Əlaqə vasitələri

KQB-nin “anektod və məsəllər idarəsi” var idi.

KQB-nin “anektod və məsəllər idarəsi” var idi. “Xalq üçün ağlayan göz kor olar”, “Kişi arxadan vurmaz”, “ac ol, kişi ol”, “alnına nə yazılıbsa, o da olacaq” və s. kimi “yaradıcılıqla” məşğul idi. İnsan ac da olsa, tox da olsa, kişi olmalıdır. Lazım gələndə, düşməni məhz arxadan vurmaq məziyyətdir, hərbi qabiliyyətdir. Alın yazısını bü cür başa düşəcəyiksə, onda yaşamın nə mənası? Baxın: tarixdə qalan kimlərdir; xalqa qan udduran məmurlar, yoxsa xalqa gün ağlayanlar? Xalqa gün ağlamaq imandandır. Əslində belə olmalıdır bu məsəl. “Atalar”a çox da inanmayın !!! 31.12.2015 PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Dollar harda satılır-satılsın, ancaq rəsmi sənədlə, şəxsiyyət vəsiqəsi ilə satılsın.

Dollar harda satılır-satılsın, ancaq rəsmi sənədlə, şəxsiyyət vəsiqəsi ilə satılsın. Görün manat nə tez qiymətə minəcək. Zavallı millətimizdə onsuz da o qədər pul yoxdur. Dolları alıb xaricə ötürənlər rüşvətxor, korrupsioner adamlardır. Valyuta alış-verişi rəsmiləşdirilməlidir ki, dövlət kimin oğru olduğunu bilsin. Dollar alışına limit qoyulması da məqsədə uyğundur. Mal və xidmətlərin İxracı, eləcə də istehsalla məşğul olanlar isə istədikləri qədər, ancaq yalnız bank vasitəsilə köçürmələr edə bilərlər. 30.12.2015 PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

İndicə bir məmurun dedikləri:

İndicə bir məmurun dedikləri: — danışırlar ki, yanvarın birindən manapoliya və rüşvəti yığışdıracaqlar, bircə gün işdə qalsam, köpoyoğluyam. Bax belə. Əfv fərmanından sonrakı əlavə: qorx ki Smitin acığına bunları da etsinlər: manapoliyanı hava və suya, nəfəs alma və yeməyə də tətbiq etsinlər. 28.12.2015 PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Təhlükəli “dövlət intizamı”.

Təhlükəli “dövlət intizamı”. Rəsmi qəzetlər və TV-lər 2-3 gün öncə təmtəraqla məlumat yaydılar: 14 saylı Vergilər İdarəsinin rəisi Fəxrəddin Əliyev, oğlunun törətdiyi cinayətlə bağlı vəzifəsindən azad edilib. Cənablar, durun! Bu adam öz vəzifəsində yol verdiyi qanunsuzluqlara görə, bəlkə də ömürlük həbs eilməlidir. Ancaq övladına görə valideyni cəzalandırmaq dövlətçiliyə, qanunçuluğa sığmayan bir hərəkətdir və bu təcrübəyə son qoymaq lazımdır, həm də dərhal ! 27.12.2015 PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Əgər bu Smit deyilən kişi, həqiqətən də, ermənilərin təsiri ilə o qanun layihəsini hazırlayıbsa və

Əgər bu Smit deyilən kişi, həqiqətən də, ermənilərin təsiri ilə o qanun layihəsini hazırlayıbsa və Azərbaycan hakimiyyətindən korrupsiyaya son qoymağı, öz vətəndaşlarını şərləyib tutmamağı, yetim malını yeməməyi tələb edirsə, halal olsun o ermənilərə. Həm də min dəfə halal olsun. Deməli, Smitə təsir edən ermənilər bizim ermənilərdən ürəyi yumşaqdırlar, insaflıdırlar, humaistdirlər, qanunpərəsdirlər. Halal olsun! 26.12.2015 PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Bunların fikrincə, bank çökməməlidir, AZƏRBAYCAN XALQI çökməlidir.

“Elə ötən dəfə Konstitusiya Məhkəməsinın bankların xeyrinə qərar çıxarmasının da əsas səbəbi Mərkəzi Bankın “kreditlərin köhnə məzənnə ilə ödənilməsini ehtiva edən qərar qəbul edərsə, bu, Azərbaycanın maliyyə sisteminin çökməsinə səbəb ola bilər” deyə bəyanatla çıxış etməsi oldu.” –bir məqalədən oxudum bunu. Bunların fikrincə, bank çökməməlidir, AZƏRBAYCAN XALQI çökməlidir. Bax budur xalq tərəfindən seçilməyən, xalq iradəsini təmsil etməyən hakimiyyətin mövqeyi. Xalq da bizimdir, bank da. Hər ikisini də xilas etmək bizlikdir. Bununçün ən təcili edilməsi mümkün olan 3 addım: 1. Monopoliyanı götürün və yeni istehsal sahələri açan, xaricə mal və xidmət ixrac edən iş adamlarını, müəssisələri 5 il müddətinə bütün vergilərdən azad edin. 2. Gömrükdə “şapka” almağa son qoyun. 3. Dövlət idarələrində və xüsusilə də, məhkəmələrdə rüşvəti və süründürməçiliyi , 2011-ci…

davamı burada...

Yerli istehsal mallarının qiyməti qalxmamalıdır deyənlər bunu hansı məntiqlə deyirlər?

Yerli istehsal mallarının qiyməti qalxmamalıdır deyənlər bunu hansı məntiqlə deyirlər? Məsələn, qatıq, süd, ət, göyərti və s. Bu məhsulları satan kəndli, dünən həmin malları satdığı qiymətlərə uyğun olaraq, özünə lazım olan xarici malları o malların dünənki qiyməti ilə ala bilirdi. Bu gün həmin xarici malların qiyməti qalxıbsa, kəndli yenə də əvvəlki kimi onu almaq üçün öz malının qiymətini bu gün qaldırmalıdır, ya yox? Qaldırmasa, qiyməti qalxmış xarici malı necə alacaq və öz təsərrüfatını, yerli istehsalı necə davam etdirəcək? Deməli, qaldırmalıdır! Bu bazarın qanunudur. Özümüzü aldatmayaq, kimsəni qandırmayaq. Əmtəənin qiyməti harada istehsal olunması ilə müəyyənləşmir, bazardakı təklif-tələb şərtləri ilə müəyyənləşir. Kəndli Avropadan gələn şokaladı almaq üçün, qatığını, pendirini, ətini və göyərtisini həmin şokalad satana elə qiymətə satmalıdır ki, balasına şokalad ala…

davamı burada...

Əziz həmvətənlər!

Əziz həmvətənlər! Manatın devalvasiyası ilə bağlı yaranmış ağır iqtisadi-sosial durumdan sui-istifadə edərək, bəzi insanlar “facebook” və sair sosial şəbəkələr vasitəsilə adamları kortəbii etirazlara, küçələrə səsləyirlər. Bu hakimiyyətdən əzab çəkənlərdən biri də mən və mənim ailəmdir. H.Əliyevin vaxtında 5 il, İlham Əliyevin vaxtında da 3 il, tam qanunsuz və əsassız olaraq, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişəm. Birinci dəfə cəzamın tamın, ikinci dəfə bir il yeddi ayını ümumi rejimli cəzaçəkmə müssisəsində çəkmişəm. Bu dövrdə mənə yüz min manatlarla maddi ziyan dəyib. Ailəmin və özümün çəkdiyi mənəvi əzabları isə heç vaxt və heç nə ilə aradan qaldırmaq mümkün deyil. Ancaq… İnsanları kortəbii qaydada küçələrə çağıranların arasında, bunu səmimi olaraq öz fikrilə edənlər olduğu kimi, rejim nökərləri də var və şəxsən mən buna…

davamı burada...

Hörmətli prezident cənab İlham Əliyevin nəzərinə:

Hörmətli prezident cənab İlham Əliyevin nəzərinə: Cənab Prezident, təcili göstəriş verin bütün vəzifəli şəxslərin, hakimlərin, prokurorların, polis rəislərinin, monopolistlərin, iş adamlarının, deputatların və bütün fondların rəhbərlərinin xaricə çıxışlarına qadağa qoyulsun. Həm də dərhal. Əks-təqdirdə ölkədən daha çox valyuta axını baş verəcək və bu da dövlətimizi defolt vəziyyətinə salacaq. Bəzi məlumatlara görə, çoxları aradan çıxaraq məsuliyyəti bölüşmək istəmirlər. Gəmini tərk etmək istəyən bu krısaların oğurladıqları pulları almadan buraxmaq təhlükəlidir.   23.12.2015 PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

ANS-in bu günkü xəbərlər proqramında

ANS-in bu günkü xəbərlər proqramında çox hörmətli İqtisadçı alimimiz Oqtay Haqverdiyev qonaq idi. Aparıcı, candərdi 2-3 sualla indi düşdüyümüz vəziyyət barədə ondan “müsahibə aldı”. Tumanı qısa qızların, ağlı dayaz oğlanların mənasız, şit verilişlərinə saatlar sərf edən Azərbaycan televiziyaları bu qədər ciddi bir problemin müzakirəsinə vaxt ayıra bilmirlər. Ona görə bu gündəyik. Çünki ağıllı, savadlı adamlara ehtiyac yoxdur bu məmləkətdə. Milləti bayağı verilişlərlə yuxuya verənlər hələ də ayılmayıblar ki, bu batan gəmidə, ən yaxşı kayutlarda olmalarına baxmayaraq, onlar da batacaqlar. Açın ekranları, açın! Əsl mütəxəssisləri dəvət edin. Geniş, saatlarla davam edən müzakirələr keçirin. Ay yazıqlar, bu Vətən axı həm də sizindir. 22.12.2015 PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

“Əsrin kontraktı”ndan “Əsrin devalvasiyasına”… bu az yol deyil.

“Əsrin kontraktı”ndan “Əsrin devalvasiyasına”… bu az yol deyil. Sayın Rəcəb Tayyib Ərdoğan demişkən, nərədəəəən nərəyə. Qanunların ayaqlar altında tapdalandığı, insanların düz söz dediklərinə görə təqib edildikləri, məhkəmələrinin obyek kimi işlədiyi ölkədə belə də olmalı idi. ALLAH(c.c) betərindən saxlasın.   21.12.2015 PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Azərbaycanda cibində deputat mandatı gəzdirən bütün şəxslər çox böyük bir cinayətin iştirakçısıdırlar.

Azərbaycanda cibində deputat mandatı gəzdirən bütün şəxslər çox böyük bir cinayətin iştirakçısıdırlar. Xalq hakimiyyətini mənimsəmə, ən azı isə, seçki saxtakarlığı cinayətinin. Dövlətimizin indiki vəziyyətə düşməyində onların hamısının xüsusi rolu var. Bu rejimdə yüksək vəzifə tutan hər kəs məsuliyyət daşıyır. Bunu bilmələrini istəyirəm.   21.12.2015 PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Heç kimin (müxalifət istisna olmaqla) inçimək haqqı yoxdur.

Heç kimin (müxalifət istisna olmaqla) inçimək haqqı yoxdur. Bu duruma özünüzü öz: — qorxaqlığınızla, –yaltaqlığınızla, — biganəliyinizlə, — malgirliyinizlə, —imansızlığınızla özünüz saldınız. “Gəminin dibini deşənləri seyr eləyənlər özləri də qərq olacaqlar” — Peyğəmbər (s.a.s.)   21.12.2015 PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Allah ümidinə buraxılmış ölkə- Türkiyə

  Allah ümidinə buraxılmış ölkə- Türkiyə Heydər Oğuz mektub@heyderoguz.com “Türkiyə 2026-cı ilə qədər özünün milli raketdən müdafiə sistemini quracaq”. Strateq.az xəbər verir ki, bunu Türkiyənin Müdafiə Sənayesi naziri İsmayıl Dəmir bildirib. İsmayıl Dəmirin sözlərinə görə, tamamilə yerli istehsal gücünə söykənən həmin müdafiə sistemləri NATO-nun “Patriot”larından və Ankaranın bir müddət əvvəl Çinlə bərabər qurmağa çalışıdığı raket qurğularından daha yaxşı göstəricilərə malik olacaq. Qeyd edək ki, dörd tərəfdən düşmənlərlə əhatələnən və son zamanlar Rusiya ilə münasibətləri korlananTürkiyənin öz raketdənmüdafiə sistemləri yox kimidir. Əsgər sayına görə NATO-nun ABŞ-dan sonra ikinci böyük ordusuna sahib olmasına baxmayaraq, qardaş ölkə bütün ümidini müttəfiqlərinə bağlayıb:Yəni lazım gələrsə, NATO qüvvələri Türkiyəni düşmən hücumlarından qorumaq üçün öz “Partriot”larını qardaş ölkəyə göndərəcəklər. Amma müttəfiqlər bu vaxtadək tələb olunan yardımı elə…

davamı burada...

Nəsimi Məmmədli: “Böhran dərinləşdikcə Nardaran ekspermenti aktuallaşacaq.”

8 Ocak 2016 Cuma Böhran dərinləşdikcə Nardaran ekspermenti aktuallaşacaq.  Böhran dərinləşdikcə Nardaran ekspermenti aktuallaşacaq. Nardaranda baş verən məlum olaydan dərhal sonra “Nardaranda ölümlə nəticələnən səs-küylü əməliyyatdan kim qazanacaq?”başlıqlı təhlili yazı hazırlamışdıq. Bir sıra məqamlar aydın olmadığından o zaman məsələyə obyektiv qiymət vermək xeyli çətin idi. Lakin, bütün çətinliklərə baxmayaraq olaya verdiyimiz qiymət geniş oxucu müzakirəsi yaratmaqla bərabər, əməliyyatın qaranlıq tərəflərinə də xeyli işıq sala bildi və rəğbətlə qarşılandı. Artıq əməliyyatdan 40 gün müddət keçib və olayı daha soyuq başla analiz etmək mümkündür. Əməliyyat zamanı həlak olan vətəndaşlarımıza Allahdan rəhmət diləyir və vəd etdiyimiz kimi bu mövzuya yenidən qayıtmaq zərurəti hiss edirik.  Hökumət olayı topluma necə təqdim etməyə çalışdı? Rəsmi mövqe əsasən bunun üzərində quruldu ki, Nardaranda ölümlə nəticələnən silahlı əməliyyatın…

davamı burada...

Qurban Məmmədov İlham Əliyevi xilas etməyə çağırır. Niyə İlham Əliyevi?–Mirzə Xəzər

  Qurban Məmmədov İlham Əliyevi xilas etməyə çağırır. Niyə İlham Əliyevi? “Oğruların, quldurların əvəzindən mənim millətim niyə əziyyət çəkməli, balasının boğazından son tikəsini kəsib bu quldurların vurduğu ziyanı ödəməlidir…sizlərin əvəzinə bu zavallı xalq niyə cəzalandırılmalıdır?” Qurban Məmmədov “İlham Əliyevi xilas edin” çağırışında (aztoday.az) daha irəli gedir və Azərbaycanın düşdüyü ağır böhranın səbəbkarlarına müracitə edir: “Cənablar, zəhmət çəkin oğurladıqlarınızı geri qaytarın. Bu dövləti neftin qiymətinin düşməsi yox, sizin talançılığınız bu günə saldı. Bu məmləkətdə yüz minlərlə gənc evsiz, işsizikən sizin yüzlərlə villa və obyektləriniz, minlərlə mənziliniz haradandır?” Düz deyir. Haradandır bu pullar? Maraqlı ssualdır. Bəs nə etmək lazımdır? Qurban Məmmədov yolunu bilir: “Bu gəmini batıran sizlərsiz. Bizim bir tikə çörəyimiz, sizin milyardlarınız batacaq. Zəhmət çəkin xarici ölkələrdə gizlətdiyiniz varidatınızın, Azərbaycanda olan,…

davamı burada...