Əlaqə vasitələri

“Hicab”a qarşı çıxanların şəxsi əxlaqı

Xırdalan şəhər 1 saylı orta məktəbin direktoru Sevinc Əliyeva məhz hicablı olduğuna görə mənim bacım qızını başqa bəhanə gətirərək işdən azad edib. Bu fakt Abşeron rayon məhkəməsində  araşdırılan sübutlarla təsdiqini tapıb.”Təqdimat” adlı sənəddə məktəbin direktor müavinləri məhz  hicabı    vurğulayıblar. Hörmətli Misir Mərdanov öz müsahibələrində bu qadağanın müəllimlərə aid olmadığını desə də, bu, həqiqəti əks etdirmir. Görünür ki, sionist ağalarından tapşırıq alan hansısa nökər hörmətli Təhsil Naziri Misir Mərdanova tapşırıq verib. Cənablar, mən sizin tumanı qısa, sinəsi açıq, özünü əmtəə kimi təklif edən qadın və qızlarınızın geyiminə irad bildirmədiyim kimi, siz də zəhmət çəkib başqalarının qız-qadınlarını özünüzünkü kimi geyinməyə məcbur edib barmaqla göstərilməməyə  (bir məşhur məsəldə deyildiyi kimi) cəhd etməyin. Əvvəla, geyim — şəxsi  işdir, zövq məsələsidir. İkincisi… Axı siz hansı…

davamı burada...

“Şərin vəkili və ya şərbaz vəkil,”(Natiq Güləhmədoğlu), “Əsəblərinizi sakitləşdirə” bildinizmi? (Qurban Məmmədov), “Qurban Məmmədovun əzabları” (Natiq G.)

“AZADLIQ”  27 MAY 2015 08:20 Sabirabad camaatı və Vəkillər Kollegiyası bunları bilib, başına çarə axtarmalıdı… Bizdə bir el məsəli var, deyirlər, suyun lal axanı, insanın yerə baxanı! Çətin tərbiyə olunan uşaqlar üzrə mütəxəssis, Sovet pedaqoqu Makarenko isə öz təcrübəsinə əsaslanaraq, bu deyimi daha da gücləndirib. O yazırdı ki, bəzən müəllimlər sinifdə diqqətlərini dəcəl şagirdlərin üzərində cəmləməklə zahirən sakit görünən başqa şagirdlərin xuliqanlığına, intizamsızlığına və başqa neqativ hərəkətlərinə şərait yaradır. Yəni, müəllimin fikri-zikri beş-altı çılğın, dəcəl şagirdin üzərində cəmlənir, belədə isə diqqətdən kənarda qalan, sakit, amma mahiyyətcə dağıdıcı olanlar “dərə xəlvət, tülkü bəy” şəraiti əldə edirlər. Bu müqəddimə zahirən sakit, təmkinli duruşu, həlim xasiyyəti ilə seçilən, buna görə də ətrafdakılar tərəfindən “qız-gəlin qədər abır-həyalı” şəxs kimi tanınan, lakin törətdiyi bəd əməllərin…

davamı burada...

Diplomat Arif Məmmədov: “Xalqa qarşı ədalətsizliklə mübarizə əzmim sonsuzdur”

“AZADLIQ”  07 İYUN 2015 19:20 Arif Məmmədov azərbaycanlı diplomatlara çağırış etdi: “Çox gözləmək lazım gəlməyəcək” “Belə repressiya heç inkvizisiya illərində də olmayıb” Son günlərin ən populyar Azərbaycan diplomatına çevrilmiş, özünün bir neçə fərqli facebook qeydi ilə hakimiyyətin hədəfinə gələn və ictimai diqqətin mərkəzinə düşən Arif Məmmədov iyunun 7-i səhər saatlarında növbəti sensasion açıqlama ilə çıxış edib. Bu dəfə o, Azərbaycan XİN-də bir neçə nəfərin ona görə işdən çıxarılmasına münasibət bildirib. Onun facebook səhifəsində paylaşdığı açıqlamanı təqdim edirik (açıqlama rusca yazılıb): “Əziz dostlar, bacı və qardaşlar, uca Azərbaycan xalqı! Ölkənin ən yaxşı diplomatlarının “ovuna” başlanmasından olduqca təəcüblənmişəm və hiddətlənmişəm. Repressiyalar əmri ölkənin repressiv fabrikindən gəlib. Bu hakimiyyətə Eynulla Fətullayev və onun kimilər lazımdır. Bakıdakı yanğında ölənlərin ailələrinə yazdığım başsaqlığı sözlərimi “layk”…

davamı burada...

 ŞAHVƏLƏD ÇOBANOĞLUNUN YUXULARI…

Şahvələd Çobanoğlunun yuxuları… Və ya ABŞ səfirinin rus qoşunlarının Azərbaycandan çıxarılmasına kədərlənməsi həqiqətə oxşamır Üstündən 22 il keçsə də, radikal müxalifət düşərgəsinin təmsilçiləri hələ də 1993-cü ilin 4 iyununda baş verən qiyamı sağa-sola hərləməklə iynə ucu boyda da olsa, bəraət əldə etmək, ölkəni, xalqı və yenicə əldə edilmiş müstəqilliyi necə böyük bir təhlükənin qarşısında qoyub meydandan qaçmaqlarına haqq qazandırmaq üçün çabalayırlar. Amma ortada əlahəzrət fakt var və hələ o dövrdə Əbülfəz Elçibəy komandasında təmsil olunan şəxslər də təsdiqləyirlər ki, Surət Hüseynovun qaldırdığı qiyamın qarşısında pərən-pərən olan AXC-”Müsavat” iqtidarının təmsilçiləri, sadəcə, qaçmaqla, gizlənməklə yaxa qurtarmağa çalışırdılar. Əslində, bu şəxslərin bir damla belə dövlət idarəçiliyi anlayışlarının olmaması nöqteyi-nəzərindən “qaçıb aradan çıxmaq” taktikasına müraciət etmələri o qədər də təəccüb doğurmur. Lakin ötən 22…

davamı burada...

Open Letter Regarding the Human Rights Situation in Azerbaijan

Share on facebookShare on twitterShare on linkedinShare on google_plusone_shareShare on emailMore Sharing Services87 April 13, 2015 Open Letter Regarding the Human Rights Situation in Azerbaijan April 13, 2015 Download PDF We the undersigned are alarmed by the deteriorating human rights situation in Azerbaijan. Arrests and detentions of journalists, civil society and human rights activists, religious believers, and opposition figures have multiplied; Azerbaijan now has twice as many political prisoners as Russia and Belarus combined. The government has targeted domestic and foreign NGOs, freezing their bank accounts and effectively paralyzing them.  Senior government officials have engaged in an ugly anti-Western campaign.  Corruption is a huge problem and inhibits the country’s ability to flourish economically and politically.  The December 26 raid on…

davamı burada...

“MİLLƏTİMİZİN SƏBRİ ARTIQ TÜKƏNİB” – Diplomatın yeni açıqlaması

“Azpolitika” 06/06/2015 – 01:29 Azərbaycanın Avropa Ittifaqında nümayəndəliyinin rəhbəri, Avropa Şurasında daimi nümayəndəsi olmuş, hazırda isə İslam Əməkdaşlıq Təşkilatının Avropa Ittifaqı yanında nümayədəsi vəzifəsini daşıyan Arif Məmmədovla bağlı qalmaqal gündəmin əsas mövzusu olaraq qalmaqdadır. Xatırladaq ki, Arif Məmmədov facebook-da yazdığı bir neçə qeydə görə hədəfə gəlib. Hakimiyyət təmsilçiləri və iqtidara yaxın mətbuat Arif Məmmmədov haqqında xoşagəlməz ifadələr işlətməkdə, onu dövlətə xəyanətdə ittiham etməkdə davam edir. Diplomat bu gün facebook səhifəsində xalqa müraciət edərək barəsində yazılanlara cavab verib. Müraciəti olduğu kimi təqdim edirik: “Əziz dostlar, bacı və qardaşlar, uca Azərbaycan xalqı! Bu gün günün ikinci yarısından mənə qarşı hücumlar yenidən başladı. Murzilkada, murzilkaçılar nazir Məmmədyarovla olan şəkildən tutub. Bütün digər faktlar yalandı. Mənim belə kostyumum yoxdur və heç zaman olmayıb. Fikir…

davamı burada...

“Üsyankar səfir” yeni müraciət yaydı: “Millətimizin səbri artıq tükənib”

“AZADLIQ” ŞƏNBƏ, 06 İYUN 2015 00:25 Azərbaycandakı diplomatik qalmaqal Avropa mediasına çıxdı; Bakıda isə Arif Məmmədova qarşı yeni ittiham irəli sürüldü Uzun illər Azərbaycanın Avropa Şurası, ardınca da Avropa Ittifaqındakı səfiri olmuş, hazırda isə Islam Konfransı Təşkilatının Avropa Birliyindəki missiyasına rəhbərlik edən Arif Məmmədovun Bakıdakı yanğından sonra məmurları tənqid etməsilə “diplomatik xəyanət” qalmaqalı artıq Avropa mediasında da müzakirə mövzusuna çevrilib. “Azad Avropa” radiosu “Azərbaycanlı diplomatın ”facebook”da hökuməti tənqid etməsi qalmaqal yaradıb” başlığıyla geniş bir material yayımlayıb. Materialın tərcüməsini təqdim edirik: “Bakıda yaşayış binasında çoxsaylı insan tələfatı ilə nəticələnən yanğınla əlaqədar azərbaycanlı diplomat hökuməti açıq şəkildə tənqid edəndən sonra çox pis vəziyyətə düşüb. Islam Konfransı Təşkilatının Avropa Birliyindəki missiyasının rəhbəri Arif Məmmədovun “facebook”da yazdıqları nəticəsində yaranmış qalmaqalla əlaqədar Azərbaycan Xarici Işlər…

davamı burada...

Son həbslər ölkənin biznes mühitinə necə təsir göstərəcək?

“AZADLIQ” ÇƏRŞƏNBƏ AXŞAMI, 19 MAY 2015 08:36 Baş verənlər Azərbaycana sərmayə yatırmağa hazırlaşan əcnəbi investorlar və yerli iş adamları üçün ciddi risklər yaradıb Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevə yaxın olduğu bildirilən şəxslərin bu bankdan götürdükləri çox böyük məbləğdə kredit borclarına görə həbsi gündəmin əsas müzakirə mövzusu olaraq qalır. Bu həbslər banklardan iri kreditlər götürmüş başqa sahibkarları da qorxuya salmaqla yanaşı, ümumiyyətlə, bu ölkədə bizneslə məşğul olanlar üçün də ciddi risklər yaradıb. Son bir həftədə baş verənlər, o cümlədən bank sektorunda yaranmış problemlər heç şübhəsiz ki, ölkədə qeyri-neft sektorunda fəaliyyət göstərmək niyyəti olan və ÿbu sahəyə ÿsərmayə yatırmağa hazırlaşan xarici investorların planlarına da təsirsiz ötüşməyəcək. Başqa sözlə, bu son hadisələr ölkədən kapital axınına gətirib çıxara bilər. Onu da qeyd edək…

davamı burada...

Ölkəni dövlət kimi idarə etmək fikriniz varmı?

“AZADLIQ” , 20 MAY 2015 15:59 Font Ölçüsü Rəsmi məlumat yayıldı ki, yanğına səbəb olan (əslində yanğının sürətlə yayılmasına) “bina üzlüyü” istehsal edən zavodun sahibi həbs edilib. Niyə? Niyə istehsalçı həbs olunmalıdır? İstehsalçı o vaxt məsuliyyət daşıya bilər ki, satdığı malın xüsusiyyətləri, keyfiyyəti barədə yalan məlumat versin, mal saxta olsun və s. Bəs o mala sertifikat verənlər, müxtəlif nəzarət orqanları, tikintiyə nəzarət edənlər, istismara qəbul komissiyaları? Bu keyfiyyətsiz və təhlükəli materialları gömrükdən buraxanları, rüşvət alaraq belə faciələrə yol açdıqları üçün, onlar bəs nə vaxt cəzalandırılacaqlar? Bax budur monopoliyanın axırı, faciəli nəticələri. İqtisadi azadlıqlar təmin edilsəydi, millətin seçim imkanı olardı. indi heç kim təminat verə bilməz ki, bütün Bakı bir gecənin içində od tutub yanmayacaq. Artıq, məlumatlar yayılır ki, vətəndaşlar müstəqil…

davamı burada...

Rəsmilər Qarabağ veteranının ölümünü sükutla qarşıladı

“AZADLIQ” CÜMƏ AXŞAMI, 21 MAY 2015 08:26 Eldəniz Quliyev: «Bu elə torpaq və ərazi bütövlüyümüzə olan yanaşmanın təzahürüdür» Qurban Məmmədov: «Qazilər, haqq uğrunda mübarizə aparır!» Cəlilabad rayonu Polis Idarəsinin qarşısında özünü yandıran Qarabağ müharibəsi və 20 yanvar hadisəsinin iştirakçısı Mirtahir Miradil oğlu Mürsəlov vəfat edib. Məlumatı Modern.az saytına onun qardaşı Mirkamil verib. Müharibə iştirakçısı Mirtahir Mürsəlovun özünə qəsd etməsinə səbəb rayon rəhbərliyinin onun problemlərinə biganəliyi olub. Xatırladaq ki, bir neçə gün əvvəl Cəlilabad rayonunda daha bir intihar hadisəsi baş vermişdi. Qarabağ müharibəsi əlili Həsən Abidinov özünü asaraq intihar etmişdi. Iki il əvvəl isə Mürsəlov Mirtahirin evində qaz partlayışı olub və o, iki gün huşsuz vəziyyətdə qalıb. Mayın 19-da özünü yandıran Mirtahir Mürsəlovun özünü öldürmə faktı ilə bağlı cinayət işi açılıb.…

davamı burada...

ŞAHVƏLƏD ÇOBANOĞLU: “Talançıların ASAN yanma xidməti”

“AZADLIQ”  21 MAY 2015 09:05   Bu təhlükəni hamı bilirdi, dəfələrlə yazılmışdı, dəfələrlə deyilmişdi. Bundan əvvəl Nobel prospektində binanın yanması da hər şey sübut etmişdi. O zaman bəlli oldu ki, tamah xatirinə insanların həyatını təhlükəyə atıblar, necə deyərlər, ASAN yanma xidməti yaradıblar. Kənddə-kəsəkdə otu-tayanı, taxtanı, odunu, ümumiyyətlə, yanan nə varsa, yaşanan evdən uzağa yığırlar. Hətta yandığı halda səmt küləyinin bunların külünü evə gətirməyəcəyini nəzərə alırlar. Daha bunlar kimi çağın çoxminli yaşayış binalarını “quru samana” – alışqan neft-kimya zibilinə bürümürlər. Bu qədər məsuliyyətsiz, bu qədər zalımdırlar. Indi də günahı atacaqlar örtük istehsal edən şirkətin üzərinə. Axtarsan həmin şirkət də özlərininki çıxacaq, amma örtük istehsal edən şirkət ölkə vətəndaşına görə cavabdeh deyil ki. Tanınmış vəkil və ictimai xadim Qurban Məmmədov yaxşı sual qoyub…

davamı burada...

“İslahat olmasa, Əliyevin özü üçün də pis olacaq” “AZADLIQ”, 04 İYUN 2015 07:10

«Günahkarlar cəzalandırılmayacaqsa, o zaman xalq üsyanının baş verəcəyinə heç kimin şübhəsi olmasın» Qurban Məmmədov: «İlham Əliyevə onu aldadan məmurun kimliyi bəllidirsə və o, bu istiqamətdə tədbir görmürsə, deməli, dediklərində səmimi deyil» Azərbaycan hakimiyyətinin avtoritar mahiyyəti beynəlxalq aləmdə ona qarşı birmənalı mövqeyin, münasibətin yaranmasına səbəb olub. Azərbaycan hakimiyyəti ilə təmasda olan diplomatların, xarici dövlətin təmsilçilərinin ciddi tənqidlə üzləşdiyi birinci dəfə deyil baş verir. ATƏT-in Azərbaycandakı nümayəndəsi Aleksis Şahtaxtinskinin fəaliyyət mandatının dayandırmasının səbəbi onun I.Əliyevlə xatirə şəkili çəkdirməsi olub. Bundan əvvəl də I.Əliyevlə görüş keçirən xarici diplomatlar bu cür sərt reaksiya ilə üzləşmişdilər. Bunlara misal olaraq Ingiltərə şahzadəsinin, Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyerin üzləşdiyi problemləri göstərmək olar.  Müsahibimiz Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, hüquqşünas Qurban Məmmədovdur. Ona ilk sualımız elə…

davamı burada...

“Bu, artıq mənə xəyanət idi”

Qurban Məmmədov: “Heydər Əliyev məsləhət gördü ki…” Tanınmış hüquqşünas Qurban Məmmədov 1992-ci ilin may hadisələri zamanı cəmiyyət üçün qaranlıq qalan bəzi məqamlarla bağlı “Hürriyyət” qəzetinə maraqlı müsahibə verib.Moderator.az həmin müsahibəni təqdim edir:  -Qurban bəy, AXC 15 mayda hakimiyyətə gəlməsəydi, cəbhəçiləri hansı təhlükə gözləyirdi?  -14 may 1992-ci ildə Ayaz Mütəllibov yenidən hakimiyyəti zorla ələ almaq istəyi ilə parlament tribunasını yumruqlayanda, AXC rəhbərliyinin aydın bir qərarı, qətiyyətli planı yox idi. İdarə heyəti vəziyyəti müzakirə üçün yığışdı. “Nə etməli?” sualına hərə bir cür cavab verdi. Biri dedi: “gözləyək görək nə olacaq”. Digəri: “hansı qərar qəbul olunsa, icra etməyə hazıram ”— dedi. Mərhum Ə.Elçibəy o anda iclasda iştirak etmirdi, xəstələnmişdi, qardaşı evində idi. İclasa telefonla qatılırdı. Xeyli müzakirədən sonra fəal-radikal müqavimət tərəfdarları seçildi, yəni…

davamı burada...

İLHAM HÜSEYN: Dəyişikliyi fəlakət hesab edənlər

“AZADLIQ”, 20 APREL 2015  Yaxud, susmaqla Azərbaycanı Suriyaya çevirmirikmi? Tarix sübut edir ki, ən fəlakətli xəstəlik təfəkkürün xəstələnməsidir. Çünki, təfəkkürün xəstələnməsi köləliyə gətirib çıxır. Köləlik isə bütün iyrəncliklərə haqq qazandırmağa, bütün yalanları həqiqət kimi dəyərləndirməyə, bütün ədalətsizliklərə göz yummağa gətirib çıxarır.  Cəmiyyətin belə bir xəstəliyə tutulması isə hakimiyyətləri  azğınlaşdırır. Beləliklə, hakimiyyət vətəndaşların tapdalanmış qüruru üzərində istənilən “rəqs”i edir. Nəticədə kollektiv bədbəxtlik həyat tərzinə çevrilir və “palaza bürün elnən sürün” ifadəsi təsəlli rolunu oynayır. Bugün Azərbaycanda da eyni vəziyyət hökm sürür. Insanlar yol, körpü tikintisini, binaların üz qabığının rənglənməsini, bayraq meydanını, alov qüllələrini, Avropa oyunlarını inkişafın göstəricisi kimi həzm edir. Uzun müddət bu “həzm” prosesi baş versə də nəticədə aclıq ehtiyacı təmin olunmur. Beləliklə, insanlarda passiv narazılıq yaranır.  Hamı yaşayışından, ölkədəki…

davamı burada...

NATIQ GÜLƏHMƏDOĞLU: Bəy və müəllim Əli Kərimli

“AZADLIQ”, 28 APREL 2015  Bu gün (28 aprel) AXCP sədri Əli Kərimli 50 yaşını tamamlayır. Bu əlamətdar günlə bağlı mənim də deyəcəklərim var. Ancaq hardan və necə başlamaq çətindi. Xüsusən bütün gözəl sözlərin dəyərdən salındığı bir vaxtda yaşadığımızı nəzərə alsaq. Elə bir zamandır ki, insanlara haqq elədiyi tərifli sözləri deyəndə, yazanda adamı tərəddüd bürüyür ki, görən yaltaqlıq, yarınmaq kimi başa düşülmürəm?  Fəqət, bir şeyi də unutmaq lazım deyil. Müdriklər deyir ki, zülm bir insana haqq elədiyi şeydən məhrum etməməkdir. Bütün şüurlu həyatını Azərbaycan insanının azadlığı, rifahı üçün məhrumiyyətlərə həsr edən insanı heç olmaya bu gün zülm etmək niyyətim yoxdu.  Ordan başlayım ki, Əli Kərimli adlı siyasətçini mən ilk tanıdığım günlərdə ona yönəlik təniqdlərin çoxu onun yaşı ilə bağlı olardı. Söhbət…

davamı burada...

Elnur Astanbəyli: Azərbaycana təhlükə haradan gəlir?

07, 08 MAY 2015 “Azadlıq” ELNUR ASTANBƏYLI elnurastanbeyli@gmail.com Antidemokratik, avtoritar rejimlər “xarici düşmən” axtarışına çıxmağı və bu “xarici düşmən”dən gələn təhlükələrlə manipulyasiya etməyi sevirlər. Bəzən bu axtarışlar, manipulyasiyalar hətta özünüifşa həddinədək gəlib çatır. Uzağa getməyək, elə dünən (6 may) baş nazir müavini, “Qaçqınkom” sədri, YAP sədrinin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri (bir adama bu qədər vəzifə verildiyi bir ölkəyə xarici düşmən nə lazım?!) Əli Həsənovun açıqlamalarına göz ataq. O, Qarabağ məsələsinə görə ABŞ-ı, Rusiyanı, Fransanın qabırğasına o ki var döşəyib. Ümumiyyətlə isə son bir neçə gündə yaptokratların “xarici düşmən” cildində təqdim etdikləri ölkələrin, beynəlxalq qurumların sayı-hesabı yoxdur (əlbəttə, ittiham hədəfləri arasında doğrudan da, Azərbaycana münasibətdə…

davamı burada...

  Qurban Məmmədovun           1 (bir) manatlıq iddiası və ..             “SİLK WAY” AVIAŞIRKƏTI  MMC-NIN “AIRPORT GATE” FILIALININ  DÖVLƏTÇILIK  MÖVQEYI

    Adi vətəndşalara bəzən sadə və əhəmiyyətsiz görünən hallar hüquqşünaslar üşün başqa məna kəsb edir və dövlətçilik baxımından daha önəmli olur. Bu baxımdan Sizə təqdim edəcəyimiz indiki yazı, həqiqətən də,  çox önəmlidir və bütün dövlət və sair orqanlar üçün, eləcə də vəzifəli şəxslər üçün nümunə götürüləcək haldır. “ÇALXAN” MMC hüquq firmasının direktoru, tanınmış hüquqşünas Qurban Məmmədovun etdiyi bu hərəkət bütün hüquqşünaslarımız üçün də bir örnək olmalıdır. Çünki yuxarıda da qeyd etdiyimiz kimi, sadə vətəndaşların görə bilmədikləri və ya görsələr də, düzgün qiymətləndirə bilmədikləri nöqsanları aradan qaldırmağın yollarını hüquşünaslar daha yaxşı bilir və ya bilməyə borcludurlar. Diqqətinizə çatdıracağımız indiki fakt sübut edir ki, hüquqşünaslarımız tənbəllik etməsələr və prinsipiallıq göstərsələr, ətrafımızda olan bir çox nöqsanları aradan qaldırmaq, bu baxımdan hətta dövlət…

davamı burada...

Məhkəməmlə bağlı xalqa açıqlama

Əziz Həmvətənlər! Hörmətli bacı və qardaşlarım! Məhkəməm getdiyi, həbs olunduğum və ya mənə hökm oxunduğu günlərdə bəzi qəzetlərdə gedən məlumatlardan görürəm ki, 1998-ci ildə olduğu kimi, indi də mənim həbsim barədə dəqiq melumat verilmir. Bu məlumatların bəzisi qəsdlə səhv verilsə də, bir çoxu məlumatsızlıqdan, dəqiq informasiyanın olmamasından qaynaqlanır. Tam məsuliyyətim və səmimiyyətimlə bəyan edirəm: mən hansısa cinayət törətdiyimə və ya hansısa avtoqəzada təqsirim olduğuna görə həbs edilməmişəm.  Həbsimin səbəbi siyasi mövqeyim, indiki rejimə qarşı barışmaz münasibət sərgiləməyimdir.  Mən ölkədə total rüşvətxorluq, korrupsiya və monopoliya piradiması yaradan bir rejimə dəstək verə bilmərəm, loyallıq göstərə bilmərəm. Bu, mənim aldığım ailə və məktəb tərbiyəsinə, siyasi dünya görüşümün və siyasi əxlaqımın formalaşmasında müstəsna rolu olan Elçibəy əxlaqına ziddir.  Bəli, bir vətəndaşımızın ayağının sınmasında mənim…

davamı burada...

Nəsimi Rayon məhkəməsinin hakimi Emin Mehdiyevə (“Moderator.az” saytında 25 dekabr 2013-cü ildə dərc edilib.)

Açıq məktub. Oxudum hökmünüzü – mənə yazdığınız, məni məhkum etdiyiniz hökmü. Həmin cansız vərəqlərin arxasından bir canlı boylandı mənə – siz idiniz. Gözlərində xəcalət hissi, sifətində abır suyu, ruhunda bir ürkəklik – qorxu hissi gördüm. Ancaq əbəs yerə. Əsassızdır bu qorxu. Qətiyyən narahat olmayın. Qorxu, həyəcan və stress insanda qorxulu xəstəliklər yaradır: şəkər, təzyiq, əsəb, ürək, qan-damar xəstəlikləri, impotensiya və s.  Atın, azad olun bu hisslərdən. 1990-1991-cı və 1998-2003-cü illərdə olduğu kimi, indi də mən Sizdən və sizi öz siyasi niyyətlərinə alət edib bu hala salanlardan incik deyiləm, qisas hissi ilə də yaşamıram. Mən və dostlarım: cəbhəçilər, müsavatçılar, nidaçılar, gəncliyini həbsxanalarda çürütdüyünüz (bu sizə sifariş verənlərə belə gəlir), ancaq özünüz də bilmədən sınağa çəkib bərkitdiyiniz o gənclər, Allahına imanı ilə…

davamı burada...

“Göy” və “Milli”nin fərqi.

” 2 iş üzrə,  ayrı-ayrı, 10 min “milli” və 10 min “göy” aldığınız rüşvəti məcmu qaydada qəti olaraq 20 min “göy” kimi (indiki kursla) qəbul edərsinizmi?”  Hörmətli xanımlar və bəylər! Mənə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmayan cəza veriblər: ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il azadlıqdan məhrum etmə. İttiham edildiyim maddələrin heç birində belə cəza növü yoxdur. CM-nin 263.1.-1-ci maddəsində maksimum 3 il məntəqə tipli, 299.1-ci maddəsində isə maksimum, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 6 ay azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub. Bu gün qüvvədə olan AR-nın CM-də cinayətlərin məcmusu qaydasında cəzaların təyin edilməsi zamanı məntəqə tipli cəzanın ümumi rejimli cəzaya keçməsi kimi bir qayda nəzərdə tutulmayıb. CM-nin 66.1-ci maddəsinə əsasən, “cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə…

davamı burada...