Əlaqə vasitələri

“Geopolitika: dünya əski-yeni savaş içində” 10 Noyabr 2015 Xaliq Bahadır “AZADLIQ”

Suriyada getdikcə qızışışıb genişlənməkdə olan bir savaş gedir. Bu, üçüncü dünya savaşına dönə biləcək savaşdır. 1914-cü ildə, 1940-cı illərdə olduğu kimi, yenə savaşın başlıca subyektlərindən biri Rusiyadır. Rusiya prezidenti Putin Rusiyanı dünyaya barışsevər, eləcə də dünyanın hər yanında dinclik üçün çalışan dövlət olaraq tanıtmağa çalışır. Rusiya telekanallarından göründüyü kimi, eləcə də putinsevərlər buna çalışır, bu yöndə dəridən-qabıqdan çıxırlar. Bu yöndə ən çox çalışmalarda bulunanlardan biri də “Düzgün Rusiya” (“Spravedlivaya Rossiya”) partiyasının başqanı Sergey Mironovdur. Putin başda olmaqla bu adamlar Rusiyanın Suriyada öz güdüklərinə uyğun savaş apardığını, bu güdüklərə uyğun Bəşər Əsədə yardımda bulunduqlarını bildirirlər. Putinin dediyinə görə, Rusiya Suriyadakı legitim hakimiyəti qorumaq, terrorizmiin qarşısını almaq amacı ilə Yaxın Doğu savaşına qatılıb. Putinə inanmaq olarmı? Bu soruya bəri başdan kəskin YOXla…

davamı burada...

Milli Şura KM-nin üzvü, AXCP sədri hörmətli Əli Kərimlinin proqram tipli bu yazısını mütləq, ancaq mütləq oxuyun və yayın, həm də lap çox yayın.

  Dostlar, son günlərdə ölkəmizin inanclı kəsimi ətrafında baş verənlər istər-istəməz gündəmin əsas məsələsinə çevrilib. Etiraf etməliyik ki, hökumət bu təxribatları ilə hətta parlament seçkilərindəki saxtakarlığı da xeyli dərəcədə arxa plana keçirə bilib. Amma məncə, bu dəfə söhbət sadəcə gündəm dəyişməkdən getmir. Ölkəmizin zahirən sakit görünən siyasi həyatında ciddi proseslər baş verir. Yeni situasiya yaranır və bu yeni situasiya cəmiyyətin qarşısına çoxlu suallar qoyur. Milli demokratik düşərgənin inanclı kəsimlə münasibətləri necə qurulmalıdır? İnanclı vətəndaşlarımızın siyasi müstəviyə çıxıb, hökumətin qanunsuzluqlarına daha ardıcıl şəkildə etiraz etməsi nə ilə nəticələnə bilər? Doğrudanmı ölkədə dünyəvi dövlət quruluşuna ciddi təhdid yaranıb? Bizlər, inanclı kəsim nə edə bilərik, nə etməliyik ki, rejimin təxribatları nəticə verməsin, əksinə demokratik dəyişikliklər uğrunda hərəkat daha da güclənsin? Suallar, münasibət bildirilməli…

davamı burada...

Hörmətli din xadimimiz Hacı Tale Bağırzadə ilə dünən saat 17-18-də Nardaranda görüşdüm.

Hörmətli din xadimimiz Hacı Tale Bağırzadə ilə dünən saat 17-18-də Nardaranda görüşdüm. Şükr sağlam və ruhiyyəsi də yerində. Həbsi ilə bağlı yayılan xəbərlərin bəzi məkrli qüvvələr tərəfindən şəxsi niyyətləri üçün istifadə edildiyini bildirdi. Tezliklə tərəfdarlarına müraciət edəcəyini və təxribatlara uymamaq barədə çağırış edəcəyini bildirdi. Ona və tərəfdarlarına qarşı yol verilən qanunsuzluqları, haqlarında “XƏZƏR TV”də aparılan çirkin böhtan təbliğatını qətiyyətlə pisləyirəm. PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

“Canım Bayrağımızı qaldırdığıma görə 1 il 3 ay həbsdə saxlandım” – FOTOLAR

“Rüşvət yığmaları cəhənnəm, bu həyatım BAYRAĞI qaldıranların ya özləri, ya da övladları şərlənərək həbs edilir…” Milli Azadlıq Hərəkatının ən parlaq simalarından olan tanınmış hüquqşünas Qurban Məmmədov bu gün “Doğum Günü”nü qeyd etdiyimiz Canımızın bir parçasını – Üçrəngli Bayrağımızı vaxtilə qaldırdğına görə həbsə atılmasını Moderator.azvasitəsilə tarixi unudanlara və unutdurmağa çalışanlara bir daha xatırladır: “25 noyabr 1989 – cu ildə, o vaxt “AXC bayrağı” kimi tanınan, Azərbaycan Demokratik Respublikasının BAYRAĞI olan indiki canım BAYRAĞIMIZI Sabirabad rayon İcraiyyə Komitəsinin üzərindəki sovet bayrağının yanına vurdurdum. BAYRAĞI həm də Sabiradad rayonu, Lenin küçəsi – 94 ünvanında yerləşən, rəhmətlik Seyidov Mirnağı tərəfindən mənə əvəzsiz olaraq istifadəyə verilən həyət evinin damına da vurmuşdum. Qədirbilən əziz sabirabadlılar o günləri yaxşı xatırlayırlar. 12 iyul 1990 – cı ildə…

davamı burada...

Oyanın, siz ərəbsinizmi? (Yadigar Türkel, fəlsəfə üzrə elmlər doktoru)

09 Noyabr 2015 ana dili(Politik ağı-2) Dilin bireyin özünütanımasında, özünüdoğrulamasında, ulusun düşüncəsinin, ideolojisinin oluşmasında böyük yeri vardır. Ulusun dilinə baxışı, yanaşması, sevgisi onun düşüncəsinin irəliliyindəndir. Dil insanların ulussevərlik, yurdsevərlik duyğularını gücləndirib onları igidliklərə yönəldir. Ulusal birliyə gedən yol ədəbi dildən keçir. Ulusal ideoloq Məhəmməd Əmin Rəsulzadə yazırdı: “Bir millətin həyatında maddətən, mənən bu qədər bir əhəmiyətə malik [dəyəri] olan dili biz, Azərbaycan Türkləri vaxtilə unutmaq üzrə idik. Tamamilə farslaşmış bir zamanlar vardı. Türk ədəbiyatı bilməzdik…” Məhəmməd Əmin bəy dildə türkçülük edən oçağkı yaşıllara uğur diləyib deyir: “Türkcənin indiki halı [durumu, günü] da məəttəssüf [acı da olsa] böylədir. Yazı dilinin danışıq dilindən fərqi [ayrılığı, uzaqlığı] sairə [başqa] mədəni dillərdə olan fərqdən çoxdur. Dilimizi, həqiqətən [doğrudan da] də, millətimizin ruhu, onun vasiteyi-bəqası…

davamı burada...

Son vaxtlar bəzi qüvvələr dindar qardaşlarımızı provakasiyaya çəkməyə cəhd edirlər.

Son vaxtlar bəzi qüvvələr dindar qardaşlarımızı provakasiyaya çəkməyə cəhd edirlər. Bu məqsədlə də onların dini hisslərini qızışdırır, polis qüvvələri ilə qarşıdurmaya həvəsləndirirlər. Xüsusilə də, son vaxtlar Hacı Tale Bağırzadə ilə bağlı rejim nökərlərinin qanunsuz hərəkətlərindən sui-istifadə etməyə çalışırlar. Əslində məqsəd son 20 ildə davam etməkdə olan siyasətin indi də dini qruplara tətbiq edilməsidir. Yəni lazımi təşkilatlanma mərhələsinə çatmadan, demokrtatik qüvələri güc, qarşıdurma müstəvisinə çəkib hazırlıqsız yaxalamaq, sıradan çıxarmaq, Ümid edirəm ki, hörmətli Hacı Tale Bağırzadə və dostları baş verənləri düzgün qiymətləndirəcək, bulanıq suda balıq tutmaq sövdasında olanların niyyətlərini puç edəcəklər. Hamını fiziki qarşıdurmalardan, qeyri-siyasi, qeyri-dinc mübarizə üsullarından çəkinməyə çağırıram.   08.11.2015 PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

“Təminatımız varmı ki, nazirlər hansısa kəşfiyyat orqanı tərəfindən ələ alınmayıb”

  Moderator.az tanınmış vəkil Qurban Məmmədovun “MTN işi” ilə fikirlərini təqdim edir: “MTN işi” ilə bağlı yeni-yeni faktlar açıqlandıqca, təhlükənin miqyası da görünməkdədir. Hamınızın diqqətini dövlətçilik baxımından vacib hesab etdiyim bir məsələyə yönəltmək, bu barədə sizlərin də mövqeyini bilmək istəyirəm. Artıq faktlarla sübut edilib ki, MTN “əməkdaşları”-cinayətkar dəstələr ayrı-ayrı iş adamlarından və yüksək vəzifəli şəxslərdən xərac toplayırmışlar. İş adamları ilə hər şey aydındır. Əvvəla, onlar zorən cinayətkar olmağa məcbur ediliblər: idxal etdikləri malları gömrükdə tam qeydə almamaqla, əməliyyatları monopolistlərin üzərindən aparmaqla, qaiməsiz alış-verişə məcbur edilməklə, qanundankənar “vergi” yığımları ilə və s. İkincisi isə, onların daha səlahiyyətli orqanlara “əlçatmaqlıq imkanları” yoxdur və şikayətlərinə baxan da olmayacağını bildiklərindən başlarına gətirilənləri açıb-ağartmayıblar. Məqam gözləyiblər. İndiki kimi. Bəs yüksək dövlət vəzifələri tutan, nazir, komitə…

davamı burada...

Prezidentin çıxışındakı bir fikir məni çox sevindirdi:

Prezidentin çıxışındakı bir fikir məni çox sevindirdi: “Məhkəmələrdən korrupsiya yığışmalıdır.” Kaş çin olaydı. Tək bir məhkəmə sisteminin, çox yox, 50-cə faiz düzəlməsi ardınca qalan sahələrin 80-90 faiz düzəlməsi ilə nəticələnəcəkdir. Nə gözəl şeydir müstəqil məhkəmə sistemi olan dövlətdə yaşamaq !!! Bizə qismət olacaqmı?   07.11.2015 PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

“Vasif Talıbov hərbi hissələrə və əsgərlərə valideynlərdən daha çox baş çəkir”

“Mən cənab Zakir Həsənovun öz atalıq borcunu yerinə yetirəcəyinə inanıram…”   Moderator.az -ın əməkdaşının tanınmış hüquqşünas Qurban Məmmədovun Azərbaycan Respublikasının Müdafiə naziri cənab general-polkovnik Zakir Həsənova ünvanladığı açıq məktubla bağlı maraqlı söhbəti olub. Həmin söhbəti odluğu kimi, nöqtə – vergülünə toxunmadan hörmətli oxucularımızın diqqətinə təqdim edirik.       – Qurban bəy, müdafiə naziri Zakir Həsənova yazdığınız açıq məktub gözlənildiyindən artıq reaksiyalar doğurub. Telefonlarımıız susmaq bilmir. Görünür yaralı problemə toxunmusunuz. – Ola bilər. Deyəsən məmləkətdə yaralı olmayan yerimiz yoxdur (gülümsəyir). – Oxucularımız şəhidlik statusunun verilməsi ilə bağlı daha çox öyrənmək istəyirlər. Bu barədə bir hüquqşünas kimi nə deyə bilərsiniz? – Bununla bağlı ilk dəfə 3 sentyabr 1993-cü il tarixli 697 saylı “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”…

davamı burada...

Qurban Məmmədovdan Zakir Həsənova açıq məktub…

Tanınmış hüquqşunas, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Qurban Məmmədov Moderator.az vasitəsilə müdafiə naziri Zakir Həsənova açıq məktub ünvanlayıb.         Məktubda deyilir: “AR Müdafiə naziri general-polkovnik Z.Həsənov cənablarına Açıq məktub Hörmətli nazir! İçində olduğumuz çox gərgin və məsuliyyətli geosiyasi və ölkədaxili vəziyyət, eləcə də hərbi vətənpərvərlik baxımından olduqca böyük önəm kəsb edən bir problemə sizin və xalqımızın diqqətini cəlb etmək məqsədi ilə bu açıq məktubla sizə müraciət etmək qərarına gəldim. Öncə qeyd edim ki, siz Müdafiə naziri təyin edildikdən sonra ordumuzda baş verən müsbət dəyişiklikləri görməmək mümkün deyil. Buna görə bir vətandaş və valideyn kimi sizə öz minnətdarlığımı bildirirəm. Cənab nazir! Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Cəhri kənd sakini Hənifəyev Seyran Eynalı oğlu 2014-cü ilin 8 avqustunda Ordubad…

davamı burada...

Mən nə Bəşər Əsədi, nə Səddamı, nə Qəddafini, nə H.Mübarəki, nə Sisini, nə də onlar kimi hərəkət edən başqalarını …

Mən nə Bəşər Əsədi, nə Səddamı, nə Qəddafini, nə H.Mübarəki, nə Sisini, nə də onlar kimi hərəkət edən başqalarını müsəlman hesab edirəm. Qurani Kərimdə buyurulur: “İşlərinizi şurayla(məşvərətlə) həll edin”, “özünüzdən olan( seçdiyiniz) əmirlərə(rəhbərlərə) tabe olun”. Demir seçkini saxtalaşdırın, hakimiyyəti zəbt edin və dədə malı kimi bir-birinizə ötürün. Belə “müsəlmanlar”ı da hakimiyyətə gətirən də, orada saxlayan da o xristian Avropa, Rusiya və Amerikadır. Qəddafinin İtaliyada, ABŞ-da necə qarşılandığı, Misirdə hərbi dövlət çevrilişi edən Sisini ABŞ-ın necə müdafiə etdiyi yadınızdadırmı? Bilə-bilə oğurluq mal almaq cinayətdir. Bəs qanunsuz olaraq, seçki saxtakarlığı ilə, zorla, çevrilişlə prezident , kral olanları yüksək səviyyədə qəbul etmək və onlarla əməkdaşlıq etmək, onların əlilə müsəlmanların sərvətlərini talamaq necə, cinayət deyilmi?   05.11.2015 PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Qəzəb və nifrətimi ifadə etməyə söz tapmıram.

Qəzəb və nifrətimi ifadə etməyə söz tapmıram. Görünür kimlərəsə stabilliyi pozmaq çox lazımdır. Kimlərə və nə məqsədlə? Bu barədə prezidentin düşünməyinə ehtiyac var. Bu ölkədə təhlükənin müxalifətdən, dindarlardan gəlmədiyi son “mtn əməliyyatı”nda artıq sübut edilib.   04.11.2015 PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Hər gün səhər-səhər oxuduğum saytlardandır Moderator. az

“Moderator.az” saytının fəaliyyətə başlamasının 3 ili bu gün tamam olur. Bu qısa müddətdə Respublikanın məşhur saytına çevrilmək kollektivin əməksevərliyindən başqa, həm də jurnalist peşəsinə sədaqətin və insanların şərəf və ləyaqətinə hörmət etmənin nəticəsidir. Hər gün səhər-səhər oxuduğum saytlardandır Moderator. az. Təbrik edir, daha böyük uğurlar arzulayıram.   02.11.2015 PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Nə baş verdi: bəzi adamlar “seçki”də iştirak etdi və uduzdu.

Nə baş verdi: bəzi adamlar “seçki”də iştirak etdi və uduzdu. Bəs Milli Şura deyirdi qanuni seçki keçirilmir? Bu adamlar məgər uşaqdırlar ki, nəticəsi əvvəlcədən bəlli olan seçkidə iştirak etsinlər? Deməli, Milli Şura haqlı deyilmiş! ATƏT, Avropa Şurası haqlı deyilmiş! Bax nəticə budur! İndi gileylənməyə başlayıblar. Hətta bu özü də rejimə xidmətdir. Barı susun, kiriyin, çəkilin bir kənara, oturun güzgü qarşısında və oradakı ilə danışın, bir-birinizə hesabat verin. Görün vicdanında və ağlında qüsur olan hansınızdır: güzgüdən boylanan, yoxsa qarşıdakı? Sonra da dönüb uşaqlarınızı, nəvələrinizi, qız-gəlinlərinizi, ata-babalarınızı süzün, dövlət-millət bir yana, onların gələcəyini təsəvvür etməyə çalışın. Rahatsınızmı?!   02.11.2015 PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Qaçqınlar bizdən deyilmi?

Qorxmaz Əlili doğrudanmı belə ifadələr işlədib? İnanmağım gəlmir. Qaçqınlar bizdən deyilmi? Qarabağı biz azərbaycanlılar qorusaydıq, namusumuza, şərəfimizə, dövlətimizə, hakimiyyətimizə sahib çıxsaydıq hansı qaçqın o yerlərin cənnət guşələrini atıb asfalt üstə yaşamağı seçərdi?! Günahkar bizik: millət olaraq hamımız, türkü, talışı, kürdü, ləzgisi, avarı ilə birgə. Səhv o vaxt buraxıldı ki, qaçqınlar çadırlara yerləşdirildi. Onları mənim, Qorxmaz Əlilinin və Bakıda buğlana-buğlana yaşayanların evlərinə yerləşdirmək lazım idi ki, problemin milli olduğunu hər birimiz dərk edək. Təəssüf, səhv buraxa-buraxa başsız başçıların əlində əsir qalıb bu millət.   01.11.2015 PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Qonaq olduğum evdə ana və oğlu arasında belə bir söhbət oldu indicə:

Qonaq olduğum evdə ana və oğlu arasında belə bir söhbət oldu indicə: -Ana, məni səhər tezdən oyadarsan, səsverməyə gedəcəyəm. — Oralarda sənin nə işin var ay bala, başını cəncələ salarsan. — biz səsverməyə getməsək, namussuzun birini deputat eləyəcəklər axı. — Ay bala, əvvəla kimin namuslu ya namussuz olduğunu sən hardan bilə bilərsən, onları tanıyırsan məgər? İkincisi, hər hökümət özü kimi adamları deputat eliyir, hökumətin namusu varsa sənsuz də yaxşını seçəcək, yoxdusa, sən seçdiyini onsuz da qəbul eləmiyəcək. Sən əvvəl gərək namuslu hökumət seçəsən, bala. Bu da kəndli savadsız qadının fəlsəfəsi.   31.10.2015 PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Mən elə bilirdim ləyaqətsiz, namussuz və rüşvətxor adamlar Avropada olmur.

İndicə ANS-də bir xarici “adam” danışdı. Dedi ki, seçkilərə hazırlıq..proses əvvəlki kimi əladır. Mən elə bilirdim ləyaqətsiz, namussuz və rüşvətxor adamlar Avropada olmur. Sən demə oralar da belələri ilə doluymuş. Bu şərəfsiz adam can üstə olan insana yardım etmək əvəzinə, onu çox sağlam olduğuna inandırmağa çalışmağın əxlaqsız hərəkət olduğunu da anlamır demək.   31.10.2015 PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...