Əlaqə vasitələri

Kredit bataqlığından necə çıxmalı?

Minlərlə vətəndaşımız durmadan məktub yazır, dollarla götürdükləri kreditdən və son devalvasiyadan dolayı düşdükləri problemin həlli yollarını soruşur, məsləhət istəyir, hüquqi çıxış yollarının olub-olmaması barədə  israrla cavab axtarırlar. Müraciətlər o qədər çoxdur ki, fiziki olaraq bunların hamısına fərdi qaydada cavab vermək qeyri-mümkündür. Ona görə də qərara gəldim ki, bu barədə ətraflı bir məqalə yazım. Qoy hər kəs buradan öz probleminə uyğun qaydada istifadə etsin. Bəri başdan deyim ki, vəziyyət çıxılmaz deyil. Qətiyyən narahat olmayın və stresə qapılmayın. Bunu ona görə xüsusi vurğulayıram ki, bəzi insanlarımız yaranmış indiki ağır iqtisadi durumda, onları ödəmə qabiliyyətsiz edən son devalvasiya hadisəsində sanki çıxılmaz duruma düşdüklərini zənn edir və hətta ölümdən başqa çarə olmadığı haqda düşündüklərini açıqca dilə gətirirlər. Bu, qətiyyən belə deyil.  ALLAH(c.c) ADİL və…

davamı burada...

“Öz əlimizlə dövlətimizi və vətəndaşlarımızı bu səviyyədə müflisləşdirdik”

“Rövşən Rzayevin qətnaməsini ilk oxumağa başlarkən elə bildim ki, Zamin Hacının növbəti yumorudu…” “Pul qısqanc qadın kimidi, ona diqqəti azaltdın və ya aldatdınsa səni tərk edəcək” Moderator.az  ikinci devalvasiyanın şokunu yaşayan cəmiyyətdə cavabını gözləyən bir sıra suallara aydınlıq gətirilməsi üçün bir neçə gün öncə tanınmış iqtisadçı alim, professor, keçmiş maliyyə naziri Saleh Məmmədovla əlaqə saxlayıb fikirlərini qısa da olsa oxuculara çatdırmışdı. Həmin vaxt professor tezliklə Bakıya dönəcəyini və bundan sonra saytımıza geniş açıqlama verəcəyini bildirmişdi. Beləliklə keçmiş maliyyə naziri Saleh Məmmədovun Moderator.az-a açıqlamasını təqdim edirik: Bir neçə gün öncəki açıqlamanı buradan oxuya bilərsiniz: http://www.moderator.az/news/113628.html   – Bəs deyirdiniz devalvasiya üçün heç bir şərait yoxdu, haradan çıxdı? – Bəli haqlısınız, mən bunu demişəm və bu gün də bir daha təsdiq edirəm, devalvasiya…

davamı burada...

Azərbaycanı gözləyən ən böyük təhlükə..

Azərbaycanı gözləyən ən böyük təhlükə… – Sabiq maliyyə nazirindən gündəmlə bağlı sensasion açıqlamalar Devalvasiyanın şokunu yaşayan cəmiyyətdə cavabını gözləyən bir sıra suallara tanınmış iqtisadçı alim, professor, keçmiş maliyyə naziri Saleh Məmmədov özünəməxsus şəkildə izahat verib. AzToday.az  Moderator.az-a istinadən həmin müsahibəni təqdim edir: – Saleh bəy, bəs deyirdiniz devalvasiya üçün heç bir şərait yoxdu? – Bəli, haqlısınız, mən bunu demişəm və bu gün də bir daha təsdiq edirəm, devalvasiya üçün heç bir iqtisadi şərait yoxdu. Bu qədər iqtisadi imkanları olan ölkə üçün ali məqsəd böhrandan istifadə edərək ölkəni dünyanın ən inkişaf etmiş ölkəsinə çevirmək olmalıdır, Devalvasiya sürünmək, birtəhər vəziyyətdən çıxmaq deyil. Real obyektiv şərait yoxdu, amma subyektiv qərara görə heç bir şəxs cavab verə bilməz. Mən bunu dəfələrlə demişdim ki, subyektiv…

davamı burada...

Hüseynbala Səlimov.

  Hər yerdən əli üzülmüş qadın özünü müğənni kimi sınamaq istəyir. İnstitutlardan birində 250-300 manata küllənən “alim” mahnı mətni yazmaq haqda düşünür. Gənc aktyor insanları güldürmək üçün dəridən-qabıqdan çıxır… Qərəz, hamı oxumağa, əyləndirməyə cəhd edir. Hamısı da 20 faiz insanı əyləndirmək və ondan qəpik-quruş qoparmaq üçündür… Bu ölkənin qəlizliyi həm də odur ki, burada rəqəmlər, ədədlər manipulyasiya mənbəyidir, onlar ya qəsdən kiçildilir, ya da ki, bilərəkdən şişirdilir. Hamısı da bir məqsəd üçün edilir – həqiqəti gizlətmək üçün… Amma gizlədiləsi bir şey yoxdur – ölkənin əhalisinin haradasa 20-25 faizi sözün əsl mənasında yaşayır. Qalanlarını isə həyat ora-bura qovur, onlar ayaq üstə qalmaq, ailə-uşaqlarını ayaq üstə saxlamaq üçün yerlə, göylə əlləşirlər… Bir neçə il bundan əvvəl olmuş bir söhbət yadıma düşür. Bir…

davamı burada...

“Yüksək kredit faizləri Əliyevlərin banklarını varlandırır”–“Azadlıq radiosu”, 27 dekabr 2015

Yüksək kredit faizləri Əliyevlərin banklarını varlandırır Həmin banklar – Paşa Bank, Kapital Bank, Express Bank, Azərbaycan Sənaye Bankı, Xalq Bank, Silkway Bank, VTB Bank, ATA Bank-dır.- “Prezident İlham Əliyevin ailəsinə bağlı olan 8 bank (bu yalnız sənədlərlə sübut olan banklardır) ölkə bank sektorunun hardasa 20 faizini əhatə edir. Bu bankların aktivləri 3 milyard dollardan artıqdır”. Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika (OCCRP) təşkilatı başlatdığı “Xədicə layihəsi” çərçivəsində növbəti – ikinci araşdırmasını dərc edib. Bu il Bakı özəl bir tədbirə – ilk Avropa Oyunlarına ev sahibliyi edir. Xarici media bu oyunların Azərbaycana 8 milyard dollara başa gələcəyini yazır, yerli ekspertlər isə rəsmi sənədlər əsasında xərclərin 4 milyard dollar olduğunu hesablayıblar. Amma hökumət rəsmiləri bildirib ki, Avropa Oyunlarına dövlət büdcəsindən 1,1 milyard…

davamı burada...

“Dinləmə” altında qurulan qisas əməliyyatı” “AZADLIQ”, 22 Oktyabr 2015 08:50

“Dinləmə” altında qurulan qisas əməliyyatı 22 Oktyabr 2015 08:50 mtnMTN ətrafında baş verənlərin rəsmi təqdimatı iz azdırmaqdan başqa bir şey deyil Bütün ölkə Ziya Məmmədovun vəzifədən çıxarılacağını və hətta həbs ediləcəyini səbirsizliklə gözlədiyi bir vaxtda Azərbaycan siyasətinin səmasında sanki ildırım çaxdı: Milli Təhlükəsizlik naziri Eldar Mahmudov bir neçə saatın içində ölkənin ən nüfuzlu vəzifə sahiblərindən birindən korrupsionerə, quldura, rüşvətxora, reketə, xəyanətkara, vətən xaininə, bir sözlə, “cümlə xəyanətlərə” bais birisinə çevrildi. Eldar Mahmudovun “vurulacağı” bizə hələ bir neçə ay öncədən məlum idi, özü də bunu bilən təkcə biz deyildik. Ancaq ölkənin ən nüfuzli güc nazirinin ortada heç bir ağlabatan səbəb olmadan, şənbə günü, az qala Astanadan verilən sərəncamla vəzifəsindən azad olunması, ardınca MTN-nin onlarla əməkdaşının, o cümlədən, rəhbər şəxslərinin saxlanılması xəbərləri…

davamı burada...

İstefa verən müstəntiq yeni müraciət yaydı – “Nə üçün belə etdim?”

0 26/12/2015 [14:55] – Gündəm (69 dəfə baxılıb) İstefa verən müstəntiq yeni müraciət yaydı – “Nə üçün belə etdim?” Zərdab Rayon Prokurorluğunda müstəntiq vəzifəsindən siyasi bəyanatla istefa verən və bundan sonra Respublika Prokurorluğunun xüsusi maddə ilə işdən çıxarıb, fəaliyyətini yoxlamağa başladığı Rüfət Səfərov “Azadlıq” qəzetinə geniş məqalə göndərib. Məqaləsində o, atdığı addımın səbəblərini izah edib. Xatırladaq ki, R.Səfərov həm Respublika Prokurorluğunun onunla bağlı qərarlarına, həm də ümumən ölkədəki haqsızlıqlara etiraz olaraq aclıq aksiyasına da başlamışdı. Aksiyanı bir neçə gün davam etdirən R.Səfərov ailə üzvlərinin təkidindən və ictimaiyyət nümayəndələrinin müraciətindən sonra aksiyanı dekabrın 24-də dayandırıb… Nə üçün belə etdim? “Qəzəblənmək həmişə aclıqdan olmur, süstlükdən və qayda-qanunsuzuqdan dəxi əmələ gəlir.” M. F. Axundzadə 7 yaşımdan – doğma torpağımdan deportasiya olunduqdan bəri narahat…

davamı burada...

Pənah Hüseyndən hökumətə anti – böhran təklifləri – “…məsuliyyəti və hakimiyyəti bölək”

Pənah Hüseyndən hökumətə anti – böhran təklifləri – “…məsuliyyəti və hakimiyyəti bölək” AXP lideri: “Dövrün çağrıları məsuliyyətin bölüşdürülməsini və bu da hakimiyyətin bölüşdürülməsini tələb edir; əks halda vəziyyətdən normal çıxış yolu mümkün deyil”; “Yaxın dövrdə spontan aksiyaların olacağını istisna etmirəm” AXP sədri Pənah Hüseyn musavat.com-a müsahibə verib. Partiya sədri müsahibəsində manatın devalvasiyasından, bunun ölkə iqtisadiyyatına təsirlərindən və çıxış yollarından danışıb. Həmçinin hakimiyyəti və məsuliyyəti bölüşdürməyi təklif edib: – İqtidarın səbəb olduğu bu böhranın nəticələrini xalqın, uşaqdan böyüyə, yeni doğulmuş körpədən tutmuş pensiyaçıya, işçiyə, iş adamına, məmuruna, hərbiçisinə qədər hamının hesabına həll etmək istəyirlər. Problemi belə şəkildə həll etməyə cəhdin müvəqqəti effekti ola bilər, lakin aydın məsələdir ki, bu yolla bu prosesin qarşısını almaq yalnız bir neçə ay, ya il möhlət…

davamı burada...

ABŞ dolları ilə götürülən kreditlərin yaratdığı problemlər necə həll edilə bilər?

“XXX  Bank”ın idarə heyyətinin sədrinə _____tarixli, _________ saylı “Kredit müqaviləsi” üzrə Borclu: Ad, soyad Ünvanı:____________________________ Əlaqə tel.:__________________________ ___tarixli, __saylı müqavilənin şərtlərinin dəyişdirilməsi barədə T Ə K L İ F  Hörmətli sədr! Həmin müqavilə ilə mən XXX bankdan  illik __faiz dərəcəsi ilə____ min ABŞ dolları məbləğində kredit götürmüşəm.    Həmin müqaviləni bağlayarkən əsas götürdüyümüz şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini nəzərə alaraq,  müqavilə şərtlərini dəyişdirməyinizi xahiş edirəm. Belə ki, 22 dekabr 2015-ci ildə Azərbaycan manatının ABŞ dolları qarşısında  birdən-birə  50 faiz qiymətdən düşməsi    mənim həmin müqavilə üzrə öhdəliklərimin icrasını qeyri-mümkün etmişdir.     Bu müqavilə bağlanarkən, mən, eləcə də Siz,  milli valyutamızın məzənnəsinin bu qədər sürətlə və bir dəfəyə 50 faiz düşəcəyini ağlabatan şəkildə əvvəlcədən görə bilməzdik. Azərbaycan Respublikası  Mülki Məcəlləsinin  422.1-ci yarımmaddəsinə əsasən, “ tərəflərin…

davamı burada...

Rus-türk hesablaşması: Hesaba qatılmayan zaman və məkan problemləri

Rus-türk hesablaşması: Hesaba qatılmayan zaman və məkan problemləri Heydər Oğuz mektub@heyderoguz.com Hər bir dövlətin yerləşdiyi geopolitik məkandan və bu məkanda istəsə də, istəməsə də ünsiyyətdə olduğu digər dövlətlərlə beynəlxalq əlaqələrdən doğan xarici siyasət hədəfləri var.İstənilən ölkənin vərəndaşları yaşadığı coğrafiyanın bu münasibətlər sistemində öz mövqeyini müəyyənləşdirir, dost gördüyünü müdafiə edir, düşmən gördüyünə isə xor baxır. Azərbaycan insanı üçün də bu sözlər keçərlidir. Təbii ki, bizlər hər zaman ən çətin anımızda yanımızda görüdüyümüz Türkiyəylə tarix boyu bizi istismar edən, müstəmləkəyə çevirən Rusiyaya eyni gözlə baxa bilmərik. Bu anlamda Azərbaycan insanının Türkiyənin yanında yer alması qayət normaldır. Di gəl ki, hər zaman dostu müdafiə edib, düşməni yamanlamaq da xarici siyasətdə uğurlu addım sayıla bilməz. Ümumiyyətlə, xarici siyasət deyilən nəsnə hansısa futbol komandasını dəstəkləməkdən…

davamı burada...

Bu sanksiyalar çoxdan qoyulmalı idi.

Bu sanksiyalar çoxdan qoyulmalı idi. Nefti bizim cinayətkarlarla bir yerdə içib qurtarandan sonra Azərbaycanın rüşvətxorlarının xaricdəki pullarının qarət edilməsi bu zavallı millətə nə verəcək ki?! Bunlar, olanlarının mində birini itirəcəklər və bu itirilən də qərbin cibinə gedəcək. Yenə də acından ölən millət olacaq. Bu da qərbin köhnə oyunudur. Daldan atılan daş kimə xeyir verəcək: yaşayarıq, görərik.   18.12.2015 PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

özünü “ilahiyyat üzrə fəlsəfə doktoru” kimi təqdim edən Əkrəm Həsənovun bu fikrinin Quran və islam qanunları ilə heç bir əlaqəsi yoxdur.

“İslam alimləri yekdil rəyə gəliblər ki, hər bir dövlətin başında olan dövlət başçısına itaət etmək hamıya vacibdir. Yəni, hər bir ölkənin dövlət başçısına itaət etməyin vacib olması məsələsində bütün islam alimləri həmfikirdirlər. İslam dininə görə yaşadığın ölkənin dövlət başçısına itaət etmək həmin ölkənin vətəndaşlarına, eyni zamanda həmin ölkəyə gələnlərə vacibdir. Daha doğrusu Allahın əmridir. Kim dövlət başçısına itaət etmiş olarsa Allahın Rəsuluna itaət etmiş olar, kim Allahın Rəsuluna itaət edərsə Allaha itaət etmiş olar.” .–özünü “ilahiyyat üzrə fəlsəfə doktoru” kimi təqdim edən Əkrəm Həsənovun bu fikrinin Quran və islam qanunları ilə heç bir əlaqəsi yoxdur. Adam nə böyük günah etdiyinin fərqindəmi? İslam alimlərinin adından da yalanlar uydurur. Qurani Kərimdə ən-Nisa, “Qadınlar” surəsinin (4-cü surə) 59-cu ayəsində deyilir: “Ey iman gətirənlər!…

davamı burada...

Bizdə çatışmayan bir struktur var: “Nəzarət idarəsi”.

Bizdə çatışmayan bir struktur var: “Nəzarət idarəsi”. Təcili bu adda bir dövlət orqanı təsis edilməli, ona qanunların, qərarların, fərmanların və sair normativ aktların icrası üzərində nəzarət funksiyası verilməli və vəzifəsini vaxtında, layiqincə yerinə yetirməyən məmurları, prezidentə məlumat verməklə, dərhal tutduqları vəzifədən kənarlaşdırmaq hüququ verilməlidir.   17.12.2015 PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Azercell-in bir fırıldağını da mən deyim.

Monopoliyanın və korrupsiyanın nəticəsi belə də olmalıdır. Azercell-in bir fırıldağını da mən deyim. Mənə zəng etdilər ki, birinci ayı 25 manat olmaqla, ayda 49 manat ödəməklə, 5 GB internet də daxil, istədiyiniz qədər danışın. Bu zəng 05 sentyabrda oldu. Razılaşdım. Şərtlərinə görə, birinci ay 25 manat ödəməli idim. Yəni 05 oktyabradək 25 manat. 07 noyabrda xidmətlərində oldum və aydın oldu ki, Azercell ay deyəndə kalendar ayı yox, mənim faktura aylığımı nəzərdə tuturmuş.Mən isə hər ayın 25-də ödəmə etməliyəm. Mənim 10 günümü yeyən Azercell yəqin başqalarına da belə kələk gəlir. Cib telefonu Azərbaycana gələndən mən Azercell-in müştərisiyəm. Başqa hansı dövlətdə müştəriyə qarşı belə tərbiyəsizlik edilər?   17.12.2015 PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Bu o deməkdirmi ki biz korrupsiya və rüşvətxorluğa, monopoliyaya, seçki saxtakarlığına dözməliyik?

“Öz ölkələrindən rezin qayıqlarla qaçmaq istəyən, vətənlərini viran qoymuş ölkələrdən sığınacaq uman, sərhəd keçid məntəqələrində təhqir olunan, qayıqları batırılan və nəhayət qan gölündə boğulan ərəblərin halını, gününü görüb necə deyə bilərik ki, gəlirlərimizin azalması əsl faciədir? Dünyanın az qala yarısının yeməyə çörək tapmadığı, müsəlman ölkələrinin yerlə yeksan edildiyi bir dönəmdə biz firavan həyatımıza görə niyə şükr etməyək? Dünyanın başının üzərini qara buludlar aldığı bir vaxtda biz gəlirlərimizin azalmasını necə özümüzə dərd edə bilərik?”—bu o deməkdirmi ki biz korrupsiya və rüşvətxorluğa, monopoliyaya, seçki saxtakarlığına dözməliyik? Bəli, yalnız bu 4 bəlanın olmadığı Azərbaycanı ərəb ölkələri ilə müqayisə edəndə Sizin haqlı olduğunuz üzə çıxar.   15.12.2015 PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Təkliflərə əməl edilməsə, sonra gec olacaq.

Təkliflərə əməl edilməsə, sonra gec olacaq. Dərhal monopoliya qaldırılmalı, insanların iqtisadi azadlıqları təmin edilməlidir. Rüşvəti ilk mərhələdə (!!!) məhkəmə sistemindən yığışdırmaq, insanlarda sabahlarına ümid yaratmaq lazımıdr. Müxalifətdir deyib keçməyin. Bu VƏTƏN hamımızındır. Onu bir yerdə, əl-ələ verib qorumaq da hamımızın vəzifəsidir. Yoxsa, gələcək nəsillər bizi bağışlamaz.   15.12.2015 PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Hər fürsətdə müxalifəti gözdən salmaqda məqsədləri bəllidir.

Hər fürsətdə müxalifəti gözdən salmaqda məqsədləri bəllidir. Qınamayan olsa, MTN quldurlarını da müxalifətlə bağlayarlar. Hərdən güzgüyə baxsalar yaxşı olar. Sadəcə , ayıbdır. Bunu Aslan İsmayılov kimi bir hüquqşünasın etməsi isə başa düşülən deyil. Aslan bəy, müxalifət sizi hansı günə salıb, bəlkə deyəsiniz? Belə getsə, rus qoşunlarının türkmənləri, qocaları, qadınları, uşaqları bombalamasında da bizi ittiham edəcəklər.   14.12.2015 PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...