Əlaqə vasitələri

Nəsimi Rayon Polis İdarəsinin müstəntiqi Qiyasov Miraqil Mirkamal oğlu ilə telefon danışığının stenoqramı…

– Alo, bəli… Q.M.: Alo – Bəli.. Q.M.: Miri müəllim, salam eleykim. – Hə, salam.. Q.M.: Hə, bağışla gecə vaxtı narahat edirəm..belə – Buyur, buyur Qurban müəllim..yox, problem yoxdur Q.M.: Qardaş, kef – əhval necədir? – Sağ ol, var ol Qurban müəllim, Allah köməyin olsun, siz nətəhərsiniz? Q.M.: Bizim səninlə aramızda bir kişiyana söhbətimiz olmuşdu..yadına gəlir?.. – Nə Qurban müəllim? Q.M.: Dedin ki, “get, yaz o söhbəti! Söhbəti elə, yaz! Mən sizə icazə verirəm, yaz gətir mənə!” – Nəyi deyirsiniz Qurban müəllim? Q.M.: O ikinci maşının sürücüsü ilə olan söhbətimiz da… Dediniz ki “Mən icazə verirəm, get”.. – Hə, hə, problem deyil! Q.M.: Mən sizə dedim ki, gizli yazmaq qadağandır, siz dediniz ki, xeyir! – mən icazə verirəm, gedin yazın,…

davamı burada...

Əliyev – repressiya prezidenti!

Xaliq Bahadır Dostum Qurban Məmmədov tutuldu. Onu Azərbaycanı sonadək dağıtmaq planlarına baş vurmuş Ilham Əliyev tutdurdu. Onun Azərbaycanı darmadağın siyasətinə qarşı çıxanların hamısı tutulmalıdır – gənclər də, yaşlılar da. Bu gün ölkədə bir tutqu-dustaq-türmə sindromu yaşanmaqdadır. IŞĞALÇI Əliyevlər rejiminin daha beş il ölkəni soyub-yağmalaması üçün bütün sosial-siyasi aktivlər tutulub türməyə göndərilməlidir. Əliyevlər ailəsinin ölkəni bütünlüklə sümürməsi üçün daha beş illik bir dönəmə yiyələnmək gərəkir. Korrupsioner klan rejiminin başlıca ideoloquna çevrilmiş Əli Həsənov hələ bir il qabaq demişdi: “Hakimiyətə gəlmək istəyənlər xalqın qanı üzərindən keçməli olacaqlar”. Bir sıra görsənişlərdən göründüyü kimi, bu yalnız Rusiya-heydərizm yetirməsi olan ideoloqun deyil, eləcə də bütün Əliyevlər ailəsinin düşüncəsidir. Elə olmasaydı, xalqla bir belə kəskinliklə düşmənçiliyə gedilməzdi… Qurban bəylə biz ikilikdə Qarabağı qarış-qarış gəzib döyüşçülərimizi erməni…

davamı burada...

Qurban Məmmədovun əsas şahidlə söhbətinin mətni…

– Alo… Q.M.:: Alo – Bəli Q.M.: Qardaş axşamınız xeyir olsun! – Salam elekkim Q.M.:: Qurban Məmmədovdur narahat edən, o hadisə ilə bağlı… – Nə ilə?.. Q.M.:: O hadisə ilə bağlı, o vaxt ki, klinakının qarşısında hadisə oldu, Sentyabr ayında, necəsiniz, nə var nə yox? – Sağ olun, var olun Qurban müəllim. Q.M.:: Qardaş, sizin o vaxt qabaq “krılo” əzilmişdi, yoxsa qapı da əzilmişdi?… – Kimin? Q.M.:: Sizin maşının, dediniz 200 manat ziyan dəyibdir..O sağ “krılo” əzilmişdi, yoxsa qapı da əzilmişdi? – Yox, “krılo” idi…”krılo”. Q.M.:: “Krılo”?… qadan alım, o hadisə dəqiq necə oldu? – bu kö*******u hərdən bir ifadə verir! Gah, o əvvəl ifadə verdi ki, guya, siz onu vurub qaçmısınız, sonra dedim, a bala, adam balası ol! –…

davamı burada...

VƏSATƏT

Nəsimi Rayon Prokuroru Cənab Salman Məmmədliyə 120070615 saylı cinayət işi üzrə təqsirləndirilən şəxs: Məmmədov Qurban Cəlal oğlu Ünvanı: Bakı şəh., Həsənoğlu küç., korpus-7, ev-12, mən.-7/8 Əlaqə tel.: (050) 200-66-10, (012) 567-46-62 VƏSATƏT Hörmətli prokuror! Nəsimi Rayon Polis İdarəsinin müstəntiqi Qiyasov Miraqil Mirkamal oğlunun apardığı 120070615 saylı cinayət işi üzrə mənə AR Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə ittiham elan edilmişdir. Bildirirəm ki, həmin ittiham əsassızdır və saxta sübutlarla qərəzli şəkildə, məhz mənim siyasi mövqeyimə görə quraşdırılmışdır. Guya, mən 27 sentyabr 2012-ci il tarixdə saat 13:00 radələrində mənə məxsus “Toyota Rav-4” markalı 90-MU-263 dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Vaqif prospekti 9A saylı ünvanda yerləşən “Medical Plaza” Klinikasının qarşısında maşını arxaya verərkən, “Yol hərəkəti haqqında” qanunun 42-ci maddəsinin tələblərini pozmuş, lazımi təhlükəsizlik…

davamı burada...

Müstəntiqin səs yazmaları yayımlanacaq…

Bu gün həbs edilən Qurban Məmmədovun böyük oğlu, İngiltərədə yaşayan Qoşqar Məmmədovun Facebook- səhifəsindən: Vəkil, Hüquqşünas, “ÇALXAN” MMC-nin direktoru, Atam Qurban Məmmədovun həbsinin tamamilə siyasi sifariş olduğunu bəyan edirəm. Qurban Məmmədov həbs edilmədən öncə, dünən mənə bu həbslə bağlı, mümkün variantlar və ona qarşı irəli sürüləcək ittihamlarla bağlı ətraflı məlumat vermiş və işi aparan müstəntiqin, Atamın tamamilə günahsız olduğunu sübut edə biləcək yeganə – əsas şahidin səs yazmalarını göndərib. Əgər Qurban Məmmədov növbəti 24 saat ərzində azadlığa buraxılmazsa, bu səs yazmalarını hər kəsin hüzurunda paylaşaraq onların nə oyun qurduğunu hamınıza bildirəcəyəm… Artıq bəsdir, bu qədər siyasi əxlaqsızlığa yol vermək olmaz!!!…

davamı burada...

Qurban Məmmədovu HƏBS ETDİLƏR!!!!

Tanınmış hüquqşünas Nəsimi rayon məhkəməsinə aparılıb Tanınmış hüquqşünas Qurban Məmmədov Nəsimi rayon polis idarəsinə çağırılıb. Qurban Məmmədovun köməkçisi qazetimizə açıqlamasında bildirdi ki, bu gün saat 11:00 radələrində Nəsimi rayon polis idarəsinə gedən Qurban Məmmədov hələ də qayıtmayıb: “Dünən axşam xəbər göndərilmişdi ki, sabah polisə gəlsin. Çağırılma səbəbi isə, sentyabr ayında baş vermiş avtoqəza ilə bağlıdır. Həmin qəzada “stayanşikin” ayağı qırılmışdı. Guya araşdırma nəticəsində müəyyən olub ki, həmin qəzada günahkar Qurban Məmmədovdur”. Vəkil Namizəd Səfərovun məlumatına görə, Q.Məmmədov Nəsimi rayon məhkməməsinə aparılıb.…

davamı burada...

Sərdar Cəlaloğlu: “Səməd Vurğun kimi dılğırın biri onları xalq düşməni edib”
Sərdar Cəlaloğlu: “Səməd Vurğun kimi dılğırın biri onları xalq düşməni edib”

Sərdar Cəlaloğlu: “Səməd Vurğun kimi dılğırın biri onları xalq düşməni edib”

Sərdar Cəlaloğlu: “Səməd Vurğun kimi dılğırın biri onları xalq düşməni edib” Azərbaycan Demokrat Partiyasının sədri müsahibə verib Gülnar Əliyeva 12.04.2013 11:57 Kateqoriya:Azərbaycan ANS PRESS Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun “Qafqazinfo”ya müsahibə verib.- Azərbaycanda seçkiqabağı son vəziyyəti necə dəyərləndirirsiniz? – Vəziyyət tufandan qabaq sakitlik kimi görünür. Azərbaycanda qarşıdan seçkilər gəlir. Seçkilərlə bağlı cəmiyyətdə gərginlik var. Həm daxili, həm iqtidar-müxalifət, həm də iqtidarın daxilindəki vəziyyət tam gərilib. Xarici siyasətin özündə böyük bir gərginlik var. İran Azərbaycan arasında böyük bir gərginliyin ortaya çıxması, Rusiyanın, Türkmənistanın Azərbaycana təzyiqləri və.s Bütövlükdə bunları çox ciddi siyasi kataklizmlər ərəfəsi kimi dəyərləndirirəm. “İran öz maraqlarına uyğun ixtişaşlar, təxribatlar törədə bilər” – Hansı kataklizmlər baş verə bilər? – Birincisi, Qarabağ münaqişəsi aktivləşə bilər. Rusiya Azərbaycana başqa xarakterli problemlər…

davamı burada...

HANSI PARTİYANIN NƏ QƏDƏR ÜZVÜ VAR? – ARAŞDIRMA
HANSI PARTİYANIN NƏ QƏDƏR ÜZVÜ VAR? – ARAŞDIRMA

HANSI PARTİYANIN NƏ QƏDƏR ÜZVÜ VAR? – ARAŞDIRMA

HANSI PARTİYANIN NƏ QƏDƏR ÜZVÜ VAR? – ARAŞDIRMA Tarix : 2013.05.25  12:53:41 Deyilənlərə inansaq, ölkədə seçicilərin 5/1-i siyasi partiyaların üzvləridir Hafiz Hacıyev Modern.az-a müsahibəsində qeyd edib ki, Müasir Müsavat Partiyasının 90 min üzvü var. Təkamül Partiyasının sədri vəzifəsindən istefa verərək, BAXCP sıralarına qoşulan Teyyub Qəni isə “Təkamül”ün 10 min üzvünün olduğunu bildirib. Bu sayların reallığı əks etdirməsi şübhəlidir. Hər halda ən doğrusunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev və Teyyub Qəni bilir. Modern.az bu açıqlamalardan sonra bir neçə partiya arasında üzvlərinin sayı ilə bağlı araşdırma aparıb. Hakim Yeni Azərbaycan Partiyasının (sədr İlham Əliyev) rəsmiləri üzv sayının 600 mini keçdiyini bildirsə də, qurumun rəsmi saytında bu say az göstərilib. Belə ki, üzv sayı 593.351 kimi yazılıb. YAP aparatından Modern.az-a bildiriblər ki,…

davamı burada...

Dövlətçilik əxlaqı və ya “bizim olmayan” adamlar–Sabir Rüstəmxanlı (Yeni Müsavatdan)
Dövlətçilik əxlaqı və ya “bizim olmayan” adamlar–Sabir Rüstəmxanlı (Yeni Müsavatdan)

Dövlətçilik əxlaqı və ya “bizim olmayan” adamlar–Sabir Rüstəmxanlı (Yeni Müsavatdan)

22.05.2013 [6:55] Dövlətçilik əxlaqı və ya “bizim olmayan” adamlar Saray yalnız yaltaq vəzir-vüzəranın ümidinə qalsa, ölkələri faciəli aqibətlərdən qorumaq olmazdı… Söz var deməsən, ürəyini deşir. Düzdür, deməmək can rahatlığıdır; ağzını açan kimi yüz qulp qoyacaqlar, çünki sözü söz tərəzisiylə ölçən azdır, hərə mənsub olduğu dairənin və ya öz mədəni səviyyəsinin gözüylə baxır sözə: yumşaqdırsa, niyə yumşaqdır, sərtdirsə, niyə sərtdir və s… Ancaq mən sözü öz vicdan ölçülərimlə dəyərləndirməyə və gizlətməməyə öyrəşmişəm. Olanımız sözdür! Onu da içimizdə axtalayıb danışsaq, bu millətin sözü qısırlaşar və gələcək nəsillər bizi lal-kar hesab edər… Azərbaycanın böyük qələm  sahiblərindən biri, xalq yazıcısı Sabir Əhmədli dünyasını dəyişəndən sonra yuxarılardan gələn məsləhətlə dəfni bir gün yubadılsa da, bütün cidd-cəhdlərimizə baxmayaraq, Fəxri Xiyabana buraxılmadı. II Dünya Savaşında ən gənc…

davamı burada...

Xəsislikmi, qorxaqlıqmı daha ləyaqətli keyfiyyətdir?–Qənimət Zahid

ÇƏRŞƏNBƏ, 20 MART 2013 12:38 QƏNIMƏT ZAHID  Azərbaycan milyonerlərinin idbar xüsusiyyətləri Birinci yazı “Azərbaycan saatı” üçün yardım kampaniyası mənə bu bir il ərzində müraciət etdiyimiz həmyerlilərimizlə bağlı çoxlu sayda epizodları xatırlatdı. Düz bir il bundan əvvəl “Azərbaycan saatı”nın əsasını qoymaq üçün maliyyə vəsaiti axtarmağa başladım. Mənə elə gəlirdi ki, ciddi bir çətinlik olmayacaq. Dünyanın hər yerində varlı azərbaycanlılar var və onların, demək olar ki, hamısı Azərbaycanın indiki hökumətinin əlindən cilov gəmirir. Bu adamların hamısı bu və ya başqa zamanlarda olan söhbətlərimizdə bu quldur idarəetmə tərzinə lənət oxuyur, Vətəndən didərgin düşdükləri üçün Əliyevçi rejimi ittiham edir. Hamısı belə hesab edir ki, Vətəndən kənarda qazanılan hər bir milyon Vətəndə qazanılan qəpik-quruşdan daha dəyərsizdir. Buna görə də öncədən tanış olduğum, fikrinə-düşüncəsinə bələd olduğum…

davamı burada...

Əli Kərimli xalqın xilaskarından yazdı
Əli Kərimli xalqın xilaskarından yazdı

Əli Kərimli xalqın xilaskarından yazdı

ÇƏRŞƏNBƏ, 22 MAY 2013 13:01 “Nə heç bir lider, nə də heç bir qurum gözümüzə xilaskar kimi görünməməlidir, amma… onu uzaqda axtarmayın” AXCP sədri Əli Kərimli demokratik qüvvələrin böyük birliyinin yaranması mövzusuna toxunaraq, bununla bağlı bəzi yanlış gözləntilərə aydınlıq gətirib. AXCP sədri demokratik qüvvələrin daha geniş formatda birləşməsi ilə ölkədəki avtoritar rejimə avtomatik son qoyulacağını gözləməyin doğru olmadığını qeyd edib və “xilaskarın” ünvanını göstərib. Əli Kərimlinin Facebook səhifəsində paylaşdığı yazını təqdim edirik: Ölkəmizi xilas edəcək qüvvəni tanıyırsınız? Milli Şuranın yaranmasına xalqın əksər təbəqələrinin dəstəyi açıq-aşkar hiss olunur. Xeyli sayda həmvətənimiz inanır ki, müxalifətin daha geniş formatda birləşməsi demokratik dəyişikliklərin önünü açacaq. Əlbəttə ki, xalqımızın böyük bir hissəsinin bu ideyaya dəstək verməsi, bu birliyə ümid bəsləməsi çox yaxşı xəbərdir və birlik…

davamı burada...

Hacıbalanın başına gələnlər və bazar qiyməti…

  Dünya dağılır. Yalnız iki nəfər xilas ola bilir: Bakı Şəhər İH-nin başçısı Hacıbala və kvadratına 1500 manat ödənilərək evi zorla sökülən başqa bir azərbaycanlı. “Hacıbala” dünyanın bütün xəzinələrini, “evi sökülən” də bir ədəd bişmiş toyuq ələ keçirib Marsa köçürlər. Bir azdan aclıq başlayır. “Evi sökülən” süfrəsini açır, başlayır iştahla yeməyə. “Hacıbala” kənardan xeyli baxır, baxır, axır ki aclıqdan əldən düşdüyünü görüb yaxınlaşır: — Məni də qonaq edərsənmi?–deyə, soruşur. —Satıram, Hacıbala, satıram. —Neçəyə? — Baxır  harasını istəyirsən. — Mən belini xoşlamışam həmişə. — Yüz milyon dollar! — Nəəə? Yüz milyona toyuq beli olar? — Bahadır alma. — Budunu neçəyə verərsən? — Səksən milyona, ancaq marsoyla ödəyəcəksən. — Qardaş, sən dəli olmusan, bu nə qiymətdir belə? Marso nədir, mən belə pul…

davamı burada...

Ədəbiyyat, yoxsa fahişəliyin təbliği?

Qafqazinfo-dan götürmüşəm.   14.05.2013 Günel Musa Mənim bəxtimə əxlaqsızlığın təbliğ edildiyi, mənəviyyatsızlığa ədəbiyyat adının verildiyi, bizi, biz eliyən dəyərlərin taxtından salınıb, hətta lağ mövzusuna çevirildiyi, ləyaqətli kişilərin nəslinin tükənmək üzrə olduğu, əxlaqı ilə xanımlıq statusu qazanan qadınların “tapılmaz hind qumaşına” döndüyü çox pis bir zəmanədə yaşamaq düşdü. Nənəm “zəmanəniz dağılsın” deməkdə haqlıymış. Bu yazım uzun olacaq. Qabaqcadan xəbərdarlıq edim ki, əziz oxucular, şərhlərdə “bu uzunluqda da yazı olar?” qısalığında sual cümləsiylə üstümə etiraz güllələrini yağdırmayasınız. Oxuyan da sağ olsun, oxumayan da, razı olanlar sağ olsun, olmayanlardan da Allah razı olsun.  Bu gün əgər bizim ədəbiyyatımızın və publisistikamızın başında ancaq seks, pornoqrafiq yazılar yazan, qızların bakirəliyinin, oğlanların sünnət məsələlərinin müzakirəsi ilə gündəmə gələn, fahişələrlə, geylərlə “maraqlı” müsahibələr edib manşet edən klaviatura şaqqıldadanlar…

davamı burada...

VƏKILLIK INSTITUTUNU ÖLDÜRƏRƏK DƏFN EDIBLƏR VƏ BUNUN DA MOLLALIĞINI AZƏR TAĞIYEV EDIB

(12-05-2013, 23:08) Qurban Məmmədov: “Bu şəraitdə seçkidə sona qədər iştirak edəcək namizəd satqındır, hakimiyyətin nökəridir”Ötən gün Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyəti tanınmış vəkil Aslan İsmayılovu bu qurumdan uzaqlaşdırıb. Bununla da, faktiki olaraq Azərbaycanın ən məşhur və savadlı vəkillərindən biri olan A. İsmayılov zərələşdirilib. Qeyd edək ki, A. İsmayılov son zamanlar daha çox siyasi hakimiyyəti, yüksək postlu vəzifəli şəxsləri, habelə hüquq mühafizə orqanlarını ciddi tənqid edirdi. İnsanın siyasi və ya hüquqi mövqeyinə görə, onun vəkillikdən uzaqlaşdırılması Azərbaycan reallığında mümkün görünsə də, normal ölkələrdə bu gülməli hadisə və ya ironik durum hesab oluna bilər. Azərbaycanda hüququn durumu, vəkillik institutu, iqtidarın apardığı siyasət və digər məsələlərlə bağlı suallara 1995-1998-ci illərdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü olan Qurban Məmmədov cavab verib.– Qurban bəy,

davamı burada...

“Vəkillər bir araya gəlib Kollegiyadan istefa verməlidir»

BAZAR, 12 MAY 2013 09:49 «İlham Əliyev bu məsləyə müdaxilə etməsə, o deməkdir ki, kampaniyanın göstərişini verən özüdür» Qurban Məmmədov: «Vəkillər Kollegiyası kommunist əxlaqının, kommunist rejiminin qalığıdır» Həbsxanada gənc fəallara qarşı törədilən qanunsuz addım ictimaiyyətin narazılığına səbəb olub. Hakimiyyət bu addımı ilə gəncləri gözdən salmağa çalışsa da, baş verən olay əks-effekt verib. Müsahibimiz Qurban Məmmədovla söhbətimiz əsasən hakimiyyətin cəmiyyətdəki aktivliyin qarşısını almaq üçün gənclərə, vəkillərə qarşı başlatdığı yeni kampaniyaya münasibət üzərində quruldu. – Qurban bəy, hakimiyyətin həm qanunları, həm mənəvi prinsipləri kobud şəkildə tapdalaması necə qarşılanmalıdır? Bu nəyin görsənişidir? – Azərbaycanın hüquq müstəvisindən çoxdan çıxdığını açıq demək lazımdır. Azərbaycan yazılı qanunlarla idarə olunmayan, işçilərin əmək haqları paketlərdə verilən, vergidən gizlənən bir dövlətdir. Bu baxımdan siyasi fəaliyyətinə görə saxlanılan addamlara qarşı…

davamı burada...

“Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 28.2, 28.3,29.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 98.1, 99-cu maddələrinin şərh edilməsinə dair

15.04.11   AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN   AZƏRBAYCAN RESPUBLIKASI KONSTITUSIYA MƏHKƏMƏSI PLENUMUNUN   Q Ə R A R I “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 28.2, 28.3, 29.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 98.1, 99-cu maddələrinin şərh edilməsinə dair 15 aprel 2011-ci il                                                                                                         Bakı şəhəri    Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədrlik edən), Sona Salmanova, Fikrət Babayev, Südabə Həsənova, Ceyhun Qaracayev (məruzəçi-hakim), Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi İsmayıl İsmayılovun, maraqlı subyektlərin nümayəndələri Bakı şəhəri Sabunçu rayon məhkəməsinin sədri İlqar Abbasovun, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Fuad Məmmədovun və ərizəçi Sücayət Həmid qızı Xəlilovanın nümayəndəsi  Qurban Məmmədovun, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, hüquq…

davamı burada...

Zəncirini qoparan məmurlar və zəncirlənən dəniz—işğal edilən Xəzər.

Qaradağ rayonunun ərazisində, DYP postundan başlayaraq Səngəçala tərəf, Bilgəh qəsəbəsində “qayalıq” adlanan yerlər, Bilgəhdən Nardarana qədər uzanan sahilboyu ərazilər və müxtəlif yerlərdə dəniz sahili çoxdandır ki, ayrı-ayrı məmurlar tərəfindən divarlanır və əhalinin üzünə bağlanır.  Quru torpaqlardan gözü doymayan məmurlar yavaş-yavaş dənizə də yol salıb oraları da – “su fondu torpaqları”nı qanunsuz olaraq zəbt edirlər.    Əvvəllər buralarda yoldan keçən yolçular, sükan arxasında yorulan sürücülər dənizdə çimər, dincələrdilər.  Bu daha mümkün  deyil. Çünki sahilboyu zolaq ayrı-ayrı məmurlar tərəfindən işğal olunub.  Qanunsa başqa şey deyir.    Torpaq Məcəlləsinin 32-ci maddəsinə (su fondu torpaqları) əsasən, ““Azərbaycan Respublikasının daxili sularının və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin altında olan torpaqlar su fondunun torpaqlarına daxildir. Su fondu torpaqları … su təsərrüfatı, kənd təsərrüfatı, balıqçılıq təsərrüfatı,…

davamı burada...

“Rüşvət bu hakimiyyətin mövcudluğunun sementidir” –Müsahibə

14.07.2011 | 13:10 | Xəbər dəfə oxunub “Onun atdığı addım 5-10 il əvvəl İsa Qəmbərlə Əli Kərimlinin atdığı addımdan heç nə ilə fərqlənmir” Vətəndaş Hərəkatı Forumunun sədri, vəkil Qurban Məmmədovun “Qafqazinfo”ya müsahibəsi – Keçən həftə Sizin təşəbbüsünüzlə 6 müxalifət partiyasının görüşü keçirildi. Bu görüşün nəticəsini necə qiymətləndirisizniz?  – Əvvəla mən görüşün məqsədi barədə məlumat vermək istəyirəm. Məqsəd Azərbaycan müxalifətinin əsas aparıcı qüvvələrini bir araya gətirmək, onların səmimi birliyinə, Azərbaycan xalqını inandırmaqla xalqın mütləq əksəriyyətini bu rejimə qarşı mübarizəyə cəlb etməkdir. Çünki, son vaxtlar hadisələr göstərir ki, İctimai Palata adlı blokda birləşən Müsavat-AXCP, Qarabağ blokunda birləşən ADP, Ümid və başqa ayrı-ayrılıqda üçlükdə, beşlikdə bu problemin həllinin öhdəsindən gələ bilmirlər, Azərbaycan xalqı da açıq şəkildə bunlara dəstək vermir. Ona görə ki, müxalifətin…

davamı burada...

“Səməd Vurğun kimi dılğırın biri onları xalq düşməni edib” – Sərdar Cəlaloğlu“Bu cür mitinq taktikası ilə Azərbaycanda heç zada nail olmaq mümkün deyil”

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun “Qafqazinfo” ya müsahibəsi: – Azərbaycanda seçkiqabağı son vəziyyəti necə dəyərləndirirsiniz? – Vəziyyət tufandan qabaq sakitlik kimi görünür. Azərbaycanda qarşıdan seçkilər gəlir. Seçkilərlə bağlı cəmiyyətdə gərginlik var. Həm daxili, həm iqtidar-müxalifət, həm də iqtidarın daxilindəki vəziyyət tam gərilib. Xarici siyasətin özündə böyük bir gərginlik var. İran Azərbaycan arasında böyük bir gərginliyin ortaya çıxması, Rusiyanın, Türkmənistanın Azərbaycana təzyiqləri və.s Bütövlükdə bunları çox ciddi siyasi kataklizmlər ərəfəsi kimi dəyərləndirirəm. “İran öz maraqlarına uyğun ixtişaşlar, təxribatlar törədə bilər” – Hansı kataklizmlər baş verə bilər?  – Birincisi, Qarabağ münaqişəsi aktivləşə bilər. Rusiya Azərbaycana başqa xarakterli problemlər də yarada, hətta müdafiəyə qədər hər hansı addımlar da ata, eyni zamanda İranla Azərbaycan arasında çox ciddi problemlər yarada bilər. Daxildə daha amansız…

davamı burada...