Xalq ondan fəaliyyət gözləyir
Tanınmış hüquqşünas Qurban Məmmədov gündəmi zəbt etmiş məsələlərlə bağlı fikirlərini paylaşıb:
“Lamiyə Quliyeva ilə bağlı problemin indiki kimi gündəmdə saxlanmasının Prezidentə qarşı olduğunu iddia edənlər (ANS-də etdikləri kimi) çox böyük bir hiylə peşindədirlər.Bu işdə təqsiri olanları prezidentin arxasında gizlətməyə çalışanlar, dolayısı ilə Prezident İlham Əliyevi də özlərinə şərik kimi göstərməyə çalışırlar. Sanki bu ölkədə qanunsuzluğun üstünə getmək İlham Əliyevin üstünə getməkdir.
Yox, cənablar! Bu dəfə keçməz. Prezident hər birinizin yanına əli silahlı əsgər qoyası deyil ki. Dünyada belə bir idarəçilik qaydası yoxdur.
Əksinə, Lamiyə Quliyeva məsələsi dövlətçilik məsələsidir və Azərbaycanın Prezidenti İlham Əliyevin rəsmi səlahiyyət dairəsinə- vəzifələrinə daxil olan dövlətçilik və qanunçuluq məsələsidir.
Bu cinayətin, eləcə də Elşad Babayevin vəhşicəsinə döyülərək öldürülməsi ilə bağlı cinayətin üstünə getməli olan ilk…








