Əlaqə vasitələri

Qurban Məmmədovun məhkəməsi keçirildi: şahidin ifadəsində ziddiyyətlər ortaya çıxdı (foto)

Oktyabrın 23-də Nəsimi rayon Məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə Milli Şuranın üzvü, məhbus hüquqşünas Qurban Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirildi. Azadxeber.net saytının müxbirinin verdiyi məlumata görə, prosesdə Qurban Məmmmədovun özü və vəkili Xalid Bağırov, eləcə də dövlət ittihamçısı Elçin Nağıyev iştirak edirdilər. Məhkəmə Q. Məmmədovun vəsatətləri ilə başlayıb. Belə ki, Məmmədov ilk olaraq  18 oktyabr, 02 oktyabr və 14 oktyabr  tarixinlərində keçirilən məhkəmə zamanı verdiyi vəsatətlərin hakim və dövlət ittihamçısı tərəfindən təmin edilməməsini əsas gətirərək, prokuror və hakimin vicdanlılıq dərəcəsini müəyyənləşdirmək üçün məhkəmə psixiatrik ekspertizası təyin edilməsi, daha sonra isə barəsində seçilmiş həbs qətimkan tədbirinin istənilən başqa qətimkan tədbiri ilə əvəz edilməsi barədə vəsatət qaldırdı. Qısa sürən müşavirədən sonra hakim E. Mehdiyev vəsatətlərin təmin edilmədiyini elan etdi.…

davamı burada...

Prokuror və hakimin vicdanlılıq dərəcəsini müəyyənləşdirmək üçün məhkəmə-psixiatrik ekspertizası təyin edilməsi barədə

Nəsimi Rayon Məhkəməsinə (sədrlik edən hakim: Emin Mehdiyev) Təqsirləndirilən şəxs Məmmədov Qurban Cəlal oğlu tərəfindən Prokuror və hakimin vicdanlılıq dərəcəsini müəyyənləşdirmək üçün məhkəmə-psixiatrik ekspertizası təyin edilməsi barədə VƏSATƏT Hörmətli hakim! CPM-nin 145.2-ci maddəsinə əsasən, “Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər”.   18 sentyabr, 02 oktyabr  və 14 oktyabr 2013-cü il tarixli məhkəmə iclaslarında mənim  verdiyim tam əsaslı və işin tam, hərtərəfli və obyektiv araşdırılmasına yönələn vəsatətlərin heç biri ciddi arqument gətirmədən dövlət ittihamçısı tərəfinən müdafiə edilməməsi, sədrlik edən hakim tərəfindən isə rədd edilməsi, eləcə də,  hakim Emin Mehdiyevin 18 sentyabr 2013-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarı ilə, mənim…

davamı burada...

Həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə VƏSATƏT

Nəsimi Rayon Məhkəməsinə (sədrlik edən hakim E.Mehdiyev) Təqsirləndirilən şəxs Məmmədov Qurban Cəlal oğlu tərəfindən (həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə) VƏSATƏT Hörmətli hakim! Artıq zərəçəkmiş və ailə üzvləri dindirilmiş və ifadələrində göstərmişlər ki, mən onlara heç bir təzyiq göstərməmiş, ifadələrini dəyişməyə məcbur etməmişəm. Qalan şahidlər isə heç vaxt şikayət etməyiblər ki, guya mən onlara təzyiq göstərmişəm. İttiham edildiyim CM-nin 263.1-1-ci maddəsində ümumi rejimli cəzaçəkmə növü nəzərdə tutulmadığını, CM-nin 299.1-ci maddəsində isə 4 cəza növü nəzərdə tutulduğunu, onlardan yalnız birinin 6 ay ümumi rejimli cəzaçəkmə müəssisəsində cəzanın çəkilməsinin nəzərdə tutulduğunu diqqətinizə çatdıraraq və CPM-nin 320- ci maddəsinə istinad edərək, XAHİŞ EDİRƏM: Mənim haqqımda seçilmiş həbs qətimkan tədbirini dəyişdirib istədiyiniz başqa qətimkan tədbiri ilə əvəz edəsiniz. 23 oktyabr 2013-cü il İmza: / Q.C.Məmmədov…

davamı burada...

Qurban Məmmədovun məhkəməsindən reportaj…

MƏNBƏ Qurban Məmmədovun məhkəməsindən reportaj Tanınmış vəkil məhkəmə tərkibinə etiraz etsə də qəbul olunmadı Milli Şura üzvü cinayət işini ona qarşı qurulmuş oyun adlandırır Dünən Nəsimi Rayon Məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə Milli Şuranın üzvü, məhbus hüquqşünas Qurban Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Prosesdə Qurban Məmmədov məhkəmə tərkibinə və ümumilikdə Nəsimi Rayon məhkəməsinə yazılı etiraz təqdim edib. O, barəsində həbs-qətimkan tədbirinin seçilməsi, bu müddətin uzadılması ilə bağlı qərarların qanunsuz olaraq məhz Nəsimi rayon Məhkəməsinin hakimləri tərəfindən seçildiyini deyərək, məhkəmə sədrinin ona şəxsi maraqlar və düşmənçilik mövqeyində olduğunu bildirib. Bu səbəbdən də o, cinayət işinə başqa rayon məhkəməsində baxılmasını istəyib. Prokuror etirazı əsassız hesab etdiyini deyib. Hakim fasilə elan edərək, müşafirə otağına gedib. Müşavirədən sonra hakim qanunvericilikdə etiraza…

davamı burada...

CM-nin 287-ci maddsinə uyğun olaraq 1200070615 saylı cinayət işi üzrə VƏSATƏT

Nəsimi Rayon Məhkəməsinin hakimi E.Mehdiyevə   CM-nin 263.1-1 və 299.1-ci maddələri ilə təqsirləndirilən şəxs Məmmədov Qurban Cəlal oğlu tərəfindən   CM-nin 287-ci maddsinə uyğun olaraq 1200070615 saylı cinayət işi üzrə VƏSATƏT CM-nin 285-ci maddəsinə uyğun olaraq həmin cinayət işinin materialları ilə 22-23 avqust 2013-cü ildə Bakı istintaq təcridxanasında müdafiəçimin iştirakı ilə tanış oldum və aşağıdakı nöqsanları müəyyən etdim. 1. C1. Səh 47-də “gündəlik məlumat və hadisə yerinə baxış barədə” uyğun olaraq, 28.09.2012 və 10 oktyabr 2013-cü il tarixli protokollar var. II sənədin tarixi göstərir ki, bu sonradan tərtib edilib və müstəntiq Qiyasov Miraqil Mirkamal oğlu tərəfindən saxtalaşdırılıb. Çünki iş materialları mənə avqustu 22-23-də təqdim edilib, oktyabrın 10-da bu protokol necə tərtib edilə bilərdi? Bunu texniki səhv kimi qiymətləndirmək olmaz. Ona görə ki,…

davamı burada...

Qurban Məmmədovun qanunsuz həbsində rolu olanlar!!!

Qurban Məmmədovun qanunsuz həbsində rolu olan hakimlər: Nəsimi rayon məhkəməsinin hakimi Xumar Mərdanova 2 aylıq həbs qətimkan tədbiri seçilməsi barədə 04 iyun 2013-cü il tarixli qərarı qəbul edib.   Bakı Apellyasiya Məhkəməsinin hakimləri Camal Ramazanov, Mirzəli Abbasov və Faiq Qasımov 04 iyun 2013-cü il tarixli qərarı Nəsimi rayon məhkəməsinin qərarını qüvvədə saxlayıblar.   Bakı Apellyasiya Məhkəməsinin hakimi Rizvan Səfərov Nəsimi rayon məhkəməsinin 04 iyun 2013-cü il tarixli qərarından verilən şikayəti rədd edib.   Nəsimi rayon məhkəməsinin hakimi Etibar Hümbətov Həbs qətimkan tədbirinin 02.09.2013-cü ilə qədər uzadılması barədə 01.08.2013 tarixli qərar qəbul edib.   Bakı Apellyasiya Məhkəməsi hakimləri Mirzəli Abbasov, Əmir Bayramov və Əflatun Qasımov Nəsimi rayon məhkəməsinin 01.08.2013 tarixli qərarını qüvədə saxlayıblar.   Nəsimi rayon məhkəməsinin hakimi Etibar Hümbətov Həbsin…

davamı burada...

Azərbaycanda şiəliyin sonu gəldi
Azərbaycanda şiəliyin sonu gəldi

Azərbaycanda şiəliyin sonu gəldi

Mən gözümü açandan seyid qızı olan rəhmətlik anamı namaz qılan, Həzrəti Əlini tez-tez yad edən, imamlara rəhmət oxuyan və Kərbəla müsibətində şəhid olan Həzrəti Hüseynə və nakam övladlarına ağlayan görmüşəm. Özüm isə həyatımda Həzrəti Hüseynin mübarizə məktəbini deviz seçmişdim. Bəli, məhz seçmişdim. Daha şiə olmayacağam. Şiəliyi müdafiə etməyəcək və təbliğ etməyəcəyəm. İndi daxili axtarışlardayam: hansı təriqəti seçim… Dönüb geri baxanda məni vahimə basır. O dünayada nə cavab verəcəyəm? Niyə həyatımı səhv yaşamışam? Bəs indiki qərarımdan sonra o dünyada Həzrəti Əlinin, cənnət cavanlarının ağasının, cavan, şəhidlər şəhidi, körpəykən qanına qəltan edilən Əkbərin üzünə necə baxacağam? Həzrəti Hüseynə ondan imtina etməyimi izah edə biləcəyəmmi? Uşaq ikən adam dini mövqeyini valideynlərinə, qanandan, özünü tanıyandan, dərk edəndən sonra isə diri olan, fəaliyyətdə olan bir…

davamı burada...

Qurban Məmmədovun müsahibə və məqalələri

“Rüşvət bu hakimiyyətin mövcudluğunun sementidir” – Müsahibə 14.07.11 (Qafqaz.info) “Onun atdığı addım 5-10 il əvvəl İsa Qəmbərlə Əli Kərimlinin atdığı addımdan heç nə ilə fərqlənmir” Vətəndaş Hərəkatı Forumunun sədri, vəkil Qurban Məmmədovun “Qafqazinfo”ya müsahibəsi. [dropshadowbox align=”center” effect=”horizontal-curve-both” width=”autopx” height=”autopx” background_color=”#eafdfc” border_width=”2″ border_color=”#f15858″ ] Keçən həftə sizin təşəbbüsünüzlə 6 müxalifət partiyasının görüşü keçirildi. Bu görüşün nəticəsini necə qiymətləndirisizniz? [/dropshadowbox] – Əvvəla mən görüşün məqsədi barədə məlumat vermək istəyirəm. Məqsəd Azərbaycan müxalifətinin əsas aparıcı qüvvələrini bir araya gətirmək, onların səmimi birliyinə, Azərbaycan xalqını inandırmaqla xalqın mütləq əksəriyyətini bu rejimə qarşı mübarizəyə cəlb etməkdir. Çünki, son vaxtlar hadisələr göstərir ki, İctimai Palata adlı blokda birləşən Müsavat-AXCP, Qarabağ blokunda birləşən ADP, Ümid və başqa ayrı-ayrılıqda üçlükdə, beşlikdə bu problemin həllinin öhdəsindən gələ bilmirlər, Azərbaycan…

davamı burada...

Nəsimi Rayon Məhkəməsinə – Vəsatət 4

Nəsimi Rayon Məhkəməsinə Təqsirləndirilən şəxs (CM-nin 263.1-1,299.1) Məmmədov Qurban Cəlal oğlu tərəfindən CPM-nin 299.3.2-ci maddəsinə uyğun olaraq VƏSATƏT CPM-nin 299.3.2-ci maddəsinə əsasən, “hazırlıq iclasında, aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmamasına baxılır”. Nəzərinizə çatdırıram ki, ibtidai araşdırma zamanı CPM-nin aşağıdakı tələbləri pozulub: 1. CPM-nin 121.2-ci maddəsinin tələbləri pozulub. Həmin maddəyə əsasən, “cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedura daxilində hərtərəfli, tam və obyektiv arşdırılmasına yönəldilmiş vəsatət rədd edilə bilməz”. Lakin mənim 26 avqust 2013-cü il tarixli 50 bəndlik vəsatətim bu tələbə əməl edilmədən rədd edilib: mənim əleyhimə ifadə vermiş şahidlərlə üzləşməm keçirilməyib, zəruri istintaq eksperimenti keçirilməyib və.s. 2. CPM-nin 268.1-ci maddəsində nəzərdə tutulan tələblərə əməl edilməyib, mənim hüquqlarım pozulub. Belə ki, ən azı 30 may 2013-cü…

davamı burada...

Nəsimi Rayon Məhkəməsinə – Vəsatət 3

Nəsimi Rayon Məhkəməsinə CM-nin 263.1-1 və 299.1-ci maddəsi ilə ittiham edilən şəxs Məmmədov Qurban Cəlal oğlu tərəfindən Sübut kimi yolverilməz materialların məhkəmə baxışından xaric edilməsi barədə VƏSATƏT (CPM-nin 299.4.3-cü maddsinə uyğun ) Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin IV hissəsinə əsasən, “Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz”. CPM-nin 125.2.1-ci maddəsinə əsasən, “…bu Məcəllənin tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etməklə əldə edilən məlumatlar, sənədlər və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir”. CPM-nin 10.1 və 10.5-ci maddəsinə əsasən, “bu Məcəllənin müddəalarına əməl edilməməsi, qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur”. CPM-nin 124.1 və 1241.1-ci maddələrinə əsasən,…

davamı burada...

Nəsimi Rayon Məhkəməsinə – Vəsatət 2

Nəsimi Rayon Məhkəməsinə CM-nin 263.1-1 və 299.1-ci maddəsi ilə təqsirləndirilən şəxs Məmmədov Qurban Cəlal oğlu tərəfindən Sübutların tələb edilməsinə dair VƏSATƏT Haqqımda aparılan bu cinayət işi mənim siyasi mövqeyim və indiki siyasi rejimə qarşı siyasi fəalliyyətimlə bağlıdır. Bunu sübut etmək üçün CPM-nin 32.26-cı maddsəinə əsasən, XAHİŞ EDİRƏM: 1. “Avropa TV” və “Mediya TV” kanallarında yayımlanan “Azərbaycan saatı” proqramından (rəhbəri Qənimət Zahid), Kanal-13 və Obyektiv TV internet televiziya kanallarından mənim 2012-ci ilin 1 oktyabrdan 04 iyun 2013-cü ilədək olan çıxışlarım, müsahibələrim tələb edilərək işə əlavə edilsin. 2. “Azdlıq”, “Reytinq”, “Yeni Müsavat” və “Şərq” qəzetlərindən mənim 01 oktyabr 2012-ci il – 04 iyun 2013-cü il dövründə çıxmış bütün müsahibə və məqalələrimin surətləri tələb edilərək iş materiallarına əlavə edilsin. İmza: /Q.C.Məmmədov / PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...

Nəsimi Rayon Məhkəməsinə – Vəsatət 1

Nəsimi Rayon Məhkəməsinə Təqsirləndirilən şəxs (CM-nin 263.1-1,299.1) Məmmədov Qurban Cəlal oğlu tərəfindən CPM-nin 299.3.5-ci maddəsinə uyğun olaraq VƏSATƏT Haqqımda 04 iyun 2013-cü ildə seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsini xahiş edirəm. Çünki həmin qətimkan tədbiri istintaq dövrünün zəruriyyəti ilə “əsaslandırılmışdı” və artıq istintaq bitmiş, həmin tədbir öz vəzifəsini başa vurmuşdur – budur mən heç yerə qaçmamışam və sübutları saxtalaşdıra bilməmişəm. Əks təqdirdə iş məhkəməyə verilə bilməzdi. Bundan sonra da, Azərbaycan tarixində bu günədək CM-nin 263.1-1-ci və 299.1-ci maddəsinə əsasən, bir nəfərin də belə haqqında həbs qətimkan tədbiri seçilmədiyini nəzərə alsaq, mənim haqaımdakı həbs qətimkan tədbirinin qüvvədə qalması, bir tərəfdən mənim həbsimin siyasi sifariş olduğunu, digər tərəfdən də 4 alternativ cəza nəzərdə tutulan əmələ görə mənim haqqımda qəbul edəcəyiniz hökmün əvvəlcədən…

davamı burada...

Qurban Məmmədovun A.R. Prezidentinə 10 may 2013 tarixli müraciəti

Qurban Məmmədovun A.R. Prezidentinə 10 may 2013 tarixli müraciəti Cənab Prezident! Bu gün bir çox qanunlarımızın İslam dəyərlərinə və real ictimai münasibətlərə uyğun olmaması nəticəsində cəmiyyətimizdə rüşvətxorluq və koorupsiya günbəgün yayılır, insanlar arasında münasibətlər əsassız yerə korlanır, sosial mühitmiz getdikcə dözülməz hal alır, birgə yaşayış qaydaları, ictimai qaydalar, eləcə də, toplumdakı bir çox əxlaqi, mənəvi dəyərlər sürətlə deqrodasiyaya uğrayır. Bəzi qanunlarımızın  tətbiqi nəticəsində sahibsiz, nəzarətsiz uşaqlar, başsız ailələr əmələ gəlir ki, onlar da cəmiyyətimizin gələcək sosial bəllaları kimi hər birimizin qapısını döyəndə çox gec olacaq. Əslində bu gün  rastlaşdığımız bir çox problemlər həmin qanunların hələ SSRİ dönəmindən indiki qayadada qəbul edilməsinin və icrasının nəticəsidir. Cənab Prezident! Bu gün Azərbaycan hüquq mühafizə orqanları, xüsusilə də məhkəmələr “cinayətkar istehsalı” ilə məşğuldur. Adi…

davamı burada...

Qurban Məmmədovdan ibrətamiz seçki çağırışı

“Azadlıq” qəzetinin redaksiyasına hazırda istintaq təcridxanasında saxlanılan hüquqşünas Qurban Məmmədovun müraciəti daxil olub. Müraciəti təqdim edirik: Allaha inananlara müraciət Bu dünyada heç nə təsadüfi olmur.Baş verənlər hamısı Allahın hökmü ilə baş verir. Milli Şuranın yardılması, ən müxtəlif, hətta düşmənçilik münasibətlərində olan şəxs və qrupların bir araya gəlməsi, çoxlarının inana bilmədiyi, rejimin bütün gücünü qoyub dağıtmaq istədiyi birliyin baş tutması, rejimin Rusiya ilə yaxınlaşıb Rüstəm İbrahimbəyovun namizədliyinə mane olması və hörmətli Cəmil Həsənlinin namizədliyinin milli arzunun, sosial sifarişin zəruri nəticəsi kimi ortaya çıxması Allahın hökmü ilə baş verdi. Allahın rəhimdil, mərhəmətli, ədalətli və adil olmasına inananlar bilirlər ki, Böyük Yaradanın öz istəyi ilə baş verən bu nəticə millətimiz üçün yalnız faydalı olacağı üçün Cəmil bəyi bu gün milli lider mövqeyinə gətirib.…

davamı burada...

Tələ, yoxsa Səhlənkarlıq

Tələ, yoxsa Səhlənkarlıq Hörmətli Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından çıxması ətrafında yaranan qeyri-müəyyənlikdən bəzi adamların – MŞ-da təmsil olunan dostlarımızın haqlı narazılıq və narahatlığını nəzərə alıb bu məsələni hüquqi baxımdan incələmək qərarına gəldim. Daha çox da 2003, 2005-ci ildə hörmətli Rəsul Quliyevin ətrafında oynanılan oyunlarla indi R. İbrahimbəyovla oynanılan (təki mən səhv etmiş olum) oyunların oxşarlığı məni narahat edir. O vaxt Rəsul Quliyevin bəzi məsləhətçiləri (onlar indi rejimin süfrəsi başında öz varlıqlarını sürdürürlər) ona səhv məlumatlar verir, onu qorxudur, hətta açıq şəkildə gəlməsini istəmir və ondan gəlməməyi tələb edirdilər. Guya, R.Quliyev gələn kimi onu həbs edəcək, döyəcək, təhqir edəcək və öldürəcəklər. Nəticə hammıya bəllidir. Rəhmətlik Bənazir Buhutto və Ayətullah Xomeyni də (Allah onlara rəhmət eləsin) Pakistana və İrana dönəcəkləri halda eyni…

davamı burada...

Redaksiyadan: Q.Məmmədovun vəkillərindən biri hüquqi təbliğat baxımından əhəmiyyətli olduğunu nəzərə alaraq bu ərizənin qəzetimizdə dərc edilməsini məsləhət bildi.

Redaksiyadan: Q.Məmmədovun vəkillərindən biri hüquqi təbliğat baxımından əhəmiyyətli olduğunu nəzərə alaraq bu ərizənin  qəzetimizdə dərc edilməsini məsləhət bildi. Bakı Apellyasiya Məhkəməsinin sədri İ.Nağıyev cənablarına CM-nin 263.1-1-ci maddəsi ilə ittiham edilən,  Bakı İstintaq təcridxanasında saxlanılan  (1-ci korpus, 67-ci kamera),  Məmmədov Qurban Cəlal oğlu tərəfindən ƏRİZƏ Hörmətli və möhtərəm sədr! Azərbaycanda məhkəmlərin və hakimlərin müstəqil olmadığını, hakimlərin əksər hallarda tapşırıq yerinə yetirdiyini, məhkəmə iclaslarının əvvəldən qəbul edilmiş hazır qərarlarla dekorasiya olduğunu, məhkəmələrin, faktiki olaraq, prokurorluqdan daxil olan ittihamnamə və təqdimatları təsdiq edən notariat orqanı kimi fəaliyyət göstərdiklərini, eləcə də mənim haqqımda qəbul edilmiş prosessual qərarların siyasi fəaliyyətimə görə tapşırıq əsasında qəbul edildiyini nəzərə alaraq: –       CPM-nın 91.5.14-cü maddəsinə əsasən, həmin cinayət işi üzrə istənilən məsələyə dair keçiriləcək məhkəmə iclaslarında şəxsən…

davamı burada...

Çirklənmiş toplum! və ya xoşqeyrətlilik…
Çirklənmiş toplum! və ya xoşqeyrətlilik…

Çirklənmiş toplum! və ya xoşqeyrətlilik…

Seçki Məcəlləsinin MSK və aşağı seçki komissiyalarının təşkili prinsipləri ilə bağlı 24, 30, 36 və 19-cu maddələri haqqında yazmışdım. O vax t hüquqi baxımdan bu maddələrin törətdiyi nətcələri  və yararsızlıqlarını şərh etmişdim. Ancaq bu maddələri və bütövlükdə Seçki Məcəlləsini dönə-dönə incələdikdən sonra faciənin daha dərin oduğunu  gördüm. Bunu başa düşüb dərk etdikcə millətimizin düşüdüyü uçururmun dərinliyi məni heyrətləndirdi. Normal insan, normal qrup və normal toplum belə bir Məcəlləni, sağlam  insan məntiqindən uzaq olan bu normaları necə qəbul edə bilər? Bir millət bu qanunla seçki keçirir, onun nəticələrini tanıyır və dözürsə, buna sağlam millət demək olarmı? Biz doğrudan da, bu rejimin bizi necə ələ salmasını görmürükmü, dərk etmirikmi? Yoxsa özümüzü şüurlu şəkildə qanmazlığa qoymuşuq? Hər hansı bir millətin neşə faizi axmaq,…

davamı burada...

Milli Şuraya Müraciət

Əziz dostlar! Bəylər və xanımlar! Öncə Ramazan Bayramınızı təbrik edir, sizə, ailələrinizə, dövlətimizə və millətimizə xeyirli, bərəkətli olmasını  Allahdan diləyirəm. Vaxtınızı çox almadan aşağıdakı təklifimi müzakirəyə çıxarmağınızı xahiş edirəm: Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun vətəndaşlıq və namizəd kimi qeydiyyat məsələsi obyektiv və qanuni səbəblərdən mümükün olmazsa, 2 il keçid müddəti üçün Milli Şuranın prezidentliyə vahid namizədi kimi Ziyalılar Forumunun üzvü akademik Rafiq Əliyevin və ya “Real” hərakatının sədri  Məmmədov İlqar Eldar oğlunun namizədliyi irəli sürülsün. 08 avqust 2013-cü il                                        Q.C.Məmmədov PAYLAŞ...Facebook0TwitterGoogleVkEmailPrint…

davamı burada...