Əlaqə vasitələri

        Narahat suallar

  1. ABŞ-a, deməli, həm də dünya siyasətinə rəhbərlik edən oğul Buş ABŞ-a nöqsansız rəhbərlik edən atası Buşun heykəllərini niyə ölkənin hər hansı bir bölgəsində qoydurmadı ? Niyə oğul Buş ata Buşun adını bir dəfə də olsun öz çıxışlarında çəkib onu tərifləmədi ?
  2. ABŞ və Avropa dövlətlərinin rəsmi və ya qeyri-rəsmi qəzet və ya televiziya proqramlarında ölkə prezidentinin tərifinə həsr edilən, yaltaqlıq məzmunlu məqalələr və ya verilişlər niyə getmir ? Yoxsa onlar həqiqətən də, uzaqgörən, ulu öndər, dahi rəhbər, əvəzedilməz lider, korrupsiyaya qarşı amansız mübarizə aparan, monopoliya hesabına milyardlar qazanmayan, haqqı müdafiə edəni həbs etdirməyən, sözün düzünü deyən jurnalisti fiziki olaraq məhv etdirməyən və ya müxtəlif üsullarla təqib etdirməyən prezident, baş nazir yetişdirə bilməyiblər ?

  1. Qərb dövlətlərində özündən sonra bir milyondan çox iş yeri açılan dövlət başçısını ulu öndər,  dahi rəhbər adlandırarlarmı ?

  1.  Hansı mədəni millət, hansı inkişaf etmiş dövlət ərazisinin 20 faizinin düşmən işğalında qalmasına dözən, bir qarış da torpaq geri almayan, əsirlikdəki qız-gəlinin xilası üçün barmaq-barmağa vurmayan və xarici düşmənlə mübarizədə məğlub olan bir prezidenti özünün xilaskarı və ya ulu öndəri hesab edər?  Hakimiyyəti dövründə  7  rayonu işğal edilən dövlət başçısı xilaskar, “ulu öndər”, “dahi rəhbər”, “dünya miqyaslı siyasətçi”dirsə, bəs o torpaqları geri qaytaracaq, millətin şərəf və namusunu xilas edəcək prezident və ya hər hansı şəxs hansı epitetlərlə çağrılacaq, yad ediləcək?

  1. Dünyanın ən varlı dövlətləri: ABŞ, Fransa, Meksika, Rusiya, Macarıstan, Çexiya, Türkiyə və s. dövlətlər niyə Azərbaycanda öz prezidentlərinin heykəlini qoydurmur və parklar salmırlar?
  2. İtaliya, Fransa və s. varlı dövlətlər niyə Azərbaycanın tarixi abidələrinin təmirinə son 100 ildə bir qəpik də xərcləməyiblər?

  1. Avropa dövlətləri və ABŞ Azərbaycanın xəstə uşaqlarına, uşaq və ya qadın təşkilatlarına son 100 ildə bir qəpik də olsun yardım ediblərmi? Özlərinin müəyyənləşdirdiyi, məqsədi məlum olmayan proqramların maliyyələşdirilməsi üçün QHT-lərə verilən pullar bura aid deyil.

  1. Azərbaycan əhalisinin əksəriyyətinin qəbul etdiyi din hansıdır?

  1. Əhalisinin 99.9 faizi hər hansı dini qəbul etmiş, inanclı insanlar olan hansısa ölkəyə, hər hansı dini qəbul etməyən, dinsiz və ya dindən çıxmış adam rəhbərlik edə bilərmi?

  1. Əhalisinin mütləq çoxluğu xristian olan Fransa, Almaniya və Rusiyaya hansısa müsəlman prezident seçilə bilərmi? Yaxud da İran, Pakistan və ya Əfqanıstana müsəlman olmayan adam rəhbərlik edə bilərmi?

  • . Dünyada hansı dövlətdə kiminsə hakimiyyəti ələ keçirməsi və hakimiyyəti dövründə yüzlərlə adamın həlak olması “qurtuluş” kimi rəsmi dövlət bayramı elan edilib?

  • İtaliyanın və Fransanın, Meksika və Rusiyanın öz tarixi abidələrini, muzeylərini təmir etdirmək və ya parklar salmağa iqtisadi gücü yoxdurmu ?

  • Azərbaycan dövlət adıdır, yoxsa film adı ?

  • Dünyada, Azərbaycan və Qətər kimi hansısa xristian dövləti öz dövlətinin adını reklam etdirmək üçün hansısa futbol komandasına milyonlarla pul ödəyirmi?

  • Odlar yurdu Azərbaycan sözünü reklam etdirmək üçün milyonlarla milli sərvəti xarici futbol komandasına ödəmək sərfəlidir, yoxsa Azərbaycan gənclərinin təhsil və mənzil problemlərinin həllinə yönəltmək?

  • Dünyanın hansı mədəni, hüquqi dövlətində millətin milyonları hesabına salınan yollar istismar müddəti bitməmiş dağılır və buna görə heç kim məsuliyyətə cəlb olunmur?

  • Azərbaycanın prezidenti, nazirləri və başqa rəhbər şəxsləri, eləcə də müxalifət liderləri müsəlmandırlarmı? Müsəlmandırlarsa, niyə namaz qılmırlar? Namaz qılırlarsa, niyə cümə namazlarında görsənmirlər? Onların işi Türkiyənin baş naziri və prezidentinin işindən o qədərmi çoxdur ki, öz dini borclarını yerinə yetirməyə vaxtları çatmır?

  • Həcc ziyarətinə nə məqsədlə gedilir?

  • Həcc ziyarətinə gedən və eyni zamanda da namaz qılmayan, dinin vacib əməllərini lazımınca yerinə yetirməyən adam müsəlman sayıla bilərmi?

  • Qurani Kərimin “Ən-nur” surəsində Allahın buyurduqlarına uyğun olaraq hicablı geyinən qız-gəlinlərin hicabına qarşı hərəkət edən, onları məktəblərdən, iş yerlərindən uzaqlaşdıran və bütün bunlara etiraz etməyən, dözən və susan adamlar müsəlman sayıla bilərmi?

  • Həcc ziyarətinə gedəndən sonra da rüşvət alan, ölkədə monopoliya və korrupsiya sistemi quranlar, qul haqqı yeyənlər, siyasi rəqiblərini və haqqı müdafiə edənləri şərləyib həbs etdirənlər, qanunsuz hökm verdirən və verənlər müsəlman sayılırmı ?

  • Dini islam olub, başqa məzhəbə məxsus olduğuna görə, başqa müsəlmanları öldürənlər, xristiana, bütpərəst və dinsizlərə qarşı tolerantlıq göstərənlər əslində hansı dinə və haralara xidmət edirlər ? Onları müsəlman hesab etmək olarmı ?

  • Qurani Kərimdə “islamda zor yoxdur” və “Quranı mən özüm qoruyacağam”, yəni İslamı özünün qoruyacağını bildirən Allahın bu hökmlərindən sonra, islamı qorumaq bəhanəsi ilə başqa məzhəbdən olan müsəlmanlara qarşı savaşmaq, onları öldürmək cihaddırmı, yoxsa Allaha şərik olmaq, şirkmidir?

  • Həcc-ibadət, tövbə yeridir, yoxsa turizm obyekti, rüşvət və korrupsiya üçün ilham qaynağı? Azərbaycanın vəzifəli şəxsləri Həccə nə məqsədlə gedirlər?

  • Dünyanın hansı ölkəsində 3-4 aydan sonra söküləcək binaya bahalı üzlük vurulur?

  • Dünyanın hansı ölkəsində beton körpülərin altına və sütunlarına mərmər, yaxud da sair üzlük döşənir? Azərbaycanda bu nə məqsədlə edilir?

  • Yoxsul, işsiz, hüquqsuz insanların ayaqlarının altına mərmər və qiymətli daş döşəməyin nə mənası var?

  • Dünyanın hansı xristian ölkəsində prezident, nazirlər və….. yazıçılar birliyinin sədri “yaxşı işləyir” bəhanəsi ilə on illərlə vəzifədə oturur? Çörçil, Ruzvelt, Reyqan, Buş pis işlədiklərinə görəmi 2 dəfədən artıq prezident, baş nazir vəzifəsində qala bilməyiblər?

  • Bu “yaxşı işləyən”, “əvəz edilməz”, “ulu öndər”, “ümummilli lider”, “layiqli davamçı”, “dünya siyasətçisi” və sair epitetlərlə xalqa sırınan şəxslər qəflətən, bədbəxt hadisə nəticəsində ölsələr, onları əvəz edən olacaqmı, yoxsa yerləri boş qalacaq? Əvəz edənlər tapılacaqsa, bu “əzəvedicilər” niyə vaxtında əvəz etməyə buraxılmırlar?

  • Dünyanın hansı mədəni və ya xristian ölkəsində konstitusiya vəzifəli şəxslərə, xüsusilə də, prezidentə uyğunlaşdırılaraq yazılır və ya dəyişdirilir?

  • II Dünya müharibəsindən sonra hansı xristian dövlətində diktatura qurulub, yaxud da dövlətin I şəxsi 20-40 il, yaxud da ölənədək  öz postunda qalıb?

  • Hansı xristian ölkəsində, prezident vəzifəsində hansısa şəxsin ömürlük qalması üçün, Konstitusiyada dəyişiklik edilib?

  • Bütün bunlar nə üçün yalnız İslam dövlətlərində və xristian dövlət başçılarınn xeyir-duası, dəstəyi və “seçki monitorinqləri” ilə həyata keçirilir?

  • “Diktaturanın ləğvi” və “demokratiyanın bərpası” bəhanəsi ilə islam dövlətlərinin məhv edilməsi, islam dininin gözdən salınması və islam mədəniyyətinin geri qoyulması müsəlman dövlət başçılarının hakimiyyət hərisliyinin, anti-islam əxlaqının nəticəsidir, yoxsa Qərb dairələrinin islam dünyasına qarşı yönəlmiş məkrli planlarının nəticəsi?

  • Müsəlman ölkələri nə üçün normal qanuni, azad seçki keçirə bilmirlər? Buna səbəb islam dinidir, yoxsa bu ölkələrdə hakimiyyəti ələ keçirmiş qüvvələrin hakimiyyət, mal-mülk hərisliyi, cinayətkar niyyətləri?

  • Suxarto İndoneziyada, M.Qəddafi Liviyada, H.Mübarək Misirdə, Əli Tunisdə, Bəşər Əsəd  də Suriyada hakimiyyətdə uzun müddət oturmasaydılar, ölkələrində, Quranda tələb edildiyi kimi, demokratik, qanuni  idarəçilik sistemi, yəni xalqın iradəsinə söykənən, “işlərinizi şura ilə həll edin” Allah hökmünə uyğun sistem qursaydılar, “ərəb baharı” və indi də davam edən faciələr olardımı?

Loading