Əlaqə vasitələri

Müxtəlif müəlliflər

Ataxan Əbilov: “Hüquqi dövlət nədir?”

Siyasi leksikonda çox cəlbedici görünən “hüquqi dövlət” termininə tez-tez təsadüf edilər. Xalqa müraciət edən siyasilər nitqlərində bu ifadəyə istinad etməyi xoşlayır, bununla bir növ öz intelektlərinin göstəricisini nümayiş etdirirlər. Müşahidələrə görə geniş oxucu kütləsinin bu təzahürün məzmunundan lazımi səviyyədə məlumatı yoxdur. Sosial şəbəkələrin birində gedən müzakirələrin nəticəsi olaraq dostum, keçmiş diplomat, hazırda Vətəndə olan avtoritar rejimdən dolayı Almaniyada yaşayan Rövşən bəyin xahişilə bu siyasi fenomenə onun geniş xalq kütlələri üçün anlaşılan səviyyədə izah etmək məqsədilə baş vurmalı oldum. Qiymətini isə qoy sıravi oxucu versin. Bəri başdan deyim ki, “hüquqi dövlət” deyilən hadisənin vətəni də elə Almaniya hesab edilir. Beynəlxalq nəşrlərdə çox vaxt bunu alman dilində də: “Rechtsstaat” ifadə edirlər. Adından göründüyü kimi bu dövlətlə bağlı olan hadisədir. Bu ifadədə “hüquq”…

davamı burada...

İlqar Altayın Prezidentə müraciəti: “Belə bir oyun xarakterli seçki nə bu xalqa, nə bu dövlətə, nə də Sizin özünüzə xeyir və baş ucalığı gətirməz”.  

Növbədənkənar 11 aprel 2018-ci il Prezident Seçkilərinin təyini və keçirilməsindəki qanunsuzluqlar, bu seçkinin leğitimliyini şübhə altına alan bir sıra pozuntular barədə tədqiqat-analizimlə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciətimin (3 hissəli-GİRİŞ,TƏDQİQAT-ANALİZ, NƏTİCƏ) nəticə hissəsi.  (əvvəlki hissələr genişdir və hörmətli izləyicilərə, oxuculara tədricən təqdim edəcəyik) NƏTİCƏ   Cənab Prezident Azərbaycan Konstitusiyasında Azərbaycan Prezidentinin növbədənkənar 11 aprel 2018-ci il tarixli prezident seçkiləri keçirilməsi barədə 5 fevral 2018-ci il tarixli sərəncamına uyğun, seçki legitimliyini təmin edəcək kifayət qədər hüquqi əsaslar yoxdur. Prezident sərəncamının istinad edildiyi Konstitusiyanın 101-ci maddəsinin 1-ci bəndinin “Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan edə bilər” ikinci cümləsi ilə, belə bir fövqəladə və dövlət-xalq əhəmiyyətli növbədənkənar tədbir üçün konkret hüquqi əsas və səbəb göstərilmir. Konstitusiyanın başqa heç bir yerində…

davamı burada...

Rüstəm Behrudi: “BU NECƏ MƏMLƏKƏTDİ, BƏNDƏSİ HAQQ İSTƏMİR?! …”!!!

  “YALTAQLIQ QORXAQLIĞIN, QORXAQLIQ ƏCLAFLIĞIN ƏLAMƏTİDİR” Rüstəm BEHRUDİ: “Əxlaq,  bədənin can atdığı, ruhun əzab çəkdiyi şeylərdən imtina etmək bacarığıdı insanın. İmtina eləmək bacarığı əxlaqın, əxlaq heç kimdən heç nə ummadan yaşaya bilməyin əlamətidi. Əxlaq ləyaqətin əlamətidi. Şərəfin şöhrət hissinə qul olanın ləyaqəti olmur.  Bizdə hamı şərəfini qorumağa çalışır. Ləyaqətini qorumaq heç kimin yadına düşmür. Yaltaqlıq qorxaqlığın, qorxaqlıq əclaflığın əlamətidi. Yaltaqlıq, qorxaqlıqla əclaflığın arasındakı yolun əlamətidi.”  ———————————————————————————————————– Fb-NİN GÜNDƏMİNDƏN Rustem BEHRUDİ 21 fevral  Yaltaqlıq qorxaqlıqla əclaflığın araslndakı körpüdür! Qorxaq adam yaltaq, yaltaq adam əclaf olur!  Şər özü-özündə bir şey olmadığından, aralıq mahiyyət daşıyır və gücünü bizim qorxaqlığımızdan, gücsüzlüyümüzdən alır! Qorxudan haqqını istəməyən məmləkətin torpağı Vətən, adamı vətəndaş ola bilməz! Bu nə cür məmləkətdi, Bəndəsi haqq istəmir?! Torpaq da bizdən bezib, Vətən…

davamı burada...

Sərdar Əlibəyli : “Göz görə-görə məmləkəti öldürürlər !!!”

QİYAMIN AYAQ SƏSLƏRİ HAKİMİYYƏTİN İÇƏRİSİNDƏN GƏLİR !!!  Bu günlərdə ölkənin gündəmini tamamən zəbt etmiş hakimiyyət-Orduxan, iqtidar-Mirzəli, hökumət-Tural və digər anlaşılması zor olan davalarından qəti bir şey qanammadım. Gerçəkdən də, bir dövlətin 3-5 uşağa qarşı savaş elan edib, bütün gücünü onları yenməyə, ya da yendirməyə qədər özünü küçümsəyə bilməsini anlamaq zor bir işdi. Bəzən adama elə gəlir ki, bu uşaqlardan “Çe Qavara” düzəltmək istəyi var işin içində. Kimlərdir bu davaları dəzgahlayanlar və hər iki tərəfin durub-dururkən, niyə məhz indi belə aktivləşməsinin önündə, arxasında kimlər və nələr var görən?! Hər kim(lər)disə, oynanan oyun(lar) nədirsə, olsun, amma olub-bitənlərin tək adı var – rəzalətdi, biabırçılıqdı və Azərbaycanı küll halında, həm içəridə, həm də dışarıda yerdən yerə vurmaqdı, onsuz da dövlətin qədərindən çox yıpradılmış nüfuzuna…

davamı burada...

  Sabir Rustemxanli: “1937-ci ilin repressiya havası və ya yeni faşizm”.

Bu yazını yenidən paylaşmağa ehtiyac duydum İctimai Televiziyada Anar Yusifoğlunun apardığı verilişə yarımçıq baxdım. Tanışlardan biri zəng vurdu, televizoru açdım. Bir dəstə tanınan, təcrübəli adam, millət vəkili dəvət olunmuşdu. Ölkə normal həyatını yaşayır, seçki də yoxdur, nə fövqəladə hadisə baş verib ki, bu adamlar belə təntənə və ya təlaşla bir araya gəliblər? Baxdım ki, hamı bir- birinin sözünü kəsə- kəsə, həyacanla azərbaycançılıqdan danışır. Çox gözəl! Azərbaycançılıq ölkənin əsas ideoloji xəttidir, ona sayğı hər bir vətəndaşın borcudur. Lakin bu gün bu ideologiyanı təhlükə altına alan heç bir olay, hərəkət yoxdur. Onda bəs bu adamları çilədən çıxaran nədir? Əsas mətləb budur! Son vaxtlar bəzi siyasi və rəsmi xadimlər durub-durduqları yerdə tez-tez qaşınmayan yerdən qan çıxarmağa çalışırlar. Biri deyir, “biz türk deyilik, hind-avropa…

davamı burada...

“Heç yerdə İslam dinində olduğu qədər qadının hüquqları yoxdur”

Переводчица Корана: «Нигде женщина не имеет столько прав, сколько в исламе» Статья из газеты: АиФ №44 30/10/2013 На прошлой неделе случился очередной теракт в Волгограде. А несколькими днями раньше двое террористов подорвались на собственной бомбе в Кабардино-Балкарии. «АиФ» узнал, почему мусульмане так легко расстаются с жизнью и поощряет ли их в этом ислам. «Человек, который совершил убийство невинной души, даже одной-единственной, никогда не почувствует запах рая. «И не убий ты душу, что Господом твоим освящена была». Так написано в Коране», — уверена Валерия Порохова, переводчица Корана на русский язык, с 2000 г. президент международного фонда «Межконфессиональное согласие и стабильность». Убей неверного в себе Екатерина Бычкова, «АиФ»: Почему же террористы во всём мире прикрываются исламом? Откуда-то ведь взялось понятие «исламский терроризм»… …

davamı burada...

Müsəlman Birliyi Hərakatının sədr müavini, İlahiyyatçı alim Elçin Qasımlının məhkəmədə Son Sözü

“Dünya yarandığı gündən Qiyamətə qədər Haqla batilin mübarizə meydanı olmuşdur. Bu mübarizə yolunda Haqq tərəfdarları düzgünlüyü, batil olanlar isə əyri və şeytani yolları özlərinə mübarizə üsulu seçmişlər. İnsanlığı uçuruma, zülm və sitəmə sürükləyənlər hər zaman qarşılarında Haqq-ədalətə, düzgünlüyə çağıranlarla qarşılaşmaqdan qorxmuş, ədalətpərəst insanları müxtəlif qondarma adlarla şərləmişlər. Əziz həmvətənlər! Yəqin ki, ötən müddət ərzində “Nardaran hadisələri” adı altında keçirilən qondarma məhkəmə prosesini izlədiniz. Hesab edirik ki, 2015-ci ilin noyabrından bu günə kimi, ötən iki il ərzində, həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı ölkəmizdə polis, prokurorluq və məhkəmə sistemlərinin üzdəniraq fəaliyyəti tam şəkildə ifşa olunmuşdur. Haqqımızda açılan yalançı, qurama cinayət işini hazırlayanlar Allahın izniylə bu gün öz qazdıqları quyuya düşərək rüsvay olmuşlar. Uca Yaradana şükürlər olsun ki, bizi…

davamı burada...

“Azər Tağıyevin 20 ildə vəkilliyə gətirdikləri”

Hörmətli oxucular! Mən bu gün Azərbaycanda ən məzlum, dilsiz-ağızsız peşə sahiblərindən olan vəkillərdən, vəkilliyin vəziyyətindən, vəkilləri və vəkilliyi “idarə” edənlərdən danışmaq istərdim. Dünyanın inkişaf etmiş bütün dövlətlərində ən seçilən peşələrdən biri vəkillik peşəsidir. Lakin bizdə vəkilliyin indiki durumuna nəzər salanda, görürsən ki, bu durum həddən artıq acınacaqlıdır. (Hərçənd bu yazıdan sonra “adlarını vəkil qoymuş” bəziləri öz sədrlərini müdafiə etmək, yaxud özlərini kimnsə “gözünə soxmaq” üçün məni qarşı kampaniyaya başlayacaqlar. Etsinlər, onlardan qorxan-filan yoxdur. Buyurub, gəlsinlər. Onu da deyə bilərəm ki, vəkillərin sırasında həddən artıq ləyaqətli, savadlı, prinsipal vəkillər də fəaliyyət göstərirlər. Amma düşdükləri vəziyyət bu cür insanları da sıxır və onlar peşələrindən həzz ala bilmirlər. Mən bu məsələlərlə bağlı istənilən görüşə və debata hazıram.) Bir az yaxın tarixə nəzər salsaq,…

davamı burada...

Surxay Hüseynli: “Anama yaza bilmədiyim məktub…”

Sənə məktub yazıram…Səhərin açılmağına az qalb. Dan yerinin qızarıb-qızarmadığını bilmirəm. Sənə 63 yaşımda ilk məktub. Bilmirəm məktub yazdığım ünvana çatacaqmı. Amma sənin bu məktubdan xəbərin olmayacaq. Sən Ana adlı ulduzum sönüb. Gozum qan rəngindədi.Göz yaşlarım ürəyimə axır..Sən mənə görə nə qədər göz yaşları axıtmısan, deyə bilmərəm. Uşaqkən xəstələnmişəm, hər gün yanıma xəstəxanaya gəlmisən, “mən daha burada qalmıram!, deyəndə mənə qoşulub ağlamısan. 14 il əvvəl 70 yaşın olanda Gəncə müvəqqəti saxlama həbs xanasına gəldin məni görməyə. Əvəlcə ağladın, sonra üzünü mənə tutdun:heç olmasa özünü burada yaxşı, dilini gödək elə.Yoxsa səni tutarlar… “Tutulanın nəyini tutacaqlar”, – dedim. Düzü, səni o yaşda həbsxananın görüş otağına gətirdiyimə görə çox utandım. Burnumdan qan açıldı. Son illər, Rusiyadan, Ukraynadan, Türkiyədən bir az gec zəng eliyəndə, inciyərdin.

davamı burada...

Vəkil İradə Cavadovanın “Nardaran işi”ndə müdafiə nitqi.

  Əmirəli Əliyev məhkəmədə verdiyi ifadəsində göstərdi ki, “03 dekabr 2015-ci ildə o evdə olduğu zaman evə 30 nəfərə yaxın üzü maskalı şəxslər gəldi, 3 oğlu ilə birlikdə onu tutdular. Dedim oğullarımı buraxın, əvəzində onların dediklərinə imza atdım. Heç bir video çəkilişdən də istifadə edilməyib, yalandan silahlar boynuma qoyublar.” Əmirəli Əliyevə ibtidai istintaq dövründə dövlət hesabına təyin edilmiş vəkil Aytən Əliyeva olub və o, müdafiə işini keyfiyyətli aparmayıb. Belə ki, Ə. Əliyev 2016-cı ilin yanvar ayında Baş Prokurora məktub yazaraq dövlət hesabına təyin edilmiş vəkilin xidmətlərindən lazımi qaydada istifadə edə bilmədiyini qeyd edib. Bundan əlavə Ə. Əliyevin həbsdə saxlama müddətinin uzadılmasına 16 iyul 2016-cı ildə Nəsimi rayon məhkəməsində baxılarkən müdafiəçi məhkəmə iclasında iştirak etməyib. Lakin həmin tarixdə tərtib edilmiş ekspertiza…

davamı burada...

Şəmsəddin Əliyev: “İslam hüququ: sosial tənzimləmənin universal sistemi”

Şəmsəddin ƏLİYEV, “Polisə dəstək” İctimai Birliyinin sədri “İnsanlarla onların ağlı səviyyəsində danışın” Məhəmməd (s.ə.s.) Peyğəmbər “İslam (müsəlman) hüququ”  anlayışı altında VII əsrdə Məhəmməd Peyğəmbərin adı ilə bağlı olan islam dininin hüquqi aspektləri başa düşülür. Bu baxımdan İslam hüququna şəriətin sinonimi  kimi də baxılır. Şəriət islamı qoruyan, onun qaydalarına əməl edən insanlar tərəfindən ərsəyə gətirilən ilahi-dini qanundur. Daha doğrusu, müsəlmanların “nəyi etmək olar, nəyi etmək olmaz” normalarının məcmusudur. Burada dini və hüquqi başlanğıc normalar bir-birinin ayrılmaz tərkib hissələridir. Amma bəzi alimlər İslam hüququnun hüquqi xarakterini qəbul etmirlər. Başqa normativ, dini sistemlərdə olduğu kimi (indus hüququ, Uzaq Şərq ölkələrinin hüququ) şəriət hüququnun əsasında hüquqlar yox, insanların dini vəzifələrinin icrası, yerinə yetirilməsi ideyası durur. Zənnimcə, İslam hüququ fenomeni ilə müasir hüquq elminin mövqeyinə…

davamı burada...

Eldəniz Quliyev: Ziyalı siyasiləşməlidirmi?

Bilirəm, çoxunuz bu uzunluqda yazını oxumayacaqsız. Amma… Son vaxtlar mətbuat səhifələrində, eləcə də bəzi tədbir və müzakirələrdə ziyalıların siyasiləşməsi haqda müxtəlif fikirlər səslənir. Bu yaxınlarda hörmətli bir təşkilatın keçirdiyi və əsasən bu mövzuya həsr edilmiş tədbirin iştirakçısı oldum. Təəccübümə rəğmən, çıxış edənlərin əksəriyyəti: «Bu gün ziyalılarımız hökmən siyasiləşməlidir. Buna alternativ yoxdur!» – söylədilər. Sözün doğrusu, həyat təcrübəsinə, elminə, qələmi və digər müsbət xüsusiyyətlərinə hörmət bəslədiyim insanların birmənalı olaraq belə fikir yürütməsi məni çaşdırdı. «Necə yəni?.. Axı ziyalı niyə və nə səbəbə siyasiləşməlidir? Özü də «hökmən!» Nə üçün? Nə xəbərdi?…» – bu sualları ürəyimdə təkrar edə-edə duruxub qaldım. İndiyəcən mən, yarıciddi, yarızarafat düşünmüşəm ki, qələm əhli çox vədə yaxşı danışa bilmədiyi üçün yazmağa, siyasətçi isə çox zaman yaxşı yaza bilmədiyi üçün…

davamı burada...

Sərdar Əlibəyli: “Azərbaycandan savayı hamın(ız)ın gözü aydın olsun !!!”

ÜÇ PƏRDƏLİ “MİTİNQ” TAMAŞASINA SÖZARDI ƏVƏZİ  Fb-NİN GÜNDƏMİNDƏN Mübariz MƏSİMOĞLU 29 oktyabr   NƏ QƏDƏR Kİ, MÜXALİFƏT HEÇ NƏYƏ QADİR DEYİL…  Dünən Milli Şuranın keçirdiyi mitinqdə də təqribən 5-6 min arasında adam iştirak edirdi. Əvvəlki mitinqlərdə olan saya bərabər. Artma – azaılma olmamışdı. Əfsuslar…. Gözünüz aydın olsun İsa Bəy, Arif bəy, Rəsul bəy, Sabir bəy, İlyas bəy, Sərdar bəy, Pənah bəy, Mirmahmud ağa, Qüdrət bəy, Elşad bəy, Əhməd bəy və. s. Milli Şura qarşısına qoyduğu məqsədlərə nail ola bilmədi. Meydana nəzərində tutduğu 5 milyon narazı əhalinin 40 min nəfərini çıxarammadı. Ürəyiniz yerinə gəldimi, bəylər? Bilirəm, mütləq deyəcəksiniz ki, o bizim mitinq deyildi. Bəs, hanı sizin mitinqiniz? Tədbirləriniz, çıxış yolunuz? Lütfən, göstərin onları bizə. Göstərə bilmirsinizsə, heç olmasa, sözlə deyin. Amma Milli…

davamı burada...

İlham Əliyev, siz bu ölkəni cəhənnəmə çevirmisiz!

Mehriban Əlieva, Siz kirayə cəhənnəmində yaşamağın nə olduğunu bilirsiniz? Söz önü. Cənab prezident. Sizinlə ikilikdə görüşmək qismətim olmayıb. AMEA-ya dəfələrlə gəlmisiniz, xüsusi seçilmiş adamlarla qapalı, gizli görüşmüsünüz. Siz bizimlə, öz vətəndaşlarınızla, işçilərinizlə görüşməkdən, açıq dialoqdan həmişə qaçmısınız. Çünki siz, əminəm ki, sosial problemlər içində çırpınan vətəndaşlarınızın gözünün içinə baxmağı bacarmayacaqdınız…Bu çətindir, sizi yaxşı başa düşürəm…Və bu səbəbdən mən məcbur olub Sizinlə qiyabi də olsa söhbət etmək məcburiyyətində qaldım və bundan əsla, qətiyyən qorxmuram. Itiriləcək nəyim var ki, qolumdakı zəncirdən başqa…Bir də həqiqi alim olmaq kimi umudlarım var…bir də hər ayın əvvəlində aldığım 200 manat maaşım…bir də dostlarıma, tanışlarıma, mağazalara, məktəbə illərlə yığılan borclarım var… Bir də övladlarımın məndən istədikləri pulla həll olunan bəzi şeylər var…Bunları məndən alacaqsınızsa alın…Bir az rahatlayaram……

davamı burada...

Aydın Abbasov (Türk Aydın): Əbülfəz Elçibəy və daha nələr, kimlər haqqında.

“Hərdən deyirlər ki, Heydər Əliyev o zaman Əbülfəzə kömək elədi, yalan söhbətdi…” “Dedim, Nemət, indiki halda səni Bəy yox, heç Allah da müdafiə edə bilməz…” “Hələ 1970-ci ildə Əbülfəz deyirdi ki, Sovet hökuməti 1980-ci illərin axırında dağılacaq” Səhərisi məni buraxdılar, onu da dedilər ki, Heydər Əliyev də dünən səni müdafiə elədi, dedi ki, uşaq özü təhlükədədir, amma mənim qayğımı çəkib… Son illərdə bəzi şəxslər Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəy haqqında müxtəlif ittihamlar, Elçibəyin KQB agenti olması, kimlərə işləməsi ilə bağlı fikirlər səsləndirir. Elçibəylə bağlı səsləndirilən bu və ya digər ittihamlara tələbəlik illərindən Əbülfəz Əliyevlə yaxın dost, daha sonra əqidə yoldaşı, nəhayət Əbülfəz Elçibəyin prezidentlik dönəmində müşaviri olmuş Aydın Abbasovla aydınlıq gətirmək qərarına gəldik. – Aydın bəy, xahiş edərdik ki, öncə

davamı burada...

Aydın Qacar: “Sərdar Cəlaloğlu birincilərə müxalif olmaq ustasıdır.” “Yaşamağa utanıram” elegiyasına söz ardı və

…”Son dəfə qardaşıma baş çəkdim. Bir az ordan-burdan söhbət etdik. Sonra səhhətini xəbər aldim. O, çox sakit tərzdə “Daha yaşamağa utanıram – dedi.Bu söz məni ildırım kimi vurdu. Çünki bunu ikinci dəfə, olduğu kimi təkrar eşidirdim. Bir əmimin, bir də qardaşımın dilindən. Onun üzünə baxdım. Gözlərində tam bir laqeydlik vardi. Artıq onu həyata bağlayan ən incə tel belə qalmamışdı. O da əmim kimi ölmək istəyirdi. Nə deyəcəyimi bilmədim.  24 il qazilik ömrü yaşayan, hər cür ağrıya, əzaba, çətinliyə dözən qardaşım oğul itkisinə cəmi 24 gün dözə bildi. Qazi kimi oğlunun ölümüylə fəxr etdi, ata kimi bu itkidən qəhr oldu. Rasimin şəhidliyinin 24-cü günü bacı-qardaşı yaxın qohumların əhatəsində həyata gözlərini yumdu. Bununla da öz cihad yolunu başa vurdu.  Son…

davamı burada...

Aydın Şükür: “Biz niyə gerçək dünyəvi, hüquqi dövlət ola bilmirik???!!!”

Aydın ŞÜKÜR DÜNYƏVİ-HÜQUQİ DÖVLƏT OLMAĞIMIZI İSTƏYƏNLƏR ANLAMIRLAR Kİ, … Bizim üçün dünyəvi dövlət olmaqla, dünyaya inteqrasiya etməyin, hüqiqi dövlət ola bilməyin imkansızlığının əsas səbəbləri var və bu səbəblər ustalıqla xalqa sırınıb, xalqın həyat tərzinə dönüb. Azərbaycanda normal dövlət olmaq üçün əngəl yaradan, biri-birini inkar edən, biri-birinə zidd olan tərəflər hər addımda mövcuddur. Görünən və görünməyən tərəflər var. Bir tərəfdə dünya güclərinin bizdən tələb etdiyi “dünyavi, hüquqi dövlət” olmağımız çağrışı durur, digər tərəfdə isə, bizim zərurətdən doğan səbəblərə görə dünyaya inteqrasiya etmək məcburiyyətimiz, dünyadan təcrid olunmamaq istəyimiz, hüquqi və milli dövlət olmaq niyyətimiz var. Bir tərəfdə, dünya güclərinin içimizdə həyata keçirdikləri öz maraqları, digər tərəfdə isə həmin güclərin məhv etdikləri xalqın maraqları. Bir tərəfdə gəlişi gözəl sözlərlə aldadılıb real olmayan mücadiləyə…

davamı burada...

 Sərdar Cəlaloğlu:“Mən kainatın üçüncü qanununu kəşf etmişəm”

Bir toplum öz dəyərlərini daş-qalaq edə-edə, dəyərsizləşir. Dəyərsizləşdikcə də, dəyərli gördüyü toplumların sırasında dayana biləcəyinə özü də inanmır. Açığı, Nobel mükafatının bir addımlığına qədər irəliləyən Sərdar Cəlaloğlu barədə deyilənləri oxuduqca, bu fikirlər ağlıma gəldi. Kimlərsə, illah da, bu adamın nəzəriyyəsini gözdən salmaq üçün dəridən-qabıqdan çıxır, oxumadıqları bir tədqiqat əsərini elmlilikdən uzaqlıqda suçlayırlar. Özü də bu insanlar heç araşdırılan sahənin belə, adamı deyillər. Sərdar Cəlaloğlunun nəzəriyyəsini oxuyan əcnəbi mütəxəssislər isə onun Nobel mükafatının son mərhələsinə qədər irəliləməsinə etiraz etməyiblər. Deməli, bununla da, ən azı, nəzəriyyənin elmi olduğunu təsdiqləyiblər. Bəs, görəsən, bu nəzəriyyənin qısa mahiyyəti nədən ibarətdir? Sərdar Cəlaloğluyla söhbətimizdə bu suala aydınlıq gətirməyə çalışdıq. ADP sədrinin Strateq.az-a müsahibəsini təqdim edirik: – Sərdar bəy, əvvəla, sizi Nobel mükafatına namizədlər sırasına yüksəlməniz münasibətilə…

davamı burada...

Sərdar Cəlaloğlu yaradılışın sirrini öz nəzəriyyəsi ilə necə izah edir?

–ADP sədri “Mütləq Nisbilik” nəzəriyyəsi haqda danışır Son zamanlar ölkədə ən çox müzakirə olunan məsələlərdən bir də ADP sədri Sərdar Cəlaloğlunun Nobel Komitəsinə öz nəzəriyyələrini təqdim etməsidir. Bəziləri peşəcə həkim olan bir siyasi xadimin fizikayla məşğul olmasına ciddi baxmır, bu təşəbbüsü elmli görsənmək istəyi ilə əsaslandırırlar. Bəziləri isə onun gündəmdə qalması üçün “Nobel” arzusuna düşdüyünü düşünürlər. Təbii ki, onu tənqid edənlər arasında rəqibinin uğuruna sevinməyənlər də var. Sərdar bəy isə bütün sərt reaksiyalara baxmayaraq, öz işini davam etdirir, Nobel mükafatını bir gün mütləq Azərbaycana gətirəcəyini düşünür. Eşitdiyimizə görə, o, növbəti elmi əsərini də Nobel Komitəsinə təqdim edib. Bəs, görəsən, “Mütləq Nisbilik” nəzəriyyəsi adlanan bu əsərin məğzi, irəli sürdüyü ideyalar nədən ibarətdir?  ADP sədrilə söhbətimiz bu mövzu ətrafında oldu. Açığını desəm,…

davamı burada...

Sərdar Cəlaloğludan, şəhidlər haqqında elegiya: “YAŞAMAĞA UTANANLAR!”

Sərdar CƏLALOĞLU, ADP sədri (Ailəmin şəhidlərinə elegiya) “Sən yanmasan, Mən yanmasam, O yanmasa,  Necə çıxar qaranlıqlar aydınlığa?!” Nazim Hİkmət Böyük mütəfəkkir, humanizmin görkəmli nümayəndələrindən biri Hötenin “Şərəfli yaşamaq mümkün olduğu yerdə şərəfsiz yaşamaq nahaqdır” fikri orta məktəb dövrlərindən yadımda qalıb və zaman-zaman bununla Hötenin nə demək istədiyini anlamağa çalışmışam. Görünür, Höteni bu sözləri deməyə məcbur edən çoxlarının şərəfli ölüm varkən, şərəfsiz yaşamağa üstünlük vermələriydi. Sonralar buna oxşar aforizmə Hüseyn Cavidin şeirlərindən birində rast gəlmişdim: “Ölüm  var ki həyat kimi dəyərli, Həyat var ki ölümdən də zərərli”. Bu iki misra ilə Hotenin fikirləri mənaca eyni olub, yalnız deyilişinə görə fərqlənir. Biz şərəfli ölüm  olan yerdə şərəfsiz yaşamaq istəməyənlərə qəhrəman və ya şəhid deyirik. Dinc, demokratik mübarizə fəlsəfəsini yaradanlardan yazıçı mütəfəkkir S.Sveyqin…

davamı burada...