Qurban Məmmədov müxalifət daxili gizlin müzakirələrdən danışdı
Qurban Məmmədov: “Görünür seçki qabağı canlanma namizədlərin rəsmi elan edilməsindən sonra başlayacaq”
Prezident seçkilərinə 6 aydan az bir müddətin qalmasına baxmayaraq nə müxalifət, nə iqtidar düşrgəsində, nə də ki, cəmiyyətdə seçki əhval ruhiyyəsi hiss edilmir. Sanki oktyabr ayında Azərbaycanda prezident seçkilər keçirilməyəcək. Bir neçə nəfərin namizədliyinin irəli sürülməsi və ya elan olunmasından başqa demək olar ki, seçki ilə bağlı heç bir iş görülmür. Eyni halda müxalif düşərgədə yaşanan pərakəndəlik və parçalanma hələ də mövcuddur. Bəs belə bir vəziyyətdə ölkə müxalifətinin keçiriləcək seçkilərdə uğur qazanacağı nə qədər inandırıcı görsənir? FaktXeber.com-un sualı ilə bağlı açıqlama verən hüquq müdafiəçisi, tanınmış müxalif sima Qurban Məmmədov diqqət çəkən məqamlara toxundu. Müsahib qeyd etdi ki, ölkə müxalifətinin daxilində birləşmə və təşkilatlanma ilə bağlı işlər gedir: “Lakin…