Əlaqə vasitələri

Facebook statuslarım

Aslan bəy geciksə də, bizə dəstək verdiyinə görə təşəkkürlər!

“…əgər siyasi iradə olub, tapşırıq verilsə həm Daxili İşlər Nazirliyində, həm Milli Təhlükəsizlik Nazirliyində, həm prokurorluq sistemində kifayət qədər təcrübəli, savadlı şəxslər var ki, həmin cinayətləri dərhal açarlar” — bunu tamamilə haqlı deyir dostumuz Aslan bəy! Ancaq bu siyasi iradə sahibi kimdir, o barədə susur. “Bu günləri sanki həm çəmiyyət, həm mətbuat hamı bri-biri ilə bəhsə girib ki, kim daha çox Milli Təhlükəsizlik Nazirliyinin ünvanına təhqir yağdıracaq. Amma, bir dənə fikir yürüdən yoxdur ki, Milli Təhlükəsizlik Nazirliyi heç bir qanunsuz işi prokurorluğun, ya hakimlərin icazəsi olmadan edə bilməzdi.” — bunu isə düz demir dostumuz Aslan İsmayılov. Görünür, özündən başqa heç kimi oxumur. Həmin işlər barədə hökm çıxaran hakimlər, ittihamı müdafiə edən prokurorların məsuliyyəti haqqında başda MŞ KM-nin üzvü, AXCP sədri…

davamı burada...

Millətə bunca nifrət və düşmənçiliyin səbəbi sizcə nədir?

Suraxanı rayonunda sökülməkdə olan hündürmərtəbəli, çoxmənzilli bina. Bax millətin sərvəti beləcə göylərə sovrulur. Rüşvətxor məmurların bir-birilə apardıqları razborkanın qurbanı millətin malı olur. Soruşan yoxdur ki, sökəcəydinizsə, niyə tikirdiniz? Qanunsuz tikilibsə, tikinti başlayanda hara baxırdınız, niyə vaxtında, milyonlarla xərc çəkilməmiş tikintini dayandırmamısınız? Millətə bunca nifrət və düşmənçiliyin səbəbi sizcə nədir?   22.11.2015 PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

ALLAH (c.c) rəhmət eləsin!

Bir çox dəyərlər baxımından; insanlığa, dostluğa, vətəndaşlığa, valideynliyə, siyasətçiliyə, mübarizliyə, ardıcıllığa, sədaqətliliyə, cəsarətliliyə, prinsipiallılığa nümunə oldu Həsən Kərimov. Onun əziz xatirəsi biz durduqca bizim və gələcək nəsillərin qəlbində yaşayacaqdır. ALLAH (c.c) rəhmət eləsin! AMİN !!!   20.11.2015 PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Əziz dostlar! Bu gündən etibarən sosial şəbəkələrdə gedən müzakirələrdə iştirak etməyəcəyəm.

Əziz dostlar! Bu gündən etibarən sosial şəbəkələrdə gedən müzakirələrdə iştirak etməyəcəyəm. Qərara gəldim ki, bundan sonra yalnız siz yazdıqlarınızı oxuyum, öyrənim. Vaxt və imkan olsa, bu günədək keçdiyim həyat yolunda gördüklərim, iştirakçısı olduğum hadisələr, bildiklərim, eşitdiklərim haqqında, eləcə də hüquqi problemlərlə bağlı bir kitab yazım. Böyük oğlum Qoşqar yaxşı məsləhət verdi: “facebook bağlansa, profilin oğurlansa “yaradıcılığın” da yox olacaq. Sənin bəyanatın yazacağın kitab olsun, ata”. Ağıllı məsləhətə niyə də qulaq asmayım! Bəlkə bizi də bir vaxt bu kitabla xatırlaya bilələr. Hamınızı ALLAH(c.c)a əmanət edirəm.   11.11.2015 PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Prezident İlham Əliyev korrupsiya və total cinayətkarlığa qarşı, gec də olsa, mübarizəyə başlayıbsa və bu …

Prezident İlham Əliyev korrupsiya və total cinayətkarlığa qarşı, gec də olsa, mübarizəyə başlayıbsa və bu mübarizə davamlı olacaqsa, xalq onu müdafiə etməli, Prezidenti bu cinayətkar qruplarla yalnız buraxmamalıdır. Əks təqdirdə, sonuclar həm dövlətimiz, həm də millətimiz üçün çox ağır olacaqdır.   10.11.2015 PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Kərəm Həsənov təkcə prezidentin xəbəri olmadan Eldar Mahmudova xərac verdiyinə görə həbs edilməlidir.

Kərəm Həsənov təkcə prezidentin xəbəri olmadan Eldar Mahmudova xərac verdiyinə görə həbs edilməlidir. Həm də tək Kərəm yox, onun kassiri hesab edilən min bir qanunsuzluğa imza atmış Rafiq Cəlilov da həmçinin həbs edilməlidir. İndicə bir saytda oxudum aşağıda yazılanları. Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun da adı “MTN işi”ndə keçir. Komitə sədri sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun setinə daxil olan əsas simalardan biri olub. Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub. Mənbə bildirir ki, K.Həsənov E.Mahmudov klanına 2006-cı ildə daxil olub: “Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevi zəiflətmək üçün Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentini nazirliyin tərkibindən çıxardaraq müstəqil quruma – Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə çevirdilər. Yeni komitəyə sabiq departament rəhbəri Kərəm Həsənov…

davamı burada...

İndicə İranda baş verən hadisələrdə səslənən bəzi şüarları izlədim.

İndicə İranda baş verən hadisələrdə səslənən bəzi şüarları izlədim. Diqqətimi cəlb etdi. Bizdə də “mən qarışmıram”, “siyasət mənlik deyil”, “mən hakimiyyətdən də, müxalifətdən də kənardayam”, “mən bitərəf deputatam” deyənlər çoxdur. “Hər kəs ki bitərəfdir,….dan da bişərəfdir.”. “Durub baxan beqeyrət”.. Maraqlı şüarlardır.   10.11.2015 PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Hörmətli din xadimimiz Hacı Tale Bağırzadə ilə dünən saat 17-18-də Nardaranda görüşdüm.

Hörmətli din xadimimiz Hacı Tale Bağırzadə ilə dünən saat 17-18-də Nardaranda görüşdüm. Şükr sağlam və ruhiyyəsi də yerində. Həbsi ilə bağlı yayılan xəbərlərin bəzi məkrli qüvvələr tərəfindən şəxsi niyyətləri üçün istifadə edildiyini bildirdi. Tezliklə tərəfdarlarına müraciət edəcəyini və təxribatlara uymamaq barədə çağırış edəcəyini bildirdi. Ona və tərəfdarlarına qarşı yol verilən qanunsuzluqları, haqlarında “XƏZƏR TV”də aparılan çirkin böhtan təbliğatını qətiyyətlə pisləyirəm. PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Son vaxtlar bəzi qüvvələr dindar qardaşlarımızı provakasiyaya çəkməyə cəhd edirlər.

Son vaxtlar bəzi qüvvələr dindar qardaşlarımızı provakasiyaya çəkməyə cəhd edirlər. Bu məqsədlə də onların dini hisslərini qızışdırır, polis qüvvələri ilə qarşıdurmaya həvəsləndirirlər. Xüsusilə də, son vaxtlar Hacı Tale Bağırzadə ilə bağlı rejim nökərlərinin qanunsuz hərəkətlərindən sui-istifadə etməyə çalışırlar. Əslində məqsəd son 20 ildə davam etməkdə olan siyasətin indi də dini qruplara tətbiq edilməsidir. Yəni lazımi təşkilatlanma mərhələsinə çatmadan, demokrtatik qüvələri güc, qarşıdurma müstəvisinə çəkib hazırlıqsız yaxalamaq, sıradan çıxarmaq, Ümid edirəm ki, hörmətli Hacı Tale Bağırzadə və dostları baş verənləri düzgün qiymətləndirəcək, bulanıq suda balıq tutmaq sövdasında olanların niyyətlərini puç edəcəklər. Hamını fiziki qarşıdurmalardan, qeyri-siyasi, qeyri-dinc mübarizə üsullarından çəkinməyə çağırıram.   08.11.2015 PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Prezidentin çıxışındakı bir fikir məni çox sevindirdi:

Prezidentin çıxışındakı bir fikir məni çox sevindirdi: “Məhkəmələrdən korrupsiya yığışmalıdır.” Kaş çin olaydı. Tək bir məhkəmə sisteminin, çox yox, 50-cə faiz düzəlməsi ardınca qalan sahələrin 80-90 faiz düzəlməsi ilə nəticələnəcəkdir. Nə gözəl şeydir müstəqil məhkəmə sistemi olan dövlətdə yaşamaq !!! Bizə qismət olacaqmı?   07.11.2015 PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Mən nə Bəşər Əsədi, nə Səddamı, nə Qəddafini, nə H.Mübarəki, nə Sisini, nə də onlar kimi hərəkət edən başqalarını …

Mən nə Bəşər Əsədi, nə Səddamı, nə Qəddafini, nə H.Mübarəki, nə Sisini, nə də onlar kimi hərəkət edən başqalarını müsəlman hesab edirəm. Qurani Kərimdə buyurulur: “İşlərinizi şurayla(məşvərətlə) həll edin”, “özünüzdən olan( seçdiyiniz) əmirlərə(rəhbərlərə) tabe olun”. Demir seçkini saxtalaşdırın, hakimiyyəti zəbt edin və dədə malı kimi bir-birinizə ötürün. Belə “müsəlmanlar”ı da hakimiyyətə gətirən də, orada saxlayan da o xristian Avropa, Rusiya və Amerikadır. Qəddafinin İtaliyada, ABŞ-da necə qarşılandığı, Misirdə hərbi dövlət çevrilişi edən Sisini ABŞ-ın necə müdafiə etdiyi yadınızdadırmı? Bilə-bilə oğurluq mal almaq cinayətdir. Bəs qanunsuz olaraq, seçki saxtakarlığı ilə, zorla, çevrilişlə prezident , kral olanları yüksək səviyyədə qəbul etmək və onlarla əməkdaşlıq etmək, onların əlilə müsəlmanların sərvətlərini talamaq necə, cinayət deyilmi?   05.11.2015 PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Qəzəb və nifrətimi ifadə etməyə söz tapmıram.

Qəzəb və nifrətimi ifadə etməyə söz tapmıram. Görünür kimlərəsə stabilliyi pozmaq çox lazımdır. Kimlərə və nə məqsədlə? Bu barədə prezidentin düşünməyinə ehtiyac var. Bu ölkədə təhlükənin müxalifətdən, dindarlardan gəlmədiyi son “mtn əməliyyatı”nda artıq sübut edilib.   04.11.2015 PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Hər gün səhər-səhər oxuduğum saytlardandır Moderator. az

“Moderator.az” saytının fəaliyyətə başlamasının 3 ili bu gün tamam olur. Bu qısa müddətdə Respublikanın məşhur saytına çevrilmək kollektivin əməksevərliyindən başqa, həm də jurnalist peşəsinə sədaqətin və insanların şərəf və ləyaqətinə hörmət etmənin nəticəsidir. Hər gün səhər-səhər oxuduğum saytlardandır Moderator. az. Təbrik edir, daha böyük uğurlar arzulayıram.   02.11.2015 PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Nə baş verdi: bəzi adamlar “seçki”də iştirak etdi və uduzdu.

Nə baş verdi: bəzi adamlar “seçki”də iştirak etdi və uduzdu. Bəs Milli Şura deyirdi qanuni seçki keçirilmir? Bu adamlar məgər uşaqdırlar ki, nəticəsi əvvəlcədən bəlli olan seçkidə iştirak etsinlər? Deməli, Milli Şura haqlı deyilmiş! ATƏT, Avropa Şurası haqlı deyilmiş! Bax nəticə budur! İndi gileylənməyə başlayıblar. Hətta bu özü də rejimə xidmətdir. Barı susun, kiriyin, çəkilin bir kənara, oturun güzgü qarşısında və oradakı ilə danışın, bir-birinizə hesabat verin. Görün vicdanında və ağlında qüsur olan hansınızdır: güzgüdən boylanan, yoxsa qarşıdakı? Sonra da dönüb uşaqlarınızı, nəvələrinizi, qız-gəlinlərinizi, ata-babalarınızı süzün, dövlət-millət bir yana, onların gələcəyini təsəvvür etməyə çalışın. Rahatsınızmı?!   02.11.2015 PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Qaçqınlar bizdən deyilmi?

Qorxmaz Əlili doğrudanmı belə ifadələr işlədib? İnanmağım gəlmir. Qaçqınlar bizdən deyilmi? Qarabağı biz azərbaycanlılar qorusaydıq, namusumuza, şərəfimizə, dövlətimizə, hakimiyyətimizə sahib çıxsaydıq hansı qaçqın o yerlərin cənnət guşələrini atıb asfalt üstə yaşamağı seçərdi?! Günahkar bizik: millət olaraq hamımız, türkü, talışı, kürdü, ləzgisi, avarı ilə birgə. Səhv o vaxt buraxıldı ki, qaçqınlar çadırlara yerləşdirildi. Onları mənim, Qorxmaz Əlilinin və Bakıda buğlana-buğlana yaşayanların evlərinə yerləşdirmək lazım idi ki, problemin milli olduğunu hər birimiz dərk edək. Təəssüf, səhv buraxa-buraxa başsız başçıların əlində əsir qalıb bu millət.   01.11.2015 PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Qonaq olduğum evdə ana və oğlu arasında belə bir söhbət oldu indicə:

Qonaq olduğum evdə ana və oğlu arasında belə bir söhbət oldu indicə: -Ana, məni səhər tezdən oyadarsan, səsverməyə gedəcəyəm. — Oralarda sənin nə işin var ay bala, başını cəncələ salarsan. — biz səsverməyə getməsək, namussuzun birini deputat eləyəcəklər axı. — Ay bala, əvvəla kimin namuslu ya namussuz olduğunu sən hardan bilə bilərsən, onları tanıyırsan məgər? İkincisi, hər hökümət özü kimi adamları deputat eliyir, hökumətin namusu varsa sənsuz də yaxşını seçəcək, yoxdusa, sən seçdiyini onsuz da qəbul eləmiyəcək. Sən əvvəl gərək namuslu hökumət seçəsən, bala. Bu da kəndli savadsız qadının fəlsəfəsi.   31.10.2015 PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...