Azərbaycan Xalq Parlamentinin (AzXP)
Təşəbbüs Qrupunun fəaliyyəti zamanı səsvermə qaydaları və
səsvermə nəticəsində azlıqda qalanların hüquqları barədə
T Ə L İ M A T
Təşəbbüs Qrupunun 21 dekabr 2024-cü il tarixli iclasında qəbul edilib.
Bu Təlimat:
- Xalqımızın və dövlətimizin çox məsuliyyətli bir tarixi mərhələdən keçdiyini nəzərə almaqla,
- seçki və səsvermə prosesində geniş iştirakı təmin etmək,
- vacib qərarların qəbulunda fərdi məsuliyyətin təmin edilməsi,
- səsvermədə iştirak edənlərin həqiqi iradəsinin müəyyən edilməsi, onları xalq və tarix qarşısında məsuliyyətli olmağa dəvət etmək üçün hazırlanıb.
- Azərbaycan Xalq Parlamentinin (AzXP) Təşəbbüs Qrupunun fəaliyyəti zamanı istənilən səviyyələrdə və istənilən mövzularda qərarların qəbulu yalnız lehinə (hə) və əleyhinə (yox) olan səslərin hesablanması ilə həyata keçirilir.
- Səsvermə zamanı tərəfsiz (“bitərəf”) qalmaq, səsvermədə üzürlü səbəb olmadan iştirak etməmək qadağandır.
- Müzakirə edilən qərarın əleyhinə olan şəxslərin hamısına (israr edənlər) öz fikirlərini sonadək ifadə etmək üçün şərait yaradılmalıdır.
- Azlıqda qalan şəxs azlıqda qaldığı barədə protokolda qeyd edilməsini tələb edə bilər.
- İclasa sədrlik edən: müzakirə edilən qərarın əleyhinə olan şəxslərə söz verməli, onların sözünü kəsməməli, müdaxilə etməməli, onların mövqeyi ilə bağlı öz şərhini verməməli, şəxsi fikrini bildirməməlidir.
- Qərar qəbul edildikdən sonra həmin məsələ ilə bağlı müzakirəni davam etdirmək üçün təklif vermək və müzakirələri davam etdirmək qadağandır.
- Qəbul edilən qərarın icrası və ona uymaq Təşəbbüs Qrupunun hamısı üçün məcburidir.
- Qərarların qəbulu zamanı azlıqda qalan şəxslər həmin qərarı yuxarı orqanlarda mübahisələndirə bilərlər.
- Təşəbbüs Qrupunun qəbul etdiyi qərarların və göstərdiyi istənilən fəaliyyətin Azərbaycan Respublikasının qanunvericiliyinə, beynəlxalq hüquqa və AzXP Nizamnaməsinə zidd olduğunu, saxtakarlıq və ya cinayət faktlarının olduğunu iddia edən istənilən üzv, əlində mötəbər sübutlar (video-görüntülər, səs yazıları, şahid ifadələri, rəsmi sənədlər və Azərbaycan qanunvericiliyi ilə sübut növü kimi qiymətləndirilən və sair sübutlar) olduğu halda, öz möveyini ictimailəşdirə bilər, istədiyi qaydada, yerdə və formada təbliğat apara, Təşəbbüs Qrupunu və ya onun ayrı-ayrı üzvlərini ifşa edə bilər.
- Təşəbbüs Qrupunun qəbul etdiyi qərarlardan siyasi, ideoloji, dini və sair baxımdan narazı qalan şəxslər öz mövqelərini ictimailəşdirə bilərlər və buna görə onlara heç bir irad tutula bilməz.
- İctimailəşdirmə qaydasını, yerini və formasını seçməkdə hər kəs azaddır.
- Əlində bu təlimatın 9-cu bəndində göstərilən mötəbər sübutlar olmadan, Təşəbbüs Qrupunun hər hansı qərarı əleyhinə publik qaydada çıxış edən istənilən şəxsin əməli pozuculuq kimi qiymətləndirilməli və AzXP-nin Nizamnaməsinə uyğun olaraq, intizam məsuliyyətinə cəlb edilməlidir.
İmza:
21 dekabr 2024-cü il tarixli iclasın sədri: /Namizəd Səfərov/
![]()





