Əlaqə vasitələri

Şahvələd Çobanoğlu millətimizin vicdan səslərindən biridir.

Şahvələd Çobanoğlu millətimizin vicdan səslərindən biridir. Millətlər məhz belə övladları ilə tanınır, sayılır və mədəni millət kimi qəbul edilirlər. Təbrik edirəm Sizi Şahvələd bəy! Yaxşı ki Günəş kimi doğmusunuz millətimizin taleyinə! Var olun!   31.10.2015 PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

… bu qəbildən olan həbslər prezidentə “xidmət” , arxasınca da reketlik, quldurluq, korrupsiya ssenarisi idi …

Ruslan Bəşirli teatrı, Pərviz Həşimov kinosu və sair bu qəbildən olan həbslər prezidentə “xidmət” , arxasınca da reketlik, quldurluq, korrupsiya ssenarisi idi. Ramil Usubovun məşhur bəyanatını xatırlayırsınızmı: Heydər Əliyev tapşırdı ki Abuzər Abuzərov həbsxanadan qaçırılsın, bunu da Hacı Məmmədov və Zakir Nəsirova tapşırdım….. Bax belə! “Sənə olar, bizə olmaz?” — budur cinayətkar, terrorçu dövlətin iş prinsipi.   30.10.2015 PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Eldar Mahmudovun qanunsuz əməlləri barəsində yeni şok məlumatlar…

MTN-nin keçmiş şefi  Eldar Mahmudovla Bakı şəhər İH-nin başçısı Hacıbala Abutalıbovun, ƏMDK-nin sədri Kərəm Həsənovun və DƏDRX-in rəis müavini Rafiq Cəlilovun, Nəsimi rayon İH-nin keçmiş başçısı Nəsib Məhəməliyevin və Nəsimi rayon Polis idarəsinin 2011-ci ildə vəzifədə olan rəisinin  ilə nə əlaqəsi? Bu günlərdə Moderator.az -a Eldar Mahmudovun yeni əlaqələri və qanunsuz hərəkətləri barədə ilginc məlumatlar daxil olub. Bakı şəhər sakini Sevinc Kərimova və MTN-nin əməkdaşı Şahin Həsənov arasında 1 saylı İİ Məhkəməsində (sədrlik edən hakim Müseyib Bayramov)  gedən bir inzibati iş üzrə bizə verilən məlumatlardan dəhşətlənməmək mümkün deyil. Ölkə Prezidenti möhtərəm İlham Əliyev dəfələrlə çıxış edərək Bakı şəhərində gedən qanunsuz tikililər barədə öz göstərişlərini verib və mövqeyini bildirib. Bu inzibati  işdən aydın olur ki,  Nəsimi rayon Polis idarəsinin 150 metrliyində,…

davamı burada...

“Müsavat” partiyası, gec də olsa, düzgün qərar qəbul edib …

“Müsavat” partiyası, gec də olsa, düzgün qərar qəbul edib bu seçki adlı cinayət hadisəsində iştirakdan çəkindi. Təbriklər! MSK isə: “səni sevəcəyəm, sən sevməsən də” — deyib, “Müsavat”ın qərarını qəbul etmir. Əcəb işə düşmüşük. … ayı buraxmır ki, buraxmır, babam.   29.10.2015 PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Var ol, Mirzə Xəzər!

Mirzə Xəzəri hər bir Azərbaycanlı ailəsinin üzvü kimi doğum günü münasibəti ilə təbrik edir, bağrıma basıram. Var ol, Mirzə Xəzər! 1998-ci ilin 4 fevralında, indi quldur yuvası olduğu sübut edilən Namiq Abasov MTN-i qanunsuz olaraq mənim evimə basqın edib qapını sındırmaq istəyəndə balalarımın haray səsini canlı efirdə dünyaya yayan Mirzə Xəzər! Sovet imperiyasına qarşı xalqımın mübarizəsinin əlaqələndiricisi Mirzə Xəzər! O bizim millətimizin fəxri, qürur yerimizdir. Yaşa, qardaş, yaşa, min yaşa!   29.10.2015 PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Qurban Məmmədov maşınla adam vurmaqda təqsirləndirilir

05.06.2013 SOSİAL ŞƏBƏKƏLƏRDƏ HƏBSƏ MÜNASİBƏTSosial Şəbəkələrdə də Qurban Məmmədovun həbs xəbərinə münasibətlər gəlir. Hüquqşünaslar Assosiyasiasının prezidenti Ənnağı Hacıbəyli öz Facebook hesabında yazır: «Azərbaycan milli-azadlıq hərəkatının liderlərindən biri, vəkil Qurban Məmmədovun həbsi siyasi əxlaqsızlıq, hüquq-mühafizə və məhkəmə orqanlarının hakimiyyətin əlində oyuncağa çevrilməsidir. Qurban Məmmədova azadlıq!». S. CƏLALOĞLU: HƏBS MİLLİ ŞURADAKI FƏALİYYƏTİ İLƏ BAĞLIDIR Sərdar Cəlaloğlu Qurban Məmmədovun qardaşı Sərdar Cəlaloğlununfikrincə isə qardaşı Milli Şuranın yaradılmasındakı fəallığına görə həbs olunub: «Bu hadisə az qala bir il öncə baş verib. Ziyan çəkmiş tərəf də öz şikayətini bir neçə ay öncə geri götürmüşdü. Yenidən onun şikayət etməsi, dərhal da həbs olunmasının əsl səbəbi Milli Şuranın yaradılmasında, fəaliyyətində Qurban Məmmədovun fəallığıdır. Bu xüsusilə iqtidar daxilində Rusiyanın dəstəyi ilə ölkədə hakimiyyət dəyişikliyi etmək istəyən qüvvələrin siyasi…

davamı burada...

QURBAN MƏMMƏDOVA DƏSTƏK (VƏTƏNİM saytından)

Cəmiyyət Qurban Məmmədovun müdafiəsinə qalxdı «Rejim cəmiyyətdə qorxunu bərpa etmək üçün ən cəsarətlilərin üzərinə gedir» AXCP sədri Əli Kərimli hüquqşünas Qurban Məmmədovun həbsinə özünün Facebook səhifəsində münasibət bildirib. AXCP sədri yazır: “Qurban Məmmədov yalnız prinsipial və peşəkar vəkil deyil, həm də rejimin ən cəsarətli tənqidçilərindən və demokratik dəyişikliklər uğrunda xalq hərəkatının təşəbbüskarlarından biridir. Qurban bəy hər fürsətdə reîjimi ifşa edirdi, xalqı mübarizəyə səsləyirdi. Rejim onu siyasi mövqeyinə və fəaliyyətinə görə həbs etdirib. Qurban Məmmədov siyasi məhbusdur. Xalqın fəallaşmasının və müxalifətin birləşməsinin hakimiyyəti narahat etdiyi son zamanlar daha aydın hiss olunur. Rejim cəmiyyətdə qorxunu bərpa etmək üçün ən cəsarətlilərin üzərinə gedir. Amma onu nəzərə almır ki, cəsarətli ictimai-siyasi xadimlər də həbs, döyülmək, hədə, böhtan, şantaj qarşısında geri çəkilməməklə cəmiyyət üçün qorxmazlıq…

davamı burada...

Düşdü–  Heyder Oguz, 25 October 2015

  Halal tikə tanımayan ayının Qismətinə pətək-pətək bal düşdü. Ömrü boyu ev qoruyan köpəyə Həftədə bir kirli qabda yal düşdü. Kim atdısa ucalığın daşını, Qarsız yola verdi ömrün qışını Dağ zirvəsi dik tutduqca başını Yayda belə saçlarına çal düşdü Kimin üzü bəd əməldən qaradı, Tale ancaq ona güldü, yaradı. Bu dünyada kim ədalət aradı, Ürəyinə dünya boyda xal düşdü. Axsaq yabı qaldığından hey dala, Minilmədi, sahib oldu xalxala. Yaxşı qaçan at çapıldı dörd nala, Qaça-qaça dırnağından nal düşdü. Ürəyimə yük olduqca hər qəmim, Tez qocaltdı, Oğuz, məni ələmim. Demə, niyə kortalıbdır qələmim, Hər yiyəyə özü kimi mal düşdü. PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Yediyiniz qədər qusacaqsınız. —Bəxtiyar Vahabzadə, Avqust, 1996.

  Ey cibi dolular, ürəyi boşlar, Ey sərvət dəlisi, köhnə naxoşlar, Ey qeyrət damarı kəsik gədalar, Peysəri qatbaqat iddialılar, Görən, olacaqmı sümürdüyünüz Bu millət qanından doyan gününüz? İp həmən o ipdir, halqa o halqa Köhnə yolunuzla getdiniz yenə. Qismətə şükr edən bu yazıq xalqa Ümid yedirtdiniz çörək yerinə. Sizin bir haqqınız, xalqın min haqqı, Yoncanı gözlədik, bitmədi yazda. Sizin yediyiniz millətin haqqı, İlişib qalmadı boğazınızda. Yeyin tısqırınca, yeyin ölüncə, Bu millət əriyib çöpə dönüncə. Ümid yeyə – yeyə hələ gözləyir, Bu millət götürür hər cür zilləti. Hələ ki, dinməzcə o, ümid yeyir, Siz də bala – bala yeyin milləti. Millətin qanıdır sərvətin, varın, Siz öz kefinizdə, məmləkət darda. Gecələr çadırda ac yatanların Payını uduzun kazinolarda. Millətin başına çatı salanlar

davamı burada...

Naxçıvanda son vaxtlar baş verənlər Azərbaycanın unitar dövlət quruluşuna ziddir.

Son vaxtlar Naxçıvanda dövlətçilik baxımından çox ziyanlı olan hadisələr baş verir. Azərbaycanın bəzi qanunları Naxçıvanda qüvvədən salınıb. Son bir ay içərisində üç belə hala rast gəlmişəm.            «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanununun  1-ci maddəsinə və  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli Qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.6-cı bəndinə əsasən, Azərbaycan Respublikasının suverenliyi, müstəqilliyi və ərazi toxunulmazlığı uğrunda, döyüş tapşırığı və ya döyüş təminatı tapşırığını yerinə yetirərkən (AR Konstitusiya Məhkəməsinin 30 dekabr 2008-ci il tarixli Qərarına və “hərbi qulluqçuların statusu haqqında” qanunun 4.2-ci maddəsinə əsasən, hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən ……

davamı burada...

Professor Əbülhəsən Abbasov: “Gəncliyə meydan vermək lazımdır”

Azərbaycanda mövcud ictimai-siyasi durum getdikcə dərinləşən problemlərlə müşahidə olunur. Parlament seçkiləri öncəsi narazı elektoratın siyasi passivliyi, hakimiyyət daxilində dərinləşən qarşıdurmalar, cəmiyyətdə yeniləşmə və siyasi varislik prinsipinin işləməməsi, iqtidar-müxalifət münsibətlərində düşmənçilik həddinə çatmış qütbləşmə və ölkədə dini təmayüllərin artmaqda olan təhlükəyə çevrilməsi. Bütün bu problemlərlə bağlı suallarımızı fəlsəfə elmləri doktoru, professor Əbülhəsən Abbasov cavablandırır. -Azərbaycan parlament seçkiləri ərəfəsindədir.  Mövcud proseslərin, siyasi passivliyin və ümidsizliyin fonunda qarşıdan gələn seçkilərdən nəsə gözləmək olar? -Mənim fikrimcə, belə məsələlərdə bütün ixtiyar toplumun öhdəsinə  buraxılsa,  dövlət üçün faydalı olmayan adamlar parlamentə düşə bilər. Ona görə də hesab edirəm ki, seçkilərdə bir nəzarət mexanizmi olmalıdır. Böyük alman filosofu, hüquqşünası, siyasət nəzəriyyəçisi Karl Şmitt parlamentarizmi tənqid edənlərdən biri olub. Bu tənqidin özündə də bir məna var. Tam hazırlıqsız…

davamı burada...

… Elza Seyidcahan indiki deputatların 97 faizindən səviyyəli, əxlaqlı, tərbiyəli və …

İstənilən adamla mərc gələrəm: Elza Seyidcahan indiki deputatların 97 faizindən səviyyəli, əxlaqlı, tərbiyəli və savadlıdır. Ən əsası: millət üçün onlarla müqayisədə az ziyanlıdır.   27.10.2015 PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

… “mtn” və ona bənzərlər milləti elə günə salıblar ki, …

Bu sınanılmlş bir üsuldur: özünü prezidentə şirin salmaq. Prezidenti daim vahimə və qorxuda saxlamaq. “Bax haaa, biz olmasaq müxalifət səni yıxar. Əli Kərimlinin qaynı səni terror edər, Pərviz Həşimli zəhərləyər, Tofiq Yaqublu top atar, İlqar Məmmədov kəllə vurar..” “Biz səni qoruduğumuz üçün, əvəzində sən də bizim əməllərimizə göz yum”. Bu öllkədə dövlət adına çalışan bir dənə də olsun qurum, idarə, təşkilat yoxdur. Xalq özü də artıq dövlətinin qayğısını çəkmir, çünki “mtn” və ona bənzərlər milləti elə günə salıblar ki, yalnız gündəlik qarınlarını düşünə bilirlər, acından ölməmək haqqında düşünürlər, bu dövləti ermənilərmi, farslarmı, ruslarmı idarə edir, ona dəxli qalmayıb artıq. Budur əsl faciəmiz.   26.10.2015 PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

MTN vasitəsilə həbs edilən şəxslərin hamısının işinə yenidən baxılmalı və …

MTN vasitəsilə həbs edilən şəxslərin hamısının işinə yenidən baxılmalı və dərhal azadlığa buraxılmalıdırlar. Ən əsası isə, bu işlərə baxan hakimlər və ittihamı müdafiə edən prokurorlar vəzifələrindən kənarlaşdırılmalı, cəzalandırılmalıdırlar. Yalnız bu halda indi baş verənlərin dövlətçilik naminə edildiyi qəbul edilə bilər. Məhz siyasi rəqibləri, müxalifət nümayəndələrini və satılmayan jurnalistləri şərləyib həbs etdirməklə “MTN-şiklər” prezidentin etimadlnı qazanıb bu cinayətləri etmək üçün özlərinə cəzasızlıq mühiti yaradıblar.   26.10.2015 PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Milli Şuranın tanınmış üzvündən prezidentin çağırışına maraqlı cavab…

Bu şansı əldən qaçırsaq ALLAH(c.c)və TARİX bizə bu imkanı bir də bəlkə vermədi Ölkə prezidentin ötən həftəsonu keçirdiyi müşavirədə səsləndirdiyi fikirlər, ardından MTN – də baş verənlərə köklənib. Maraqlıdır ki, İlham Əliyevin bu gedişi sadə vətəndaşlar, hakimiyyətə yaxın və ya loyal olan siyasi qruplar və ya təşkilatlar arasında deyil, ən qatı müxalif mövqedə dayanan Milli Şurada da müsbət qarşılanıb. Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, tanınmış hüquqşünas Hacı Qurban Məmmədov baş verənləri şərh edərkən əslində olduqca maraqlı məqamlara toxunaraq gerçək iqtidar – müxalifət dialoqunun yol xəritəsini cızıb: Prezident: — indiki qərarlılığını davam etdirəcəksə, — Dövlət büdcəsini, milli sərvətlərimizi talan edənləri cəzalandırıb oğurladıqlarını geri qaytarmaq istiqamətində tədbirlər görəcəksə, —iqtisadiyyatdakı inhisarçılığı götürüb, real olaraq korrupsiyaya qarşı mübarizə aparacaqsa, — Gənc kadrları ətrafına yığıb,…

davamı burada...

Deməli hələ çox eldar mahmudovlar, ziya məmmədovlar yetişəcək..

REAL hərakatının lideri İlqar Məmmədova qarşı 2 saylı cəzaçəkmə müəssisəsində törədilən vəhşilik, xüsusilə də, bunu törədənlərin hələ də cəzasız qalmaları rejimin geridönməz proseslər mərhələsinə qədəm qoyduğunun göstəricisidir. Bu mərhələ isə ilk növbədə rejim sahiblərinin faciəsi ilə nəticələnə bilər! Deməli hələ çox eldar mahmudovlar, ziya məmmədovlar yetişəcək. Çox təəssüf.   21.10.2015 PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...