Əlaqə vasitələri

Cahangiri öldürənləri cəzasız buraxmaq olmaz.

Cahangiri öldürənləri cəzasız buraxmaq olmaz. Onun haqqında ibtidai istintaqı aparan müstəntiq, istintaq idarəsinin rəisi, işə nəzarət edən prokurorlar, hökm çıxaran hakimlər hamısı müəyyənləşdirilib ədalət mühakiməsinə verilməyəcəklərsə, belə cinayətlərin bundan sonra da davam edəcəyinə şübhəniz olmasın.   14.12.2015 PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Maliyyə Nazirliyi hara baxırdı və indiyədək niyə adekvat addım atmırdı?

Əksər kreditlər Müşahidə Şurasının tapşırığı ilə verilib. Müşahidə Şurasında təmsil olunan məhz Maliyyə Nazirliyidir. Kredit veriləndə Maliyyə Nazirliyi hara baxırdı və indiyədək niyə adekvat addım atmırdı? Cahangir Hacıyev, sadəcə, icra orqanına baxıb, ali orqan Müşahidə Şurası olub. Bu qurumda isə əsas söz sahibi Maliyyə Nazirliyidir.   13.12.2015 PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Onları şantaj etməyə nə var ki?

“Çovdarov özü də zəng etmişdi. Mənə hədə-qorxu gəlirdi. Deyirdi ki, səni həbsə saldıraram, mən hakimə deyəndə səkkiz il “iş” ver, onlar qorxudan doqquz il verərlər”. Məhkəmələrimiz həqiqətən bu gündədir. Ona görə ki, 90 faiz hakimin rüşvət alması, əxlaqsız həyat keçirməsi, məişət pozğunu olması barədə A. Çovdarovun əlində video çəkilişlər, müxtəlif sübutlar var. Onları şantaj etməyə nə var ki?   12.12.2015 PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

ANS-də islam dini ilə bağlı müzakirələri islam dinindən uzaq bir xanım aparır.

ANS-də islam dini ilə bağlı müzakirələri islam dinindən uzaq bir xanım aparır. Batasan, dünya! Ən pisi də odur ki, müzakirələrdə ciddi saydığım bəzi adamlar da iştirak edir. Bu veriliş islamı ələ salmaq, lağa qoymaq, təhqir etməkdir.   12.11.2015 PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

“Kupça idarəsi”nin müdiri Kərəm Həsənov, onun müavini Rafiq Cəlilov və başqaları MTN-ə verdikləri aylıq milyonları haradan qazanırmışlar?

“Kupça idarəsi”nin müdiri Kərəm Həsənov, onun müavini Rafiq Cəlilov və başqaları MTN-ə verdikləri aylıq milyonları haradan qazanırmışlar? MTN-də Eldar Mahmudovun, əvvəllər də Namiq Abasovun rəhbərliyi altında işləyib, sonra da başqa yüksək vəzifələrə keçən adamların milyonlarla hesablanan sərvəti, obyektləri hardandır? Bunu soruşan olmayacaqsa, Akif Çovdarovun həbs edilməsi, qanun qarşısında hamının bərabərliyi prinsipinin pozulması Eldar Mahmudova qarşı haqsızlıq deyilmi ?!   11.12.2015 PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

“Mənim övladım Eldar Mahmudovun qurbanıdır”  Oqtay GÜLALIYEV, hüquq müdafiəçisi

Keçmiş MTN rəhbərliyinin uydurduğu nağıllar… Və ya bir- birini tanımayan 14 gəncin 40 qəpiklə dövlət çevrilişi hekayəsi … Atalarımızın gözəl bir sözü var; “quyunu gen qaz, dərin qaz axırda özün düşəcəksən”. Son zamanlar keçmiş Milli Təhlükəsizlik Nazirliyində (MTN) və onun ətrafında baş verənlər təkcə dövlətin kriminallaşmasının, cinayətkar ünsürlərin əlində oyuncaq alətinə çevrilməsini göstərmir. Baş verənlər, günahsız insanlara qarşı dövlətin əliylə, adı ilə, gücü ilə terror həyata keçirib onların həyatını məhv edənlərin, qanunlara, insanlığa meydan oxuyanların həm də acı və ibrətamiz sonluğudur. Bu çoxlarına görk olası ilahi bir təcəllədir. Amma eyni zamanda təəssüflə qeyd etmək lazımdır ki, MTN- lə bağlı baş verənlər təkcə adı çəkilən qurumda məsul vəzifə tutub bu qanunsuzluqları, ağır cinayətləri törədənləri bitirmədi. Həm də dövlətin nüfuzunu zədələyib qos-…

davamı burada...

Mən ALLAH(c.c)ımdan daha çox qorxuram.

  —Qurban bəy, “AZADLIQ”ın 12 dekabr tarixli sayında  getmiş “Azərbaycan dövləti mafiyanın əlindədir” adlı yazınız cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Bu barədə sizinlə razı olmayanlar da vardır.. Yəni sizinlə razılaşmayanlar, vəziyyəti şişirtməyinizlə bağlı deyinənlər də var. Sizcə bu qədər ciddi bir məsələdə fikir ayrılığı varsa, öz mövqeyinizə bir daha baxmaq istəməzdinizmi? — Müzakirələr və etirazlar varsa, deməli,  mənim dediklərimdə hansısa həqiqət var ki, bir tərəf razılaşır, digər tərəf inkar etməyə çalışır. Bu ki yaxşıdır. Xalqımızın laqeydliyindən, öz taleyinə seyrçi qalmağından  gileylənənlər üçün bir əks arqumentdir bu, faktdır. Demək ki, xalqımız düşünür və narahatdır.Buna sevinmək lazımdır. –Sizinlə razı olmayanların mövcudluğuna sevinmək? Onların da sayı az deyil, buna necə sevinə bilirsiniz? Anlaya bilmədim. — Hamının mənimlə, ya bir başqası ilə  razı olacağı…

davamı burada...

       Ədalətin bərpa edilməməsi cinayətlərin təkrarlanacağının təminatıdır.

   “Prezident  vəziyyəti kökündən düzəltmək üçün mütləq, ancaq mütləq məhkəmə sisteminə əl gəzdirməlidir”. “AZADLIQ”ın  25 oktyabr 2015-ci il tarixli sayında   “MTN generallarının daha bir cinayəti” adlı yazı dərc edilmişdi. Əslən Naxçıvanın Sədərək kəndindən olan Cahangir Məmmədovun bu il iyulun 13-də,  53 yaşında intihar etməsindən bəhs edir. Rəhmətlik Cahangirlə tanışlığım və yaxın münasibətlərim olub. Gec-gec də olsa, arabir görüşərdik. Həmin vaxt Bakıda olmadığım üçün nə ölümündən vaxtında xəbərim oldu, nə də yasında iştirak etdim. O çox sadə, ləyaqətli  insan idi. İntihar etməmişdən qabaq tez-tez borclarından gileylənir, borclarını qaytarmaq üçün özünü oda-közə vururdu. Rahatlığı yox idi. Hərdən də MTN-də ona qarşı edilən vəhşiliklərdən danışanda özünü saxlaya bilmirdi. Əsəbiləşir, ağlamaq dərəcəsinə çatırdı.  Mən istər özümə qarşı, istərsə də vaxtilə vəkil kimi müdafiə etdiyim…

davamı burada...

Həbsimin səbəbi siyasi mövqeyimdir

12 Yanvar 2014 06:45, “AZADLIQ” «Mən hansısa cinayət törətdiyimə və ya hansısa avtoqəzada təqsirim olduğuna görə həbs edilməmişəm» Qurban Məmmədov Əziz Həmvətənlər! Hörmətli bacı və qardaşlarım! Məhkəməm getdiyi, həbs olunduğum və ya mənə hökm oxunduğu günlərdə bəzi qəzetlərdə gedən məlumatlardan görürəm ki, 1998-ci ildə olduğu kimi, indi də mənim həbsim barədə dəqiq məlumat verilmir. Bu məlumatların bəzisi qəsdlə səhv verilsə də, bir çoxu məlumatsızlıqdan, dəqiq informasiyanın olmamasından qaynaqlanır. Əziz dostlar! Hörmətli oxucu! Burada yazdıqlarımı başa düşmək üçün hüquqşünas, kriminalist olmağa ehtiyac yoxdur. Sağlam, vicdanlı və namuslu olmaq yetər. Diqqət edin: hadisə mexanizmi dəqiq olmasa, ölçülər dəqiq və ya tam olmasa, rəy obyektiv və qanuni ola bilərmi? Hadisədə 2-ci maşının iştirakını sübut edən dəlili isə yalnız 03 iyun 2013-cü ildə əldə…

davamı burada...

Qurban Məmmədov məhkəməyə meydan oxudu

04 Dekabr 2013 21:06 «Ailənizə namuslu yolla çörək qazanmağı niyə özünüzə rəva bilmirsiz? Hansı dinə, hansı dəyərlərə tapınmısınız?» Tanınmış vəkilin ittiham olunduğu hadisədə yüksək vəzifəli məmurun iştirakı üzə çıxdı Milli Şuranın üzvü, tanınmış hüquqşünas Qurban Məmmədovun məhkəməsi yekunlaşır. Maşını arxaya verərkən avtodayanacaq gözətçisinin ayağına xəsarət yetirməkdə ittiham olunan Qurban Məmmədova prokuror 3 il həbs cəzası istəmişdi. Dünən isə onun vəkilləri Anar Qasımlı, Süleyman Qasımov və Fəxrəddin Mehdiyev çıxış edərək, Qurban Məmmədova bəraət verilməsini istədilər. Anar Qasımlı çıxışında bildirdi ki, bu iş üzrə zərərçəkmiş qismində tanınmış şəxs işləmədiyi üç ay ərzində Qurban Məmmədovun kompensasiya olaraq, ona hər ay verdiyi 600 manatı (ümumilikdə 1800 manat) istintaq zərərçəkmişin pulla ələ alınması kimi qiymətləndirib. Bu da absurddur: “Başqa işlərdə zərərçəkmişə kömək göstərilməsi yüngülləşdirici hal…

davamı burada...

“Qurban Məmmədov – ANTIMILLI, ANTIDEMOKRATIK rejim dustağı”

10 Dekabr 2013 07:49, “AZADLIQ”, Xaliq Bahadır Azərbaycan Xalq Hərəkatının seçkin öncüllərindən olan hüquqçu Qurban Məmmədov yenidən 3 illiyə dustaq edildi. Ata Əliyev ona günə gün yatmaqla 5 il iş verdirmişdi. Bala Əliyev ona 3 il iş verdirdi. Rejim dəyişikliyi baş verməsə, 3 illik qanunsuz cəza yenə günə günlə sonuclana bilər. Belə yerdə hamı: “Allah qapısını açsın”,- deyir. Mən demirəm. Allah qapıçı deyil. Allah: “Səndən hərəkət, məndən bərəkət”,- deyir. Xalqın “duran öküz… yatan öküz” deyimi var. Bir də… ortada 20 ildən bəri bu ölkəni, bu ulusu çox böyük enerjiylə, çox böyük çalışqanlıqla yağıcasına dağıdıb kor qoyan rejim var. Ortada bir də… rejimin etdiklərinə inadla, aşırı soyuqqanlılıqla göz yuman, dözən… 10 milyonluq kütlə (bu yerdə başqa söz keçmir) var. Bizim bu…

davamı burada...

Cəvahirləl NEHRU: ” ÜMÜMDÜNYA TARİXİNƏ BAXIŞ” (əsərdən bir parça) 1. YENİ İL SOVQATI

Cəvahirləl Nehrunun qızı İndira Qandiyə məktubları 12 Dekabr 2015 22:28, “AZADLIQ” Hindistanın milli-azadlıq hərəkatının liderlərindən biri, müstəqil Hindistanın birinci dövlət başçısı olmuş Cəvahirləl Nehru öz yurdunun milli istiqlaliyyətinə qovuşması yolunda çox ağır mübarizə sınaqlarından keçib. Cəvahirləl Nehrunun qızı İndira Qandi də atasının yolunu davam elətdirib, uzun illər Hindistanın dövlət başçısı olaraq onun inkişafı üçün böyük işlər görüb. İndira Qandinin yeniyetmə olduğu 1930-33 cü illərdə, dustaqlıqda olan Nehru qızının yetkin bir insan və vətəndaş kimi böyüməsinin qayğısına da qalıb, dünyagörüşünün formalaşması üçün ona ardıcıl məktublar yazıb, dünya tarixinin keçmişdən bugünə yolunu incələməyə, onun başlıca hadisələrini və tərəqqiyə aparan yolunu anlatmağa çalışıb. Nehrunun o illərdə qızına yazdığı məktublar sonradan“Ümumdünya tarixinə baxış”adı ilə qalın və oxunaqlı bir kitaba çevrilərək çap olunub. Bugünümüz üçün…

davamı burada...

MTN quldurları,  Nardaran şəhidləri və qaranlıq vadi axtarışında olanlar barədə.

1-ci yazı   Bir neçə il öncə Avropa ölkələrinin birində 25 il hakim işləyən bir qadının uşaqlıqdan şizofreniya xəstəliyindən əziyyət çəkdiyi aşkar olunmuşdu. Onun bu illər ərzində baxdığı bütün cinayət işləri yenidən yoxlanılmış, həbs etdiyi insanların  çoxunu azadlığa buraxmışdılar. “MTN işi” vətəndaşlarımızda çox böyük ümidlər yaratmışdır. Haqlı olaraq cəmiyyətimizdə də belə bir bəklənti var. Rəhbərləri ağır cinayətlər törətmiş, həm də bu cinayətlərin tamah məqsədi ilə törədildiyi bilinən bir idarənin həbs etdirdiyi adamların taleyi necə olmalıdır? Kim təminat verə bilər ki, o adamlar da məhz tamah məqsədi ilə həb edilməmişlər?! Nə qədər acı olsa da, etiraf etməliyik: son vaxtlar bütün hüquq–mühafizə orqanlarımızda (“MTN işi”ni bəhanə edərək özlərinin mələk obrazını, “işləyən tək idarə” imicini yaratmaq istəyənlərin fürsətcilliyi heç kimi aldatmasın) belə bir təcrübə…

davamı burada...

“Elçibəy və Ayaz” – Aygün Muradxanlının yazısı

“Elçibəy hər zaman bu torpaqlarda yaşayanların xatirəsində “Bəy”, Mütəllibov “Ayaz” kimi qalacaq”… Əslində bu iki ad arasında “və” yazandan sonra qələmin bağlayıcıdan üzr istəməsi durumu yaranır. Azərbaycanı azad, demokratik, sivil dövlət kimi görmək istəyən, bunun üçün uzun illər ardıcıl mücadilə verən şəxsiyyətlə ölkənin müstəmləkədə qalması üçün var gücü ilə vuruşan adam arasında hansı müqayisəni aparmaq olar ki? Onların siyasi portreti bir-birinə zidd məqamlarla zəngindir. Azərbaycana baxmalı olduğumuz yerdən – Bakıdan baxsaq, Mütəllibov 1990-cı ilin 20 Yanvar qətliamına görə məsuliyyət daşıyan birinci şəxsdir. Qulluq elədiyi imperiyanın qoşunlarını öz (demək mümkünsə…) xalqının üzərinə çağıran, Kremlin müstəmləkə siyasətini bitirməyə çalışan milli-azadlıq hərəkatını yox sayaraq Azərbaycanın Sovetlər Birliyinin tərkibində qalması üçün 1991-ci il martın 17-də saxta referendum keçirən, ermənilərin separatçı hərəkətlərinin qarşısını almaq yerinə…

davamı burada...

“Azərbaycan dövləti mafiyanın əlindədir”? 12 Dekabr 2015 08:00–“AZADLIQ”

«Ölkəni indi idarə edənlər cinayətkarlardan da təhlükəlidir» Qurban Məmmədov: «Fuad Qəhrəmanlı öz mövqeyi ilə hakimiyyəti daha bir qanunsuzluğa vadar etdi» “Günəşli” yatağında baş verən faciə hələ də mətbuatın gündəmindədir. Hadisə ilə bağlı cinayət işi açılsa da, hələ də istintaqın istiqaməti barədə ictimaiyyətə məlumat verilmir. Faciənin baş verməsində əsas günahkarların kimlər olduğu bəyan edilmir. Əksinə, hökumət strukturları hələ də söndürülməyən yanğınla bağlı öz piarlarını qurmağa çalışırlar. Gündəmdə olan bu və başqa mühüm sualları Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, hüquqşünas Qurban Məmmədova ünvanladıq. Faciə nəticəsində ölənlərə Allahdan rəhmət, ailələrinə səbr diləyirəm. Bu, millətimizin son zamanlar üzləşdiyi ən böyük faciədir. Baş verənlərin səbəbləri ilə bağlı aparılan araşdırmanın nəticələri hələ bir müddət olmaya bilər. Çox böyük cinayət hadisəsi baş verib. Burada təqsirkar şəxslərin olub-olmadığını,…

davamı burada...

Ayaz Mütəllibov oğlunun qəbri üstünə gələndə mən sonuncu–13-cü adam idim.

Ayaz Mütəllibov oğlunun qəbri üstünə gələndə mən sonuncu–13-cü adam idim. Məndən əvvəl isə “Moderator az”-ın rəhbəri Zülfüqar bəy idi. Araz Əlizadə də orada idi. Cəmi 13 nəfərlə oğlunun qəbrini ziyarət etməyə gücü çatan Ayaz hələ də dərk eləmir ki, belə dayazlıq göstərmək heç adi insana da yaraşmaz, nəinki prezident olmuş bir şəxsə.   11.12.2015 PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Elə bilməyin ki, ANS bunu qərəzsiz, dəqiq və vicdanlı olduğu üçün edir.

ANS-in indi efirdə gedən xəbərlər proqramında Eldar Mahmudovun Londondakı 30 milyon dollarlıq mənzilindən reportaj verilir. Elə bilməyin ki, ANS bunu qərəzsiz, dəqiq və vicdanlı olduğu üçün edir. Qətiyyən. Sadəcə olaraq, Eldar yıxılıb ona görə. Cənablar, dostlar, sizin etdiyiniz bu hərəkətlərin jurnalistika ilə heç bir əlaqəsi yoxdur. Əksinə, bu çox pis hərəkətdir və ictimai şüura vurduğu ziyanın miqyasları çox böyükdür. Cinayətkar məmur vəzifədə olduğu dövrdə tənqid olunmalıdır ki, dövlət indiki kimi ziyan çəkməsin. İndi etdikləriniz isə “daldan atılan daş” misalındadır. Müxalifət vaxtında deyəndə reaksiya versəydilər belə olmazdı. ANS isə müxalifətə nəinki danışmaq imkanı vermədi, əksinə onu qaralamaqla məşğul oldu. İndi edilənlər isə nədirsə, hər halda tam faydasız və ziyanlıdır.   11.12.2015 PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Moskvada yaşadığı dövrdə Ayaz Mütəllibovun öz doğma qardaşının ailəsi haqqında,

Moskvada yaşadığı dövrdə Ayaz Mütəllibovun öz doğma qardaşının ailəsi haqqında, qardaşı ilə niyə danışmamasının səbəbləri barədə “Arqumentı i faktı” qəzetində verdiyi müsahibəni oxuyan varmı? Oxumasaz yAxşıdır, bir millətdən olduğunuzdan dolayı xəcalətdən ölərsiz.   10.12.2015 PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Bu adam neft şirkətinin rəhbəri olmaqla yanaşı, 50 vəzifə daşıyır

“Demək istəyirik ki, neft şirkətinə rəhbərlik edən şəxsin tərcümüyi-halı göz qabağındadır. Nəhəng bir struktur ailə biznesinə çevrilib. Bu adam neft şirkətinin rəhbəri olmaqla yanaşı, 50 vəzifə daşıyır.”— nə etməlidirlər bəs, kadr tapa bilmirlər. Bundan sonra da heç olmayacaq. Hansı ağıllı adam risk edib bunlarla əməkdaşlıq edər bundan sonra. neft də ki pula getmir daha..   10.12.2015 PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...