Heydər Oğuz: “Hakimiyyət üzərində terrorçu imici yaradıla bilər: Rəhim Namazov müəmması”.
Mətbuatda kriminal avtoritet kimi təqdim olunan Rəhim Namazovun sağalması və artıq danışmağa başlaması yeni qalmaqallı kompromatların mətbuata sızdırılmasına və hakimiyyətə qarşı növbəti beynəlxalq ittiham və basqılara münbit zəmin hazırlayır. Namazovun Fransa KİV-lərinə müsahibəsində həyatının təhlükədə olduğu üçün danışmaqdan qorxduğunu, kriminalla heç bir əlaqəsinin olmadığı bildirməsi də polisə ifadələrinin siyasi içərik daşıyacağından xəbər verir. Zira bu adam həqiqətən Lotu Qulini söyməsinin güdazına gedibsə, məntiqlə, başına bu qədər ağır faciə gəldikdən sonra da susmamalı və yaxud susqunluğunu qorxmasıyla əsaslandırmamalı idi. Hər halda üzləşdiyi faciədən əvvəlki cəsarətlə sonrakı “ağciyərlik” bir araya sığmır.
Nəzərə alsaq ki, hazırda Fransa polisinin nəzarəti altında olan Rəhim Namazovun qarşısında bir də özünün kriminal aləmə aidiyyətini təkzib etmək və beləcə, məsuliyyətdən yayınmaq kimi mühüm “vəzifə” dayanır, onun arzulanan tərzdə…