Əlaqə vasitələri

Qurban Məmmədov Səlim Müslümova təşəkkür etdi
Qurban Məmmədov Səlim Müslümova təşəkkür etdi

Qurban Məmmədov Səlim Müslümova təşəkkür etdi

  “ÇALXAN” hüquq firmasının direktoru, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Qurban MəmmədovModerator.az-a bir yazı göndərib: “Moderator.az-ın 19 yanvar 2015-ci il tarixli bölümündə bir məqaləm yayınlanmışdı-(moderator.az/?xeber=67335)  Məqalədə azadlığa buraxılan məhbusların elə birinci gündən başlayaraq yemək, su, yol puluna olan ehtiyacları  barədə, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının 31 may 2007-ci il tarixli Qanununun 14.1-ci maddəsinə əsasən, cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əmək haqqının dörd misli məbləğində birdəfəlik pul müavinətinin verilməsi ilə bağlı yaranan problemlərdən yazmışdım. Bu gün (26 yanvarda) mənə gələn bir zəng sözün yaxşı mənasında məni çox təəccübləndirdi. Çünki son 20 ildə ilk dəfə bir dövlət orqanının, xüsusilə də nazir səviyyəsində,  kütləvi informasiya vasitəsində…

davamı burada...

Qurban Məmmədov Siyavuş Novruzova təşəkkür etdi
Qurban Məmmədov Siyavuş Novruzova təşəkkür etdi

Qurban Məmmədov Siyavuş Novruzova təşəkkür etdi

  Tanınmış hüquqşünas Qurban Məmmədov YAP-çı deputat Siyavuş Novruzovun Avropa Məhkəməsinin Azərbaycana qarşı qanunsuz məhkəmə qərarlarına görə kəsdiyi cərimələrin dövlətin deyil, həmin qərarı verən hakimlərin ödəməli olduğunu təklif etməsinə Moderator.az-a açıqlamasında haqq qazandırıb:   “Cərimələri kim ödəməlidir?  Avropa Məhkəməsinin, həm də elə Azərbaycan Respublikasının yuxarı məhkəmə instansiyalarının qərarlarına əsasən ödənilən kompensasiyalar mütləq dövlət tərəfindən ödənilməlidir. Ancaq iş bununla bitməməlidir. Sonradan dövlət vətəndaşa ödədiyi həmin məbləği “reqres iddiası” yolu ilə mütləq və  mütləq vətəndaşın hüququnu pozan hakimdən almalı, eyni zamanda, bu hallarda  belə hakimlərin vəzifədən uzaqlaşdırılmaları barədə qanunvericilikdə dəyişikliklər edilməlidir. Bu mütləq edilməlidir. Hakim bilməlidir ki, onun-bunun tapşırığı ilə qərar qəbul etsə, pulunu və vəzifəsini itirəcəkdir. Hüquqşünas dostlarımdan, səhv etmirəmsə, hörmətli Əyyub Kərimov Moderator.az-a belə demişdi: “indi mən soruşuram, hakimlər o…

davamı burada...

Xalq ondan fəaliyyət gözləyir

  Tanınmış hüquqşünas Qurban Məmmədov gündəmi zəbt etmiş məsələlərlə bağlı fikirlərini paylaşıb: “Lamiyə Quliyeva ilə bağlı problemin indiki kimi gündəmdə saxlanmasının Prezidentə qarşı olduğunu iddia edənlər (ANS-də etdikləri kimi) çox böyük bir hiylə peşindədirlər.Bu işdə təqsiri olanları prezidentin arxasında gizlətməyə çalışanlar, dolayısı ilə Prezident İlham Əliyevi də özlərinə şərik kimi göstərməyə çalışırlar. Sanki bu ölkədə qanunsuzluğun üstünə getmək İlham Əliyevin üstünə getməkdir. Yox, cənablar! Bu dəfə keçməz. Prezident hər birinizin yanına əli silahlı əsgər qoyası deyil ki. Dünyada belə bir idarəçilik qaydası yoxdur. Əksinə, Lamiyə Quliyeva məsələsi dövlətçilik məsələsidir və Azərbaycanın Prezidenti İlham Əliyevin rəsmi səlahiyyət dairəsinə- vəzifələrinə daxil olan dövlətçilik və qanunçuluq məsələsidir. Bu cinayətin, eləcə də Elşad Babayevin vəhşicəsinə döyülərək öldürülməsi ilə bağlı cinayətin üstünə getməli olan ilk…

davamı burada...

“Arif Hacılı Qubad İbadoğluna qarşı olan mövqeyindən geri çəkilməli…”
“Arif Hacılı Qubad İbadoğluna qarşı olan mövqeyindən geri çəkilməli…”

“Arif Hacılı Qubad İbadoğluna qarşı olan mövqeyindən geri çəkilməli…”

  Tanınbmış hüquqşünas Qurban Məmmədov Müsavat daxilində yaşanan böhrandan çıxış yolları barədəModerator.az-ın sualına aşağıdakı cavabı verib: “Təbii ki, indiki halda ən düzgün mövqe tərəflərin bir masa arxasında oturub Müsavatın çoxsaylı üzvlərinin xatirinə ortaq məxrəcə gəlmələridir. Arif Hacılı Qubad İbadoğluna qarşı olan mövqeyindən geri çəkilməli,  Divan öz qərarlarını ləgv etməli, Q.İbadoğlu da seçkinin nəticələrini tanıyıb yola davam etməlidirlər. Kim güzəşt edəcək? Yaxud da etməlidir? Təkəbbür yeri deyil və inanıram ki,  şəxsi eqosuna yenilən istənilən tərəf müsavatçıların da qəzəbinə tuş gələcək. Seçkinin nəticələri çox yaxın olduğu üçün hər iki tərəf öz iddiasında haqlı da görünə bilər. Həqiqəti isə ALLAH daha yaxşı bilir. Elə ALLAHa da buraxmaq lazımdır bəzi məsələləri. Əsas olan Müsavat Partiyasının və sıravi müsavatçıların maraqlarıdır. Eləcə də Azərbaycanın…

davamı burada...

“Bəlkə iqtidarla Kür deltasının təmizlənməsini müzakirə edək?”

  Moderator.az sabah iqtidarla müxalifət arasında siyasi dialoqun ikinci raundu ilə bağlı bu prosesə qoşulmayan Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Qurban Məmmədovun mövqeyini öyrənib.   -Qurban bəy, sabah iqtidarla müxalifət yenidən bir masa ətrafında nələrisə müzakirə etməyə toplaşacaq… -İndiki vəziyyətdə iqtidarla müxalifət arasında vacib olan siyasi dialoqun yalnız bir predmeti ola bilər: ölkədə normal seçki mühitinin yaradılması, Seçki Məcəlləsinin normal insan məntiqinə, beynəlxalq praktikaya uyğunlaşdırılması,  seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması, onların YAP-ın monopoliyasından çıxarılması, keçid mərhələsinin müəyyənləşdirlməsi və mümkün qarşılıqlı güzəştlər. Bu məsələlərdə dialoq olmayacaqsa, demək ki, heç bir məsələdə tərəflər uzlaşmayacaq.   -Hər iki tərəfin asanlıqla uzlaşacağı Qarabağ dərdimiz var… -O ki, qaldı Qarabağ məsələsinə, bu mövzunun dialoqun predmeti kimi hallandırılması siyasi oyunbazlıqdır. Məgər müxalifət Qarabağın ermənilərə pulsuz verilməsinin, ya da…

davamı burada...

Avropa Məhkəməsinin kəsdiyi kompensasiyalar hakimlərdən tələb edilməlidir.
Avropa Məhkəməsinin kəsdiyi kompensasiyalar hakimlərdən tələb edilməlidir.

Avropa Məhkəməsinin kəsdiyi kompensasiyalar hakimlərdən tələb edilməlidir.

[dropshadowbox align=”none” effect=”lifted-both” width=”autopx” height=”” background_color=”#ffffff” border_width=”1″ border_color=”#dddddd” ]Cərimələri kim ödəməlidir?[/dropshadowbox] Avropa Məhkəməsinin, həm də elə Azərbaycan Respublikasının yuxarı məhkəmə instansiyalarının qərarlarına əsasən ödənilən  kompensasiyalar mütləq dövlət tərəfindən ödənilməlidir. Ancaq iş bununla bitməməlidir. Sonradan dövlət vətəndaşa ödədiyi həmin məbləği “reqres iddiası” yolu ilə mütləq və  mütləq  vətəndaşın hüququnu pozan hakimdən almalı, eyni zamanda, bu hallarda  belə hakimlərin vəzifədən uzaqlaşdırılmaları barədə qanunvericilikdə dəyişikliklər edilməlidir. Bu mütləq edilməlidir. Hakim bilməlidir ki, onun bunun tapşırığı ilə qərar qəbul etsə, pulunu və vəzifəsini itirəcəkdir. Hüquqşünas dostlarımdan, səhv etmirəmsə, hörmətli Əyyub Kərimov demişdi: “indi mən soruşuram, hakimlər o pulu haradan tapmalı, necə ödəməlidir? Aydın məsələdir ki, hakim aldığı maaşla bu təzminatı ödəyə bilməz.” Mənim bir insan və hüquqşünas kimi Əyyub bəyə böyük hörmətim…

davamı burada...

Mən hakim deyiləm, oğraşam, oğraş, oğraaaaşşş….
Mən hakim deyiləm, oğraşam, oğraş, oğraaaaşşş….

Mən hakim deyiləm, oğraşam, oğraş, oğraaaaşşş….

HAKIMLƏRIN VƏ AILƏ ÜZVLƏRININ OXUMASI YASAQ DEYIL ! Tapşırıq və rüşvətlə qərar qəbul edən hakimlərə, haram yeyən bütün insanlara həsr olunur. Ömrü boyu bizə bir tikə də olsa haram yedirtməyən mərhum atam Cəlal müəllimin və anam Gülüsüm xanımın əziz xatirəsinə ithaf edirəm. “Mən qızımı arxadan bərk-bərk qucaqladım. O tamam lüt idi. Qollarım arasında çırpınır, xilas olmağa çalışırdı. Mən isə onu yatağına tərəf sürüyürdüm. Tək bir alt paltarındaydım… Arxadan səs eşitdim, dönəndə, qəzəbdən gözləri həlqəsindən çıxmış arvadımın mənə hücum etdiyini gördüm. “Bir bu qalmışdı” – deyə, üstümə atıldı. Mənim bir qızım, bir də oğlum var idi….” Onunla dəniz kənarındakı parkda tanış olduq.  Gecə yarıdan keçmişdi. Dincimi almaq üçün taxta oturacaqlardan birinə yaxınlaşdım. O artıq orada oturmuşdu. Hiss etdim ki, çox gərgindir. …

davamı burada...

AŞPA-nın deputatı Cənab Paul Philip Flynn-ə açıq məktub.
AŞPA-nın deputatı Cənab Paul Philip Flynn-ə açıq məktub.

AŞPA-nın deputatı Cənab Paul Philip Flynn-ə açıq məktub.

Hörmətli cənab!   Sizin, AŞPA-nın Strasburqda keçirilən 24 iyun 2014-cu il tarixli toplantısında Azərbaycanın prezidenti vəzifəsində çıxış edən Əliyev İlham Heydər oğluna verdiyiniz sualları və onun cavablarını həbsxana kamerasında TV-də dinlədim. Öncə, Sizə və ingilis xalqına şəxsim, ailəm və millətim adına, göstərdiyiniz prinsipial mövqeyə və səbrə görə minnətdarlığımı bildirirəm. Sizin: “Mən Azərbaycanda saxta ittihamlarla mühakimə olunub, türmələrə salınan jurnalist və bloggerlərlə görüşmüşəm, bu ölkədə seçkilərin nəticələri saxtalaşdırılıb. Sizin Nazirlər Komitəsinə sədrliyiniz dövründə Azərbaycan insan hüquqları sahəsində Avropa Şurasının standartlarına əməl edəcək, yoxsa, Avropa Şurasının digər üzv dövlətlərini indi Sizdəki kimi acınacaqlı deqradasiya səviyyəsinə salacaq?” sualınıza, özünü Azərbaycanın prezidenti elan etmiş, mənim xalqımın iradəsini təmsil etməyən İ.Əliyevin: “Siz yalan danışırsınız…bizdə siyasi məhbuslar yoxdur…prezident seçkisi saxtalaşdırılmayıb…bu dedikləriniz sizin dövlətdə olur.” — deyə,…

davamı burada...

Sərdar Cəlaloğlu: “Səməd Vurğun kimi dılğırın biri onları xalq düşməni edib”
Sərdar Cəlaloğlu: “Səməd Vurğun kimi dılğırın biri onları xalq düşməni edib”

Sərdar Cəlaloğlu: “Səməd Vurğun kimi dılğırın biri onları xalq düşməni edib”

Sərdar Cəlaloğlu: “Səməd Vurğun kimi dılğırın biri onları xalq düşməni edib” Azərbaycan Demokrat Partiyasının sədri müsahibə verib Gülnar Əliyeva 12.04.2013 11:57 Kateqoriya:Azərbaycan ANS PRESS Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun “Qafqazinfo”ya müsahibə verib.- Azərbaycanda seçkiqabağı son vəziyyəti necə dəyərləndirirsiniz? – Vəziyyət tufandan qabaq sakitlik kimi görünür. Azərbaycanda qarşıdan seçkilər gəlir. Seçkilərlə bağlı cəmiyyətdə gərginlik var. Həm daxili, həm iqtidar-müxalifət, həm də iqtidarın daxilindəki vəziyyət tam gərilib. Xarici siyasətin özündə böyük bir gərginlik var. İran Azərbaycan arasında böyük bir gərginliyin ortaya çıxması, Rusiyanın, Türkmənistanın Azərbaycana təzyiqləri və.s Bütövlükdə bunları çox ciddi siyasi kataklizmlər ərəfəsi kimi dəyərləndirirəm. “İran öz maraqlarına uyğun ixtişaşlar, təxribatlar törədə bilər” – Hansı kataklizmlər baş verə bilər? – Birincisi, Qarabağ münaqişəsi aktivləşə bilər. Rusiya Azərbaycana başqa xarakterli problemlər…

davamı burada...

HANSI PARTİYANIN NƏ QƏDƏR ÜZVÜ VAR? – ARAŞDIRMA
HANSI PARTİYANIN NƏ QƏDƏR ÜZVÜ VAR? – ARAŞDIRMA

HANSI PARTİYANIN NƏ QƏDƏR ÜZVÜ VAR? – ARAŞDIRMA

HANSI PARTİYANIN NƏ QƏDƏR ÜZVÜ VAR? – ARAŞDIRMA Tarix : 2013.05.25  12:53:41 Deyilənlərə inansaq, ölkədə seçicilərin 5/1-i siyasi partiyaların üzvləridir Hafiz Hacıyev Modern.az-a müsahibəsində qeyd edib ki, Müasir Müsavat Partiyasının 90 min üzvü var. Təkamül Partiyasının sədri vəzifəsindən istefa verərək, BAXCP sıralarına qoşulan Teyyub Qəni isə “Təkamül”ün 10 min üzvünün olduğunu bildirib. Bu sayların reallığı əks etdirməsi şübhəlidir. Hər halda ən doğrusunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev və Teyyub Qəni bilir. Modern.az bu açıqlamalardan sonra bir neçə partiya arasında üzvlərinin sayı ilə bağlı araşdırma aparıb. Hakim Yeni Azərbaycan Partiyasının (sədr İlham Əliyev) rəsmiləri üzv sayının 600 mini keçdiyini bildirsə də, qurumun rəsmi saytında bu say az göstərilib. Belə ki, üzv sayı 593.351 kimi yazılıb. YAP aparatından Modern.az-a bildiriblər ki,…

davamı burada...

Dövlətçilik əxlaqı və ya “bizim olmayan” adamlar–Sabir Rüstəmxanlı (Yeni Müsavatdan)
Dövlətçilik əxlaqı və ya “bizim olmayan” adamlar–Sabir Rüstəmxanlı (Yeni Müsavatdan)

Dövlətçilik əxlaqı və ya “bizim olmayan” adamlar–Sabir Rüstəmxanlı (Yeni Müsavatdan)

22.05.2013 [6:55] Dövlətçilik əxlaqı və ya “bizim olmayan” adamlar Saray yalnız yaltaq vəzir-vüzəranın ümidinə qalsa, ölkələri faciəli aqibətlərdən qorumaq olmazdı… Söz var deməsən, ürəyini deşir. Düzdür, deməmək can rahatlığıdır; ağzını açan kimi yüz qulp qoyacaqlar, çünki sözü söz tərəzisiylə ölçən azdır, hərə mənsub olduğu dairənin və ya öz mədəni səviyyəsinin gözüylə baxır sözə: yumşaqdırsa, niyə yumşaqdır, sərtdirsə, niyə sərtdir və s… Ancaq mən sözü öz vicdan ölçülərimlə dəyərləndirməyə və gizlətməməyə öyrəşmişəm. Olanımız sözdür! Onu da içimizdə axtalayıb danışsaq, bu millətin sözü qısırlaşar və gələcək nəsillər bizi lal-kar hesab edər… Azərbaycanın böyük qələm  sahiblərindən biri, xalq yazıcısı Sabir Əhmədli dünyasını dəyişəndən sonra yuxarılardan gələn məsləhətlə dəfni bir gün yubadılsa da, bütün cidd-cəhdlərimizə baxmayaraq, Fəxri Xiyabana buraxılmadı. II Dünya Savaşında ən gənc…

davamı burada...

Xəsislikmi, qorxaqlıqmı daha ləyaqətli keyfiyyətdir?–Qənimət Zahid

ÇƏRŞƏNBƏ, 20 MART 2013 12:38 QƏNIMƏT ZAHID  Azərbaycan milyonerlərinin idbar xüsusiyyətləri Birinci yazı “Azərbaycan saatı” üçün yardım kampaniyası mənə bu bir il ərzində müraciət etdiyimiz həmyerlilərimizlə bağlı çoxlu sayda epizodları xatırlatdı. Düz bir il bundan əvvəl “Azərbaycan saatı”nın əsasını qoymaq üçün maliyyə vəsaiti axtarmağa başladım. Mənə elə gəlirdi ki, ciddi bir çətinlik olmayacaq. Dünyanın hər yerində varlı azərbaycanlılar var və onların, demək olar ki, hamısı Azərbaycanın indiki hökumətinin əlindən cilov gəmirir. Bu adamların hamısı bu və ya başqa zamanlarda olan söhbətlərimizdə bu quldur idarəetmə tərzinə lənət oxuyur, Vətəndən didərgin düşdükləri üçün Əliyevçi rejimi ittiham edir. Hamısı belə hesab edir ki, Vətəndən kənarda qazanılan hər bir milyon Vətəndə qazanılan qəpik-quruşdan daha dəyərsizdir. Buna görə də öncədən tanış olduğum, fikrinə-düşüncəsinə bələd olduğum…

davamı burada...

Əli Kərimli xalqın xilaskarından yazdı
Əli Kərimli xalqın xilaskarından yazdı

Əli Kərimli xalqın xilaskarından yazdı

ÇƏRŞƏNBƏ, 22 MAY 2013 13:01 “Nə heç bir lider, nə də heç bir qurum gözümüzə xilaskar kimi görünməməlidir, amma… onu uzaqda axtarmayın” AXCP sədri Əli Kərimli demokratik qüvvələrin böyük birliyinin yaranması mövzusuna toxunaraq, bununla bağlı bəzi yanlış gözləntilərə aydınlıq gətirib. AXCP sədri demokratik qüvvələrin daha geniş formatda birləşməsi ilə ölkədəki avtoritar rejimə avtomatik son qoyulacağını gözləməyin doğru olmadığını qeyd edib və “xilaskarın” ünvanını göstərib. Əli Kərimlinin Facebook səhifəsində paylaşdığı yazını təqdim edirik: Ölkəmizi xilas edəcək qüvvəni tanıyırsınız? Milli Şuranın yaranmasına xalqın əksər təbəqələrinin dəstəyi açıq-aşkar hiss olunur. Xeyli sayda həmvətənimiz inanır ki, müxalifətin daha geniş formatda birləşməsi demokratik dəyişikliklərin önünü açacaq. Əlbəttə ki, xalqımızın böyük bir hissəsinin bu ideyaya dəstək verməsi, bu birliyə ümid bəsləməsi çox yaxşı xəbərdir və birlik…

davamı burada...

Hacıbalanın başına gələnlər və bazar qiyməti…

  Dünya dağılır. Yalnız iki nəfər xilas ola bilir: Bakı Şəhər İH-nin başçısı Hacıbala və kvadratına 1500 manat ödənilərək evi zorla sökülən başqa bir azərbaycanlı. “Hacıbala” dünyanın bütün xəzinələrini, “evi sökülən” də bir ədəd bişmiş toyuq ələ keçirib Marsa köçürlər. Bir azdan aclıq başlayır. “Evi sökülən” süfrəsini açır, başlayır iştahla yeməyə. “Hacıbala” kənardan xeyli baxır, baxır, axır ki aclıqdan əldən düşdüyünü görüb yaxınlaşır: — Məni də qonaq edərsənmi?–deyə, soruşur. —Satıram, Hacıbala, satıram. —Neçəyə? — Baxır  harasını istəyirsən. — Mən belini xoşlamışam həmişə. — Yüz milyon dollar! — Nəəə? Yüz milyona toyuq beli olar? — Bahadır alma. — Budunu neçəyə verərsən? — Səksən milyona, ancaq marsoyla ödəyəcəksən. — Qardaş, sən dəli olmusan, bu nə qiymətdir belə? Marso nədir, mən belə pul…

davamı burada...

Ədəbiyyat, yoxsa fahişəliyin təbliği?

Qafqazinfo-dan götürmüşəm.   14.05.2013 Günel Musa Mənim bəxtimə əxlaqsızlığın təbliğ edildiyi, mənəviyyatsızlığa ədəbiyyat adının verildiyi, bizi, biz eliyən dəyərlərin taxtından salınıb, hətta lağ mövzusuna çevirildiyi, ləyaqətli kişilərin nəslinin tükənmək üzrə olduğu, əxlaqı ilə xanımlıq statusu qazanan qadınların “tapılmaz hind qumaşına” döndüyü çox pis bir zəmanədə yaşamaq düşdü. Nənəm “zəmanəniz dağılsın” deməkdə haqlıymış. Bu yazım uzun olacaq. Qabaqcadan xəbərdarlıq edim ki, əziz oxucular, şərhlərdə “bu uzunluqda da yazı olar?” qısalığında sual cümləsiylə üstümə etiraz güllələrini yağdırmayasınız. Oxuyan da sağ olsun, oxumayan da, razı olanlar sağ olsun, olmayanlardan da Allah razı olsun.  Bu gün əgər bizim ədəbiyyatımızın və publisistikamızın başında ancaq seks, pornoqrafiq yazılar yazan, qızların bakirəliyinin, oğlanların sünnət məsələlərinin müzakirəsi ilə gündəmə gələn, fahişələrlə, geylərlə “maraqlı” müsahibələr edib manşet edən klaviatura şaqqıldadanlar…

davamı burada...

VƏKILLIK INSTITUTUNU ÖLDÜRƏRƏK DƏFN EDIBLƏR VƏ BUNUN DA MOLLALIĞINI AZƏR TAĞIYEV EDIB

(12-05-2013, 23:08) Qurban Məmmədov: “Bu şəraitdə seçkidə sona qədər iştirak edəcək namizəd satqındır, hakimiyyətin nökəridir”Ötən gün Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyəti tanınmış vəkil Aslan İsmayılovu bu qurumdan uzaqlaşdırıb. Bununla da, faktiki olaraq Azərbaycanın ən məşhur və savadlı vəkillərindən biri olan A. İsmayılov zərələşdirilib. Qeyd edək ki, A. İsmayılov son zamanlar daha çox siyasi hakimiyyəti, yüksək postlu vəzifəli şəxsləri, habelə hüquq mühafizə orqanlarını ciddi tənqid edirdi. İnsanın siyasi və ya hüquqi mövqeyinə görə, onun vəkillikdən uzaqlaşdırılması Azərbaycan reallığında mümkün görünsə də, normal ölkələrdə bu gülməli hadisə və ya ironik durum hesab oluna bilər. Azərbaycanda hüququn durumu, vəkillik institutu, iqtidarın apardığı siyasət və digər məsələlərlə bağlı suallara 1995-1998-ci illərdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü olan Qurban Məmmədov cavab verib.– Qurban bəy,

davamı burada...

“Vəkillər bir araya gəlib Kollegiyadan istefa verməlidir»

BAZAR, 12 MAY 2013 09:49 «İlham Əliyev bu məsləyə müdaxilə etməsə, o deməkdir ki, kampaniyanın göstərişini verən özüdür» Qurban Məmmədov: «Vəkillər Kollegiyası kommunist əxlaqının, kommunist rejiminin qalığıdır» Həbsxanada gənc fəallara qarşı törədilən qanunsuz addım ictimaiyyətin narazılığına səbəb olub. Hakimiyyət bu addımı ilə gəncləri gözdən salmağa çalışsa da, baş verən olay əks-effekt verib. Müsahibimiz Qurban Məmmədovla söhbətimiz əsasən hakimiyyətin cəmiyyətdəki aktivliyin qarşısını almaq üçün gənclərə, vəkillərə qarşı başlatdığı yeni kampaniyaya münasibət üzərində quruldu. – Qurban bəy, hakimiyyətin həm qanunları, həm mənəvi prinsipləri kobud şəkildə tapdalaması necə qarşılanmalıdır? Bu nəyin görsənişidir? – Azərbaycanın hüquq müstəvisindən çoxdan çıxdığını açıq demək lazımdır. Azərbaycan yazılı qanunlarla idarə olunmayan, işçilərin əmək haqları paketlərdə verilən, vergidən gizlənən bir dövlətdir. Bu baxımdan siyasi fəaliyyətinə görə saxlanılan addamlara qarşı…

davamı burada...

“Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 28.2, 28.3,29.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 98.1, 99-cu maddələrinin şərh edilməsinə dair

15.04.11   AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN   AZƏRBAYCAN RESPUBLIKASI KONSTITUSIYA MƏHKƏMƏSI PLENUMUNUN   Q Ə R A R I “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 28.2, 28.3, 29.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 98.1, 99-cu maddələrinin şərh edilməsinə dair 15 aprel 2011-ci il                                                                                                         Bakı şəhəri    Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədrlik edən), Sona Salmanova, Fikrət Babayev, Südabə Həsənova, Ceyhun Qaracayev (məruzəçi-hakim), Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi İsmayıl İsmayılovun, maraqlı subyektlərin nümayəndələri Bakı şəhəri Sabunçu rayon məhkəməsinin sədri İlqar Abbasovun, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Fuad Məmmədovun və ərizəçi Sücayət Həmid qızı Xəlilovanın nümayəndəsi  Qurban Məmmədovun, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, hüquq…

davamı burada...

Zəncirini qoparan məmurlar və zəncirlənən dəniz—işğal edilən Xəzər.

Qaradağ rayonunun ərazisində, DYP postundan başlayaraq Səngəçala tərəf, Bilgəh qəsəbəsində “qayalıq” adlanan yerlər, Bilgəhdən Nardarana qədər uzanan sahilboyu ərazilər və müxtəlif yerlərdə dəniz sahili çoxdandır ki, ayrı-ayrı məmurlar tərəfindən divarlanır və əhalinin üzünə bağlanır.  Quru torpaqlardan gözü doymayan məmurlar yavaş-yavaş dənizə də yol salıb oraları da – “su fondu torpaqları”nı qanunsuz olaraq zəbt edirlər.    Əvvəllər buralarda yoldan keçən yolçular, sükan arxasında yorulan sürücülər dənizdə çimər, dincələrdilər.  Bu daha mümkün  deyil. Çünki sahilboyu zolaq ayrı-ayrı məmurlar tərəfindən işğal olunub.  Qanunsa başqa şey deyir.    Torpaq Məcəlləsinin 32-ci maddəsinə (su fondu torpaqları) əsasən, ““Azərbaycan Respublikasının daxili sularının və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin altında olan torpaqlar su fondunun torpaqlarına daxildir. Su fondu torpaqları … su təsərrüfatı, kənd təsərrüfatı, balıqçılıq təsərrüfatı,…

davamı burada...