Əlaqə vasitələri

Facebook statuslarım

Adəm Məmmədov istedadlı və perspektivli gənc vəkillərimizdəndir.

Məhkəməyə qarşı və ya məhkəmə binasında edilən qanunsuz hərəkətlərə görə hakim cəza tədbiri görə bilər. Adəm bəy haqqında hakim tərəfindən vaxtında belə bir qərar qəbul edilbəyibsə, deməli indiki ittiham uydurmadır. Adəm Məmmədov istedadlı və perspektivli gənc vəkillərimizdəndir. Ona qarşı bu hərəkəti törədənlər yaxşı yolda deyillər.   06.12.2015 PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Rafiq müəllim, hakimiyyətə gəlmək istəyi ayıb və ya cinayətdirsə, onda, sizcə,

“-Bu gün orta məktəblərdə dini təhsil yoxdur. Dini təhsil o zaman olardı ki, dini bilən şəxslər bunu uşaqlara anlayacağı dildə başa salsın. Dini təhsil türk liseylərində vardı, çox yüksək səviyyədə idi. Həm uşaqlara bilik verirdilər, həm din öyrədirdilər, həm də intellektini yüksəldirdilər. Ancaq bu nurçuların bir zəif cəhəti vardı ki, hakimiyyətə gəlmək istəyirdilər.”—- Rafiq müəllim, hakimiyyətə gəlmək istəyi ayıb və ya cinayətdirsə, onda, sizcə, bu ölkədə ən çox ayıb edən, cinayət törədən kimlərdir, deyərmisiniz? Hansısa məzhəbə aid olmaq, insanları vətəndaşlıq hüquqlarından məhrum edə bilməz ki. Bu nə məntiq, bu nə düşüncə…   05.12.2015 PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Yazıq Eldar Mahmudov buna neyləsin?

Eldar Mahmudovun Ziya Məmmədova yolları keyfiyyətsiz çəkməsi ilə bağlı göstəriş verməsi inandırıcı deyil. Bu qədər də yox! “Təndir istiykən, mən də birini yapım” prinsipi indiki məqamda çoxlarının karına gələ bilər. Bəs sonrası? Dağılan Bakı-Quba magistralını çuvalda necə gizlətmək olar? Yazıq Eldar Mahmudov buna neyləsin? Azərbaycanda cinayət içində batmayan bir nəfər də vəzifəli şəxs, korrupsiya bataqlığında çiçəklənməyən bir dənə də olsun dövlət idarəsi yoxdur.   05.12.2015 PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Ölkədə olduqca qorxunc proseslər gedir.

Ölkədə olduqca qorxunc proseslər gedir. Həm bu gün cəzalanan, həm də öz növbəsinin tezliklə gələcəyini hiss edən qüvvələr hər an revanş götürməyə, xilas olmaları üçün ölkədə stabilliyi pozmağa hazırdırlar və bunun əlamətləri artıq görsənməkdədir.   05.12.2015 PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Bu məqamda rəhmətlik “qanuni oğru” Hikmət Muxtarovun bir söhbəti yadıma düşdü.

Danışırdı ki, Tbilisidə bir gürcü qanuni oğrunun dəfninə toplaşıblarmış. Hamısı, yasa gecikən başqa bir ağsaqqal oğrunu gözləyirmişlər ki, o gələndən sonra vidalaşaraq tabutu yerdən qaldırsınlar. Ağsaqqal gəlmiş, mərhumun həyət – bacasına, maşınlarına, dəbdəbəli villasına göz gəzdirmiş, asta – asta tabuta yaxınlaşaraq əyilib meyitin qulağına nəsə pıçıldadıqdan sonra da asta addımlarla yası tərk edərkən bütün oğrular onun dalınca meyiti ortada qoyub çıxmışlar. Meyitin qulağına nə dediyini soruşanda isə, qoca oğru belə cavab veribmiş: ”Biz lagerlərdə “stradat edəndə” (əzab çəkəndə) sən sərvət toplamaqla məşğul imişsən. Sən o dünyaya oğru kimi gedə bilməzsən, sən qanuni oğru deyilsən, mən sənin adını geri alıram, dedim.”   05.12.2015 PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Mən əlavə təklif edərdim ki, uşaqlarının qayğısına qalmayan,

Valideynlərin öz uşaqalrının qayğısına qalmaq, təlim-tərbiyəsi ilə məşğul olmaq vəzifəsi var. Bu baxımdan qanun yerində qəbul olunub. Mən əlavə təklif edərdim ki, uşaqlarının qayğısına qalmayan, onların təlim-tərbiyəsi ilə məşğul olmayan, onlarla pis rəftar edən ata-analar valideynlik hüquqlarından məhrum edilməli, uşaqlar alınıb dövlətin, ya da başqa ailələrin himayəsinə verilməlidir.   05.12.2015 PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Siyasət qladiator döyüşü deyil.

Siyasət qladiator döyüşü deyil. Hörmətli prezident T. Ərdoğan doğru yoldadır. O ki qaldı rus ayısının Azərbaycanı işğal etmədən Türkiyəyə hücum edə bilməməsinə, onsuz da müharibə qərarı verilsə, belə də olacaq. Bu isə 3-cü dünya müharibəsi deməkdir. Putin hələ ki, sifətini qorumağa çalışır. Dünya, elə Azərbaycan da istənilən varianta hazır olmalıdır. Rusiya hazırlaşır, elə Türkiyə də… 04.12.2015 PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Mən Nardaran camaatına müraciət edirəm.

Mən Nardaran camaatına müraciət edirəm. Əziz nardaranlılar, bacı və qardaşlarım. Dərdinizin böyük olduğunu bilirəm, ölən polislərə və sıravi vətəndaşlarımıza ALLAH(c.c)dan rəhmət, sizlərə səbr diləyirəm. Sizin dərdiniz hamımızındır. Kəndə daxil olan polis və hərbi qüvvələri gül-çiçəklə qarşılayın. Qarşıdurmalara, provokasiyalara bəhanə verməyin. Nəzərə alın ki, o polislər də sizin övladlarınızdır və öz vəzifələrini yerinə yetirirlər. Evlərə baxış keçirəcəkləri, axtarış aparacaqları halda onlara yardım edin, onlarla əziz qonaqlarınız kimi davranın. Siz haqlı olduğunuzu məhz bu yolla bütün dünyaya nümayiş etdirəcəksiniz. Heç bir halda fiziki qarşıdurmaya getməyin və problemləri yalnız və yalnız dinc, qanuni yollarla həll etməyə qeyrət göstərin. ALLAH(c.c) haqlı olanlarladır. “O” sizə bəs edər!   01.12.2015 PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Ey Oland, ey Obama, ey Merkel

Ey Oland, ey Obama, ey Merkel bu ölən, yaralanan uşaqların nəyi sizin övladlarınızdan əskikdir? Onlar insan deyilmi? Kimdir əsl terrorçu: bombalarla saldıranlar, yoxsa canlı bombalar? Fərqiniz nədir? Ey Putin, ey qaniçən cəllad, ey müsəlman qanına susayan qatil, budurmu sənin bombaladığın İŞİD-çilər?   01.12.2015 PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Hakimiyyətin iddiasına görə Eldar Mahmudov dövlət çevrilişinə cəhd edib,

Hakimiyyətin iddiasına görə Eldar Mahmudov dövlət çevrilişinə cəhd edib, hazırlaşırmış. İndi də iddia edirlər ki, sən demə Hacı Tale Bağırzadə və nardaranlılar da dövlət çevrilişinə hazırlaşırmışlar. Anlamadım. Ölkədə monopoliya götürülüb ki, Eldar Mahmudov dura-dura Hacı Tale, ya da namaz qılmaqdan, ALLAH(c.c)a dua etməkdən başqa əllərindən iş gəlməyən nardaranlılar da bu fikrə düşsünlər?!   30.11.2015 PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Prezidenti inandırmağa çalışırlar ki, guya onlar olmasa..

Nardaranda törədilən dövlət terroru, “Nardaran qətliamı” da Eldar Mahmudovun vurulmasl nəticəsində prezident ətrafında boşalan yerin ələ keçirilməsi niyyətinin nəticəsidir. Polisin revanşı.Prezidenti inandırmağa çalışırlar ki, guya onlar olmasa.. Köhnəlmiş havalardır. Təəssüf ki, oynayanlar tapılır bu havaya…   30.11.2015 PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Bu hakimiyyət qaldıqca Hacı Məmmədov həqiqəti deyə bilməz.

Bu hakimiyyət qaldıqca Hacı Məmmədov həqiqəti deyə bilməz. Hörmətli Dİ naziri Ramil Usubov demişdi axı, Hacı Məmmədov mərhum prezident Heydər Əliyevin də tapşırıqalrından birinin— Abuzər Abuzərovun qaçırılmasının icraçılarından biri olub. O biri də Zakir Nəsirov imiş.   30.11.2015 PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Ey Putin, sənin bombaladığın İŞİD-çi budurmu?

Ey Putin, sənin bombaladığın İŞİD-çi budurmu? Ey dünya, ey xristianlar, ey müsəlmanlar, ey qərbli və şərqlilər, ey şimal və cənublular sabah metrolarınızda, avtobuslarınızda, toy-yas mərasimlərinizdə, bazar-dükanlarınızda bu uşağı canlı bomba kimi görsəniz, TƏ Ə C C Ü B L Ə N M Ə Y İ N !!! Peyğəmbər (s.a.s) deyib: “Gəminin dibini deşənləri seyr eləyənlər özləri də qərq olacaqlar.!” Rusiya-Putin ağır bombalarıyla, Bəşər Əsəd və onun kimi diktatorlar zalımlığıyla, Amerika zorbalığıyla, İŞİD beləliyiylə, BOCOHARAM eləliyilə DÜNYA adlı gəmimizi durmadan deşirlər. Seyrçi qalan bizlər isə mütləq qərq olanların arasında olacağıq.   29.11.2015 PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

“Nardaran qətliamı” ilə bağlı hakimiyyət o vaxt haqlı olacaq ki,

“Nardaran qətliamı” ilə bağlı hakimiyyət o vaxt haqlı olacaq ki, o hadisələrlə bağlı video çəkilişləri yayıb “terrorçular”ı faktlarla ifşa etsin. Əks təqdirdə, bunun bir dövlət terroru olduğuna şübhə yeri qalmayacaq. Sadəcə olaraq, Nardaran camaatı dərhal küçələri, meydanları boşaldıb, heç olmasa bundan sonra, bu qanlı cinayəti təşkil edənlərə əlavə bəhanələr verməməlidirlər.   29.11.2015 PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Bunu 08 noyabrda yazmışdım.

Bunu 08 noyabrda yazmışdım. Son vaxtlar bəzi qüvvələr dindar qardaşlarımızı provakasiyaya çəkməyə cəhd edirlər. Bu məqsədlə də onların dini hisslərini qızışdırır, polis qüvvələri ilə qarşıdurmaya həvəsləndirirlər. Xüsusilə də, son vaxtlar Hacı Tale Bağırzadə ilə bağlı rejim nökərlərinin qanunsuz hərəkətlərindən sui-istifadə etməyə çalışırlar. Əslində məqsəd son 20 ildə davam etməkdə olan siyasətin indi də dini qruplara tətbiq edilməsidir. Yəni lazımi təşkilatlanma mərhələsinə çatmadan, demokrtatik qüvələri güc, qarşıdurma müstəvisinə çəkib hazırlıqsız yaxalamaq, sıradan çıxarmaq, Ümid edirəm ki, hörmətli Hacı Tale Bağırzadə və dostları baş verənləri düzgün qiymətləndirəcək, bulanıq suda balıq tutmaq sövdasında olanların niyyətlərini puç edəcəklər. Hamını fiziki qarşıdurmalardan, qeyri-siyasi, qeyri-dinc mübarizə üsullarından çəkinməyə çağırıram.   29.11.2015 PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

o zaman onun başında dayanan, hərəkət dinamikasına nəzarət edən, işinə, səlahiyyət dairəsinə nəzarət edən şəxslər niyə məsuliyyətə cəlb edilmir?

Madam ki, A.Çovdarovun timsalında icraçıya bu cür buket düzəldirlər, o zaman onun başında dayanan, hərəkət dinamikasına nəzarət edən, işinə, səlahiyyət dairəsinə nəzarət edən şəxslər niyə məsuliyyətə cəlb edilmir? Onlar nəyə baxırmış? Onda belə çıxır ki, nazir də, onun müavinləri də, aparat rəhbəri də o qədər avam adam olublar ki, Çovdarov MTN-də at oynadıb, istədiyi qanunsuzluğa yol verib, insanlara zülm edib, amma bundan yuxarıdakı şəxslərin heç birinin xəbəri olmayıb? Bu, gülünc və absurddur. Onların mütləq şəkildə baş verənlərdən xəbəri olub. Buna görə də hadisələrin episentrini yalnız Çovdarova tərəf yönləndirmək doğru deyil. Çovdarovla yanaşı nazir, nazir müavinləri və aparat rəhbəri də məsuliyyət daşıyır”.   27.11.2015 PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Hakimiyyət “qanamayan yerdən qaşıyıb qan çıxarmaq” siyasətini uğurla davam etdirir

Hakimiyyət “qanamayan yerdən qaşıyıb qan çıxarmaq” siyasətini uğurla davam etdirir.Respublikamızda stabilliyi pozmaq, görünür, kimlərəsə çox lazımdır. Ancaq niyə? Hacı Tale Bağırzadəni qanunda nəzərdə tutulan qaydada rəsmi olaraq polis orqanlarına çağırmaq əvəzinə, namaz üstə adamlara hücum edib odlu silahdan istifadə etməkdə məqsəd nədir?   27.11.2015 PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Türk imperiya cocuğu yox, imperiyanın qurucusu, dədəsidir.

Türk imperiya cocuğu yox, imperiyanın qurucusu, dədəsidir. Üzr istəmək isə yalnız böyüklərə, güclülərə xasdır. Ancaq üzr istəməli səhv edibsə. Özünü , haqqını, Vətənini, sərhəddini, şərəfini, ləyaqətini qorumaq nə vaxtdan səhv hesab edilməyə başlayıb ki…   26.11.2015 PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Rəşad Məcid və Aqil Abbas Türkiyənin Rusiyadan üzr istəməli olduğunu iddia edirlər.

Rəşad Məcid və Aqil Abbas Türkiyənin Rusiyadan üzr istəməli olduğunu iddia edirlər. Təbii ki, Türkiyə həqiqətən də səhv etmiş olsaydı, ona bunu xatırlatmağa ehtiyac da qalmazdı. Türkiyə kifayət qədər dövlətçilik təcrübəsi olan bir dövlətdir və üzr istəməli olduğu yeri özü gözəl bilir. Ancaq beynəlxalq normalarla müəyyən edilən hüquqlarını qoruyan Türkiyədən bunu tələb etmək hər iki ziyalımızdan gözlənilən bir reaksiya deyil. Mən buna təəssüflənirəm.   26.11.2015 PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

ORT kanalında Jirinovskinin iştirakı ilə Türkiyə əleyhinə qızğın müzakirələr gedir.

Artıq 45 dəqiqədir ki Rusiyanın ORT kanalında Jirinovskinin iştirakı ilə Türkiyə əleyhinə qızğın müzakirələr gedir. Dumanın milli məsələlər üzrə komissiya sədrinin müavini Mixail Starşinov rəsmi olaraq etiraf etdi ki, Bərzani rus generalının oğludur və Rusiya çoxdandır ki, Türkiyəni zəiflətmək üçün PKK-ya yardım edir. Kürd xalqından, Ermənistandan, Yunanıstan və yunan Kiprindən Türkiyəyə qarşı necə istifadə etməyin yollarını axtarırlar. Anlamırlar ki, qanları və canları ilə bu torpaqları VƏTƏN yapan, XX əsrin əvvəllərində erməni-rus birləşmələrinə qarşı bir səngərdə qan verən bu iki milləti : türk və kürdləri bir-birindən ayırmaq, müsəlmanları öz niyyətlərinə qulluq etdirmək mümkünsüzdür. Bu gavurlar hələ də anlamırlar ki, sabah Türkiyə torpaqlarına təhlükə yaranacağı təqdirdə ilk ayağa qalxıb silaha sarılan elə kürd qardaşlarımız olacaq. Bu torpaqlar türklərin olduğu qədər də kürdlərin…

davamı burada...