Şahvələd Çobanoğlu : Bəs növbəti böhran?
“AZADLIQ”
ÇƏRŞƏNBƏ AXŞAMI, 31 MART 2015 09:00
Bilmirəm, büdcəsinin böyük hissəsini (50 faizdən çoxunu) tikinti xərcləri təşkil edən nə qədər ölkə var dünyada? Bizim şanlı ölkəmiz ? Azərbaycan isə bu cəhətinə görə bəlkə də dünyada yeganədir, istisnadır. Əslində, qarşıdakı böyük sosial bəlanın əsasısıdır bu tikinti sevdası…
Ötən yazımda mən bu problemə qismən də olsun toxunmuşdum və bir çox suallar aldım. Dəyərli oxucular, etiraf etməliyik ki, tikinti sektoru bizim ölkədə neft pullarının formalaşdırdığı yeganə real sektordur. Bunu qısaca izah edək. Neft Fondundan pulları büdcəyə doldurub, buradan da tikintiyə xərcləməyin YAP hakimiyyətinə faydası böyükdür. Əvvəla, tikinti layihələri korrupsiya üçün çox əlverişlidir, başqa sözlə desək, çox qazanclı sahədir. Körpünü elə tikirlər ki, sanki onun dəmir konstruksiyası qızıldan çəkilib. Qazanc bir yana, burada siyasi…









