Hakim Gültəkin Əsədovanın Kəmaləddin Heydərov sevgisi. Onlar vətənimizin irin verən yaralarıdır.
Əziz həmvətənlər!
5 sentyabr 2020-ci ildə “heydərizm rejimi”nin tapşırığı ilə, qanunsuz olaraq, yəni heç bir məhkəmə qərarı olmadan, dünyanın gözü qarşısında, polis işçilərinin köməyi və nəzarəti altında, hadisə yerindən canlı yayın edən jurnalistlərin gözü qarşısında, mənə və ailə üzvlərimə məxsus olan yaşayış mənzillərinin və obyektin vəhşicəsinə dağıdılması, ailə üzvlərimin qanuni mənzillərindən çıxarılması ilə bağlı 4 sentyabr 2020-ci ildən başlayaraq hələ də Nərimanov rayon məhkəməsində, özünü hakim kimi yox, Kəmaləddin Heydərovun şəxsi katibəsi kimi aparan “hakim” Gültəkin Əsədovanın sədrliyi ilə davam edən məhkəmə prosesi barədə aşağıdakıları diqqətinizə çatdırmağı məsləhət bilirəm.
Ümid edirəm ki, cəmiyyətimizin hüquqi maariflənməsi və məhkəmələrimizdəki real vəziyyətin düzgün dərk edilməsi baxımından faydalı olacaqdır.
Baş verənlərin əsl mahiyyətini, yəni mənim və ailə üzvlərimin, şəxsən mənim siyasi fəaliyyətimə görə təqib…