Əlaqə vasitələri

Qurban Məmmədov həbsxanadan Milli Şuraya müraciət yolladı

«Seçkidə iştirak edəcəyik və bu, Rüstəm İbrahimbəyovun başçılığı altında olacaq» «Allah düz yolda olanları sevir və onlara yardım edir» Hazırda həbsdə olan tanınmış hüquqşünas Qurban Məmmədov Milli Şura üzvlərinə müraciət edib. Müraciətdə Milli Şuranın qəbul etməsi üçün bəzi təkliflər də irəli sürülüb. Müraciəti olduğu kimi təqdim edirik: MİLLİ ŞURAYA MÜRACİƏT “Bir gəmidə üzüb quruya çıxmaq     üçün yol axtaranların öz aralarında savaşmasından acınacaqlı bir durum ola bilərmi?” “Siz yanılırsınız (Holbax haqqında – Qurban Məmmədov), ancaq buna baxmayaraq, Sizin böyük talantınızı, insani özəlliklərinizi danmaq olmaz, danılası yalnız Sizin yanlış düşüncələrinizdir”. “Bizim dinimizin (Xristian dini – Qurban Məmmədov) Ən yaxşı, ən doğru din olduğu sözsüzdür, ancaq biz onun  adı ilə elə çox yamanlıqlar törətmişik ki, gərək başqa dinlərin yaramazlığından danışanda, bir az özümüzü…

davamı burada...

Süsənbər xanım Zeynalova bu gün vəfat etdi…

Tanınmış hüquqşünas, hal-hazırda həbsdə olan Qurban Məmmədova ağır itki üz verib. Q.Məmmədovun qaynanası Süsənbər xanım uzun sürən onkoloji xəstəlikdən sonra bu gün vəfat edib. Q.Məmmədovun Hüquqlarının Müdafiə Komitəsinin rəhbəri Namizəd Səfərovun verdiyi məlumata görə, oğul övladı olmayan və son günlərini yaşadığını başa düşən Süsənbər xanım Qurban bəyin çiyinlərində son mənzilə köçmək arzusunda olub : “Amma bu ona nəsib olmadı”. PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Haqsız yerə həbsdə saxlanılan hüquqşünas Qurban Məmmədovun oğlu Qoşqar Məmmədovun Azərbaycan Respublikasının dövlət başçısına və ictimaiyyətə MÜRACİƏTİ
Haqsız yerə həbsdə saxlanılan hüquqşünas Qurban Məmmədovun oğlu Qoşqar Məmmədovun Azərbaycan Respublikasının dövlət başçısına və ictimaiyyətə MÜRACİƏTİ

Haqsız yerə həbsdə saxlanılan hüquqşünas Qurban Məmmədovun oğlu Qoşqar Məmmədovun Azərbaycan Respublikasının dövlət başçısına və ictimaiyyətə MÜRACİƏTİ

Haqsız yerə həbsdə saxlanılan hüquqşünas Qurban Məmmədovun oğlu Qoşqar Məmmədovun Azərbaycan Respublikasının dövlət başçısına və ictimaiyyətə MÜRACİƏTİ Məni bu müraciəti yazmağa vadar edən, sosial şəbəkələrdə və Azərbaycan mətbuatında zaman-zaman yer almış və hal-hazırda da davam etməkdə olan qeyri-müəyyənliklər, Qurban Məmmədovun haqqında bir çox insanlara maraqlı olan, qaranlıq qalmış məqamlara işıq salmaq, bundan əlavə, Atamın həbsi ilə bağlı düşüncələrimi və bu prosesdə hansı məntiqsizliklərin olduğunu sizlərlə paylaşmaqdır. 1988/89-cu illərdə, Azərbaycan xalq hərəkatının liderlərindən biri olan, Sabirabad rayonunda Azərbaycan Xalq Cəbhəsinin təsisçisi olaraq siyasi fəaliyyətinə başlamış Qurban Məmmədov, bu günədək xalqın, Azərbaycanlı olan və bu torpaqlarda yaşayan hər bir kəsə heç bir irqi, dini və ya cinsi fərq qoymadan, həmçinin Azərbaycanda haqsızlıqla üzləşən əcnəbilərə belə, bacardığı ən yüksək səviyyədə hüquqi xidmət…

davamı burada...

Qurban Məmmədovun işinə bu gün Apelyasiya Məhkəməsində baxılacaq

Tanınmış hüquqşünas Qurban Məmmədovun işinə bu gün Apelyasiya Məhkəməsinə baxılacaq. Bu barədə Modern.az-a Qurban Məmmədovun vəkili Süleyman Qasımov məlumat verib. Müvəkkili ilə ötən həftənin altıncı günü görüşdüyünü deyən vəkil bildirib ki, Qurban Məmmədovun səhhəti ilə bağlı heç bir problemi yoxdur: “Səhhəti ilə bağlı heç bir şikayəti yoxdur. Saxlama şəraiti də yaxşıdır”-deyə Süleyman Qasımov bildirib. Qurban Məmmədovun işinə bu gün Apelyasiya Məhkəməsində baxılacağını söyləyən Süleyman Qurbanov onu da bildirib ki, yəqin ki, məhkəmə onun qanunsuz həbs edildiyini nəzərə alacaq. Qeyd edək ki, Qurban Məmmədov Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs edilib. Belə ki, o, bir neçə ay öncə baş vermiş avtoqəzada suçlanır. Həmin qəzada dayanacaq işçisinin ayağı sınıbmış və günahkar Qurban Məmmədov bilinir. Qurban Məmmədov ADP sədri Sərdar Cəlaloğlunun qardaşıdır. Gültəkin…

davamı burada...

Qurban Məmmədovun həbsinə İP-dən kəskin etiraz

Qurban Məmmədov müxalifətin birliyini, vahid komandanın təşkilinii fəal təşviq edirdi ki, bu da hakimiyyəti ciddi şəkildə narahat edirdi İctimai Palata Azərbaycan tanınmış hüquqşünası, vəkil Qurban Məmmədovun həbsi ilə bağlı bəyanat verib. Bəyanatda deyilir: -Tanınmış hüquqşünas Qurban Məmmədovun həbsini əsassız və ədalətsiz sayır, bunu azad sözə, fərqli fikirə basqı kimi qiymətləndiririk. İP əminliklə bildirir ki, Qurban Məmmədovun həbsi hansısa avtomobil qəzasına görə deyil, hakimiyyətə qarşı kəskin tənqidinə, ölkədəki korrupsioner idarəetməni ifşa etdiyinə, insan hüquq və azadlıqlarını müdafiə etdiyinə görədir. Prinsipial mövqeyinə görə Vəkillər Kollegiyasından uzaqlaşdırılan Qurban Məmmədov hər zaman insanların pozulan hüquqlarını bərpa etməyə çalışmış, onların konstutision haqlarının tapdalanamsına qarşı çıxmışdır. Qurban Məmmədov müsahibələrində, yazılarında, çıxışlarında hər zaman demokratik, hüquqi, sivil bir ölkədə yaşamağın vacibliyini vurğulamış, insanları öz ölkələrinə sahib çıxmağa…

davamı burada...

Həmkarları Qurban Məmmədovun müdafiəsinə qalxdı
Həmkarları Qurban Məmmədovun müdafiəsinə qalxdı

Həmkarları Qurban Məmmədovun müdafiəsinə qalxdı

Tanınmış vəkil Qurban Məmmədovun barəsində Nəsimi Rayon Məhkəməsinin çıxardığı həbs-qətimkan tədbirindən Apelyasiya şikayəti veriləcək. Bu barədə məlumatı vəkil Namizəd Səfərovdan aldıq. O bildirdi ki, artıq müraciətin edilməsi üçün bütün sənədlər hazırdır. Bu arada Q.Məmmədovun həbsinə həmkarlarının münasibəti də birmənalı deyil. «Qurban Məmmədovun həbsinin siyasi motivli olduğuna şübhə etmirəm» Tanınmış vəkil Osman Kazımov Q.Məmmədovun həbsinin siyasi motivli olduğuna şübhə etmir: “Indiyə qədər mən praktikada Qurban Məmmədova qarşı irəli sürülən ittihamlara görə həbs edilmə ilə üzləşməmişəm. Bir il əvvəl baş verən hadisə ehtiyatsızlığın nəticəsidir və buna görə Qurban Məmmədovu həbs etməyə ehtiyc yox idi”. «Qurban Məmmədova qarşı irəli sürülən ittihamlardan siyasət qoxusu gəlir» Vəkil Əyyub Kərimov da bildirdi ki, hazırda məhkəmələrdə ölüm hadisəsi olan oxşar işlər olsa da, onların heç birində həbs-qətimkan…

davamı burada...

“Qurban bəyə fürsət yaratdılar ki…”

Əli Kərimli: “Rejim cəmiyyətdə qorxunu bərpa etmək üçün ən cəsarətlilərin üzərinə gedir” AXCP sədri Əli Kərimli hüquqşünas Qurban Məmmədovun həbsinə özünün Facebook səhifəsində münasibət bildirib. AXCP sədri yazır: “Qurban Məmmədov yalnız prinsipial və peşəkar vəkil deyil, həm də rejimin ən cəsarətli tənqidçilərindən və demokratik dəyişikliklər uğrunda xalq hərəkatının təşəbbüskarlarından biridir. Qurban bəy hər fürsətdə rejimi ifşa edirdi, xalqı mübarizəyə səsləyirdi. Rejim onu siyasi mövqeyinə və fəaliyyətinə görə həbs etdirib. Qurban Məmmədov siyasi məhbusdur. Xalqın fəallaşmasının və müxalifətin birləşməsinin hakimiyyəti narahat etdiyi son zamanlar daha aydın hiss olunur. Rejim cəmiyyətdə qorxunu bərpa etmək üçün ən cəsarətlilərin üzərinə gedir. Amma onu nəzərə almır ki, cəsarətli ictimai-siyasi xadimlər də həbs, döyülmək, hədə, böhtan, şantaj qarşısında geri çəkilməməklə cəmiyyət üçün qorxmazlıq örnəkləri yaradırlar,  simvola…

davamı burada...

Qurban Məmmədov “vicdan məhbusu” sayılmalıdır

«Siyasi məhbuslarsız Azərbaycan» Ictimai Alyansı Amnesty Internationala müraciət etdi Azərbaycanda prezident seçkiləri ərəfəsində repressiya dalğası geniş vüsət alır. Bu barədə “Siyasi məhbuslarsız Azərbaycan” Ictimai Alyansının üzvü, keçmiş “vicdan məhbusu” Elşən Həsənov dünənki “dəyirmi masa”da bildirib. O bildirib ki, repressiyalar yalnız siyasi fəallara qarşı deyil, həm də sıravi vətəndaşlara qarşı həyata keçirilir. E.Həsənov həbs olunanlara qarşı işgəncələrin verildiyini qeyd edib. Siyasi repressiyalara son nümunə kimi hüquqşünas Qurban Məmmədova qarşı cinayət işini göstərib. Vətəndaş cəmiyyətinin digər fəalı, hüquqşünas Namizəd Səfərov bildirib ki, hakimiyyət demokratiya uğrunda mübarizələrə qarşı müharibə elan edib. “Qurban Məmmədov siyasi motivlərlə, hakimiyyəti açıq tənqid etdiyinə görə həbs olunub”,- N.Səfərov vurğulayıb və yol qəzasının törədilməsi ilə bağlı ittihamın əsassız olduğunu bildirib. Hüquq müdafiəçisi Vidadi Isgəndərov vətəndaşların siyasi motivlərlə ayrı-seçkiliyə məruz…

davamı burada...

Cəmiyyət Qurban Məmmədovun müdafiəsinə qalxdı

«Rejim cəmiyyətdə qorxunu bərpa etmək üçün ən cəsarətlilərin üzərinə gedir» AXCP sədri Əli Kərimli hüquqşünas Qurban Məmmədovun həbsinə özünün Facebook səhifəsində münasibət bildirib. AXCP sədri yazır: “Qurban Məmmədov yalnız prinsipial və peşəkar vəkil deyil, həm də rejimin ən cəsarətli tənqidçilərindən və demokratik dəyişikliklər uğrunda xalq hərəkatının təşəbbüskarlarından biridir. Qurban bəy hər fürsətdə reîjimi ifşa edirdi, xalqı mübarizəyə səsləyirdi. Rejim onu siyasi mövqeyinə və fəaliyyətinə görə həbs etdirib. Qurban Məmmədov siyasi məhbusdur. Xalqın fəallaşmasının və müxalifətin birləşməsinin hakimiyyəti narahat etdiyi son zamanlar daha aydın hiss olunur. Rejim cəmiyyətdə qorxunu bərpa etmək üçün ən cəsarətlilərin üzərinə gedir. Amma onu nəzərə almır ki, cəsarətli ictimai-siyasi xadimlər də həbs, döyülmək, hədə, böhtan, şantaj qarşısında geri çəkilməməklə cəmiyyət üçün qorxmazlıq örnəkləri yaradırlar,  simvola çevrilirlər. Hələ…

davamı burada...

Millət vəkillərindən müraciət!
Millət vəkillərindən müraciət!

Millət vəkillərindən müraciət!

Bakı Apelyasiya Məhkəməsinə Azərbaycan Respublikası Milli Məclisi üzvlərinin M Ü R A C İ Ə T İ 4 iyun 2013-cü il tarixdə Nəsimi rayon polis idarəsi tərəfindən respublikada tanınmış hüquqşünas Məmmədov Qurban Cəlal oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə günahlandıralaraq cinayət məsuliyyətinə cəlb olunmuş və Nəsimi rayon məhkəməsinin 4 iyun 2013-cü il tarixli qərarı ilə barəsində 2 ay müddətinə həbs qəti imkan tədbiri seçilmişdir. İstintaq orqanı tərəfindən Qurban Məmmədov onda ittiham olunur ki, o 27 sentyabr 2012-ci il tarixdə idarə etdiyi “Toyota RAV-4” markalı avtomaşınla Nəsimi rayonu, Vaqif prospekti 9a saylı ünvanda yerləşən avtodayanacaqda gözətçi işləyən Pərviz Abbasovu vuraraq xəsarət yetirmişdir. Q.Məmmədov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 263.1-1-ci…

davamı burada...

Nəsimi Rayon Polis İdarəsinin müstəntiqi Qiyasov Miraqil Mirkamal oğlu ilə telefon danışığının stenoqramı…

– Alo, bəli… Q.M.: Alo – Bəli.. Q.M.: Miri müəllim, salam eleykim. – Hə, salam.. Q.M.: Hə, bağışla gecə vaxtı narahat edirəm..belə – Buyur, buyur Qurban müəllim..yox, problem yoxdur Q.M.: Qardaş, kef – əhval necədir? – Sağ ol, var ol Qurban müəllim, Allah köməyin olsun, siz nətəhərsiniz? Q.M.: Bizim səninlə aramızda bir kişiyana söhbətimiz olmuşdu..yadına gəlir?.. – Nə Qurban müəllim? Q.M.: Dedin ki, “get, yaz o söhbəti! Söhbəti elə, yaz! Mən sizə icazə verirəm, yaz gətir mənə!” – Nəyi deyirsiniz Qurban müəllim? Q.M.: O ikinci maşının sürücüsü ilə olan söhbətimiz da… Dediniz ki “Mən icazə verirəm, get”.. – Hə, hə, problem deyil! Q.M.: Mən sizə dedim ki, gizli yazmaq qadağandır, siz dediniz ki, xeyir! – mən icazə verirəm, gedin yazın,…

davamı burada...

Əliyev – repressiya prezidenti!

Xaliq Bahadır Dostum Qurban Məmmədov tutuldu. Onu Azərbaycanı sonadək dağıtmaq planlarına baş vurmuş Ilham Əliyev tutdurdu. Onun Azərbaycanı darmadağın siyasətinə qarşı çıxanların hamısı tutulmalıdır – gənclər də, yaşlılar da. Bu gün ölkədə bir tutqu-dustaq-türmə sindromu yaşanmaqdadır. IŞĞALÇI Əliyevlər rejiminin daha beş il ölkəni soyub-yağmalaması üçün bütün sosial-siyasi aktivlər tutulub türməyə göndərilməlidir. Əliyevlər ailəsinin ölkəni bütünlüklə sümürməsi üçün daha beş illik bir dönəmə yiyələnmək gərəkir. Korrupsioner klan rejiminin başlıca ideoloquna çevrilmiş Əli Həsənov hələ bir il qabaq demişdi: “Hakimiyətə gəlmək istəyənlər xalqın qanı üzərindən keçməli olacaqlar”. Bir sıra görsənişlərdən göründüyü kimi, bu yalnız Rusiya-heydərizm yetirməsi olan ideoloqun deyil, eləcə də bütün Əliyevlər ailəsinin düşüncəsidir. Elə olmasaydı, xalqla bir belə kəskinliklə düşmənçiliyə gedilməzdi… Qurban bəylə biz ikilikdə Qarabağı qarış-qarış gəzib döyüşçülərimizi erməni…

davamı burada...

Qurban Məmmədovun əsas şahidlə söhbətinin mətni…

– Alo… Q.M.:: Alo – Bəli Q.M.: Qardaş axşamınız xeyir olsun! – Salam elekkim Q.M.:: Qurban Məmmədovdur narahat edən, o hadisə ilə bağlı… – Nə ilə?.. Q.M.:: O hadisə ilə bağlı, o vaxt ki, klinakının qarşısında hadisə oldu, Sentyabr ayında, necəsiniz, nə var nə yox? – Sağ olun, var olun Qurban müəllim. Q.M.:: Qardaş, sizin o vaxt qabaq “krılo” əzilmişdi, yoxsa qapı da əzilmişdi?… – Kimin? Q.M.:: Sizin maşının, dediniz 200 manat ziyan dəyibdir..O sağ “krılo” əzilmişdi, yoxsa qapı da əzilmişdi? – Yox, “krılo” idi…”krılo”. Q.M.:: “Krılo”?… qadan alım, o hadisə dəqiq necə oldu? – bu kö*******u hərdən bir ifadə verir! Gah, o əvvəl ifadə verdi ki, guya, siz onu vurub qaçmısınız, sonra dedim, a bala, adam balası ol! –…

davamı burada...

VƏSATƏT

Nəsimi Rayon Prokuroru Cənab Salman Məmmədliyə 120070615 saylı cinayət işi üzrə təqsirləndirilən şəxs: Məmmədov Qurban Cəlal oğlu Ünvanı: Bakı şəh., Həsənoğlu küç., korpus-7, ev-12, mən.-7/8 Əlaqə tel.: (050) 200-66-10, (012) 567-46-62 VƏSATƏT Hörmətli prokuror! Nəsimi Rayon Polis İdarəsinin müstəntiqi Qiyasov Miraqil Mirkamal oğlunun apardığı 120070615 saylı cinayət işi üzrə mənə AR Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə ittiham elan edilmişdir. Bildirirəm ki, həmin ittiham əsassızdır və saxta sübutlarla qərəzli şəkildə, məhz mənim siyasi mövqeyimə görə quraşdırılmışdır. Guya, mən 27 sentyabr 2012-ci il tarixdə saat 13:00 radələrində mənə məxsus “Toyota Rav-4” markalı 90-MU-263 dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Vaqif prospekti 9A saylı ünvanda yerləşən “Medical Plaza” Klinikasının qarşısında maşını arxaya verərkən, “Yol hərəkəti haqqında” qanunun 42-ci maddəsinin tələblərini pozmuş, lazımi təhlükəsizlik…

davamı burada...

Müstəntiqin səs yazmaları yayımlanacaq…

Bu gün həbs edilən Qurban Məmmədovun böyük oğlu, İngiltərədə yaşayan Qoşqar Məmmədovun Facebook- səhifəsindən: Vəkil, Hüquqşünas, “ÇALXAN” MMC-nin direktoru, Atam Qurban Məmmədovun həbsinin tamamilə siyasi sifariş olduğunu bəyan edirəm. Qurban Məmmədov həbs edilmədən öncə, dünən mənə bu həbslə bağlı, mümkün variantlar və ona qarşı irəli sürüləcək ittihamlarla bağlı ətraflı məlumat vermiş və işi aparan müstəntiqin, Atamın tamamilə günahsız olduğunu sübut edə biləcək yeganə – əsas şahidin səs yazmalarını göndərib. Əgər Qurban Məmmədov növbəti 24 saat ərzində azadlığa buraxılmazsa, bu səs yazmalarını hər kəsin hüzurunda paylaşaraq onların nə oyun qurduğunu hamınıza bildirəcəyəm… Artıq bəsdir, bu qədər siyasi əxlaqsızlığa yol vermək olmaz!!! PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Qurban Məmmədovu HƏBS ETDİLƏR!!!!

Tanınmış hüquqşünas Nəsimi rayon məhkəməsinə aparılıb Tanınmış hüquqşünas Qurban Məmmədov Nəsimi rayon polis idarəsinə çağırılıb. Qurban Məmmədovun köməkçisi qazetimizə açıqlamasında bildirdi ki, bu gün saat 11:00 radələrində Nəsimi rayon polis idarəsinə gedən Qurban Məmmədov hələ də qayıtmayıb: “Dünən axşam xəbər göndərilmişdi ki, sabah polisə gəlsin. Çağırılma səbəbi isə, sentyabr ayında baş vermiş avtoqəza ilə bağlıdır. Həmin qəzada “stayanşikin” ayağı qırılmışdı. Guya araşdırma nəticəsində müəyyən olub ki, həmin qəzada günahkar Qurban Məmmədovdur”. Vəkil Namizəd Səfərovun məlumatına görə, Q.Məmmədov Nəsimi rayon məhkməməsinə aparılıb. PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Şeytan haqqında ballada

Bu gün bir molladan eşitdiklərim. Qibləmiz olan Kəbə birinci dəfə Adəm peyğəmbər tərəfindən palçıqdan tikilibmiş. Dünyanı su basanda məhv olub, qərq olub sularda. İkinci dəfə ALLAH İbrahim peyğəmbərlə oğlu İsmayıla Kəbəni yenidən inşa etmək üçün indiki yeri nişan verib. Peyğəmbər oğlu ilə birlikdə işə başlayıblar. Bir qədər tikmişdilər ki, şeytan gəlib çıxır. Deyir ki, o da bu tikintiyə kömək etmək istəyir. İbrahim peyğəmbər şeytana etiraz edir, Kəbənin tikintisinə haramın, şeytan əməlinin qatışmasını istəmir. Şeytan əl çəkmir. İsrar edir. Onda İbrahim peyğəmbər bildirir ki, halallıq olsun deyə, yalnız işlədiyinin haqqını almaqla bu işə razı ola bilər. Şeytan işə qoşulur. Birinci günün axırında Şeytan peyğəmbərin ona vermək istədiyi əmək haqqını, sabahkını da bir yerdə almaq bəhanəsi ilə, almır. Sabah eyni hal təkrar…

davamı burada...

Tanınmış vəkillər birlik qərarını dəstəklədi

AXCP sədri Əli Kərimlinin partiya üzvləri ilə keçirdiyi müşavirədə  demokratik düşərgəyə birlik çağırışı etməsi geniş ictimai müzakirəyə səbəb oldu. Tanınmış vəkillər və ictimai fəallar birlik çağırışına dəstək ifadə etdilər. Tanınmış vəkil Aslan İsmayılovbildirdi ki, bu təklifi ancaq alqışlamaq olar. “Müxalifət dövlət marağını, xalqın mənafeyini üstün tutursa, bu birliyə nail olmalıdır. Bizim indiyə qədər olan problemlərimizin kökü ondadır ki, birləşmiş vahid müxalifət olmayıb. Müxalifətin məqsədi  şəxsi mənafe deyilsə, ortaya vahid mövqe qoymalıdılar. Birlik çağırışını dəstəkləyirəm”- deyə Aslan İsmayılov bildirdi. Tanınmış vəkil Əsabəli Mustafayev hesab edir ki, ölkədə xalqın dəyişikliyə ümidsizliyi vahid müxalifətin olmamasına görədir. “Bir vətəndaş kimi mən bu birliyin baş tutmasını alqışlayıram. Çünki siyasətdə pərakəndə şəkildə uğur qazanmaq mümkün deyil. Xalq indiyə qədər hakimiyyətin gücünü görüb, indi isə ona vahid…

davamı burada...