Azərbaycanı gözləyən ən böyük təhlükə – İslahatların yubanması…
Tanınmış təhlükəsizlik eksperti İlham İsmayıl Türkiyədə baş verən 15 iyul olaylarından sonra ən çox aktuallıq kəsb edən bir məsələni – dövlətimizin təhlükəsizliyinin mövcud durumunu, bizi gözləyən potensial təhlükələriModerator.az – a şərh edib:
“Hər bir dövlətin təhlükəsizliyi daxili və xarici təhlükəsizlik faktorları ilə şərtlənir. Geniş nəzəri bilgilərə baş vurmadan deyə bilərik ki, Azərbaycan Respublikasının xarici ölkə tərəfindən təhlükəyə məruz qaldığı, ərazisinin 20 faizinin işğal altda olması və işğalın genişlənmə təhlükəsinin 24 ildir davam etdiyi reallıqdır. Xarici təhlükə qloballaşan dünyada yalnız regional sistemlə, qonşu dövlətlərin aqressiyası ilə bitmir. Dünya xeyli qloballaşıb və dünyada baş verən təhlükə krizi bizim ölkədən də yan keçməyə bilər. Sonuncu amili şərtləndirən tərəflərdən biri də bizim ölkənin heç bir kollektiv təhlükəsizlik sistemində (məsələn NATO) təmsil olunmamasıdır.
Dövlətdaxili…