İllərdir ki, “Lazım”ı gəlməyə qoymayan şəxs Əli Kərimliymiş???!!!
    			O gün (09.04.2016) rejim sahiblərinin möhtəşəm əməliyyatı barədə saytlar və qəzetlərdə heyrətamiz bir məlumat oxudum. Sən demə uzun illərdi “lazım” anası ölmüşü gəlməyə qoymayan AXCP sədri Əli Kərimliymiş. Bu “tükürpədici faktdan” xəbər tutan “iqtidarsevər” gənclər tənbəllik etmədən, böyük bir dəstə və səsgücləndirici ilə özlərini yetiriblər Əli Kərimlinin yaşadığı binanın həndəvərinə, başlayıblar “Qarabağ bizimdir, Bizim olacaq!” şüarını səsləndirməyə. Bu informasiyanın doğruluğuna öncə inanmadım. Lakin az sonra öyrəndim ki, bu analoqu olmayan tragikomik şounun strateqləri 23 ildir ki, ölkəni mövcud duruma, bu günkü vəziyyətə salan rejimin başbilənləridir!
Son günlərdə qeyrətli gənclərimizin çox böyük coşqu ilə Şəhidlər Xiyabanından başlayaraq“işğal altında olan doğma torpaqlarımızın hərb yolu ilə son qarışına qədər azad olunması uğrunda” başlanan savaşın müqəddəs qələbəyə kimi davam etdirilməsi tələbi ilə keçirdikləri möhtəşəm,…