Əlaqə vasitələri

Facebook statuslarım

Mən elə bilirdim ləyaqətsiz, namussuz və rüşvətxor adamlar Avropada olmur.

İndicə ANS-də bir xarici “adam” danışdı. Dedi ki, seçkilərə hazırlıq..proses əvvəlki kimi əladır. Mən elə bilirdim ləyaqətsiz, namussuz və rüşvətxor adamlar Avropada olmur. Sən demə oralar da belələri ilə doluymuş. Bu şərəfsiz adam can üstə olan insana yardım etmək əvəzinə, onu çox sağlam olduğuna inandırmağa çalışmağın əxlaqsız hərəkət olduğunu da anlamır demək.   31.10.2015  4,405 dəfə ümumi oxunub PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Şahvələd Çobanoğlu millətimizin vicdan səslərindən biridir.

Şahvələd Çobanoğlu millətimizin vicdan səslərindən biridir. Millətlər məhz belə övladları ilə tanınır, sayılır və mədəni millət kimi qəbul edilirlər. Təbrik edirəm Sizi Şahvələd bəy! Yaxşı ki Günəş kimi doğmusunuz millətimizin taleyinə! Var olun!   31.10.2015  3,623 dəfə ümumi oxunub PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

… bu qəbildən olan həbslər prezidentə “xidmət” , arxasınca da reketlik, quldurluq, korrupsiya ssenarisi idi …

Ruslan Bəşirli teatrı, Pərviz Həşimov kinosu və sair bu qəbildən olan həbslər prezidentə “xidmət” , arxasınca da reketlik, quldurluq, korrupsiya ssenarisi idi. Ramil Usubovun məşhur bəyanatını xatırlayırsınızmı: Heydər Əliyev tapşırdı ki Abuzər Abuzərov həbsxanadan qaçırılsın, bunu da Hacı Məmmədov və Zakir Nəsirova tapşırdım….. Bax belə! “Sənə olar, bizə olmaz?” — budur cinayətkar, terrorçu dövlətin iş prinsipi.   30.10.2015  3,469 dəfə ümumi oxunub PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

“Müsavat” partiyası, gec də olsa, düzgün qərar qəbul edib …

“Müsavat” partiyası, gec də olsa, düzgün qərar qəbul edib bu seçki adlı cinayət hadisəsində iştirakdan çəkindi. Təbriklər! MSK isə: “səni sevəcəyəm, sən sevməsən də” — deyib, “Müsavat”ın qərarını qəbul etmir. Əcəb işə düşmüşük. … ayı buraxmır ki, buraxmır, babam.   29.10.2015  3,485 dəfə ümumi oxunub PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Var ol, Mirzə Xəzər!

Mirzə Xəzəri hər bir Azərbaycanlı ailəsinin üzvü kimi doğum günü münasibəti ilə təbrik edir, bağrıma basıram. Var ol, Mirzə Xəzər! 1998-ci ilin 4 fevralında, indi quldur yuvası olduğu sübut edilən Namiq Abasov MTN-i qanunsuz olaraq mənim evimə basqın edib qapını sındırmaq istəyəndə balalarımın haray səsini canlı efirdə dünyaya yayan Mirzə Xəzər! Sovet imperiyasına qarşı xalqımın mübarizəsinin əlaqələndiricisi Mirzə Xəzər! O bizim millətimizin fəxri, qürur yerimizdir. Yaşa, qardaş, yaşa, min yaşa!   29.10.2015  3,687 dəfə ümumi oxunub PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

… Elza Seyidcahan indiki deputatların 97 faizindən səviyyəli, əxlaqlı, tərbiyəli və …

İstənilən adamla mərc gələrəm: Elza Seyidcahan indiki deputatların 97 faizindən səviyyəli, əxlaqlı, tərbiyəli və savadlıdır. Ən əsası: millət üçün onlarla müqayisədə az ziyanlıdır.   27.10.2015  3,250 dəfə ümumi oxunub PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

… “mtn” və ona bənzərlər milləti elə günə salıblar ki, …

Bu sınanılmlş bir üsuldur: özünü prezidentə şirin salmaq. Prezidenti daim vahimə və qorxuda saxlamaq. “Bax haaa, biz olmasaq müxalifət səni yıxar. Əli Kərimlinin qaynı səni terror edər, Pərviz Həşimli zəhərləyər, Tofiq Yaqublu top atar, İlqar Məmmədov kəllə vurar..” “Biz səni qoruduğumuz üçün, əvəzində sən də bizim əməllərimizə göz yum”. Bu öllkədə dövlət adına çalışan bir dənə də olsun qurum, idarə, təşkilat yoxdur. Xalq özü də artıq dövlətinin qayğısını çəkmir, çünki “mtn” və ona bənzərlər milləti elə günə salıblar ki, yalnız gündəlik qarınlarını düşünə bilirlər, acından ölməmək haqqında düşünürlər, bu dövləti ermənilərmi, farslarmı, ruslarmı idarə edir, ona dəxli qalmayıb artıq. Budur əsl faciəmiz.   26.10.2015  3,382 dəfə ümumi oxunub PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

MTN vasitəsilə həbs edilən şəxslərin hamısının işinə yenidən baxılmalı və …

MTN vasitəsilə həbs edilən şəxslərin hamısının işinə yenidən baxılmalı və dərhal azadlığa buraxılmalıdırlar. Ən əsası isə, bu işlərə baxan hakimlər və ittihamı müdafiə edən prokurorlar vəzifələrindən kənarlaşdırılmalı, cəzalandırılmalıdırlar. Yalnız bu halda indi baş verənlərin dövlətçilik naminə edildiyi qəbul edilə bilər. Məhz siyasi rəqibləri, müxalifət nümayəndələrini və satılmayan jurnalistləri şərləyib həbs etdirməklə “MTN-şiklər” prezidentin etimadlnı qazanıb bu cinayətləri etmək üçün özlərinə cəzasızlıq mühiti yaradıblar.   26.10.2015  3,167 dəfə ümumi oxunub PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

… ifadə etdiyim istənilən fikir şəxsimə aiddir…

Dostlar, mənim sosial şəbəkələrdə və sair kütləvi informasiya vasitələrində ifadə etdiyim istənilən fikir şəxsimə aiddir və qətiyyən üzvü olduğum Milli Şuranın mövqeyi kimi qəbul edilməməlidir.   22.10.2015  3,314 dəfə ümumi oxunub PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Deməli hələ çox eldar mahmudovlar, ziya məmmədovlar yetişəcək..

REAL hərakatının lideri İlqar Məmmədova qarşı 2 saylı cəzaçəkmə müəssisəsində törədilən vəhşilik, xüsusilə də, bunu törədənlərin hələ də cəzasız qalmaları rejimin geridönməz proseslər mərhələsinə qədəm qoyduğunun göstəricisidir. Bu mərhələ isə ilk növbədə rejim sahiblərinin faciəsi ilə nəticələnə bilər! Deməli hələ çox eldar mahmudovlar, ziya məmmədovlar yetişəcək. Çox təəssüf.   21.10.2015  3,877 dəfə ümumi oxunub PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Rejimlə əməkdaşlıq şəraitində müxalifətçilik edən, deputatlıq edən bir çoxlarının indiki “prinsipiallığı” sizləri aldatmasın.

Xarabalıqların müstəqilliyi… Dağılmış yurdların demokratiyası… Viranələr üzərində “xalq hakimiyyəti”… İrak, Liviya, Suriya …İlham Əliyevdən 48 milyardı alacaqlarını iddia edənlər, Səddamın, Qəddafinin, Hüsnü Mübarəkin, Suxartonun milyardları kimə qaldı? Vaxtında öz dövləti uğrunda mübarizə aparmaqdan yayınıb, biz həbsxanalarda can verəndə rejimə züy tutanların, rejimlə əməkdaşlıq şəraitində müxalifətçilik edən, deputatlıq edən bir çoxlarının indiki “prinsipiallığı” sizləri aldatmasın.   20.10.2015  3,298 dəfə ümumi oxunub PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Aslan İsmayılovla aramızda olan yazışma..

Əziz dostlar, hörmətli hüquqşünasımız, Azərbaycanın məşhur vəkillərindən biri, dostum Aslan İsmayılov öz səhifəsində aşağıdakı məzmunda mesaj yayımlayıb. Bununla bağlı A.İsmayılovla aramızda getmiş yazışmanı müzakirənizə təqdim edir və fikirlərinizi bilmək istəyirəm. Aslan Ismayilov 10 October at 13:48 · 2015-cil il Milli Məclisə seçkilərlə bağlı virtual səsvermə keçirilir. Aşağıda qeyd olunan linkə daxil olaraq 20 saylı N.Nərimanov İkinci seçki dairəsi üzrə keçirilən səsvermədə aktiv iştirak etmənizi xahiş edirəm. Qurban Məmmədov: Seçki “insçinirovka”sında kimin nə qədər səs toplamısının nə əhəmiyyəti var? Adil Əliyevin “qələbəsinə” şübhə yoxdur. Adam kimi seçki keçirsəydilər bu dairədən mən də namizədliyimi verər, Aslan bəyin xeyrinə namizədliyimi məmnuniyyətlə geri götürərdim. Ancaq dostum Aslan bəy bu oyunda nə məqsədlə iştirak edir, hələ də anlamış deyiləm. 2010-cu il “seçkilər”i dərs olmadımı Aslan…

davamı burada...

Keçmiş bir məmurun göndərdiyi..

“İnsanların başı üzərində ALLAH olmayanda onları tiranlar idarə edir” (Uilyam Pen) Bunu dünən şəxsiyyətinə hörmət etdiyim keçmiş bir məmur göndərib. Bu həqiqətin hamının bilməsi gərəklidir.   18.10.2015  3,756 dəfə ümumi oxunub,  2 dəfəsi bu günə aiddir. PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

MTN şefindən hesab sorulacaqmı?

Avropa dövlətlərinin birində 10-15 il bundan qabaq belə bir hadisə olmuşdu. Müəyyən edilmişdi ki, qadın hakimlərdən biri uşaqlıqdan şizofreniya xəstəliyinin hansısa növü ilə xəstəymiş. Hakim işlədiyi 25 il ərzində qəbul etdiyi bütün qərarlar ləğv edildi və təftiş edildi.. Bizdə bu baş verəcəkmi? MTN şefi özünü Prezidentə sevdirmək, onun etimadını qazanmaq üçün neçə evlər yıxıb, neçə ocaqları kor qoyub? Hesab sorulacaqmı?   18.10.2015  3,411 dəfə ümumi oxunub PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Prezident-Müxalifət-Xalq

Prezident: — indiki qərarlılığını davam etdirəcəksə, — Dövlət büdcəsini, milli sərvətlərimizi talan edənləri cəzalandırıb oğurladıqlarını geri qaytarmaq istiqamətində tədbirlər görəcəksə, —iqtisadiyyatdakı manopoliyanı götürüb, real olaraq korrupsiyaya qarşı mübarizəyə başlayacaqsa, — Gənc kadrları ətrafına yığıb, müxalifətin də mövqeyini nəzərə almaqla, yeni köklü sistem islahatlarına başlayacaqsa, — Milli barışıq və dayanıqlı stabillik naminə siyasi məhbusları azad edəcəksə, — Konstitusion dəyişikliklərə gedib, müxalifətlə birlikdə mədəni dünyanın, Avropanın idarəçilik qaydalarını və İslam əxlaqını Respublikamızda bərqərar etmək istiqamətində fəaliyyətə başlayacaqsa, — Həqiqi tolerantlığın təmin edilməsi istiqamətində çalışacaqsa, Müxalifət: — stabilliyin təmin edilməsində Prezidentə dəstək olmalı, –İndiki: deputatları təyin edilən, idarə olunan və Prezidentin nəzarətində olan parlamentin legitimliyini tanımalı və bu parlamentlə əməkdaşlıq etməli, — Prezidentə başladığı islahatları həyata keçirmək üçün növbəti 5 ildə də seçilmək…

davamı burada...