, mən bu yazımla sənin bu günə kimi səsləndirdiyin və bundan sonra da səsləndirəcəyin fikirlərə cavab yazmağa ehtiyac…

davamı burada...

Qurban Məmmədovla əlbir olan “şəbəkə” çökdürüldü

Uzun müddətdir ki, ölkəmizin təhlükəsizlik orqanları xaricdə yaşayan, “söyüş kampaniyası” aparan və xarici kəşfiyyat orqanlarına işləyən bir qrup bloqerin izinə düşüb. Nəticə tam bizim istədiyimiz kimi olmasa da, onlardan bəziləri elə yerindəcə, bəziləri tutularaq ölkəyə gətirilməklə, susduruldu. Amma təəssüf ki, bir qrup şəxsin arxasında böyük dövlətlərin kəşfiyyat orqanları durduğundan, hələ onlarla “baş etmək” mümkün olmayıb. Bunlardan bir də 2018-ci ildə İngiltərəyə köçən və orada özünə “AzeriFreedom” adlı “Youtube” kanalı yaradan Qurban Məmmədovdur. Bu, həmin Qurban Məmmədovdur ki, müxtəlif qondarma ittihamlarla üç dəfə həbsə atılmağına baxmayaraq, yenə də öz tutduğu yoldan dönməyib. Təbii ki, Londonda oturub, bizm ölkəmizi “qarışdırmağı” öz qarşısına məqsəd qoyan Q.Məmmədova külli miqdarda vəsait lazım idi. Çünki hakimiyyətimiz tərəfindən illərlə inamlı və davamlı basqılar onu ölkəmizdə müflis vəziyyətə…

davamı burada...

Aydın Can: “Hərənin öz həqiqəti var…”

Ey siz… İmkan verin Kəramət yaşasın! Minnət qoymayın boynuna!və yaxud “Kefli İsgəndər”liyi “kor(un) oğlu”ya çevirib, Sərxoş (Alkaş) İsgəndərliyə endirməyin! istəmirdim yazam… içkili və depression dönəmdə dediklərinə görə! Özümdə də olub elə şeylər, yazmazdım da – statuslarımın skrinşotları hamıda var! Ancaq vicdan deyilən bir şey var! Vicdan və həm də ədalət! Özünü vicdanlı və ədalətli göstərən (bəli, məhz göstərən!!!) hər bir kəsin yazdığını oxudum! Təəssüf etdim! Demirəm hamısından ağıllı və düz yazanı mən olacam indi bu az ağlımla, fəqət… ədalət istəyən adamlar vicdanlı olmadı, vicdanlı olan adamlar ədalətli olmadı!Görünür, həm vicdanlı və həm də ədalətli adamlar qıtlığındandır ölkənin bu durumu! Kəramət haqlıydı dediklərində? Tutulub?Siz davam edin Kəramətlik etməyə! Kəramət doğruydumu, vicdanlıydımı dediklərində? Deyin onun doğru və vicdanlı dediklərini – şeir demirdi,…

davamı burada...

Əli Quliyev: “ALLAH(c.c) da var, onu da yazın.”

Müxalifət bütün resursları ilə : sosial şəbəkələrdə , internet “TV”lərdə bütün cəbhə boyu Qurban Məmmədova qarşı son dərəcə murdar bir kompaniya başladıb. Hətta və hətta iqtidarın onlara qarşı apardığı mübarizədən daha iyrənc ! Əllərində imkanları olsa , ona qarşı  iqtidarın Gəncə hadisələrində həbs olunanlara qarşı , Tərtərdəki əsgər və zabitlərə qarşı törədilən işgəncələri verməkdən belə çəkinməzlər ! Nə baş verir ? Qurban Məmmədova atılmayan iftira , şər-böhtan qalmadı daha ! Qurban Məmmədovu DTX agenti , klan adamı , şəriət dövləti quran , müxalifəti parçalayan , rejimə işləyən satqın adlandıranlar , onu erməni adlandıranlar ( Qurgen ) siz hansı ƏXLAQIN ,hansı LƏYAQƏTİN daşıyıçılarısınız ???!!! Azərbayçanın bu günkü rəzil vəziyyətdə , insanların həyatla ölüm arasında çarpışmasının ,haqsız- hüquqsuz kölə vəziyyətində yaşamasının səbəbkarı…

davamı burada...

Aydın Canıyev: Sevinc Osmanqızı İsgəndər Həmidovu efirinə çağırıb!.. Xub…

Amerikadan “müasir dəyərlər və mübarizə metodları” ixracıyla məşğul olduğunu SƏRgiləyİR. Özü də görüntüdə pis SƏRgİLəMİR. Mən mümkün qədər baxmamağa, izləməməyə çalışıram bu xanımın SƏRgİLəMƏYİNƏ. Amma və lakin… Sərdar Əlibəylinin çıxışına baxdım. Sonra İsgəndər bəylə müsahibəsinə. Düşündüm ki, münasibət bildirmək lazımdır. Ən azından, hər iki formasiyada həm dədəsi, həm özü, həm bacısı mətbəə görən, mətbuat görən adam belə aparmamalıdır – nə özünü, nə verilişini! İlk olaraq: Sevinc Osmanqızı suallarıyla TƏRƏF kimi çıxış etməməliydi – bu hər sualın hər TƏRƏFİNDƏN görünürdü: altından, üstündən, anfasdan, profildən, interyerdən, eksteryerdən və hətta sualların əynindəki paltardan – çılpaq suallar təsiri bağışlayan suallar… həm də kiminsə dərzi əlləriylə biçilmiş kimiydi! İsgəndər bəy demədi, çünki doğrudan da belə deyil, amma mən deyirəm: bəli, hesab edək bu təşkilat alternativ…

davamı burada...

Müsəlman Birliyi Hərakatının sədr müavini, İlahiyyatçı alim Elçin Qasımlının məhkəmədə Son Sözü

“Dünya yarandığı gündən Qiyamətə qədər Haqla batilin mübarizə meydanı olmuşdur. Bu mübarizə yolunda Haqq tərəfdarları düzgünlüyü, batil olanlar isə əyri və şeytani yolları özlərinə mübarizə üsulu seçmişlər. İnsanlığı uçuruma, zülm və sitəmə sürükləyənlər hər zaman qarşılarında Haqq-ədalətə, düzgünlüyə çağıranlarla qarşılaşmaqdan qorxmuş, ədalətpərəst insanları müxtəlif qondarma adlarla şərləmişlər. Əziz həmvətənlər! Yəqin ki, ötən müddət ərzində “Nardaran hadisələri” adı altında keçirilən qondarma məhkəmə prosesini izlədiniz. Hesab edirik ki, 2015-ci ilin noyabrından bu günə kimi, ötən iki il ərzində, həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı ölkəmizdə polis, prokurorluq və məhkəmə sistemlərinin üzdəniraq fəaliyyəti tam şəkildə ifşa olunmuşdur. Haqqımızda açılan yalançı, qurama cinayət işini hazırlayanlar Allahın izniylə bu gün öz qazdıqları quyuya düşərək rüsvay olmuşlar. Uca Yaradana şükürlər olsun ki, bizi…

davamı burada...

Bu məhkəmə səhvi hər bir Azərbaycan qadınına təsir edəcəkdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna Cavabdeh: Abdullayeva Leyla Hüseyn qızının Etibarnamə üzrə nümayəndəsi Məmmədov Qurban Cəlal oğlunun (Ünvanı: Baki şəh., Nərimanov r-n, M.Nağıyev küç., 1927-ci məh., ev-4/6, mən.-77, Əlaqə tel.: (050) 200-66-10) 13(102)-1/2017 saylı iş üzrə iddiaçı Abdullayev Elşad Əlyusif oğlunun əlavə kassasiya şikayətinə dair İZAHATI   Hörmətli sədr, möhtərəm Plenum iştirakçıları! Araşdırmaqda olduğunuz əlavə kassasiya şikayətinin əsassızlığının açıq-aşkar olduğunu, həmin şikayətlə mübahisələndirilən AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4828/2016 saylı 11 noyabr 2016-cı il tarixli qərarının tam qanuni olduğunun da açıq-aşkar olduğunu nəzərə alaraq, vaxtınızı çox almayacaq, diqqətinizi, sadəcə olaraq, əlavə kassasiya şikayətinin Mülki Prosessual Məcəllənin 424-cü maddəsinin tələblərinə uyğun olmadığına yönəltməyə çalışacağam. Doğrusu, mən bu əlavə kassasiya şikayətini oxuduqdan sonra şikayətin peşəkar vəkil tərəfindən yazıldığına inana bilmədim. Əlavə kassasiya şikayəti…

davamı burada...

“Oğru” və oğurluq haqda… “Moderator.az”a müsahibə

Rövşən Lənkəranskinin ölümü xeyli müddət ictimai  müzakirələrin obyekti oldu. Bəziləri hətta onu qəhrəman, Vətənin igid oğlu kimi qələmə verdi. Bir çoxları da açıqdan-açığa “oğru aləmi”ni təbliğ etdi, cinayət aləminə sanki rəğbət yaratmağa çalışdılar. Ancaq fakt faktlığında qaldı: Lənkəranda R. Lənkəranskinin dəfn mərasimi minlərlə adamın iştirakı ilə keçdi və hətta bir çox Azərbycan ziyalısının dəfnindən də təmtəraqlı oldu. Ölkəmizdə nə baş verir? Dəyərlərmi dəyişdi? “Oğru aləmi” nədir, ondan nümunə götürməyə nəsə varmı?  Gənclərə bu proseslər necə təsir edir? Bü və diğır suallarla hüquqşünas Qurban Məmmədova müraciət etdik. Cavablar o qədər maraqlı və gözlənilməz oldu ki, siz dəyərli oxucularımızla da bölüşmək istədik. Buyurun oxuyun. Sual: Qurban bəy, Rövşən Lənkəranskini tanıyırdınızmı? Onun ölümü həqiqətənmi Azərbaycan üçün itkidir? Bir də bu “vorzakon”, “qanuni oğru”lar…

davamı burada...

Kredit bataqlığından necə çıxmalı?

Minlərlə vətəndaşımız durmadan məktub yazır, dollarla götürdükləri kreditdən və son devalvasiyadan dolayı düşdükləri problemin həlli yollarını soruşur, məsləhət istəyir, hüquqi çıxış yollarının olub-olmaması barədə  israrla cavab axtarırlar. Müraciətlər o qədər çoxdur ki, fiziki olaraq bunların hamısına fərdi qaydada cavab vermək qeyri-mümkündür. Ona görə də qərara gəldim ki, bu barədə ətraflı bir məqalə yazım. Qoy hər kəs buradan öz probleminə uyğun qaydada istifadə etsin. Bəri başdan deyim ki, vəziyyət çıxılmaz deyil. Qətiyyən narahat olmayın və stresə qapılmayın. Bunu ona görə xüsusi vurğulayıram ki, bəzi insanlarımız yaranmış indiki ağır iqtisadi durumda, onları ödəmə qabiliyyətsiz edən son devalvasiya hadisəsində sanki çıxılmaz duruma düşdüklərini zənn edir və hətta ölümdən başqa çarə olmadığı haqda düşündüklərini açıqca dilə gətirirlər. Bu, qətiyyən belə deyil.  ALLAH(c.c) ADİL və…

davamı burada...

Mən ALLAH(c.c)ımdan daha çox qorxuram.

  —Qurban bəy, “AZADLIQ”ın 12 dekabr tarixli sayında  getmiş “Azərbaycan dövləti mafiyanın əlindədir” adlı yazınız cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Bu barədə sizinlə razı olmayanlar da vardır.. Yəni sizinlə razılaşmayanlar, vəziyyəti şişirtməyinizlə bağlı deyinənlər də var. Sizcə bu qədər ciddi bir məsələdə fikir ayrılığı varsa, öz mövqeyinizə bir daha baxmaq istəməzdinizmi? — Müzakirələr və etirazlar varsa, deməli,  mənim dediklərimdə hansısa həqiqət var ki, bir tərəf razılaşır, digər tərəf inkar etməyə çalışır. Bu ki yaxşıdır. Xalqımızın laqeydliyindən, öz taleyinə seyrçi qalmağından  gileylənənlər üçün bir əks arqumentdir bu, faktdır. Demək ki, xalqımız düşünür və narahatdır.Buna sevinmək lazımdır. –Sizinlə razı olmayanların mövcudluğuna sevinmək? Onların da sayı az deyil, buna necə sevinə bilirsiniz? Anlaya bilmədim. — Hamının mənimlə, ya bir başqası ilə  razı olacağı…

davamı burada...

       Ədalətin bərpa edilməməsi cinayətlərin təkrarlanacağının təminatıdır.

   “Prezident  vəziyyəti kökündən düzəltmək üçün mütləq, ancaq mütləq məhkəmə sisteminə əl gəzdirməlidir”. “AZADLIQ”ın  25 oktyabr 2015-ci il tarixli sayında   “MTN generallarının daha bir cinayəti” adlı yazı dərc edilmişdi. Əslən Naxçıvanın Sədərək kəndindən olan Cahangir Məmmədovun bu il iyulun 13-də,  53 yaşında intihar etməsindən bəhs edir. Rəhmətlik Cahangirlə tanışlığım və yaxın münasibətlərim olub. Gec-gec də olsa, arabir görüşərdik. Həmin vaxt Bakıda olmadığım üçün nə ölümündən vaxtında xəbərim oldu, nə də yasında iştirak etdim. O çox sadə, ləyaqətli  insan idi. İntihar etməmişdən qabaq tez-tez borclarından gileylənir, borclarını qaytarmaq üçün özünü oda-közə vururdu. Rahatlığı yox idi. Hərdən də MTN-də ona qarşı edilən vəhşiliklərdən danışanda özünü saxlaya bilmirdi. Əsəbiləşir, ağlamaq dərəcəsinə çatırdı.  Mən istər özümə qarşı, istərsə də vaxtilə vəkil kimi müdafiə etdiyim…

davamı burada...

“Bu hakimiyyət xof üzərində dayanıb”
“Bu hakimiyyət xof üzərində dayanıb”

“Bu hakimiyyət xof üzərində dayanıb”

BAZAR ERTƏSI, 17 AUGUST 2015 06:00 «Zalımın zülmünə dözənlər, balalarının gələcəyi uğrunda mübarizə aparmayanlar zalımın özüdür» Qurban Məmmədov: «Azərbaycan cinayətkar qrupların daxili qaydaları ilə idarə olunur» Müsahibimiz Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, hüquq müdafiəçisi Qurban Məmmədovdur. Söhbətimizə Leyla və Arif Yunus barədə çıxarılan hökmə münasibət öyrənməklə başlasaq da, Qurban bəydən gündəmdə olan digər məsələlərə də münasibət öyrəndik: – Indiki rejimin vaxtında hamının narkoman kimi tanıdığı adam barədə çıxarılan hökmü də mən şübhə ilə qarşılayıram. Bu rejimin vaxtında hakimlərin və məhkəmələrin sifarişlə fəaliyyət göstərməsi bir fakt olaraq bütün dünyaya bəllidir. Rejim xüsusilə qadınlara qarşı amansızlıq göstərir ki, cəmiyyətin qalan üzvlərində xof yaratsın və ya mövcud xofu daha da bərkitsin. Xof isə bu tip rejimlərin saxlanmasının əsas amillərindən biridir. Bunlar belə güman…

davamı burada...

“GÜNAH ƏLİ KƏRİMLİDƏDİ, O İMKAN VERMİR Kİ, …”

Qurban Məmmədovla bundan əvvəlki müsahibəni alanda, heç ağlımıza da gəlməzdi ki, qarşıda xeyli zamanımızı sadəcə yeyəcək, bitirəcək həbs olunmaq və həbsxana həyatı yaşamaq var. Əslində nə həbs olunma, nə də həbsxana həyatı elə ikimiz üçün də yenilik deyildi, bununla belə, kim nə deyir desin, qazamatda yaşamaq o qədər asan və sadə bir iş deyil. Hələ adamın özündən çox düşünməli olduğu ailə, qohum-əqrəba və yaxın-uzaq dostlar da var ki, onlara verdiyin əzab-əziyyətlərin mənəvi ağrıları qazamatın özündən də ağır gəlir adama. Amma bu dəfə, Qurban bəyi deyə bilmərəm, mənim azacıq da olsa bəxtim gətirmişdi, əvvəl təcridxanada, sonra isə cəzaçəkmə müəssisəsində Qurban bəylə eyni hücrəni paylaşmanın keyfini çəkib, ləzzətini dadmaq da var imiş qismətimdə. …  Ötən müsahibədə Qurban bəydən ritorikasının nədən bu qədər…

davamı burada...

AXCP üzvü Fuad Qəhrəmanlının bir statusu barədə

          İqtidarı qınamağımız yetməzmi? II Dünya Müharibəsindən sonra Polşanın o vaxtkı prezidenti Boleslav Berut öləndə onun seyfindən çıxan “tamamilə məxfi” qrifli 45 maddəlik sənəddə (1990-cı ilin noyabr-dekabr aylarında “Soverşenno sekretno” jurnalında çap edilmişdi, mən Bayıl türməsində həmin yazını tərcümə etmiş,  müəyyən qeydlərlə “AZADLIQ”ın 27 dekabr 1990-cı il tarıxli sayında dərc etdirmişdim) belə bir bənd var idi: “Bizim təyin etdiyimiz kadrlar cinayət etsələr də, xalqın tələbi ilə onları cəzalandırmaq olmaz. Əksinə, belə hal olarsa, həmin şəxsi daha böyük vəzifəyə irəli çəkməli, bu mümkün olmadıqda,  eyni səviyyəli başqa işə keçirməli, bu da mümkün olmasa,  ehtiyat  kadr  siyahısına keçirməli. Heç bir halda xalqın tələbi ilə məmuru cəzalandırmamalı. ” Bəylər, diqqət  edin: bu üsulu uzun müddət hər hansı toplumun üzərində tətbiq etsən, nəticə nə…

davamı burada...

“Penitensiar Xidmət kiminsə yatağını güdmək üçün deyil…”

Bu gün xəbər saytlarında 4 saylı qadın “kolon”unda ana olmuş bir qadının-12 il öncə Şəmkirin icra başçısı Aslan Aslanovun (indiki kəndə təsərrüfatı nazirinin müavininin) oğlunun qətlində təqsirləndirilərək zindana atılmış Lamiyə Quliyevanın necə övlad dünyaya gətirməsi, uşağın atasının kimliyi eninə-uzununa müzakirə predmetinə çevrildi, rəsmi açıqlamalar və hüquq müdafiəçisi Elçin Behbudovun fikirləri —Lamiyə Quliyevaya 10 il iş kəsilib. Onun nişanlısı isə Qobustanda saxlanılır. Mənə də təəccüblü gəldi ki, bu, necə ola bilər? Açığı, özüm araşdırma aparmamışam. Bir qrup məhkumun valideyni ilə görüşdə bu məlumatı verdilər. 4 saylı cəzaçəkmə müəssisəsində qadın dustaqlar var. Bəs, bu uşaq göydən gəldi, ya möcüzə olub, xəbərimiz yoxdur. Hesab edirəm ki, Penitensiar Xidmətin buna aydınlıq gətirməsi yaxşı olardı”-–isə məsələni bir az da böyütdü… Moderator.az gündəmin…

davamı burada...

Qurban Məmmədov Siyavuş Novruzova təşəkkür etdi
Qurban Məmmədov Siyavuş Novruzova təşəkkür etdi

Qurban Məmmədov Siyavuş Novruzova təşəkkür etdi

  Tanınmış hüquqşünas Qurban Məmmədov YAP-çı deputat Siyavuş Novruzovun Avropa Məhkəməsinin Azərbaycana qarşı qanunsuz məhkəmə qərarlarına görə kəsdiyi cərimələrin dövlətin deyil, həmin qərarı verən hakimlərin ödəməli olduğunu təklif etməsinə Moderator.az-a açıqlamasında haqq qazandırıb:   “Cərimələri kim ödəməlidir?  Avropa Məhkəməsinin, həm də elə Azərbaycan Respublikasının yuxarı məhkəmə instansiyalarının qərarlarına əsasən ödənilən kompensasiyalar mütləq dövlət tərəfindən ödənilməlidir. Ancaq iş bununla bitməməlidir. Sonradan dövlət vətəndaşa ödədiyi həmin məbləği “reqres iddiası” yolu ilə mütləq və  mütləq vətəndaşın hüququnu pozan hakimdən almalı, eyni zamanda, bu hallarda  belə hakimlərin vəzifədən uzaqlaşdırılmaları barədə qanunvericilikdə dəyişikliklər edilməlidir. Bu mütləq edilməlidir. Hakim bilməlidir ki, onun-bunun tapşırığı ilə qərar qəbul etsə, pulunu və vəzifəsini itirəcəkdir. Hüquqşünas dostlarımdan, səhv etmirəmsə, hörmətli Əyyub Kərimov Moderator.az-a belə demişdi: “indi mən soruşuram, hakimlər o…

davamı burada...