Əlaqə vasitələri

SQ – in Baş Klinik Hospitalının rəisindən Ali Baş Komandana Şok Müraciət…

Moderator.az – a Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisindən dəhşət doğuran şikayət məktubu daxil olub. Bəri başdan qarşı tərəfə də cavab haqqı tanıdığımızı bildiririk:   Möhtərəm cənab Prezident! Cənab Ali Baş Komandan!!   Qəlbimi yaralayan, varlığımı carsıdan dərdlərimi Sizinlə bölüşmək məcburiyyəti qarşısında qalmışam. Öncə onu vurğulamaq istəyirəm ki, dərdlərim şəxsi xarakter daşımır. Mənim ağrılarım daha çox yurd səngərində ölkəmizin müdafiəsində durarkən yaralanan və xəstələnən el qeyrətli əsgərlərimizin və onlara namusla xidmət edən vətəncanlı hərbi həkimlərin dərdi ilə bağlıdır. Mən adi hərbi həkimlərdən deyiləm. Əlbəttə, yalnız məni tanımayanlar bu fikrimi qeyri-səmimi qəbul edə bilər. Biz Vətən eşqi ilə dolu səngər oğullarının xidmətçisiyik. Səngərdən xəbəri olmayan məni necə tanıya bilər?! Mən Sankt-Peterburq Hərbi Ali Tibb Akademiyasının məzunu kimi ağ xalatın paklığını, ülvi təmizliyini dəyərli…

davamı burada...

“Qamət Süleymanov Allahın əksinə çıxır”

Moderator.az-ınsuallarını Azərbaycan Demokrat Partiyası sədri Sərdar Cəlaloğlu cavablandırıb. – Əbu Bəkr məscidinin imamı Hacı Qamət Süleymanov mətbuata müsahibəsi zamanlı sizinlə bağlı olan suala “Düzü Sərdar Cəlaloğlu mənim üçün maraqlı bir persona deyil. Mən Sərdar Cəlaloğluna və onun kimilərinə məsləhət görürəm ki, dindən danışmasınlar. Çünki dini bilən adam danışmalıdır”- deyə cavab verib…  – Niyə? Dindən danışmağı qadağan edirmi? Allah təala hamını dinə dəvət edir, Qamət də deyir ki, mən dindən danışmayım. Bu da o deməkdir ki, Qamət Allahın əksinə çıxır. Getsin Allahla öz arasında bildiyini etsin. – Sərdar Cəlaloğlu nə deyir ki, Hacı Qamət ona dindən danışmağı qadağan edir?  – Qamət din xadimidir, mən isə “Qurani-Kərim”in elmi-fəlsəfi izahı ilə məşğulam, bununla bağlı təxminən on cildlik kitab hazırlayıram. “Quran”da belə bir ayə…

davamı burada...

Cavanşir Əmiralı oğlu Yusifov indiyə qədər  niyə həbs ediməyib?

Dövlət xeyriyyəçilik  təşkilatıdırmı? Artıq hamıya bəllidir ki, dövlət büdcəsi hesabına maliyyələşən idarə və təşkilatlarda  milyonlarla, bəlkə də milyardlarla dövlət əmlakı mənimsənilib, talan edilib, təyinatı üzrə xərclənməyib. Prezident hər dəfə keçirdiyi müşavirələrdə dövlət və maliyyə intizamının möhkəmləndirilməsinin vacibliyindən danışır. Çünki bu sahədə olan boşluqların nəticəsində bu gün dövlət büdcəmiz təhlükəyə düşüb və vəziyyət gün-gündən ağırlaşmaqda davam edir. Bəs bu sahəyə rəhbərlik edən kimlərdir, onların məsuliyyəti nədir? Niyə indiyə qədər neçə-neçə MTN generalı, bank rəhbərləri, dövlət idarə və müəssisələrinin rəhbərləri həbs edilsə də, həmin şəxslərin maliyyə fəlaiyyətinə nəzarət etməli orqanların rəhbərlərindən heç kim məsuliyyətə cəlb edilməyib?  Axı, hamıya yaxşı məlumdur ki, nəzarət idarələrinin iştirakı və ya səhlənkarlığı olmadan, dövlət əmlakının indiki masştabda talanı mümkün deyil. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il…

davamı burada...

Dövləti, hakimiyyəti, prezidenti söydürən və sevdirən hakimlər.

Epiloq əvəzi:  “Bir gün məmləkətin baş Qazısı  Şah Abbasa sabahkı divan haqqında məlumat verir: iki oğru, bir quldur, bir də dilənçi yarğılanacaq”. Şah Abbas soruşur:  ”Dilənçi niyə?”. Qazı: ”Sizi bazarın ortasında söydüyünə görə, Şah.”—deyə,  cavab verir.  Şah Abbas: “Ey Qazı, Şah Abbas nə vaxtdan dilənçilərlə oturub-duran olub ki,  dilənçi də məni söysün? Dərhal azad edin, məni söydürən məmuru tapıb dilənçinin yerinə onu yarğılayın”—deyə, əmr edir.” Azərbaycanda xalqı prezidentdən, hakimiyyətdən, dövlətdən və müstəqillikdən narazı salan təşkilat və idarələrin başında məhkəmələr, DƏDRX və Gömrük orqanları gəlir. Bu gün məhkəmələrdən nümunə yazacağam. İndi məhkəmələrimizdə iki tip hakimlər var. Biri qanundan başqa hər şeyə tabe olanlar, tapşırıq icra edənlər, qulluq və vəzifə mövqeyindən istifadə edib dost, “hörmət” qazananlar, yuxarılara yarınmaqla daha çox rüşvət toplamaq…

davamı burada...

Azərbaycan Respublikasının Ali Məhkəməsi Naxçıvan AM-nin qərarını ləğv etdi. Bu, şəxsi deyil, ictimai problemdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına   İddiaçı: Hənifəyev Eynalı Yaqub oğlu Ünvanı: Naxçıvan MR, Babək rayonu, Cəhri kəndi. Nümayəndəsi: Məmmədov Qurban Cəlal oğlu Ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, bina-12, korpus-7, mən.7/8 əlaqə telefonu: (+994) 50-200-66-10; (+994) 51 807-26-54   Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 noyabr 2013-ci il tarixli, 2-1(108)-13/2015 saylı qərarından   KASSASİYA ŞİKAYƏTİ   Möhtərəm hakimlər! Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 noyabr 2013-ci il tarixli, 2-1(108)-13/2015 saylı qərarı ilə, cavabdeh Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “Hənifəyev Seyran Eynalı oğluna şəhidlik statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” iddiamın rədd edilməsi barədə Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin (sədrlik edən hakim: F.İ.Heydərov) 7 avqust 2015-ci il tarixli 2-1(087)-36/2015…

davamı burada...

“Kəmaləddin Heydərov hətta ona təşəkkür etməyimi belə qadağan edib…”

“Gözümü açdım ki, başımın üstündə Kəmaləddin Heydərov dayanıb…” Moderator.az tanınmış şair Aqşin Yeniseylə müsahibəni təqdim edir: – Aqşin, elə bil əvvəl səni çox adam sevirdi, sənə elə gəlmirmi ki, o sevgini get-gedə itirirsən?  – Düzü, nə qədər primitiv nümunə olsa da, deyim ki, bir dəfə türk kanallarının birində bir aparıcı dedi ki, Tarkan çox gözəl müğənnidir, amma o, öz sevənləri ilə bir yerdə qocalmağı bacarmadı, həmişə yeniyetmələrin sevimlisi olaraq qalmağı üstün tutdu. Mən sadəcə, öz oxucularımla qocalıram…   – Ola bilərmi özün demişkən, oxucuların yeniyetməydi deyə, sən maraqlı şair kimi qəbul olundun? Belə demək mümkünsə, savadsız bir cəmiyyətdə Aqşin Yenisey göydəndüşmə olmuşdu…  – Təkcə mən yox, ümumiyyətlə, bizim nəslin yazıçı, şair, siyasətçi kimi tanınmasında qismətimizə düşən savadsız, mütaliəsiz nəslin çox böyük…

davamı burada...

6 золотых правил здоровья Кацудзо Ниши. Японский целитель плохого не посоветует

УПРАЖНЕНИЯ ПОЗВОНОЧНИК СПИНА ПИТАНИЕ «Правильная осанка — залог здоровья», — так утверждал известный японский целитель Кацудзо Ниши. Он верил, что человек может сам себя вылечить, зная несколько простых приемов оздоровления. Из личного опыта Кацудзо составил 6 советов, которые вошли в историю под названием «Золотые правила здоровья». Эффективная реклама для вашего бренда Оздоровительная система Ниши получила широкую популярность благодаря своей простоте и глубокой восточной мудрости. Поэтому, убедившись в эффективности этой практики, «Так Просто!» советует и тебе немного потренироваться! Золотые правила Кацудзо Ниши Твердая постель Любителям мягкой постели будет горько это признать, но спать нужно на твердом. Сам целитель утверждает: «Чтобы сохранить привычку к идеальной осанке, нет лучшего средства, чем постоянно исправлять нарушения, возникающие в позвоночном столбе, при помощи сна на твердой…

davamı burada...

Böyümə, qızım, böyümə, böyüməəəə….

Rumiyyə Miraslan Onunla ilk dəfə qapımızın kandarında rastlaşmışdım. Hava qaralmışdı artıq, telefonun işığına darvazanın kilidini açmağa çalışırdım. Qəfildən arxadan “Axşamın xeyir” səsinə diksindim. Düzünü deyim ki, gül dəstəsi ilə oğurluq edənlər barəsində yayılan xəbərlərdən sonra yaman qorxaq olmuşam, elə onda da qorxdum. Astaca arxaya çevrildim, qısa ağ gödəkcə, dizə qədər ağ çəkmə geyinmiş arıq, bəstəboy bir qız idi. Qaranlıq olduğundan üzü aydın görünmürdü, arxada dayanıb sakitcə mənə baxırdı. Telefonu üzünə tutub kimliyini ayırd etməyə çalışdım, amma tanımadım. Üzündə o qədər boya var idi ki, sanki bolluğuna düşmüşdü. “Kimsiz, nə lazımdır” soruşaraq sükutu mən pozdum. – Bu qarşıdakı evdə kirayə qalıram, açarı itirmişəm, qapını aça bilmirəm. Səndə balta olmaz ki? Artıq ikinci dəfə mənə sən deməyindən əsəbiləşərək acıqla cavab verdim: –…

davamı burada...

Real dəyər problemi

Məmmədxan Əzizxanlı Strateq.az saytında, keçmiş maliyyə naziri, iqtisadçı alim, professor Saleh Məmmədovun müsahibəsini oxudum və… danışmağa məcbur oldum. Strateq.az-ın “Saleh bəy, bəs deyirdiniz devalvasiya üçün heç bir şərait yoxdu” sualına hörmətli iqtisadçı professor cavabında deyir: “Bəli, haqlısınız, mən bunu demişəm və bu gün də bir daha təsdiq edirəm: devalvasiya üçün heç bir iqtisadi şərait yoxdu” (Amma, manat dəyərdən düşüb və düşməkdə davam edəcək). Inanın, belə cavab bəlkə də adama təsir etməzdi… əgər mənə də “Siyasi iqtisad” fənni və xüsusilə də onun o vaxt (sovet dövrü) bizə sırındığı kimi “çürümüş kapitalizm” bölməsi keçilməsəydi və mən də onu öyrənməsəydim (məncə). O vaxtdan bilirəm ki, pul, arxasında, pulun sahibinin müəyyən etdiyi qədər duran qızıl dəyərə sahibdir, nə az, nə çox. Yəni pulun dəyəri…

davamı burada...

“Dövlət niyə bankla müştəri arasına girməlidir?” – Maliyyə naziri sual yox, cavab verməlidir…

30.01.2016 17:00 “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir” Azərbaycan Respublikasının Konstitusiyası, 12-ci maddə Maliyyə naziri Samir Şərifovun və Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun dollar kreditləri ilə bağlı açıqlamaları hökumətin hər hansı güzəştlər paketi təqdim edəcəyi ilə bağlı əhalinin gözləntilərinə son qoydu. İstər Maliyyə naziri, istərsə də baş bankir ilk növbədə dollar krediti götürən vətəndaşın və kredit verən bankların məsuliyyətini ön plana çəkdilər. Xüsusən, S.Şərifov bankların vətəndaşlarla, vətəndaşların isə banklarla dil tapmalı olduğunu vurğlamaqla, bu mübahisənin ikitərəfi olduğunu açıq şəkildə bəyan etdi. Obrazlı ifadə etsək, hökumət faktiki olaraq, öz yaxasını kənara çəkməyə çalışır və banklarla vətəndaşları üz-üzə qoyur. Heç vasitəsçi kimi də çıxış etmək istəmir. S.Şərifov deyir: “Dövlət niyə bankla…

davamı burada...

“İndi biz düşmüşük Elman Rüstəmovun üstünə ki…”

“Onun yerinə olsam, hamının acığına Ziyad Səmədzadə kimi Çin iqtisadiyyatından kitab yazaram” ABŞ depressiyadan necə çıxdı? Ötən əsrin əvvəllərində ABŞ – da baş vermiş “Böyük depressiya”nın nəticələri hələ də araşdırılır. Maraqlıdır, ölkəni bürümüş iqtisadi böhran hələ də öz adı ilə çağırılmır, “depressiya” adlandırılır. 5 min bankın çökməsi, onlarda yatan əmanətlərin batması və işsizlərin sayının 16 milyonu ötməsi böhranın gətirdiyi əsas bəlalar sayılır. Bütün bunlar əhalinin psixoloji durumuna ağır zərbə vurduğundan bu dövr “Böyük depressiya” adlandırılır… Amerikalılar hansısa ərzaq məhsulunu əldə etmək üçün uzun növbələrə dayanırdılar. Kişilər kütləvi şəkildə ailələrini tərk edir, çadırlarda yaşayır, səfil həyat tərzi keçirirdilər. Çoxları elə başa düşürdü ki, qarşıdan gələn II Dünya müharibəsi böhranı daha da dərinləşdirəcək. Lakin hər şey tərsinə oldu. Amerikalılar II Dünya müharibəsi…

davamı burada...

Bank əmanəti, yoxsa dövlət istiqrazı?- pulunu yerləşdirmək istəyənlərə məsləhət  

Təbii, başlıqdakı sual vətəndaşlarımızın çoxu üçün maraqlı deyil. Çünki nəinki artıq pulları yoxdur, ümumiyyətlə borc içindədirlər. Bununla belə, hətta əlində cüzi vəsaiti olan da onu hansı alətdə saxlamağı düşünür və bundan narahatdır. 1. Evdə saxlasın? Təhlükəlidir! Böhran dövründə oğurluq və qarətlərin sayı həmişə artır. Uzaq başı pulun bir hissəsini saxlamaq olar. 2. Daşınmaz əmlak alsın? Heyfi gəlir! Axı daşınmaz əmlakın qiyməti düşür və böyük ehtimalla hələ xeyli düşəcək də. 3. Xaricdə əmlak alsın? Bunun üçün pulun çox, yanında isə peşəkar və etibarlı məsləhətçi olmalıdır. Xeyli miqdarda pula malik olanlar artıq çoxdan xaricdə mülk və digər əmlak alıblar. 4. Banka əmanət qoysun? Məsləhət deyil! Ona görə ki, bank sistemi çox ağır vəziyyətdədir (problemli kreditlərin həcmi dəhşətli səviyyədədir, bankların çoxu faktiki müflisdir).…

davamı burada...

Oturursan yerli mebelli kabinetində…

Şahvələd Çobanoğlu Geyirsən yerli ayaqqabını. Minirsən Naz-lı idarə maşınını. Gəlirsən yerli ofis mebeli düzülmüş kabinetinə və yenə də həmin işin başındasan. Hər şey də əvvəlki kimi davam edir, rüşvətin öz yerində, çak-çukun, çırpışdırman da həminki. Yerli xalq da olur xoşbəxt! Olurmu? Hər halda olmağını istəyirlər! İlham Əliyevin regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransındakı çıxışından sonra anlaşılan budur. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası deyəndə,  regionların ötən günlərdə çörək tələbi ilə aksiyalar keçirdiyini yada salmamaq olmur. Bu proqram və ya bu kimi proqramlar bir işə yaramış olsaydı, nə manat bu günə düşməzdi, nə də inkişaf etmiş regionların sakinləri çörək tələbi ilə aksiya keçirməzdi. Bu necə inkişafdır ki, əhalinin sakitləşməsi, ac qalmaması…

davamı burada...

Sizə kim deyir daş atıb qışqırın?..

Zümrüd Yağmur Yazıçı Anarın oğlunu bu dəfə də Misirə səfir təyin ediblər. Bir yazar üçün bundan gözəl nə ola bilər ki? Övladı üçün vəzifə “ala” bilir. Azərbaycan reallığında “oxuyub- oxuyub montyor” olunduğu kimi, susub -susub axırda səfir atası olmaq olur. Tural Rzayevin kimliyini bilmirəm, bəlkə də qabiliyyətli adamdır, amma onun səfir təyin olunmasında bu qabiliyyətinin rol oynadığına kimsə məni inandıra bulməz. Çünki ölkədə yüzlərlə eyni keyfiyyətləri daşıyan insan var ki, onların atası Anar olmadığından qul bazarlarında müştəri yolu gözləyir. Yəqin ki, bu yazını oxuduqdan sonra “525”-ci qəzetdə mənə cavab olaraq yazdığı məqalədə dediyi kimi, F. Qoca yenə deyəcək ki, “ay bala, atan yaşında kişidir, nə işin var Anar, Elçinlə…” Xalq yazarı adı ilə alver edib ancaq övladlarına atalıq edənlərlə niyə…

davamı burada...

“Kredit borcumu ödəməsəm nə olar?”

Ötən ilin sonundan bəri manatın dəyərinin kəskin aşağı düşməsindən sonra və iş yerlərində ixtisarların ardından işsizlərin sayının çoxalması ilə bağlı banklara borcu olanlar çətin vəziyyətə düşüb. Aylıq ödənişi etməkdə çətinlik çəkən vətəndaşlar çıxış yolunun nədə olması və öz hüquqları barədə az məlumatlıdırlar. BBC Azərbaycanca oxucularının bank kreditləri ilə bağlı sualları hüquqşünas Əkrəm Həsənov cavablandırıb. Oxucu: Banklara borcumu ümumiyyətlə ödəyə bilmirəm, nə etməliyəm? Ə.H.: Ödəyə bilmirsinizsə, ödəmirsiniz təbii. Buna görə sizi heç bir inzibati sanksiya və ya cinayət cəzası gözləmir. Lakin onu nəzərə alın ki, kreditə görə girov qoymusunuzsa, həmin girov əmlak sizdən alınıb satıla bilər. Eyni zamanda adınıza olan digər əmlak da sizdən alına bilər (bəzi istisnalarla: məsələn, yeganə ev alına bilməz və s.). Aylıq rəsmi gəliriniz varsa, onun maksimum…

davamı burada...

Oturursan yerli mebelli kabinetində…

Şahvələd Çobanoğlu Geyirsən yerli ayaqqabını. Minirsən Naz-lı idarə maşınını. Gəlirsən yerli ofis mebeli düzülmüş kabinetinə və yenə də həmin işin başındasan. Hər şey də əvvəlki kimi davam edir, rüşvətin öz yerində, çak-çukun, çırpışdırman da həminki. Yerli xalq da olur xoşbəxt! Olurmu? Hər halda olmağını istəyirlər! İlham Əliyevin regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransındakı çıxışından sonra anlaşılan budur. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası deyəndə,  regionların ötən günlərdə çörək tələbi ilə aksiyalar keçirdiyini yada salmamaq olmur. Bu proqram və ya bu kimi proqramlar bir işə yaramış olsaydı, nə manat bu günə düşməzdi, nə də inkişaf etmiş regionların sakinləri çörək tələbi ilə aksiya keçirməzdi. Bu necə inkişafdır ki, əhalinin sakitləşməsi, ac qalmaması…

davamı burada...

Ərdoğanla görüşdən sonra dünyasını dəyişən məşhur iş adamı kimdir:”Kuzuzadə” Mustafa Koç öldü, yoxsa öldürüldü?!

Dünən Türkiyənin ən zəngin iş adamlarından biri – “Koç Holding” şirkətlər qrupunun rəhbəri Mustafa Koç dünyasını dəyişdi. 56 yaşlı bu milyarderin birdən-birə ürəyində baş verən narahatçılıq və daha sonra bütün tibbi müdaxilələrə rəğmən, həyatla vidaşlaşması müxtəlif şübhələrə yol açıb. Türkiyəli bəzi facebook dostlarımın statuslarına nəzər salanda, bu şübhələr açıq-aşkar sezilir, daha çox indiki siyasi hakimiyyət şübhə obyektinə çevrilirdi. İrəli sürülən fikirlər sadəcə şayiə xarakteri daşıdığından və heç bir rəsmi sənədə söykənmədiyindən, biz rəsmən elan olunmuş məlumatlar üzərində dayanmaq və şayiələrin nədən qaynaqlana biləcəyini araşdırmaq niyyətindəyik… Mətləbə keçməzdən əvvəl, Mustafa Koçun kim olduğu, rəhbərlik etdiyi  holdinqin necə dünyanın ən böyükləri sırasına düşdüyünə aydınlıq gətirmək tələb olunur. Bu gün əsasən, maşınqayırma və cihaz sənayesiylə məhşur olan “Koç Holding”in təməlləri 1917-ci ildə Əhməd…

davamı burada...

Bir fərman, bir qanun, bir də ölən ümidlər.

Xatırlayırsınızsa, 2011-ci ilin baharından başlayaraq Azərbaycan rəsmiləri qanunsuz tikili və zəbt olunmuş torpaqların, zəruri istisnalarla, qeydiyyata alınacağı ilə bağlı tez-tez bəyanatlar verirdilər. Hətta, guya hansısa komissiyaların yaradılması, evləri, həyətləri gəzmələri, müəyyən sənədləri toplamaları barədə şaiyələr gəzməyə başlamışdı və bu gün də belə məlumatlar dolaşmaqdadır. Azərbaycan vətəndaşlarının bir nömrəli problemlərindən olan bu məsələnin həll ediləcəyini eşidənlər arasında ürəyi gedənlər, sevindiyindən qəşş edənlər də olmuşdu. Prezident özü şəxsən bu barədə TV ekranlarından dəfələrlə tapşırıqlar da vermişdi. Xalq ümidlənmişdi.  Dərin bir nəfəs almışdı: nəhayət ki !!! Ancaq sən saydığını say, gör …bu məsələdən milyonlarla qanunsuz gəlir götürən rüşvətxor məmurlar nə sayır? Əvvəla, qanunsuz tikili və zəbt torpaqlarının yaranma  səbəbini qısaca aydınlaşdıraq. Niyə insanlar heç bir məsuliyyət yaratmayacaq qanuni yolla torpaq alıb ev tikmirlər,…

davamı burada...

Tarixi qanqrena

Məhəmməd Talıblı 20 Yanvar tariximizlə bağlı Mütəllibov yaddaşımda necə qalıb? 90-cı ildən sonra müstəqillik tariximiz üçün ikinci dəfə yeniləndi və özünə qayıtdı. Ölkə başqa bir siyasi sistemə transformasiya olundu. Cəmiyyətimiz dəyişdi və dəyişməkdə davam edir. Yeni nəsil yetişir. Yeni nəsil çağdaş siyasi tariximizi öyrənməkdə davam edəcək. Onun bir qismini yazılı arxivlərdən, bir qismin isə elektron mediadan əldə edəcək. Əhəmiyyətli bir hissə isə mətbuat orqanlarında çap olunan məqalələrdən öyrəniləcək. Onlara ikinci müstəqil respublikamızın mücadilə tarixi haqqında səhih və dürüst məlumatların verilməsinə böyük ehtiyac var. Həmin dövrü yaşamışıq və gözlərimizlə hadisələri görmüşük. Biz müstəqllik haqqında şirin nağıllarına inanmadığımız kimi özümüz də nağıllar uydurmarıq. Tarixi canlı yaşayan və gözləri ilə görənə nağıl danışmaq niyə lazım? Ayaz Mütəllibov demokratik yolla seçilmiş prezident Əbülfəz Elçibəy…

davamı burada...

Oliqarxlar öz aralarında gizli şəkildə razılığa gələrək, ölkəyə illərdir gətirdikləri müəyyən ərzaq mallarını anbarlarda “gizlədirlər

Oliqarxlar öz aralarında gizli şəkildə razılığa gələrək, ölkəyə illərdir gətirdikləri müəyyən ərzaq mallarını anbarlarda “gizlədirlər” Gömrük Komitəsi “brokerləri qovun” tələbini yerinə yetirə bilmir Ölkə iqtisadiyyatını dirçəldəcək, ölkə biznesində  normal  rəqabət yaradacaq və ən əsası qiymətlərin ucuzlaşmasına səbəb olacaq gömrükdə monopoliyanın ləğvi məsələsi günün ən aktual mövzularından birinə çevrilib. ANS-in həftəsonu efirə gedən “Hesabat” proqramına danışan Gömrük Komitəsinin sədri Aydın Əliyev monopoliyanın ləğvi ilə bağlı  suala kifayət qədər aydın cavab verib.  “Açıq bazardı, kim nə gətirirsə-gətirsin, hamı üçün eyni rəqabət yaradılıb. Sahibkar davamlı olaraq daxili bazara gətirdiyi məhsulu və ya istehsal etdiyi məhsulu sata bilərsə və s. Artıq bu, o deməkdir ki, bu, azad ticarətdir. Bu şərait hamı üçün yaradılıb. Dövlət büdcəsinə çatası vergi rüsumlarını ödəyin və daxili bazara mallarınızı çıxarın”…

davamı burada...