Əlaqə vasitələri

Facebook statuslarım

Onları şantaj etməyə nə var ki?

“Çovdarov özü də zəng etmişdi. Mənə hədə-qorxu gəlirdi. Deyirdi ki, səni həbsə saldıraram, mən hakimə deyəndə səkkiz il “iş” ver, onlar qorxudan doqquz il verərlər”. Məhkəmələrimiz həqiqətən bu gündədir. Ona görə ki, 90 faiz hakimin rüşvət alması, əxlaqsız həyat keçirməsi, məişət pozğunu olması barədə A. Çovdarovun əlində video çəkilişlər, müxtəlif sübutlar var. Onları şantaj etməyə nə var ki?   12.12.2015  3,604 dəfə ümumi oxunub PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

ANS-də islam dini ilə bağlı müzakirələri islam dinindən uzaq bir xanım aparır.

ANS-də islam dini ilə bağlı müzakirələri islam dinindən uzaq bir xanım aparır. Batasan, dünya! Ən pisi də odur ki, müzakirələrdə ciddi saydığım bəzi adamlar da iştirak edir. Bu veriliş islamı ələ salmaq, lağa qoymaq, təhqir etməkdir.   12.11.2015  3,692 dəfə ümumi oxunub PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

“Kupça idarəsi”nin müdiri Kərəm Həsənov, onun müavini Rafiq Cəlilov və başqaları MTN-ə verdikləri aylıq milyonları haradan qazanırmışlar?

“Kupça idarəsi”nin müdiri Kərəm Həsənov, onun müavini Rafiq Cəlilov və başqaları MTN-ə verdikləri aylıq milyonları haradan qazanırmışlar? MTN-də Eldar Mahmudovun, əvvəllər də Namiq Abasovun rəhbərliyi altında işləyib, sonra da başqa yüksək vəzifələrə keçən adamların milyonlarla hesablanan sərvəti, obyektləri hardandır? Bunu soruşan olmayacaqsa, Akif Çovdarovun həbs edilməsi, qanun qarşısında hamının bərabərliyi prinsipinin pozulması Eldar Mahmudova qarşı haqsızlıq deyilmi ?!   11.12.2015  3,561 dəfə ümumi oxunub PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Ayaz Mütəllibov oğlunun qəbri üstünə gələndə mən sonuncu–13-cü adam idim.

Ayaz Mütəllibov oğlunun qəbri üstünə gələndə mən sonuncu–13-cü adam idim. Məndən əvvəl isə “Moderator az”-ın rəhbəri Zülfüqar bəy idi. Araz Əlizadə də orada idi. Cəmi 13 nəfərlə oğlunun qəbrini ziyarət etməyə gücü çatan Ayaz hələ də dərk eləmir ki, belə dayazlıq göstərmək heç adi insana da yaraşmaz, nəinki prezident olmuş bir şəxsə.   11.12.2015  3,650 dəfə ümumi oxunub PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Elə bilməyin ki, ANS bunu qərəzsiz, dəqiq və vicdanlı olduğu üçün edir.

ANS-in indi efirdə gedən xəbərlər proqramında Eldar Mahmudovun Londondakı 30 milyon dollarlıq mənzilindən reportaj verilir. Elə bilməyin ki, ANS bunu qərəzsiz, dəqiq və vicdanlı olduğu üçün edir. Qətiyyən. Sadəcə olaraq, Eldar yıxılıb ona görə. Cənablar, dostlar, sizin etdiyiniz bu hərəkətlərin jurnalistika ilə heç bir əlaqəsi yoxdur. Əksinə, bu çox pis hərəkətdir və ictimai şüura vurduğu ziyanın miqyasları çox böyükdür. Cinayətkar məmur vəzifədə olduğu dövrdə tənqid olunmalıdır ki, dövlət indiki kimi ziyan çəkməsin. İndi etdikləriniz isə “daldan atılan daş” misalındadır. Müxalifət vaxtında deyəndə reaksiya versəydilər belə olmazdı. ANS isə müxalifətə nəinki danışmaq imkanı vermədi, əksinə onu qaralamaqla məşğul oldu. İndi edilənlər isə nədirsə, hər halda tam faydasız və ziyanlıdır.   11.12.2015  4,076 dəfə ümumi oxunub PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Moskvada yaşadığı dövrdə Ayaz Mütəllibovun öz doğma qardaşının ailəsi haqqında,

Moskvada yaşadığı dövrdə Ayaz Mütəllibovun öz doğma qardaşının ailəsi haqqında, qardaşı ilə niyə danışmamasının səbəbləri barədə “Arqumentı i faktı” qəzetində verdiyi müsahibəni oxuyan varmı? Oxumasaz yAxşıdır, bir millətdən olduğunuzdan dolayı xəcalətdən ölərsiz.   10.12.2015  3,425 dəfə ümumi oxunub PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Bu adam neft şirkətinin rəhbəri olmaqla yanaşı, 50 vəzifə daşıyır

“Demək istəyirik ki, neft şirkətinə rəhbərlik edən şəxsin tərcümüyi-halı göz qabağındadır. Nəhəng bir struktur ailə biznesinə çevrilib. Bu adam neft şirkətinin rəhbəri olmaqla yanaşı, 50 vəzifə daşıyır.”— nə etməlidirlər bəs, kadr tapa bilmirlər. Bundan sonra da heç olmayacaq. Hansı ağıllı adam risk edib bunlarla əməkdaşlıq edər bundan sonra. neft də ki pula getmir daha..   10.12.2015  3,655 dəfə ümumi oxunub PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Fuad Qəhrəmanlı həyatını elə yaşadı ki,

O da düz danışdığı üçün, haqqı dediyi üçün həbs edildi. Ancaq bu dəfə hakimiyyət nə narkotiklə, nə silahla şərlədi. Birbaşa siyasi ittiham irəli sürdü. Bu özü də böyük bir uğurdur. Fuad Qəhrəmanlı həyatını elə yaşadı ki, onu siyasi məhbus kimi susdurmaqdan başqa yolları qalmadı.   10.12.2015  4,099 dəfə ümumi oxunub PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Hakimiyyətin Leyla Yunusu azadlığa buraxmasını yüksək dəyərləndirirəm.

Hakimiyyətin Leyla Yunusu azadlığa buraxmasını yüksək dəyərləndirirəm. Heyf ki, bu xoşməramlı addımlarına Fuad Qəhrəmlının həbsi ilə kölgə saldı. Ancaq ölkədə gərginliyin aşağı salınması ilə bağlı yaxşı fürsət yaranmışdı. Fuad bəyin həbsini məsləhət verənlər “ayı xidməti” göstəriblər.   09.12.2015  3,760 dəfə ümumi oxunub PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Türkün səmalarında uça bilməz uçağın.

Yaralı aslanların qəzəbi sərt olur, bil Qarşısında nə varsa gözləri dörd olur, bil. Qartalın gözü iti, çaynağı bərk olur, bil Fəlakətə uğrayar hər küncün, hər bucağın- Türkün səmalarında uça bilməz uçağın.   09.12.2015  3,535 dəfə ümumi oxunub PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Fuad Qəhrəmanlının həbsi məni qətiyyən təəccübləndirmədi.

Fuad Qəhrəmanlının həbsi məni qətiyyən təəccübləndirmədi. Bu hakimiyyəti tənqid edən hər kəs bunu göz önünə almalıdır. Məşhur bir deyim var:”Ağıllı o adamdır ki, başına gələnlərdən nəticə çıxarsın, aqil odur ki, başqalarının başına gələnlərdən nəticə çıxarsın”. Fuad bəy ağıllı adamdır.:::))) özümü demirəm, yüzlərlə siyasi məhbusun başına gələnləri görmürdümü? Dilini dinc qoyardı, həbs etməyəydilər. Pis orasıdır ki, bizim başımıza gələnlərdən Fuad bəyin nəticə çıxarmadığı kimi, onun da başına gələnlərdən biz və başqaları nəticə çıxarmayacaq. Deyəsən bizim millət hamısı ağıllıdır. Bəlkə, hamılıqla “Məni də tut, çünki aqil deyiləm” kompaniyasına başlayaq. ALLAH(c.c) qapısını açsın.   09.12.2015  3,751 dəfə ümumi oxunub PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Azərbaycan hakimlərinin 90 faizi qanundan başqa hər şeyə və hər kəsə işləyirlər.

MTN-ə işləyən tək hakimlər bunlar deyil ki. Azərbaycan hakimlərinin 90 faizi qanundan başqa hər şeyə və hər kəsə işləyirlər. Rüşvət və korrupsiya bataqlığında boğazına qədər zibilə batan, harın, əxlaqsız həyat sürən hakimləri şantaj eləməyə nə var ki?! MTN-nin işi elə bu olub–pullu adamları şantaj edib “tasa oturtmaq”. Onların da tası qanunsuz hökmlər çıxarmaq olub yəqin.   08.12.2015  3,581 dəfə ümumi oxunub PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Faciəmiz bilirsinizmi nədədir?

Faciəmiz bilirsinizmi nədədir? Mən tam əminəm ki, sabah ermənilər Bakını işğal etməklə Azərbaycan dövlətçiliyinə son qoyarsa, millətimiz indiki kimi yenə də seyrçi qalacaqdır. Son 20-30 ildə aparılan siyasətin nəticəsi budur. Canlı ölülər məmləkəti– AZƏRBAYCAN ! Ancaq bir gün bu xalq elə indiki hakimiyyətin özünə lazım ola bilər. Məsələn, Qarabağı azad etmək üçün. Nəticə yaxşı olmayacaq. İnanın mənə.   08.12.2015  3,700 dəfə ümumi oxunub PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

SOCAR-ın vitse-prezidenti Xoşbəxt Yusifzadə “Günəşli” yatağında baş verən

SOCAR-ın vitse-prezidenti Xoşbəxt Yusifzadə “Günəşli” yatağında baş verən faciə ilə bağlı dövlətə dəyən maddi ziyanla əlaqədar deyib ki…. Mən bu ağsaqqalı şəxsən tanımıram. Dostlar, ancaq, bütün ömrünü Azərbaycan neft sənayesinin inkişafına həsr etmiş bir ağsaqqalın “dövlətin maddi itkiləri ilə bağlı” verdiyi cavabı bəzi adamların çirkin niyyətlə, başqa mənada traktovka eləməklə, ictimai nifrəti qızışdırması yaxşı hərəkət deyil. Unutmayın, bundan sonra bizim doğru sözümüzə də inanmazlar. Deyə bilərsiniz ki, hakimiyyət müxalifətə qarşı bəs niyə bu metoddan istifadə edir? Niyə Milli Şuranı Nardaran hadisələrini qızışdırmaqda ittiham edir? Hər kəs öz əməlinə görə cavab verəcək o dünyada. Bir dövlət məmurunun sözlərini kontekstdən çıxarıb onu siyasi niyyətlərlə başqa mənada hallandırmaq bizə hörmət gətirməz. Dərdimiz çox böyükdür. 32 ailənin ocağına atəş düşüb. Ölkə matəmdə. İnsan faciəsindən…

davamı burada...

Hər belə faciədə mütləq kimisə cəzalandırmaq ənənəsindən əl çəkmək lazımdır

Hər belə faciədə mütləq kimisə cəzalandırmaq ənənəsindən əl çəkmək lazımdır. Elə təbii fəlakətlər var ki, insan onun qarşısında aciz qalır. Obyektiv araşdırmaq lazımdır. Ancaq bir günahkarın olduğunu hamı bilir: o da həmin sahəyə ayrılan dövlət vəsaiti hesabına özlərinə milyonlarla dəyəri olan villalar tikən, harın həyat keçirən “SOCAR” rəhbərliyi. “Bu zaman qayıq divara çırpılaraq sınıb. Bu gün xəstəxanada yaralılarda danışdım. Onlarda təsdiq etdilər ki, qayıq havada sınıb aşağı düşüb”— bax bu keyfiyyətsiz qayığı alanlardan soruşmaq lazımdır ki, o qayığın real qiyməti ilə alış qiyməti arasındakı fərqi kim yeyib, nə qədər qazanıblar.?   07.12.2015  3,087 dəfə ümumi oxunub PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

silahlı müdaxiləyə ehtiyac olmadığına adım qədər əminəm.

Nardaran da daxil olmaqla, ölkəmizin bir çox regionlarında, məlum vəziyyət üzündən gec, ya da tez, hansısa əməliyyatlar aparılmalı, işlər görülməli idi. Orada yaranmış vəziyyətlə bağlı keçirilməli olan tədbirlər sırasında isə silahlı müdaxiləyə ehtiyac olmadığına adım qədər əminəm.   07.12.2015  3,669 dəfə ümumi oxunub PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Həlak olan dənizçilərimizə ALLAH(c.c)dan rəhmət, yaxınlarına səbr diləyirəm.

Həlak olan dənizçilərimizə ALLAH(c.c)dan rəhmət, yaxınlarına səbr diləyirəm. Bəlkə də onların çoxunu işə qəbul edəndə rüşvət alıblar. Budur real vəziyyətimiz. Öz şəxsi villalarına sərf etdikləri dövlət vəsaitini təhlükəsizlik tədbirlərinə yönəltsəydilər, faciənin masştabı bu qədər olmazdı.   06.12.2015  3,722 dəfə ümumi oxunub PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...