Surxay Hüseynli: “Anama yaza bilmədiyim məktub…”
Sənə məktub yazıram…Səhərin açılmağına az qalb. Dan yerinin qızarıb-qızarmadığını bilmirəm. Sənə 63 yaşımda ilk məktub. Bilmirəm məktub yazdığım ünvana çatacaqmı. Amma sənin bu məktubdan xəbərin olmayacaq. Sən Ana adlı ulduzum sönüb.
Gozum qan rəngindədi.Göz yaşlarım ürəyimə axır..Sən mənə görə nə qədər göz yaşları axıtmısan, deyə bilmərəm. Uşaqkən xəstələnmişəm, hər gün yanıma xəstəxanaya gəlmisən, “mən daha burada qalmıram!, deyəndə mənə qoşulub ağlamısan.
14 il əvvəl 70 yaşın olanda Gəncə müvəqqəti saxlama həbs xanasına gəldin məni görməyə. Əvəlcə ağladın, sonra üzünü mənə tutdun:heç olmasa özünü burada yaxşı, dilini gödək elə.Yoxsa səni tutarlar…
“Tutulanın nəyini tutacaqlar”, – dedim. Düzü, səni o yaşda həbsxananın görüş otağına gətirdiyimə görə çox utandım. Burnumdan qan açıldı. Son illər, Rusiyadan, Ukraynadan, Türkiyədən bir az gec zəng eliyəndə, inciyərdin. …