Əlaqə vasitələri

“Rüşvət bu hakimiyyətin mövcudluğunun sementidir” –Müsahibə

14.07.2011 | 13:10 | Xəbər dəfə oxunub “Onun atdığı addım 5-10 il əvvəl İsa Qəmbərlə Əli Kərimlinin atdığı addımdan heç nə ilə fərqlənmir” Vətəndaş Hərəkatı Forumunun sədri, vəkil Qurban Məmmədovun “Qafqazinfo”ya müsahibəsi – Keçən həftə Sizin təşəbbüsünüzlə 6 müxalifət partiyasının görüşü keçirildi. Bu görüşün nəticəsini necə qiymətləndirisizniz?  – Əvvəla mən görüşün məqsədi barədə məlumat vermək istəyirəm. Məqsəd Azərbaycan müxalifətinin əsas aparıcı qüvvələrini bir araya gətirmək, onların səmimi birliyinə, Azərbaycan xalqını inandırmaqla xalqın mütləq əksəriyyətini bu rejimə qarşı mübarizəyə cəlb etməkdir. Çünki, son vaxtlar hadisələr göstərir ki, İctimai Palata adlı blokda birləşən Müsavat-AXCP, Qarabağ blokunda birləşən ADP, Ümid və başqa ayrı-ayrılıqda üçlükdə, beşlikdə bu problemin həllinin öhdəsindən gələ bilmirlər, Azərbaycan xalqı da açıq şəkildə bunlara dəstək vermir. Ona görə ki, müxalifətin…

davamı burada...

“Səməd Vurğun kimi dılğırın biri onları xalq düşməni edib” – Sərdar Cəlaloğlu“Bu cür mitinq taktikası ilə Azərbaycanda heç zada nail olmaq mümkün deyil”

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun “Qafqazinfo” ya müsahibəsi: – Azərbaycanda seçkiqabağı son vəziyyəti necə dəyərləndirirsiniz? – Vəziyyət tufandan qabaq sakitlik kimi görünür. Azərbaycanda qarşıdan seçkilər gəlir. Seçkilərlə bağlı cəmiyyətdə gərginlik var. Həm daxili, həm iqtidar-müxalifət, həm də iqtidarın daxilindəki vəziyyət tam gərilib. Xarici siyasətin özündə böyük bir gərginlik var. İran Azərbaycan arasında böyük bir gərginliyin ortaya çıxması, Rusiyanın, Türkmənistanın Azərbaycana təzyiqləri və.s Bütövlükdə bunları çox ciddi siyasi kataklizmlər ərəfəsi kimi dəyərləndirirəm. “İran öz maraqlarına uyğun ixtişaşlar, təxribatlar törədə bilər” – Hansı kataklizmlər baş verə bilər?  – Birincisi, Qarabağ münaqişəsi aktivləşə bilər. Rusiya Azərbaycana başqa xarakterli problemlər də yarada, hətta müdafiəyə qədər hər hansı addımlar da ata, eyni zamanda İranla Azərbaycan arasında çox ciddi problemlər yarada bilər. Daxildə daha amansız…

davamı burada...

2013-CÜ IL AZƏRBAYCAN XALQI ÜÇÜN BIR ŞANSDIR (19-12-2012, 13:28)

Qurban Məmmədov: “Əgər dəyişiklik olmasa bilin ki, səbəb müxalifət liderlərinin satqınlığı, xəyanəti və birləşməməsi olub” Gundemxeber.az Son günlər məşhur vəkilQurban Məmmədov sosial şəbəkələrdə diqqət mərkəzindədir. O, əsasən müxalifətin bir yerdə olması üçün çağırışlar edir və 2013-cü ilin son şans olduğunu bildirir. Qarşıdan gələn prezident seçkiləri və bu seçkilərdə müxalifətin üzərinə düşən məsuliyyət haqqında suallara da dünən Qurban Məmmədov cavab verib. – Qurban bəy, qarşıdan 2013-cü il prezident seçkiləri gəlir. Son zamanlar siz xüsusilə aktivlik nümayiş etdirirsiniz. Seçkilərlə bağlı mövqeyiniz və düşüncəniz nədən ibarətdir? – Fikrimcə, Azərbaycanda növbəti prezident seçkiləri əgər bu rejimin nəzarəti altında keçirəcəyiksə, deməli növbəti cinayətə, yəni hakimiyyəti zorla əldə etmə və saxlanması cinayətinə qanuni don geyindirilməsi prosesində iştirak edəcəyik. İkincisi, normal seçki mühiti yaradılmayınca, bu seçkidə iştirak…

davamı burada...

ƏKRƏM ƏYLISLININ YÜZ DƏNƏ BELƏ ROMANI RAMIZ MEHDIYEVIN BIR QANUNSUZ HƏRƏKƏTINƏ BƏRABƏR OLA BILMƏZ (7-02-2013, 10:36)

Qurban Məmmədov: “Əgər hakimiyyət inqilab istəyirsə xalqının başqa yolu qalmır” Tanınmış hüquqşünas Qurban Məmmədov suallara cavab verib. Müsahibimiz Əkrəm Əylislidən, Azərbaycan hakimiyyətinin davranışlarından, xalqın 2013-cü ildə ata biləcəyi mümkün addımlardan və digər mövzulardan danışıb. – Azərbaycanın intellektual kəsimi xalq yazıçısı Əkrəm Əylislinin “Daş yuxular” romanını müzakirə edir. Sizin bu məsələlərə baxışınız necədir? – Mən bəzi qəzetlərin bu romandan verdiyi çıxarışları oxudum. Bu çıxarışları oxuyanda istər-istəməz Əkrəm Əylisli haqqında insanda mənfi fikir yaranır. Ona görə yox ki, romanda deyilən fikirlər millətimiz haqqında vəhşi obrazı yaradır. Sadəcə ona görə ki, yazıçının ortaya gətirdiyi faktlar yalan və əsassızdır və yaxud birtərəflidir. Amma sizə deyim ki, mən bu əsəri tam oxumamışam. Ola bilsin ki, fikirlərin bəzisi konteksdən çıxarılıb və bu səbəbdən də romanı düzgün…

davamı burada...

İqtidar komandasının regionçuluq prinsipi ilə formalaşması və ya Azərbaycan gerçəkliyinə ötəri bir nəzər–“Gündəm xəbər”–(9-05-2013, 14:04)

Azərbaycanda 42 nazir, dövlət komitəsi sədri və başqa ali dövlət vəzifəsi tutan adamdan 15-i eyni regionda – prezident İlham Əliyevin ata vətəni Naxçıvanda doğulanlardır. Azərbaycan hakimiyyətini regionçuluqda ittiham edən yerli jurnalistlər iddia edirlər ki, ata-babası Naxçıvana, ya da Ermənistana bağlı olmayan heç kimsənin yüksək dövlət vəzifəsi tutmaq şansı yoxdur. Bu iddiaların gerçəyə nə qədər yaxın olduğunu yoxlamaq üçün nazirlər, dövlət komitəsi sədrləri və ali dövlət rəhbərlərinin özlərinin, ya da atalarının anadan olduqları bölgələr əsasında onların regional mənsubiyyətlərini araşdırdıq. Yüksəkvəzifəli dövlət məmurları arasında ölkənin ikinci ən böyük şəhəri sayılan Gəncədən bir nəfər də yoxdur. Yalnız Baş nazir Artur Rasizadənin tərcümeyi-halında Gəncədə doğulduğu yazılıb. Amma onun da atası kənd təsərrüfatı mütəxəssisi, aqronom və şair Tahir Rasizadə Naxçıvan şəhərində anadan olub. Bu məlumat…

davamı burada...

ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun oğlunun müəlliminə yazdığı məktub.
ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun oğlunun müəlliminə yazdığı məktub.

ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun oğlunun müəlliminə yazdığı məktub.

Hörmətli müəllim. Oğlumu sizə əmanət edəcəyimə görə bu məktubu sizə yazmağı vacib bildim. — Ona öyrədin ki, hamı dürüst və ədalətli deyil. Amma hər alçağa qarşı bir qəhrəman, şəxsi mənafeyini güdən siyasətçiyə qarşı isə özünü ölkəsinə fəda etmiş bir lider mütləq var. — Hər düşmənin əvəzinə bir dost mütləq var. Vaxtınızı alacaq, bilirəm, amma imkan olsa, ona öyrədin ki, qazanılan bir dollar, tapılan 5 dollardan daha dəyərlidir. —İtirməyi də öyrədin ona, həm də qazanmaqdan həzz almağı. — Onu qısqanclıqdan uzağa yönəldin. — Ona səssiz gülüşün sirlərini öyrədin. — Qoyun, zorakılığın zahirən qalib olduğunu öyrənsin. — Əgər bacara bilsəniz, ona kitabların möcüzəli bir şey olduğunu öyrədin. — Ona səssizlikdə göydəki quşların, günəşdəki arıların, çəmənlikdəki güllərin daxili sehrinə enməyi öyrədin. — Öyrənsin…

davamı burada...

Oğlumu 3000 dollara əsgərliyə necə göndərdim.
Oğlumu 3000 dollara əsgərliyə necə göndərdim.

Oğlumu 3000 dollara əsgərliyə necə göndərdim.

Başqalarına da ibrət olsun deyə, oğlumu əsgərliyə necə göndərməyimin tarixçəsini siz dəyərli həmvətənlərimə, xüsusilə də, gənclərə və analara danışmaq istəyirəm. Anası (ağsaqqallardan üzr istəyirəm) tez-tez soruşurdu: “uşağı hara saldıracaqsan?”. Mən də cavabında : “mən uşaqsaldırma idarəsində işləmirəm, hara  düşsə orda da xidmət edəcək”–deyə, yola verirdim. Oğlum isə, bu barədə mənimlə bir başa danışmaqdan çəkinirdi. Mövqeyimi, xasiyyətimi bilirdi. Bir gün gəldi ki: “ata, məhlə uşaqları soruşurlar ki, atan səni hara saldırıb, cavab verə bilmirəm”. Gördüm  mənim də oğlum, bir çoxları kimi, namussuz bir yolla xidmət etməyə yönəlir. Bir yandan “ana məhəbbəti”, bir yandan pozulmuş ictimai əxlaq övladımı istədiyim kimi böyütməyə imkan vermir. Dedim: “Oğlum,  zamanı gələndə saldıracağam, atan ölməyib ki”. Üç gün qalırdı yola düşməyinə. Rayonumuzun hərbi komissarı dostum idi. Hara…

davamı burada...

ГЕЙДАР АЛИЕВ – 90. ПСИХОЛОГИЧЕСКИЙ ПОРТРЕТ ДИКТАТОРА

May 03, 2013 Своего сына он воспитывал точно так же, как азербайджанцев. Он ломал его, пытаясь всю жизнь навязать одно единственное мнение – только он знает, как лучше для сына, что надо делать и каким способом. Ильхам Алиев – яркий образчик инфантильности нации. Отец научил сына самому страшному – нелюбви. У него точно так же напрочь отсутствует чувство родины. Отец подавил в нем все человеческие чувства, передав ему в наследство вместо любви только слабости. Пристрастие Ильхама Алиева к азартным играм психологи склонны расценивать как неосознанный протест против отцовского давления. 10 мая исполнится 90 лет с рождения бывшего члена Политбюро ЦК КПСС, первому заместителю председателя Совета министров СССР и, наконец, президенту Азербайджана Гейдару Алиеву. Впрочем, трудно утверждать – то ли 90-летний…

davamı burada...

VƏZİFƏDƏ OLAN NAZİR VƏ MƏMUR ÖVLADLARININ SİYAHISI:

1. Başlayaq Azərbaycanın ən güclü dövlət qurumlarından birinə – Fövqəladə Hallar Nazirliyinə rəhbərlik edən Kəmaləddin Heydərovun övladlarından. Fövqəlnazirin böyük oğlu olan Tale Heydərov diaspor fəaliyyəti göstərən “Avropa-Azərbaycan Cəmiyyəti”nin sədri, “Qəbələ” Futbol Klubunun prezidentidir. Tale Heydərov hazırda Avropada-İngiltərədə yaşayır. O, “Avropa-Azərbaycan Cəmiyyəti”ni və “Qəbələ” Futbol Klubunu da elə oradan idarə edir. Tale Heydərov həm də «United Enterprises International» şirkətlər qrupunun İdarə Heyətinin sədridir. T.Heydərov uğurlu diaspor fəaliyyətinə görə hətta ölkə başçısı tərəfindən “Tərəqqi” medalı ilə də təltif olunub. Fövqəlnazirin kiçik oğlu Nicat Heydərov həmin “United Enterprises International” şirkətlər qrupunun sədr müavinidir. Tale və Nicat Heydərovlar bu holdinqin sahibliyini bölüşən əsas şəxslər sayılırlar. Holdinqin Azərbaycanda, İngiltərədə və Almaniyada ofisləri var. Heydərov qardaşlarının rəhərlik etdiyi holdinqin tərkibində Azərbaycanla birbaşa bağlılığı olan müxtəlif şirkətlər…

davamı burada...

“Prezident komandasını dəyişməlidir”

Qurban Məmmədov: “Əks halda,baş verənlər xalqın gözünə kül üfürməkdən başqa bir şey olmayacaq” Regionların sosial-iqtisadi inkişafının dördüncü ildönümünə həsr olunan konfransda prezident İlham Əliyevin məmurları sərt tənqid etməsi və bunun ardınca bir neçə rayonun icra başçısının işdən azad edilməsi cəmiyyətdə bir çoxları tərəfindən daha ciddi dəyişikliklərin başlanğıcı kimi qiymətləndirilməkdədir. Lakin sadə vətəndaşlardan fərqli olaraq, əksər ictimai-siyasi xadimlər baş verənləri müsbət nəticələrə səbəb olmayacaq kosmetik dəyişikliklər kimi şərh etməkdədir. Məsələyə münasibət bildirən hüquqşünas Qurban Məmmədovun sözlərinə görə, ölkə başçısının məlum çıxışı bir neçə həqiqəti ortaya qoydu ki, bunlardan da biri prezidentin həqiqətən də ölkədə baş verən bütün proseslərdən xəbərdar olmasıdır: “Hörmətli prezidentin öz çıxışında qeyd etdiyi məsələlər – korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin vacibliyi, bəzi vəzifəli şəxslərin harınlaması, millətə yuxarıdan aşağı…

davamı burada...

“Vahid namizəd niyə Əli Kərimli olmasın?”

Professor Əbülhəsən Abbasov: “Xalqın rəyini nəzərə alın! Əli Kərimlinin Azərbaycan cəmiyyətinin yeniliyə doğru inkişafında çox böyük rolu var” «Azərbaycan öz içindən düzəlməlidir. Tərəqqi çırağını heç kim kənardan gətirib Azərbaycan paytaxtında bərqərar edən deyil. Iqtidarlı-müxalifətli bir araya gəlib mövcud problemləri aradan qaldırmaq lazımdır. Bu məsələləri hay-küylə, hikkə və kinlə həll etmək olmaz. Lakin mən görürəm ki, nəinki müxalifət və iqtidar arasında xoşməramlı dialoq getmir, ayrılıqda bu düşərgələrin özlərində də xoşagəlməz olaylar baş verir. Birinin adını çəkən kimi dərhal həmin adama daş atmağa…

davamı burada...

“Ortada olan videoçəkilişə görə Gülər Əhmədovanı ittiham etmək olmaz”

Qurban Məmmədov: “Gülər Əhmədova məsələsi ilə bağlı susqunluq Azərbaycan parlamentinin simasızlığının əyani sübutu oldu”. “Prezident xalqa müraciət etməli, xalqdan dəstək alaraq ölkəni mafioz qruplardan təmizləməlidir”. “Ya Zakir Qaralov, ya da onu inandırmaq imkanında və gücündə olan kimlərsə Elşad Abdullayevin təqdim etdiyi videomaterialın ictimai müzakirəyə çıxarılmasında maraqlı olublar” Tanınmış hüquqşünas Qurban Məmmədov Facebook-da paylaşdığı statuslarında keçmiş deputat Gülər Əhmədova ilə bağlı məlum videoqalmaqala tamamilə fərqli mövqedən yanaşıb. Hüquşünas hesab edir ki, “indi ortada olan videoçəkilişə görə Gülər Əhmədovanı ittiham etmək olmaz”. Maraqlıdır ki, Q.Məmmədov nəya əsasən bu fikirdədir? Onun “Hürriyyət”in əməkdaşı ilə müsahibəsini oxucularımıza təqdim edirik. – Hakimiyyət Gülər Əhmədova məsələsindən mümkün qədər az itkilərlə çıxmağa çalışır. Əli Həsənovun hər gün mətbuata palaz-palaz açıqlamalar verməsi bir yana, onun Elşad Abdullayevin verdiyi

davamı burada...

Yenə əxlaq məsələsi

Şənbə, 22 Sentyabr 2012 10:44 Aslan İsmayılov, vəkil Bəli, mən də deyəsən işimi buraxıb içməyə yox, yazmağa başlayacam. Özü də əsasən, bu gün ölüm ayağında olan əxlaq məsələsindən. Buna çox ehtiyac duyuram, çünki bu gün dəyərlər tam başqadır. Qız alırlar oğluma iş verərlər, qız verirlər ağ günə çıxarıq deyib. Kişi oğluna qız vermirlər, namuslu ananın südü ilə böyüyən qızı oğlanlarına almırlar, nə qazanacağıq deyə. Hələlik, yenə mənim üçün əxlaq məsələsi olan Nigar Yaqubludan başlayacam. Bu günə qədər ictimaiyyətdə söz sahiblərinin bu barədə demək olar fikirlərinə rast gəlmirəm, xüsusilə hakimiyyətə yaxın olanların. Üzr istəyirəm, deyəsən az qala Azərbaycan Respublikası Baş prokurorunun 1-ci müavini R.Usubovun haqqını yemişdim. Axı mən kiminsə haqqını yeməyi çox ayıb sayıram. Dünən saytların hansındasa onun şəklini…

davamı burada...

Cənab Əliyev, nə ehtiyac var?

Şənbə, 31 Mart 2012 08:44 Seymur Həzi Güllələnən Elmar Hüseynova, şantaj olunan Xədicə Ismayıla qalib gələ bildinizmi? Bugünlərdə hər kəs Ilham Əliyevə yazılan müraciətlərdən danışır. Birini də mən yazmaq fikrindəyəm. Və yazıram… Hamı kimi, mən də sərvətlərdən və xəzinələrdən başlamaq istəyirəm. O əjdaha xalqdır… Cənab Əliyev, biz uşaqlığımızdan xəzinələr və sərvətlər haqqında oxuyarkən həmişə eyni nəticənin şahidi olurduq. Birisi bir xəzinəni ya tapar, ya da ona sahiblənər, amma ondan istifadə edə bilməz. Bütün ömrünü xəzinəni böyütməyə sərf edər, nəticədə bir əjdaha bu xəzinin altından çıxar və onu udar. Bütün tarix boyu belə olub. Nağıllara görə, xəzinənin əsl sahibi o əjdahadır.…

davamı burada...

İlham Əliyevdən cılız hərəkət

Cümə, 30 Mart 2012 09:40 Dövlət başçısına ünvanlanan əfv ərizələri mətbuata necə çıxır?           Qurban Məmmədov: «Ən yüksək səviyyədə sanksiya olmasa, bu ərizələr ictimailəşə bilməz» Həbsdə olan siyasi məhbusların əfv ərizəsi yazması son günlərin ən çox rastlanan xəbərlərindəndir. Azərbaycandakı hakimiyyətin mahiyyətinə hər kəs yaxşı bələd olduğundan həmin əfv ərizələrinin mətni çoxlarını təəccübləndirmir. Hər kəs başa düşür ki, bu ərizələr, orada əksini tapan bəzəkli cümlələr həmin məhbusların yox, hakimiyyətin iradəsini və istəklərini əks etdirir. Bugünlərdə gənc siyasi məhbus Elnur Məcidlinin…

davamı burada...

Qubaya Ziya Məmmədovun getməsi dövlətçiliyə tüpürmək idi

Cümə, 09 Mart 2012 07:25 Bəzi məmurların yekəbaşlığı, saymamazlığı iqtidarı da, dövlətimizi də məhvə aparır» Qurban Məmmədov: «Elə qanun olmalıdır ki, sabah Ilham Əliyev də həbsxanaya düşəndə vicdan məhbusları kimi təhqir olunmasın» Tanınmış vəkil Qurban Məmmədovla müsahibəmizə bir neçə gün öncə “Azadlıq” radiosunun əməkdaşı, tanınmış jurnalist Xədicə Ismayılın şantaj və təhdidə məruz qalması ilə bağlı sual ilə başladıq. Facebook səhifəsində bəyanatla çıxış edən X.Ismayıl bildirib ki, martın 7-də ev…

davamı burada...

Tanınmış vəkillər Kərəm Həsənovdan dad elədi

Bazar, 19 Fevral 2012 09:15 Ali Məhkəmənin fevralın 17-də keçirilən plenum iclasında AM inzibati-iqtisadi kollegiyasının sədri Hikmət Mirzəyev əhalinin şikayətçi olduğu qurumların adlarını açıqlayıb. Bəlli olub ki, 2011-ci ildə AM IIK-ya daxil olan şikayətlər arasında Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Iqtisadi Inkişaf Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qəbul etdiyi qərarlarla bağlı işlər üstünlük təşkil edib. H.Mirzəyev Vergilər Nazirliyinin cavabdeh kimi iştirak etdiyi işlərin sayının 260-a çatdığını bildirib. Məhkəmə Cinayət Kollegiyasının sədri Şahin Yusifov isə 2011-ci il ərzində kollegiyaya 1071 işin daxil olduğunu söyləyib. «Əmlak Komitəsi addımbaşı cinayət törədir» Tanınmış vəkil Aslan Ismayılovun qənaətincə, əhalinin sosial rifahı yaxşılaşdığına görə Ali Məhkəməyə…

davamı burada...

Keçmiş baş prokurordan sensasion açıqlama

Cümə, 02 Dekabr 2011 03:53 «Bakıda o qədər peşəkar killer var ki, pulunu ver «öldürsün» Qurban Məmmədov: «Belə şəxslər həm dövlət orqanlarında, həm də cinayətkar aləmdə var» “Bakıda o qədər peşəkar adamöldürən var ki, pulunu ver öldürsün. Bu həmişə belə olub. Sovet hökumətinin vaxtında da belə dəstələr olub, indi də var, gələcəkdə də olacaq”. Bu sözləri keçmiş baş prokuror, açılmayan ölüm işləri üzrə mütəxəssis Murad Babayev yazıçı-publisist Rafiq Tağının qətli ilə bağlı “Bizim yol” qəzetinə verdiyi müsahibədə deyib. Maraqlıdır ki, bir vaxtlar…

davamı burada...

Gülər Əhmədova məsələsi hara qədər uzanacaq?

Cümə, 26 Oktyabr 2012 10:27 Gülər Əhmədova ilə bağlı məsələ səngimək bilmir. Prokurorluq faktla bağlı cinayət işinə başlasa da, cəmiyyətə yetərincə məlumat verilmir. Bu da hətta hakimiyyətə yaxın şəxslərin də narazılığı ilə qarşılanıb. Bu günlərdə millət vəkili Zahid Oruc mətbuata açıqlamasında bildirib ki, Gülər Əhmədovanın hazırkı statusunun nədən ibarət olduğu aydınlaşmalıdır. Bəlli olmalıdır ki, o, külli miqdarda pul sövdələşməsi ittihamı ilə dindirilən, Elşad Abdullayevin qardaşı ilə bağlı kriminal hadisəyə yardımçı şəxs kimi cəlb olunan, yoxsa şantaj xarakterli videoda iştirakçı olan şəxsdir. Bəs Gülər Əhmədova məsələsi nə qədər davam edəcək və prokurorluq bu cinayət işinə yaxın vaxtlarda nbqtə qoya biləcəkmi? «Qüvvədə olan prosessual qanunvericilik Gülər Əhmədovanı həbs etm

davamı burada...

Saatlıda şok olay

Şənbə, 27 Oktyabr 2012 08:13 Hüquq-mühafizə orqanları namussuzluğa necə haqq qazandırdı? 2010-cu ilin oktyabrından başlayaraq müxtəlif qəzetlərdə Saatlıda baş vermiş dəhşətli bir hadisə barədə məlumatlar yayılıb. Hadisə belə olub: Namusa təcavüz Saatlı sakini M.I.N. oğlu (etik səbəblərdən adını yazmırıq) 1 oktyabr 2010-cu ildə polis şöbəsinə ərizə yazıb. Ərizədə göstərib ki, sentyabrın 28-də saat 23:30 radələrində iki azyaşlı uşaq anası olan gəlini G.-nin yaşadığı otaqda başqa kişinin səsini eşidərək, otağa girib. Həmin vaxt evdə olan tanımadığı kişi ona hücum edib və pəncərəni sındırıb qaçıb. Qayınata həmin şəxsin kimliyinin müəyyənləşdirilərək, onun cəzalandırılmasını xahiş edib. Lakin son nəticədə, qayınatanın özü cinayət məsuliyyətinə cəlb olunub. Ona qarşı CM-nin 147.1-ci (təhqir) maddəsilə…

davamı burada...