Əlaqə vasitələri

…çı”, yoxsa “nurçu” daha qorxuludur?

37-nin üfunəti gəlir .

 

…çı”, yoxsa “nurçu”?

 

Mən Elnur Aslanov adlı adamın varlığından yalnız mətbuatdan xəbər tutdum. Anasının da Rəbiyyət Aslanova olduğunu biləndə, açıq etiraf edim ki, şərin yanında olduqları üçün ona qarşı ön yarğı hisslərinə də qapıldım.

Allah günahımdan keçsin.

Son vaxtlar  bu gənc adamın mətbuatda mənəvi terrora məruz qoyulması, gecənin zülmət qaranlığında da, “nur” verən şəxsiyyətinin təqib edilməsi məni çox narahat edir.

 Biz hansı dövrə qayıtmaq istəyirik?

 Mən hiss edirəm ki, iqtidara xidmət etdiyindən, bəlkə də, irtica düşərgəsində təmsil edildiyindən dolayı, bəzi müxalifətçilər də bu gəncin “ağ qarğa”ya çevrilməsindən mənəvi zövq alır, ruhi təskinlik tapır və sanki bununla “09 oktyabr” saxtakarlığının intiqamını alırlar.

Tam tərəfsiz mövqedən olsa da, “Azadlıq” qəzetinin bu mövzuda geniş materiallar verməsi isə bizim müxalifətçilik mövqeyimizə, əqidəmizə, əxlaqımıza nəinki tərs düşür, həm də dost qazanmağa bu qədər ehtiyacımız olduğu bir vaxta həm də ziyanlıdır, məncə.

Mifik “nurçuluq təhlükəsi” uydurub onun arxasında gizlənənlərin, lazım gəlsə, ölkədə məzhəb qarşıdurmaları yaradıb ictimai diqqəti əsas problemlərdən, öz talançılıq və anti – Azərbaycan siyasətlərindən azdırmağa  hazırlaşanların məqsədi aydındır.

Bəs bizim məqsədimiz nədir?

Gündəmi vacib olmayan məsələlərlə dəyişməkdə nə faydamız var?

Hansı daha təhlükəlidir?

Hansı daha qorxuludur?

Hansı daha dəhşətlidir?

Hansı daha viranedicidir?

Hansı daha qanlı, qəddar və zalımdır?

Nurçuluq, yoxsa …çilik–…çılıq?

Bakı İstintaq Təcridxanası

(BİT)

Loading