
Qisas qiyamətə qalmır, Aslanov! 09/02/2015 15:00
Mən bir Azərbaycan vətəndaşıyam.
Şəmkirdə doğulub boya-başa çatmışam, amma on beş ildən çoxdur paytaxtda yaşayıram. Bu günə qədər də Şəmkir haqqında heç kimin dilindən bircə kəlmə də pis söz eşitməmişəm. Aslan istisnasına qədər.
Bilirəm, məni bilən, məni sevən həmkarlarım, dostlarım təəssüflə deyəcəklər, səndəmi Lamiyədən yazdın?.
Bəli, yazıram. Lamiyədən. O Lamiyədən ki, mənim Şəmkirdə yaşadığım dövrdə bir məmur oğlunun özbaşınalığına hədəf olmuşdu. O Lamiyə ki, adı hallananda qulağıma Xocalıda zorlanan qız-gəlinin səsləri gəlir. Fərqi varmı?!
Məncə yoxdur.
Həmkarlarım inciməsin məndən, bu gün Azərbaycanda həmvətəninə laqeyd yanaşma prinsiplərini başda tutanlar hansı haqlara söykənib bir qızın bədənindən alınan intiqama göz dikirlər?!
Bu mövzu sizin də ətinizi ürpəşdirmirmi?
Mən diksinirəm. Qınamayın, Lamiyədən də, minlərlə onun kimi zalım əlində aciz qalan qız-gəlindən də. Amma hər…









