Əlaqə vasitələri

“Tərtər qətliamı haqqında” AzXP-nin Qətnaməsi

Azərbaycan Xalq Parlamenti

Azərbaycan Hökumətinin “Tərtər dövlət qətliamı” və

sair hərbi cinayətləri haqqında

QƏTNAMƏ

Bakı-Brüssel. 07.06.2025-ci il.

Azərbaycan Xalq Parlamenti (AzXP) özünün 03, 10, 17, 24, 31 May və 07.06 2025-ci il tarixli iclaslarında, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin zəiflədilməsi, Ordu sıralarında mənəvi-psixoloji düşkünlük yaratmaq yoluyla Azərbaycan Respublikasının təhlükəsizliyinə zərbə vurmaq məqsədi ilə Azərbaycan Ordusuna, onun şərəfli əsgər və zabitlərinə qarşı 2005-ci ildən sonra törədilmiş, xüsusilə, 2016-2017-ci illərdə 1-ci və 2- Ordu birləşmələrində (Korpus) törədilən, şərti adı “Tərtər dövlət qətliamı” olan işgəncə, qətl və sair xüsusilə ağır cinayətlər barədə edilən məruzələri, işgəncəgörənlərin və zərərçəkmişlərin ifadələrini, bu cinayətlər barədə aparılan cinayət təqibinin materiallarını, çıxarılan hökmləri və millət vəkillərinin çıxışlarını dinləyərək və

aşağıdakı faktları nəzərə alaraq:

  1. Vəliyev Xanlar Rüstəm oğlu 10 fevral 2005-ci ildə Azərbaycan Respublikası Baş prokurorunun müavini və Respublika Hərbi Prokuroru vəzifəsinə təyin edildikdən sonra, Hərbi prokurorluğun apardığı istintaq proseslərində təqsirləndirilən şəxslərə fiziki və mənəvi işgəncə vermək əsas sübutetmə metodu kimi tətbiq edilməyə başlayıb.
  1. Məhz 2005-ci ildən sonra, düşmənin xeyrinə (ermənilərə) casusluq ittihamı ilə onlarla əsgər və zabit, qanunsuz olaraq, işgəncə yoluyla alınmış ifadələr əsasında, müxtəlif müddətlərə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
  1. Füzuli Hərbi Məhkəməsinin (hakimlər: Süleymanov Əli Ziya oğlu-sədr, Nəcəfov Əmrah Bəzməddin oğlu, Ağamirzəyev Fəzrəddin Mansur oğlu,dövlət ittihamçısı, prokuror Yaqubov Fərhad Fazil oğlu) 25 iyul 2018-ci il tarixli, 1-97-03/2018 saylı hökmü ilə:
  1. Qasımov Elşən Qasım oğlu– ömürlük azadlıqdan məhrumetmə,
  2. Lətifov Lətif Ziyad oğlu -20 il,
  3. Heydərov Daşqın Musa oğlu – 19 il ,
  4. Əlimanov Zamiq Zahid oğlu -17 il ,
  5. Cavadov Ruslan Mirağalı oğlu -15 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
  6. Həmin işin istintaqını aparan istintaq qrupunun rəhbəri Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisi, ədliyyə polkovniki Mehdi Hüseynzadə olub. Sonradan rütbəsi və vəzifəsi artırılıb.
  7. Həmin iş üzrə İttiham Aktı Respublika Hərbi Prokuroru Xanlar Vəliyev tərəfindən təsdiq edilib. X.Vəliyev sonradan Azərbaycan Respublikasının Prezidenti tərəfindən müxtəlif ordenlərlə mükafatlandırılıb və 2025-ci ilin may ayında Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilib.
  8. Müttəhimlərə verilən ittihamlar: 2006-cı ilin sentyabrından başlayaraq ermənilərə pul qarşılığında “seksual xidmət göstərmək”, “ermənilərə əsgər satmaq”, “ermənilərin xeyrinə casusluq etmək” və prosessual qaydada əldə edilməyən sübutlara əsaslanan sair cinayətlər.
  9. Təqsirləndirilən şəxslərin məhkəmədə verdikləri ifadələrlə, YouTube sosial platforması üzərindən yayın edən AzerFreedom TV kanalının canlı efirlərdə apardığı ictimai araşdırmalarla sübut edilib ki, bu iş üzrə ittiham tərəfinin topladığı bütün subutlar qanunsuz, qeyri-prosessual yollarla, işgəncə yoluyla əldə edilib.
  10. Rəsmi sənədlərlə sübut edildiyi kimi, müttəhimlərdən Heydərov Daşqın Musa oğluna, 2005-ci ildə orta məktəbin 10-cu sinfində oxumasına, hərbi xidmətə 2011-ci ildə getməsinə, ömrü boyu Azərbaycandan kənara çıxmamasına baxmayaraq, guya 2005-ci ildə törətdiyi hansısa xəyali cinayətlərə görə ittiham verilib.
  11. Müttəhimlərin hamısına verilən bütün ittihamlar ağlabatmaz, sağlam məntiqə sığmayan, heç bir mötəbər sübutla təsdiqlənməyən saxta, xəyali söz yığınından ibarətdir.
  12. Şirvan Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının (hakimlər: Bəşirov Kamil Sücəddin oğlu-sədrlik edən, Əhmədov İsmayıl həmid oğlu, Əliyev Elşad İbiş oğlu, dövlət ittihamçısı: İsmayılov Samir Sabir oğlu) 23 noyabr 2018-ci il tarixli, 1-1(106)-37/2018 saylı qərarı ilə Füzuli Hərbi Məhkəməsinin 25.07.2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılıb.
  13. Şirvan Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 23 noyabr 2018-ci il tarixli qərarından məhkum Heydərov Daşqın Musa oğlunun və onun müdafiəçisi Mehdiyev Müşviq Mürşüd oğlunun verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Yusifov Şahin Yaşar oğlu-sədrlik edən, Kərimov Fərhad abdulkərim oğlu, Novruzov Ələsgər Əli İsgəndər oğlu) 22.09.2020-ci il tarixli, 1-1(102)-63/2020 saylı Qərarı ilə təmin edilməyib.
  14. Şirvan Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının (hakimlər: Xasməmmədov Elçin İsgəndər oğlu-sədrlik edən, Abdullayev İlkin Qismət oğlu, Bağırov Məhəmməd Ənvər oğlu) 29 mart 2024-cü il tarixli, 1-1(106)-37 nömrəli qərarı ilə məhkum E.Q.Qasımovun Şirvan Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 23 noyabr 2018-ci il tarixli, 1-1(106)-37/2018 saylı qərarından kassasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpası haqqında ərizəsi təmin edilməyib.
  15. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər: Muxtarov Teyyub Asif oğlu-sədrlik edən və məruzəçi, Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlu, dövlət ittihamçısı, ədliyyə müşaviri Hüseynli Ayxan Məhəmmədəli oğlu) 01.11.2024-cü il tarixli, 1-1(102)-58/2024 saylı qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 29 mart 2024-cü il tarixli qərarı qüvvədə saxlanılıb.
  16. Ömürlük azadlıqdan məhrum edilən E.Q.Qasımov “yeni açılmış hallar” əsasında, Şirvan Apellyasiya Məhkəməsinin 23 noyabr 2018-ci il tarxili qərarından şikayət verib, Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakim: Muxtarov Teyyub Asif oğlu ) 1 aprel 2025-ci il tarixli, 12-1(1-102)-6/2025 saylı qərarı ilə, ərizə təmin edilməyib, kassasiya şikayəti baxılmamış saxlanılıb.
  17. Bütün məhkəmə instansiyalarında müttəhimlərin və onların vəkillərinin verdikləri vəsatətlər əsassız olaraq təmin edilməyib, onların Azərbaycan Respublikası Konstitusiyasının 61.-ci (Hüquqi yardım almaq hüququ), 63.-cü (Təqsirsizlik prezumpsiyası), 67.-ci (Tutulan, həbsə alınan və cinayət törədilməsində təqsirləndirilən şəxslərin hüquqları ) maddələrində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 10.-cu (Qanunçuluq), 21.-ci (Təqsirsizlik prezumpsiyası) və “zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilən məlumatların sübut kimi qəbul edilməsinə yol verilməməsi”ni nəzərdə tutan 125.-ci (Sübutların mümkünlüyü) maddələrində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulan hüquqları pozulub.
  1. Bakı şəhər hərbi məhkəməsinin (hakimlər: Əliyev Rauf Ağakamil oğlu-sədr, Abbasov Rafiq Qaraxan oğlu, Hacıyev Siyavuş Həbib oğlu, dövlət ittihamçısı hərbi prokuror Musayev Emin Özbək oğlu) 01 avqust 2018-ci il tarixli, 1(101)-145(2018) saylı hökmü ilə 172 saylı hərbi hissənin sabiq hərbi qulluqçusu gizir Hüseynov İsmayıl İntiqam oğlu15 (on beş) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
    1. İttihamın məzmunu: “düşmənə (ermənilərə) seksual xidmət göstərmək”, “düşmənə (ermənilərə) əsgər satmaq” və prosessual qanunvericiliyə uyğun olaraq əldə edilməyən saxta sübutlarla əsaslandırlan sair cinayətlər.
    2. “Tərtər dövlət qətliamı” cinayətinin tərkib hissəsi olsa da, haqqında istintaqın eyni işgəncə metodları ilə aparılmasına, əleyhinə heç bir mötəbər sübut olmamasına baxmayaraq, İsmayıl Hüseynov qanunsuz olaraq bu günədək həbsdə saxlanılır.
  1. Hərbi Prokurorluğun 15 Mart 2018-ci il tarixli İttiham Aktı ilə (müstəntiq: Qazax hərbi prokurorluğunun böyük müstəntiqi, ədliyyə baş leytenantı Ağayev Kənan Balabəy oğlu, ittihamı təsdiq edən Qazax hərbi prokuroru, ədliyyə polkovniki Şahin Zamanov, İttiham Aktını 19 Mayda təsdiq edib məhkəməyə verən: Hərbi prokurorun müavini Şəfahət İmranov) Hacıyev Süleyman Eynulla oğlu, Həsənov Seymur İsrail oğlu, Əliyev Vaqif Arif oğlu və Qurbanov Nüsrət Fərhad oğlu CM-nin 274.-cü (dövlətə xəyanət) və sair cinayətlərdə ittiham ediliblər.
    1. İttihamın məzmunu: “düşmənə (ermənilərə) seksual xidmət göstərmək”, “düşmənə (ermənilərə) əsgər satmaq” və heç bir mötəbər sübutla təsdiqlənməyən, yalnız işgəncə ilə alınan etirafedici ifadələrə əsaslanan sair cinayətlər.
    2. Gəncə hərbi məhkəməsinin (hakimlər: Məmmədov Vüqar Kamal oğlu-sədr, Nəsirov Vidadi Zahid oğlu-məruzəçu, Hüseynov Salman Bilal oğlu, dövlət ittihamçısı: Hərbi Prokurorluqdan polkovnik-leytenant Cümşüdov Cavid Əbülfəz oğlu) 08 Oktyabr 2018-ci il tarixli, 1-1(095)-115/2018 saylı hökmü ilə:
  1. Hacıyev Süleyman Eynulla oğlu 14 il,
  2. Həsənov Seymur İsrail oğlu 15 il,
  3. Əliyev Vaqif Arif oğlu 15 il,
  4. Qurbanov Nüsrət Fərhad oğlu 16 il azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.
  5. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının (hakimlər: Məmmədov Çingiz Böyükxan oğlu-sədr, Muxtarov Teyyub Asif oğlu, Abdullayev Əlizamin Gülzalı oğlu, dövlət ittihamçısı, Baş Prokurorluğun dövlət ittihamını müdafiə idarəsinin prokuroru Əzimov Ədalət Adil oğlu) 13 dekabr 2018-ci il tarixli, Qərarı ilə Gəncə hərbi məhkəməsinin 08 Oktyabr 2018-ci il tarixli hökmü qüvvədə saxlanılıb.
  6. Ali Məhkəmə Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 13 dekabr 2018-ci il tarixli qərarını dəyişdirmədən qüvvədə saxlayıb.
  1. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun 25 aprel 2018-ci il tarixli “İttiham Aktı” ilə (müstəntiq: ədliyyə polkovnik-leytenantı Mehman Qasımlı, nəzarət edən prokuror: ədliyyə polkovniki Mehdi Hüseynzadə, ittihamı təsdiq edən: Hərbi prokurorun müavini, general mayor Şəfahət İmranov) Şükürov Sədayil Mikayıl oğlu CM-nin 274.-cü (dövlətə xəyanət) və sair maddələri ilə ittiham edilib.
  1. İttihamın mahiyyəti: “düşmənə (ermənilərə) seksual xidmət göstərmək”, “düşmənə (ermənilərə) əsgər satmaq” və qeyri-prosessual qaydada, işgəncə yoluyla alınmış “etirafedic” ifadələrə əsaslanan, heç bir mötəbər sübutla təsdiqlənməyən sair əsassız ittihamlar.
  1. Gəncə Hərbi məhkəməsinin (hakimlər: Məmmədov Vüqar Kamal oğlu -sədrlik edən, Hüseynov Salman Bilal oğlu, Nəsirov Vidadi Zahid oğlu, dövlət ittihamçısı, ədliyyə polkovnik-leytenantı Cümşüdov Cavid Əbülfəriz oğlu) 15 avqust 2018-ci il tarixli hökmü ilə Şükürov Sədayil Mikayıl oğlu CM-nin 274.-cü (dövlətə xəyanət) və sair maddələri ilə ittiham edilərək, 4 ili qapalı həbsxana olmaqla, 11 (on bir) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
  2. Gəncə Apellyasiya Məhkəməsinin (hakimlər: Məmmədov Çingiz Böyükxan oğlu-sədrlik edən, Muxtarov Teyyub Asif oğlu, Abdullayev Əlizamin Gülzalı oğlu, dövlət ittiahamçısı: Baş Prokurorluqdan ədliyyə müşaviri Əzimov Ədalət Adil oğlu ) 15 noyabr 2018-ci il tarixli qərarı ilə Gəncə Hərbi məhkəməsinin 15.08.2018-ci il tarixli hökmü qüvvədə saxlanılıb.
  3. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər: Qılıcov İlqar Səyyad oğlu-sədrlik edən və məruzəçi, Seyidov Əziz Cəfər oğlu (Tərtərdə işgəncəyə rəhbərlik edən 641 saylı hərbi hissənin komandiri Cəfər Seyidovun atası), Kazımov Tahir Lələkişi oğlu, dövlət ittihamçısı Baş Prokurorluqdan böyük prokuror, ədliyyə müşaviri İmanov Hafiz Beykəş oğlu) 14.04.2021-ci il tarixli, 1-1(102)-6/2021 saylı Qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli qərarı ləğv edilib, iş təkrar araşdırma üçün apellyasiya baxışına qaytarılıb.
  4. Gəncə Apellyasiya Məhkəməsinin (hakimlər: Rzaquliyev Şamil Qəhrəman oğlu-sədrlik edən, Cəfərov Rafiq Musa oğlu, Həsənov İslam Telman oğlu) 31.05.2023-cü il tarixli qərarı ilə Şükürov Sədayil Mikayıl oğlu azadlığa buraxılsa da, ona edilən əsassız ittihamlar ləğv edilməyib.
  5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının ( hakimlər: Yusifov Şahin Yaşar oğlu-sədrlik edən, Novruzov Əliəsgər Əli İsgəndər oğlu, Abdulov Rəşad Məhərrəm oğlu, dövlət ittiahamçısı: Baş Prokurorluqdan böyük prokuror İmranov Hafiz Beykəş oğlu ) 07.01.2025-ci il tarixli, 1-1(102)-7/2025 saylı Qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin 31.05.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılıb, kassasiya şikayəti təmin edilməyib.
  1. Gəncə Hərbi Məhkəməsinin (hakimlər: Nəsirov Vidadi Zahid oğlu-sədrlik edən, Bağırov Məhəmməd Ənvər oğlu, Abdullayev Əlizamin Gülzalı oğlu, dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Abbasov Elman Mədət oğlu) 05 sentyabr 2016-cı il tarixli, 1-1(095)-195/2016 saylı hökmü ilə Oktaylı Oktay Araz oğlu CM-nin 274 (dövlətə xəyanət) və sair maddələri ilə ittiham edilərək 17 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
    1. İttihamın məzmunu: “düşmənə (ermənilərə) seksual xidmət göstərmək”, “düşmənə (ermənilərə) əsgər satmaq”, “bəzi əsgərlərlə cinsi əlaqədə olmaq” və heç bir mötəbər sübutla təsdiqlənməyən sair cinayətlər.
    2. Bu hökmlə 2015-ci ildə Azərbaycan Ordusunun əsgər və zabitlərinin “düşmənə (ermənilərə) pul qarşılığında seksual xidmət göstərdiyi, düşmənə (ermənilərə) əsgər satıldığı” iddia edilir.
    3. AzerFreedom TV-nin araşdırmaları ilə sübut edilib ki, bu işdə də ittihamı təsdiq edən, prosessual qaydada əldə edilən heç bir mötəbər sübut yoxdur. İttiham tam şəkildə yalnız işgəncə yolu ilə əldə edilən “etirafedici” ifadələr üzərində qurulub.
  1. Uzun müddət cəzasızlıq mühitində, dövlət və ictimai nəzarətin olmaması şəraitində fəaliyyət göstərən düşmən qüvvələr, 2016-cı ildə baş verən, tarixə “Lələtəpə döyüşləri” adıyla düşən 4 günlük hərbi əməliyatlardan sonra, döyüş qabiliyyətinin və mənəvi-psixoloji durumunun yüksək səviyyədə olması meydana çıxan şanlı Azərbaycan Ordusuna, dövlətçiliyimizə qarşı açıq, kütləvi əməliyyatlara başlayıb.
  1. 2016-cı ilin sentyabr aylından 2017-ci ilin iyun ayının sonunadək Azərbaycan Ordusunun 2-ci Korpusunda əsgər və zabitlərə kütləvi işgəncələr verilib. Korpus komandiri Bərxudarov Mais Şükür oğlu Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Nəcməddin Sadıqova, onun Korpusunda düşmənə casusluq edən, dövlətə xəyanət edən əsgər və zabitlərin olması barədə siyahı təqdim edib, sonuncunun əmri ilə, yüzlərlə əsgər və zabit dəhşətli işgəncələrlə müşaiyət olunan qanunsuz təhqiqat və istintaq prosesinə cəlb edilib.
  2. İşgəncə məkanlarının hazırlanması, işgəncə alətlərinin təchiz və təmin edilməsi, əsgər və zabitlərin işgəncə yoluyla etiraflara məcbur edilməsi Mais Bərxudarov tərəfindən general Orucov Bəkir Şirin oğluna tapşırılmış, M. Bərxudarovun və yuxarı komandanlığın əmri ilə Kazımov Ziya Məhəddin oğlu, Məmmədov İntiqam Şəirt oğlu, Məmmədov Rahib Ramazan oğlu, Rəşidov Ülvi Nazim oğlu, 218 nömrəli hərbi hissənin komandiri olmuş Əliyev Elgün və başqaları bu qanunsuz “təhqiqat-istintaq” prosesinə cəlb ediliblər.
  3. İttihamın məzmunu: “düşmənə (ermənilərə) seksual xidmət göstərmək”, “düşmənə (ermənilərə) əsgər satmaq” və işgəncə ilə “etiraf” etdirilən sair əsassız ittihamlar.
  4. Verilən dəhşətli, vəhşi işgəncələr yoluyla leytenant Sabirli Adil Teyran oğlu saxlandığı gün, yəni 06.05.2017-ci ildə öldürülüb, yüzlərlə əsgər və zabitə işgəncələr verilib, onlardan bir çoxu sağlamlığını və əmək qabiliyyətini müxtəlif dərəcələrdə itirib.
  5. Azərbaycan Hökuməti bu dəhşətli cinayəti ört-basdır etmək məqsədi ilə, görüntü naminə saxta məhkəmələr təşkil edib.
  6. Yüzlərlə adama işgəncə verilən, leytenant Adil Teyran oğlu Sabirlinin öldürülməsi ilə nəticələnən, onlarla adamın sağlamlığının və əmək qabiliyyətinin müxtəlif dərəcələrdə itirilməsinə səbəb olan bu xüsusilə ağır cinayətə görə, Füzuli Hərbi Məhkəməsinin (hakimlər: Süleymanov Əli Ziya oğlu-sədrlik edən, Ağamirzəyev Fəxrəddin Mansur oğlu, Nəcəfov Əmrah Bəzməddin oğlu) 15 may 2019-cu il tarixli, 1-97-09-2019 saylı hökmü ilə 3 nəfər aşağı rütbəli hərbi qulluqçu:
  • İbrahimli Vasif Həsən oğlu, (218 nömrəli hərbi hissənin kəşfiyyat müşahidə bölüyünün taktiki müşahidə taqımının 4-cü qrupunun operatoru, gizir) 9 il 3 ay,
  • Ənvərli Turan Arif oğlu, (218 nömrəli hərbi hissənin xüsusi təyinatlı kəşfiyyat bölüyünün kəşfiyyatçı snayperi, gizir) 7 il,
  • Mustafayev Anar Kamil oğlu (212 nömrəli hərbi hissənin snayper bölüyünün 3-cü tağım komandirinin sabiq müavini, gizir) 9 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.
  1. Belə simvolik cəzalar təyin edən Füzuli Hərbi Məhkəməsi hökmdə göstərib ki, bu şəxslər həmin cinayəti “212 və 218 nömrəli hərbi hissələrin istintaqla şəxsiyyəti müəyyən edilməmiş bir neçə hərbi qulluqçusu ilə birlikdə törədiblər”.
  2. Şirvan Apellyasiya Məhkəməsinin (hakimlər: Əliyev Elşad İbiş oğlu-sədrlik edən, Camalov Etibar Əli oğlu, Bəşirov Kamil Sücəddin oğlu, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarənin Apellyasiya və Kassasiya instansisyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Ramazanov Zəfər Akif oğlu ) 18 dekabr 2019-cu il tarixli, 1-1(106)-28/2019 saylı Qərarı ilə zərərçəkmişin hüquqi varisi- atası İsmayılov Teyran Sabir oğlunun apellyasiya şikayəti təmin edilməyib, Füzuli Hərbi Məhkəməsinin 15 may 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılıb.
  3. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər: Nəsirov İnqilab Maşallah oğlu-sədrlik edən, Seyidov Əziz Cəfər oğlu-işgəncələrdə xüsusi fəallıq göstərən, 641 saylı hərbi hissənin (SAT-“Dəniz Pişikləri”) komandiri Cəfər Seyidovun atası, Kazımov Tahir Lələkişi oğlu, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarənin Apellyasiya və Kassasiya instansisyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru ədliyyə müşaviri İmranov Hafiz Beykəs oğlu) 24.06.2020-ci il tarixli, 1-1(102)27/2020 nömrəli Qərarı ilə, zərərçəkmişin hüquqi varisi- atası İsmayılov Teyran Sabir oğlunun kassasiya şikayəti təmin edilməyib, Şirvan Apellyasiya Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılıb.
  4. Məhkum edilənlər hamısı, sonradan, müxtəlif bəhanələrlə, cəzalarını tam çəkmədən azadlığa buraxılıblar.
  1. Müdafiə Nazirliyinin 157 nömrəli hərbi hissəsinin əsgəri Tağıyev Rəvan Zeynalabdı oğlu 04 iyul 2022-ci ildə naməlum şəkildə öldürülüb.
    1. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi, ədliyyə kapitanı Qasımov Rəfael Əvəz oğlunun, “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 03 dekabr 2022-ci il tarixli qərarı ilə işə intihar görüntüsü verilərək, cinayət işi üzrə icraata xitam verilib.
    2. Cinayətin əsl qatilini gizlətmək məqsədilə, intihara səbəb kimi: “R.Z.Tağıyevin öz əsgər yoldaşlarından birinin telefonunda hansısa seksual xarakterli filmə baxması əsgər yoldaşları tərəfindən bilindiyinə görə, xəcalətindən özünü öldürmə” -adıyla, gülünc bir bəhanə uydurulub.
    3. Cinayət bu günədək açılmayıb.
  1. Müdafiə Nazirliyinin 2007 nömrəli hərbi hissəsinin əsgəri Qurbanov Hüseyn Fəxrəddin oğlu 12 sentyabr 2018-ci ildə, Balakən rayonunun Salban kənd ərazisində yerləşən 5-ci sərhəd zastavasında odlu silahla öldürülüb.
    1. Meyit üzərindəki zorakılıq əlamətləri, ölümün kənar şəxs tərəfindən açılan atəşlə baş verməsi barədə əsaslı şübhələr olsa da, Hərbi prokurorluq qanunsuz olaraq bu işə də intihar görüntüsü verib, Hərbi prokurorluğun istintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, ədliyyə polkovnik-leytenantı Qasımlı Mehman Balamirzə oğlunun (bu Qətnamənin 6-cı bəndində göstərilən Şükürov Sədayil Mikayıl oğlunu əsassız olaraq cinayət məsuliyyətinə cəlb edən şəxs ) 13 mart 2019-cu il tarixli qərarı ilə iş üzrə icraata xitam verilib.
    2. Mərhumun anası Qurbanova Silvana Seyfulla qızının nəzarət qaydasında həmin qərardan verdiyi şikayət Bakı Hərbi Məhkəməsinin (sədrlik edən hakim: Ramazanov Camal Cumar oğlu) 17.05.2023-cü il tarixli, 6-1(093)-5/2023 saylı qərarı ilə icraata qəbul edilməyib.
    3. Bakı Hərbi Məhkəməsinin 17.05.2023-cü il tarixli qərarı Bakı Apellyasiya Məhkəməsinin (hakimlər: Məmmədov Habil Çingiz oğlu-sədr, Hüseynov Cavid Vaqif oğlu, Allahverdiyev Elbəy Hidayət oğlu) 30 may 2023-cü il tarixli, 6-1(103)-6/2023 saylı qərarı ilə ləğv edilib işin təkrar, obyektiv araşdırılması Hərbi Prokurorluğa tapşırılsa da, ananın şikayətləri təmin edilməyib.
    4. Azərbaycan Respublikası Hərbi prokurorluğunun İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi, ədliyyə mayoru Salamzadə Elxan İsə oğlunun, “Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmasının rədd edilməsi haqqında” 14 noyabr 2023-cü il tarixli qərarı ilə ananın şikayəti təkrarən rədd edilib.
    5. Bakı Hərbi Məhkəməsinin (hakim: Əliyev Fikrət Hüseyn oğlu) 11.12.2023-cü il tarixli, 6-1(093)-17/2023 saylı Qərarı ilə Silvana Qurbanovanın ədliyyə mayoru Salamzadə Elxan İsə oğlunun 14 noyabr 2023-cü il tarixli qərarından nəzarət qaydasında verdiyi şikayət təmin edilib, işin yenidən araşdırılması üçün Hərbi prokurorluğa göndərilib,
    6. Azərbaycan Respublikası Hərbi prokurorluğunun İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi, ədliyyə mayoru Salamzadə Elxan İsə oğlunun “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 01 Noyabr 2024-cü il tarixli qərarı ilə yenidən cinayətin əsl qatillərini gizlətməyə cəhd edilib.
    7. Həmin qərardan Silvana Qurbanovanın məhkəmə nəzarəti qaydasında verdiyi şikayət Bakı Hərbi Məhkəməsinin (hakim: Əliyev Fikrət Hüseyn oğlu) 04.12.2024-cü il tarixli, 6-1(093)-19/2024 saylı qərarı ilə təmin edilməyib.
    8. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər: İbrahimli İbrahim Adil oğlu-sədrlik edən, Əliyev Emin Zöhrab oğlu, Ələkbərov Əfqan Qəzənfər oğlu) 16.12.2024-cü il tarixli, 6-1(103)-10/2024 saylı Qərarı ilə Bakı Hərbi Məhkəməsinin 04.12.2024-cü il tarixli, 6-1(093)-19/2024 saylı qərarı qüvvədə saxlanıb.
    9. Mərhum Hüseyn Qurbanovun qatili hələ də müəyyən edilib cəzalandırımayıb. Ana Silvana Qurbanova istintaq və məhkəmə qapılarında süründürülür.
  1. Mənafzadə Ruslan Şərif oğlu, 7 iyul 2021-ci ildə Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb, xidmətini 701 nömrəli hərbi hissədə davam edib, 13 iyul 2022-ci ildə odlu silahdan açılan atəşlə öldürülüb. Yaxınlarının bildirməsinə görə, bu qətl hadisəsi kənar adamlar tərəfindən həyata keçirilib.
    1. Hərbi Prokurorluğun İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi ədliyyə polkovnik-leytenantı Verdiyev Amid Asif oğlunun 12 dekabr 2022-ci il tarixli qərarı ilə cinayət işi üzrə icraata xitam verilib. Xitam üçün “sevdiyi qızın ərə getməsinə görə intihar etməsi” kimi gülünc əsas göstərilib.
    2. Mərhumun qardaşı Mənafzadə Ram Şərif oğlunun “Hərbi Prokurorluğun 12 dekabr 2022-ci il tarixli qərarının ləğvi və cinayət işi üzrə onun zərərçəkmiş kimi tanınması barədə” məhkəmə nəzarəti qaydasında verdiyi ərizəsi, Bakı Hərbi Məhkəməsinin (hakim Ramazanov Camal Cumar oğlu) 15 may 2023-cü il tarixli, 6-1-(093)-6/2023 saylı qərarı ilə təmin edilməyib, ərizənin icraata qəbulundan imtina edilib.
    3. Mənafzadə Ruslan Şərif oğlunun qatili hələ də tapılmayıb.
  1. Məmmədov Elçin Fikrət oğlu, 08.05.2017-ci ildə (!!!), guya Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Kolxoz” bazarında sirkə turşusu içərək Şəki rayon Mərkəzi xəstəxanasının reanimasiya şöbəsində ölüb.
    1. Mingəçevir şəhər prokurorluğunun (prokuror vəzifəsini icra edən, kiçik ədliyyə müşaviri Balahüseyn Şabanov) 08.08.2017-ci il tarixli qərarı ilə cinayət işi üzrə icraata xitam verilib.
    2. Mərhumun anası Əliyeva Bəsdi Əmir qızının çoxsaylı şikayətləri nəticəsiz qalıb.
    3. AzerFreedom TV-nin araşdırması nəticəsində müəyyən edilib ki, mərhum Elçin Məmmədov məhz “Tərtər dövlət qətliamı”nın qurbanı olub. O, həmin dövrdə 1-ci Korpusun hərbi hissələrinin birində xidmət edib və general Hikmət Həsənovun başçılığı ilə həyata keçirilən amansız işgəncələr nəticəsində öldürülüb. Onlarla başqa qətllər kimi, onun da ölümü saxta “sirkə turşusu içməklə intihar” adıyla gizlədilir.
  1. Zöhrabov İlkin Ramin oğlu 2019-ci ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə göndərilib. İlkin Zöhrabov 1 yanvar 2021-ci ildən Kəlbəcər rayonunda yerləşən “Alagöllər” adlanan ərazidə hərbi xidmətini davam etdiriv və 22 mart 2021-ci ildə həmin ərazidə öldrülüb.
    1. İ.Zöhrabovun məhz, kənar şəxslər tərəfindən, odlu silah vasitəsilə arxadan atılan atəş nəticəsində qətlə yetirilməsi ekspertiza rəyləri ilə sübut edilsə də, Hərbi prkurorluq bu işə də “intihar” görüntüsü verməklə əsl cinayətkar(lar)ı gizlədib.
    2. İ. Zöhrabovun qətl işi bu günədək açılmayıb. Mərhumun anası Səriyyə Zöhrabova məhkəmələrdə süründürülür.
  1. Azərbaycan Ordusunda, 2005-ci ildən sonra, qanuni qaydada açılmayan, intihar adıyla icraatına xitam verilən yüzlərlə belə qətl hadisəsi baş verib. Ön cəbhədə döyüş təminatı tapşırığını icra edərkən öldürüldüklərinə görə, bu əsgər və zabitlər, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası qanununun 1-ci maddəsinə əsasən şəhid hesab edilsələr də, onlara şəhidlik statusu verilməyib. Onların valideynlərinin şikayətlərinə baxılmır.
  1. 2006-cı ildən başlayaraq, işgəncə yoluyla və qeyri-prosessual qaydada əldə edilən “sübutlar” əsasında, Azərbaycan ordusunun əsgər və zabitlərinə qarşı əvvəl tək-tək, daha sonra qrup şəklində və 2016-cı ilin sonlarında 2-ci Korpusun komandiri Mais Bərxudarovun başçılığı ilə kütləvi şəkildə, “ermənilərə seksual xidmət göstərmək”də şərləməklə törədilən cinayətlərin cəzasız qalması, Ordumuzda baş verənlər üzərində ictimai və dövlət nəzarətinin olmaması, Ordunun bir qrup yüksək vəzifəli şəxs tərəfindən şəxsi obyekt, gəlir mənbəyi kimi istifadə edilməsi, 2017-ci ilin may ayında bu cinayətlərin daha böyük masştabda törədilməsinə şərait yaradıb.
  1. Müdafiə Nazirliyinin rəhbərliyi (nazir Zakir Həsənov, nazir müavini Kərim Vəliyev, Baş Qərargah rəisi Nəcməddin Sadıqov) və Respublika Hərbi Prokuroru Xanlar Vəliyevin göstərişi ilə 2017-ci ilin aprel ayının ortalarından “Tərtər dövlət qətliamı”na hazırlıq başlayıb.
  1. Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində, hərbi prokurorluğun müxtəlif inzibati binalarında, ayrı-ayrı rayon polis idarələrində, hərbi polis təşkilatlarında və hospitallarda işgəncə məkanları hazırlanıb, insanlara elektrik vermək üçün cihazlar, işgəncə alətləri tədarük edilib, işgəncə məkanlarının pəncərələri dəmir barmaqlıqlarla örtülüb, insanların daxili orqanlarını daşımaq üçün konteynerlər tədarük edilib və ictimai rəyi hazırlamaq üçün, xalqın müxalifət kimi tanıdığı partiya sədrlərindən və KİV vasitələrindən də istifadə etməklə, müxtəlif saytlar və TV-lərdən ibarət xüsusi təbliğat qrupları yaradılıb və bütün bu işlər Müdafiə Nazirliyinin büdcəsindən maliyyələşdirilib.
  2. Dövlət orqanlarının yüksək vəzifəli şəxslərinin, o cümlədən, Prezident Aparatının sabiq başçısı Ramiz Mehdiyevin və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri, Administrasiyanın Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin müdiri Ələsgərov Fuad Murtuz oğlunun rəhbərliyi ilə “Tərtər dövlət qətliamı”na hazırlığın vəziyyətinə həsr edilmiş iclas keçirilib.
  3. 28 aprel 2017-ci ildə İbrahimli Turan Marif oğlunun xidmət etdiyi postdan itməsi bəhanəsilə “Tərtər dövlət qətliamına” start verilib.
  1. “Tərtər dövlət qətliamı” üzrə cinayət işi Hərbi prokurorluq tərəfindən 03 may 2017-ci ildə qaldırılıb.
  2. Respublika Hərbi prokurorunun müavini, general-mayor Şəfahət İmranovun rəhbərliyi altında 5 may 2017-ci ildə istintaq qrupu yaradılıb.
  3. Qanunsuz saxlanılan və dindirmə adıyla işgəncə məkanlarına gətirilən əsgər və zabitlərə İstintaq Qrupunun üzvləri tərəfindən şəxsən işgəncələr verilib:
    1. İmranov Şəfahət Aydın oğlu – Respublika Hərbi prokurorunun müavini, ədliyyə general-mayoru, qrupun rəhbəri. Tərtər dövlət qətliamından sonra prezident İlham Əliyev tərəfindən orden və medallarla mükafatlandırılıb.
    2. Hüseynzadə Mehdi Tofiq oğlu – Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin rəisi, ədliyyə polkovnik. Tərtərdə göstərdiyi fəallığa görə, 17.03.2022-ci ildə Azərbaycan Respublikası Hərbi prokurorunun müavini vəzifəsinə təyin olunub.
    3. Əhmədov Bəhruz Vidadi oğlu – Azərbaycan Respublikasının hərbi prokuroru, ədliyyə polkovniki. İşgəncələr vaxtı Qarabağ hərbi prokuroru olub, Tərtər dövlət qətliamından sonra prezident İlham Əliyev tərəfindən müxtəlif mükafatlara layiq görülüb və 2025-ci ilin mayında Respublika Hərbi prokuroru vəzifəsinə təyin edilib.
    4. Məmmədov Hümmət Baloğlan oğlu– Hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsinin rəisi, ədliyyə polkovniki. İşgəncələrdə şəxsən iştirak edib, dindirilən şəxslərə şəxsən işgəncə verib və Tərtər dövlət qətliamından sonra prezident İlham Əliyev tərəfindən müxtəlif mükafatlara layiq görülüb, rütbəsi artırılıb, vəzifəsi böyüdülüb.
    5. Mürsəlov Elşən Xıdır oğlu – Qubadlı hərbi prokuroru. İşgəncələrdə şəxsən fəal iştirak etdiyinə görə, prezident İlham Əliyevin razılığı ilə rütbəsi artırılıb, vəzifəsi böyüdülüb, 2021-ci ildə Qubadlı hərbi prokuroru vəzifəsi ilə mükafatlandırılıb.
    6. Gözəlov Rauf Rövşən oğlu – Gəncə şəhər prokuroru, ədliyyə polkovnik-leytenantıdır. İşgəncələrdə xüsusi fəallığına görə, prezident İlham Əliyev tərəfindən rütbəsi və vəzifəsi artırılıb. 2020-ci ildə Qazax rayon prokuroru, 2024-cü ildə Gəncə şəhər prokuroru vəzifəsi ilə mükafatlandırılıb.
    7. Əhmədov Ülvi Rövşən oğlu – ədliyyə müşaviri, Respublika Hərbi prokurorluğunun mühüm İşlər üzrə böyük müstəntiqi olub, işgəncələrdə qeyri-adi fəallığı ilə fərqlənib, vəzifəsi və rütbəsi böyüdülüb, 2020-ci ilin yanvar yayında Baş prokuror Kamran Əliyev tərəfindən, prezident İlham Əliyevin razılığı ilə Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin prokuroru vəzifəsi ilə mükafatlandırılıb.
  4. “Tərtər dövlət qətliamı” üzrə cinayət işinin istintaqı üzərində nəzarəti Azərbaycan Respublikasının o vaxtkı Baş Prokuroru Qaralov Zakir Bakir oğlu və onun birinci müavini Usubov Rüstəm Sabir oğlu aparıb.
  5. 2020-ci ildən Azərbaycan Respublikasının Baş Prokuroru vəzifəsini icra edən Əliyev Kamran Bayram oğlu, o vaxt tutuduğu Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi kimi dəfələrlə işgəncə məkanlarında olub və prezident İlham Əliyev tərəfindən mükafatlandırılıb.
  6. “Tərtər dövlət qətliamı” işləri üzə saxta məhkəmə hökmlərini qüvvədə saxlayan Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Rzayev Ramiz Yaqub oğlu olub.
  7. Azərbaycan RespublikasınınBaş Prokurorluğu (Baş Prokuror Qaralov Zakir Bakir oğlu ), Dövlət Təhlükəsizliyi Xidməti (Quliyev Mədət Qəzənfər oğlu), Müdafiə Nazirliyi (Həsənov Zakir Əsgər oğlu) və Daxili İşlər Nazirliyi (Usubov Ramil İdris oğlu) 7 may 2017-ci ildə birgə bəyanat verərək, Azərbaycan hərbiçilərinin Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluq ittihamı ilə tutulduğunu bildiriblər. Həmin bəyanatda, guya “… bir qrup hərbiçilər və digər mülki şəxslər Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər” -deyə, Respublika ictimaiyyatına yalan, əsassız məlumatlar verilib və faktik olaraq, ictimai rəy dövlət səviyyəsində “Tərtər dövlət qətliamı”nın törədilməsi üçün hazırlanıb.
  8. Bütün Respublika miqyasında ictimai rəyin hazırlanması məqsədilə, guya Tərtər, Beyləqan, Ağcabədi, Qazax, Şəmkir rayonlarında ermənilərə həqiqətən də seksual xidmət göstərən əsgər və zabitlərin olması barədə xüsusi orqanlar tərəfindən şaiyə yaymaq mexanizmi işə salınıb.
  9. “Düşmənə (ermənilərə) seksual xidmət göstərmək”, “düşmənə (ermənilərə) əsgər satmaq”, “düşmənə tanklar və sair texniki avadanlıqlar satmaq”, “düşmən tərəfə keçmə” və sair uydurma ittihamlarla, 28 aprel 2017-ci ildən başlayaraq, Azərbaycan ordusunun minlərlə əsgər və zabitinə işgəncə verilib.
    1. AzerFreedom TV-nin apardığı araşdırmalar nəticəsində, hələlik ictimaiyyətə bəlli olan 12 şəxsin, həyati orqanlarına yönələn işgəncələrlə, vəhşicəsinə öldürüldüyü müəyyən edilib.
    2. Müxtəlif növ işgəncələrdən keçirilən minlərlə əsgər və zabitin çoxunun sağlamlığı və əmək qabiliyyəti müxtəlif dərəcələrdə və ya tam itirilib.
    3. Hərbiçilərlə yanaşı, yüzlərlə mülki şəxsə, “ermənilərə işləmək” bəhanəsiylə divan tutulub. Onlar arasında həbs olunanlar, əmək qabiliyyətini tam və ya qismən itirənlər var.
    4. Bəzi işgəncəgörənlərin qadın ailə üzvlərinə qarşı zorakılıq və qeyri-əxlaqi hərəkətlər törədilib.
    5. İşgəncəgörənlərdən Təbriz Babazadənin xanımı Sevinc İsgəndərova Tərtər hərbi prokurorluğunun inzibati binasında beş polkovnik tərəfindən təpiklər altına salınaraq döyülüb.
    6. Naftalan rayon polis idarəsinin o vaxtkı rəisi Ziya Əliyev işgəncəgörən Təbriz Babazadənin həyat yoldaşı Sevinc İsgəndərovaya, onun azyaşlı uşaqlarına və evinə narkomanların gecə basqınlarını təşkil edib və uzun müddət onlara “vətən xaininin ailəsi” adıyla ərzaq satılmayıb.
    7. Verilən işgəncələr, əsasən, əsgər və zabitlərin cinsiyyət orqanlarına qarşı yönəlib və onların cinsi qabiliyyətinin itirilməsinə, sonsuzlaşmalarına səbəb olub. Nəticədə yüzlərlə ailələr dağılıb.
    8. İşgəncəgörənlərin azyaşlı məktəbli uşaqları oxuduqları məktəblərdə müəllimləri tərəfindən “vətən xaininin uşağı” damğası ilə tanıdılıb və bu da onların həmyaşıdları tərəfindən müxtəlif formalarda basqılara məruz qalmalarına səbəb olub, ağır psixoloji travmalar alıblar.
    9. Minlərlə əsgər və zabit qanunsuz olaraq hərbi xidmətdən, tutduqları vəzifədən uzaqlaşdırılıb və onların yerinə götürülən yeni şəxslərdən xüsusilə külli miqdarda rüşvətlər alınıb. Bütün bunlar AzerFreedom TV-nin araşdırması zamanı canlı efirlərdə verilən izahatlarla təsdiqlənib.
    10. Zərərçəkmişlərin və işgəncəgörənlərin AzerFreedom TV-də verdikləri ifadələrə görə, işgəncə prosesində tətbiq edilən işgəncə növlərindən bəziləri:
  • Taxta, plastik, dəmir və sair küt alətlərlə döymək.
  • Bütün əsgər və zabitlərin soyundurularaq, bir-birinin yanında lüt saxlanması.
  • Daxili orqanların zədələnnməsi ilə nəticələnmiş təpik və küt alətlərlə döymə.
  • Günlərlə ac, susuz saxlama.
  • Əl-ayaq dırnaqlarının çəkilməsi,
  • Maqqaşla bədən ətlərini qopartmaq,
  • 1,5-2.0 metr hündürlüyə qaldırılıb oradan döşəməyə çırpmaq,
  • Yaxın qohumları bir-birinə təhqir etdirmək (oğulu atanın, bacıoğlunu dayısının başına sidiyə getməyə məcbur etmək, bir-birilərinin əleyhinə ifadə verməyə məcbur etmək).
  • Əsgər və zabitləri zorla, kamera qarşısında bir-birinə zorlatmaq,
  • Ucu biz alətlərlə (avtomat süngüsü, məftil, bıçaq, atverka və s.) bədənin müxtəlif nahiyələrini deşmək,
  • Drellə ayaq-bud sümüyündə deşik açmaq,
  • Plastik materialı əridib bədənin müxtəlif yerlərinə tökmək (əlin üstü, sinə, kürək və s.),
  • Plastik materialın əridib tökülməsi nəticəsində bədəndəki qabarmış yaraların qabarını qopardıb yerinə duz-istiot töküb çəkmələrlə tapdalamaq,
  • Azyaşlı uşaqlıarının və həyat yodaşının zorlanacağı ilə hədələmək,
  • Dırnaq altına ucu biz alətlərin (iynə, mıxça, taxta parçası və s.) yeridilməsi yoluyla ağrı vermək.
  • Çəkilmiş dırnaq yerlərindən elektrik cərəyanı ötürmək.
  • Ayaqlarından asılmaqla başını su dolu qablara salıb böğmaq,
  • Su əvəzinə sidik içirtmək,
  • Təbii ehtiyaclarını ödəməyə günlərlə imkan verməməklə insanların nəcis və üfunət içində saxlanması.
  • Laxtalanmış insan qanı və insanın daxili orqanları ilə dolu olan, divarları, döşəməsi və tavanı insan qanına bulaşmış otaqlarda saxlamaq,
  • Bir çox əsgər və zabitlərin arxa dəliyinə (anus) lom (dəmir alətlər), taxta reykaları və sair predmetlər yeritməklə daxili orqanlarının sıradan çıxarılması ilə ölümünə səbəb olma.
  • 5 litrlik su qablarından ağzına su tökməklə qarnından təpiklə basıb insanlara boğulma hissi yaşatmaq.
  • Ağız və burnunu nəm əski parçası ilə örtərək, üstündən su tökməklə nəfəs almasını çətinləşdirib, boğulma hissi yaratmaq.
  • Insanların dişlərinin dəmir əşyalarla sındırlması və çəkilib atılması (bir xadimənin verdiyi məlumata görə, işgəncə yerindən bir 10 litrlik vedrə diş toplanmışdı).
  • Başqalarının gözü qarşısında zorlamaq. Şahidlərin verdiyi ifadəyə görə, belə zorlamalar bəzən Azərbaycan Respublikasının yerə sərilmiş bayrağı üzərində baş verib.
  • Bədənin müxtəlif nahiyyələrindən (ağız boşluğundan, çıxardılmış diş yerlərindən, dırnaqları çıxarılmış barmaq uclarından, cinsiyyət orqanlarından, arxa dəliyindən və. s) elektrik ötürmə.
  • Əsgər və zabitləri lüt söyundurub bir-birindən yapışmağa məcbur etməklə ( qatar formasında) birinci və sonuncu əsgərə elektrik cərəyanı qoşmaqla kütləvi işgəncə vermə,
  • İnsanların komaya düşənədək döyülməsi, elektrikə verilməsi. Bəzi zərərçəkənlərin aylarla komada olduqları rəsmi istintaq yoluyla da sübut edilib.
  • Müalicə adı ilə aparıldıqları hospitallarda günlərlə əlləri və ayaqları çarpayıya bağlı vəziyyətdə saxlamaq, döymək, ac saxlamaq.
  • İşgəncə məkanlarının birindən digərinə aparılması zamanı insanların lüt, yarımçılmaq vəziyyətdə yük maşınlarına üst-üstə yığılması.
  • Beton, daş və asfalt səthlərdə sürümə.
  • Əlləri arxada bağlı olmaqla günlərlə başı divara tərəf diz üstə oturtma.
  • İşgəncə məkanlarının ikinci, üçüncü mərtəbələrindən asfalt və ya daş döşənmiş yerlərə atılma. Bu metodla, biri polkovnik Saleh Qafarov olmaqla, üç hərbi qulluqçu 3-cü mərtəbədən atılaraq öldürülüb.
  • Zərərçəkmişlərə məlum olmayan iynələrin vurulması ilə sağlıq problemlərinin, xüsusilə də yaddaşsızlığın yaradılması və zəhərli iynələrlə öldürmə.
  • Saxlanılan əsgər və zabitlərin bir çoxunun həyat yoldaşına, eləcə də azyaşlı uşaqlarına fiziki, psixoloji təzyiqlərin göstərilməsi.
  • Arxa dəliyindən və ağzından elektrikə qoşmaqla ağız boşluğunda lapma yandırmaq və lampa partlatmaq.
  • Kamera qarşısında cinsiyyət orqanlarını zərərçəkmişlərin ağzına soxmaq, onları zorlamaq, müxtəlif alçaldıcı hərəkətlər etmək.
  • Yemək otağına gedərkən, bir nəfəri giriş qapısında üzü üstə yerə uzadaraq yüzlərlə başqalarını onun üstündən keçməyə məcbur etmək.
  • Lüt vəziyyətdə ilanlı və tikanlı sahəyə atmaq.
  • Bu baş verənlər haqqında məlumatı olanları zəhərləmə və başqa üsullarla aradan götürmək.
  • Ananı oğlunun ağzına sidiyə getməyə məcbur etmək.
  • Bacı və qardaşı lüt vəziyyətdə, üz-üzə bir-biri ilə bağlayıb saatlarca saxlamaq,
  • bəzi əsgər və zabitlərin xanımlarını, ana və bacılarını onların gözləri önündə döymək, alçaltmaq və təhqir etmək.
  • Uzun müddət yüxusuz saxlamaq.
  • Cinsiyyət orqanından asmaq, xayalarından ip bağlayıb sürümək, yumurtalıqlarını əzib dağıtmaq,
  • Ağzını qulaq dibinədək cırmaq və ifadə edilməsi etik baxımdan mümkün olmayan başqa növ işgəncələr.
  1. İşgəncə ilə öldürülənlər general Hikmət Həsənovun tapşırığı ilə, polkovnik Babək Səmidlinin rəhbərliyi altında qəbiristanlıqlardan kənarda, ekskvatorla 3-5 metr dərinlikdə, heyvan kimi basdırılıb.
  2. Vəhşi işgəncələrlə öldürülənlərin meyitləri Tərtər rayon İcra Hakimiyyətinin zirzəmisində saxlanılıb və qətlə yetirilmiş Mehman Hüseynovun meyitini almaq üçün gələn ailə üzvləri Tərtər rayon İcra Başçısı Müstəqim Məmmədov tərəfindən təhqir edilib və onun göstərişi ilə mərhumun bacısı vəhşicəsinə döyülüb, alçaldılıb, təhqir edilib.
  3. Yalnız işgəncə yoluyla alınmış etirafedici ifadələrə, yenə də işgəncələrlə alınmış üzləşmələrə və “ifadənin yerində yoxlanması haqqında protokol”lara əsasən, heç bir mötəbər sübut olmadan, 46 əsgər, zabit və mülki şəxs müxtəlif cinayətlərdə təqsirli bilinərək məhkub ediliblər.
  4. Tərtər hərbi məhkəməsinin (hakimlər: Quliyev İlqar Məsail oğlu-sədrlik edən, Sarıyev Əhməd Mədət oğlu, Nəsirov Vidadi Zahid oğlu) 14 iyun 2018-ci il tarixli, 1(098)-91/2018 nömrəli hökmü ilə:
  1. Zeydullayev Sultan Ramazanoviç- 20 il,
  2. Orucov Rauf Rəşid oğlu- 7 il,
  3. Rəhimov Atabəy Müqabil oğlu- 20 il,
  4. Əhmədov Faiq Əlibəy oğlu- 20 il,
  5. Əliyev Nasif Mehman oğlu-20 il,
  6. Qasımov Məcid Kamal oğlu- 10 il
  7. Adilzadə Emin Qədir oğlu-16 il,
  8. Mehdiyev Mirpaşa Zahid oğlu- 8 il,
  9. Əhmədli Müşviq Seymur oğlu – 16 il,
  10. Quliyev Əlizamin Ələmdar oğlu – 7 il,
  11. İbrahimli Turan Marif oğlu – 9 il azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.
  12. Gəncə Apellyasiya məhkəməsinin hərbi kollegiyasının (hakimlər: Xasməmmədov Elçin İsgəndər oğlu-sədrlik edən, Məmmədov Çingiz Böyükxan oğlu, Abdullayev Əlizamin Gülzalı oğlu) 16 oktyabr 2018-ci il tarixli qərarı ilə Tərtər hərbi məhkəməsinin 14 iyun 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılıb.
  13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının (hakimlər: Novruzov Ələsgər Əli İsgəndər oğlu-sədrlik edən, Yusifov Şahin Yaşar oğlu, Dadaşov İlqar Ağababaş oğlu oğlu, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində Dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu) 20 iyun 2019-cu il tarixli qərarı ilə Əlizamin Quliyevə aid hissədə, 29 sentyabr 2020-ci il tarixli qərarı ilə Turan İbrahimli və digərlərinə aid hissədə Gəncə Apellyasiya məhkəməsinin hərbi kollegiyasının 16 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılıb. Hərbi Kollegiyanın sədri “Tərtər dövlət qətliamı”nın qəddar icraçılarından olan Cəfər Seyidovun atası Əziz Seyidov olub.
  1. Tərtər hərbi məhkəməsinin (hakimlər: Quliyev İlqar Məsail oğlu-sədrlik edən, sarıyev Əhməd Mədət oğlu, Nəsirov Vidadi Zahid oğlu, dövlət ittihamçıları: Azərbaycan respublikası Hərbi Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə şöbəsinin prokurorları: ədliyyə polkovniki Abdullayev Natiq əkrəm oğlu və ədliyyə polkovnik-leytenantı Bəyalıyev Bulud İbrahim oğli, Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, I dərəcəli hüquqşünas Hüseynli Nicat Faiq oğlu ) 09 iyul 2018-ci il tarixli, 1(098)-146/2018 nömrəli hökmü ilə:
    1. Quluzadə Natiq Altay oğlu – 18 il,
    2. Rzayev Nicat Qabil oğlu – 15 il,
    3. Abdullayev Zaur Akif oğlu – 17 il,
    4. Xəlilov Vəli Sovxoz oğlu – 10 il,
    5. Aibov Emin Hörmət oğlu – 15 il,
    6. Tarverdizadə Yalçın Əmir oğlu – 9 il,
    7. Babayev Orxan Nəriman oğlu – 15 il azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.
  1. Gəncə Hərbi Məhkəməsinin Hərbi Kollegiyasının (hakimlər: Abdullayev Əlizamin Gülzalı oğlu-sədrlik edən, Muxtarov Teyyub Asif oğlu, Məmmədov Çingiz Böyükxan oğlu, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əzimov Ədalət Adil oğlu) 15 oktyabr 2018-ci il tarixli qərarı ilə Tərtər hərbi məhkəməsinin 09 iyul 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılıb.
  1. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər: Qılıcov İlqar Səyyad oğlu-sədrlik edən, Nəsirov İnqilab Maşallah oğlu, Əliyev Fərhad Kazım oğlu, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mahmudov Kamran Fikrət oğlu) 11 aprel 2019-cu il tarixli, 1-1(102)-21/19 saylı Qərarı ilə Gəncə Hərbi məhkəməsinin hərbi kollegiyasının 15 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılıb.
  1. Əlavə olaraq, 26 mülki və hərbi şəxs müxtəlif ittihamlarla məhkum edilib.
  1. Müdafiə Nazirliyinin 1-ci və 2-ci Korpuslarında 2016-cı ilin sonlarından başlayan, 28 aprel 2017-ci ildən intensiv xarakter alaraq 2017-ci ilin iyun ayının sonunadək davam edən işgəncələr nəticəsində:
    1. Hüseynov Mehman Telman oğlu, Müddətdən Artıq Xidmət Edən, 1 may 2017 ci ildə saxlanılıb, 7 may 2017 ci ildə qətlə yetirilib.
    2. Ağazadə Elxan Kəmaləddin oğlu, Müddətdən Artıq Xidmət Edən, 1 may 2017 ci ildə saxlanıb, 10 may 2017 ci ildə qətlə yetirib.
    3. Quliyev Elçin Mətləb oğlu, Müddətdən Artıq Xidmət Edən, 3 may 2017 ci ildə saxlanıb, 6 may 2017 ci ildə qətlə yetirilib.
    4. Qafarov Saleh Şərif oğlu, polkovnik-leytenant, 4 May 2017-ci ildə saxlanıb, 13 may 2017 ci ildə qətlə yetirilib.
    5. Kazımov Süleyman Seyidağa oğlu, kapitan, 4 mayda saxlanıb, 7 may 2017 ci ildə qətlə yetirilib.
    6. Nizamioğlu Təmkin, leytenant, 5 may 2017 ci ildə saxlanıb, 13 may 2017 ci ildə qətlə yetirilib.
    7. Sabirli Adil Teyran oğlu, baş leytenant, 6 may 2017 ci ildə saxlanılıb, 6 may 2017-ci ildə qətlə yetirilib.
    8. Mirzəliyev Elçin Qulu oğlu, leytenant, 7 may 2017 ci ildə saxlanılıb, 25 may 2017 ci ildə qətlə yetirilib.
    9. Məmmədov Elçin Fikrət oğlu, MAXE, 08 may 2017-ci ildə öldürülüb, “zəhərlənmə” adıyla cinayət işinin başlanması rədd edilib.
    10. Bünyatov Səxavət İlyas oğlu, gizir, 8 may 2017 ci ildə saxlanılıb, 16 may 2017 ci ildə qətlə yetirilib.
    11. Əzizi Dayandur, əsgər, 12 may 2017 ci ildə saxlanılıb, 20 may 2017 ci ildə qətlə yetirilib.
    12. Ocaqverdiyev Ruslan İlham oğlu, gizir, 16 iyun 2017-ci ildə saxlanılıb, həmin gün qətlə yetirilib.
  1. “Düşmənə (ermənilərə) seksual xidmət göstərmək”də, “düşmənə (ermənilərə) əsgər satmaqda”, “düşmənin (ermənilərin) xeyrinə casusluq etməkdə” və sair uydurma cinayətlərdə ittiham edilən minlərlə şəxsdən Respublika Hərbi Prokurorluğu tərəfindən xüsusilə külli miqdarda rüşvətlər alınıb. Rüşvət vermək üçün yaşadığı mənzili, ev və bəzək əşyalarını satan şəxslərin olması AzerFreedom TV-də verilən şahid ifadələri və sair faktlarla sübut edilib.
  1. Azərbaycan Hökuməti işgəncə prosesində öldürülən və ağır xəsarətlər alan şəxslərə qarşı törədilən cinayətin əsl təşkilatçılarını gizlətmək, ictimai rəyi sakitləşdirmək məqsədilə, işgəncəgörənlərin məhkəməsi ilə paralel işgəncə verənlərin də simvolik məhkəmələrini təşkil edib.
  2. Tərtər hərbi məhkəməsinin (hakimlər: Quliyev İlqar Məsail oğlu-sədrlik edən, Sarıyev Əhməd Mədət oğlu, Nəsirov Vidadi Mikayıl oğlu, dövlət ittihamçıları: Azərbaycan Respublikası Hərbi prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Cümşüdov Cavid Əbülfəz oğlu və Kərimov Elnur Rasim oğlu) 13 mart 2019-cu il tarixli, 1(098)-9/2019 nömrəli hökmü ilə minlərlə əsgər və zabitə işgəncə verməkdə və bir neçə şəxsin öldürülməsində iştirakları olan bu şəxslərdən:
    1. Mikayılov Ruslan Məhəmmədəli oğlu– 6 il,
    2. Maşıyev Sənan Səxavət oğlu – 6 il,
    3. Əzizov Polad Seyfəddin oğlu – 5 il 6 ay,
    4. Qəhrəmanov Cabir Babaxan oğlu – 6 il,
    5. Əliyev Elçin Kəlam oğlu – 6 il azdlıqdan məhruetmə cəzasına məhkum ediliblər.
  1. Şəki Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının ( hakimlər: Hüseynov Mirbahəddin Mirdamət oğlu-sədrlik edən, Əliyev Rafail Əyyub oğlu, Şükürov İmanverdi Həşimxan oğlu) 10 dekabr 2019-cu il tarixli qərarı ilə iş üzrə zərərçəkmişlərin apellyasiya şikayətləri təmin edilməyib, Tərtər hərbi məhkəməsinin 13 mart 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılıb.
  1. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının ( hakimlər: Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu, Novruzov Ələsgər Əli İskəndər oğlu, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Məmmədli Günay Hüseynxan qızı) 1-1(102)-41/2020 nömrəli, 23.06.2020-ci il tarixli qərarı ilə iş üzrə zərərçəkmişlərin, zərərşəkmişlərin varislərinin kassasiya şikayətləri təmin edilməyib, tam əksinə, Ali Məhkəmə, açıq şəkildə, bu dəhşətli cinayətlərin əsas təşkilatçılarından olan Respublika Hərbi prokurorluğunun rəhbərliyini, işgəncə və sair qanunsuz metodlarla istintaq aparan müstəntiqləri qorumaq, himayə etmək məqsədilə, kassasiya protestini təmin edərək, Şəki Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 10 dekabr 2019-cu il tarixli qərarının dəyişdirilməsi, “Hökmün və qərarın təsviri-əsaslandırıcı hissələrindən “hərbi prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq hərəkətlərində düşmənlə əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçulara işgəncələrin verilməsini və təqsirləndirilən şəxslərin həmin istintaq hərəkətlərində iştirak edərək, qeyd edilən hərbi qulluqçulara işgəncə vermələri”, “təqsirləndirilən şəxslərin istintaq qrupu rəhbərlərinin və üzvlərinin “sorğulayın”, “əlavə məlumat əldə edin” və sair buna oxşar tapşırıqlar əsasında düşmənlə əməkdaşlıq edən şəxslərə qarşı fiziki zor tətbiq etmələri barədə ifadələrin çıxarılması haqqında” qərar qəbul edib.
  1. “Tərtər dövlət qətliamı”na görə o vaxt cinayətin əsl təşkilatçılarından heç kim məsuliyyətə cəlb edilməyib.
  2. 2017-ci ilin avqust ayında həbs edilən bu şəxslər isə, 2 il 3 aydan sonra, 2020-ci ildə, 44 günlük Vətən müharibəsində iştirak bəhanəsiylə, Azərbaycan Respublikasının Ombudsmanı Səbinə Əliyevanın müraciətinə əsasən, prezident İlham Əliyev tərəfindən əfv edilərək azadlığa buraxılıblar.
  3. Tərtər Hərbi Məhkəməsinin (hakimlər: Quliyev İlqar Məsail oğlu-sədrlik edən, Sarıyev Əhməd Mədət oğlu, Nəsirov Vidadi Mikayıl oğlu, dövlət ittihamçıları: Azərbaycan Respublikası Hərbi prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Cümşüdov Cavid Əbülfəz oğlu və Kərimov Elnur Rasim oğlu) 31 yanvar 2019-cu il tarixli hökmü ilə:
    1. Cümşüdov Qurban Qədim oğlu- 6 il,
    2. Ağadadaşov Cavid Zahid oğlu – 6 il,
    3. Ağayev Fuad Ramiz oğlu -10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
  1. General-mayor Hikmət Həsənovun tapşırığı ilə “Tərtər dövlət qətliamı” üzrə bütün işgəncə proseslərinə Ağayev Fuad Ramiz oğlu rəhbərlik edib, bütün ölüm hallarında onun iştirakı olub.
  1. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyası (hakimlər: Rzaquliyev Şamil Qəhrəman oğlu-sədrlik edən, Muxtarov Teyyuib Asif oğlu, Xasməmmədov Elçin İsgəndər oğlu, dövlət ittiahmçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamını müdafiə üzrə İdarəsinin şöbə prokuroru Əzimov Ədalət Adil oğlu) 1-1(104)-51/2019 nömrəli, 30 sentyabr 2019-cu il tarixli qərarı ilə zərərçəkmişlərin apellyasiya şikayətlərini təmin etməyib, əksinə, təqsirləndirilən şəxslərin şikayətləri təmin edilib və Tərtər Hərbi Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli hökmü dəyişdirilib:
  1. Cümşüdov Qurban Qədim oğlunun cəzası- 5 ilə,
  2. Ağadadaşov Cavid Zahid oğlunun cəzası – 5 ilə endirilib.
  1. Ali Məhkəmə Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 30 sentyabr 2019-cu il tarixli qərarını dəyişdirilmədən saxlayıb.
  1. Tərtər Hərbi Məhkəməsinin (hakimlər: Quliyev İlqar Məsail oğlu-sədrlik edən, Sarıyev Əhməd Mədət oğlu, Nəsirov Vidadi Mikayıl oğlu, dövlət ittihamçıları: Azərbaycan Respublikası Hərbi prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Cümşüdov Cavid Əbülfəz oğlu və Kərimov Elnur Rasim oğlu) 16 iyul 2018-ci il tarixli hökmü ilə Axundov Fuad Arazi oğlu 3 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunub, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə 1 il sınaq müddəti ilə həmin cəzaya şərti məhkum edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 fevral 2020-ci il tarixli hökmü ilə CM-nin 126.2.3-cü maddəsi ilə təqsirli bilinib 8 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
    1. Bakı Apellyasiya Məhkəməsinin 07.08.2020-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 27.02.2020-ci il tarixli hökmü dəyişdirilib, Axundov Fuad Arazi oğlu 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.
    2. Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin 07.08.2020-ci il tarixli qərarını dəyişdirilmədən saxlayıb
  1. Tərtər Hərbi Məhkəməsininin (hakimlər: Quliyev İlqar Məsail oğlu-sədrlik edən, Sarıyev Əhməd Mədət oğlu, Nəsirov Vidadi Mikayıl oğlu, dövlət ittihamçıları: Azərbaycan Respublikası Hərbi prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Cümşüdov Cavid Əbülfəz oğlu və Kərimov Elnur Rasim oğlu) 29 yanvar 2020-ci il tarixli hökmü ilə:
    1. Qarayev Ramil Fariz oğlu– 6 il,
    2. Niftəliyev Rəşid Ağaşərif oğlu -9 il,
    3. Ələsgərov Vüsal Əziz oğlu – 6 il,
    4. Ələsgərov Rüstəm Çərkəz oğlu– 12 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
  1. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 avqust 2020-ci il tarixli qərarı ilə Tərtər Hərbi Məhkəməsininin 29 yanvar 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılıb.
  2. Ali Məhkəmənin Hərbi Kollegiyası Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 avqust 2020-ci il tarixli qərarını dəyişdirilmədən qüvvədə saxlayıb.
  1. Yalnız AzerFreedom TV-də və sonradan bu prosesə qoşulan bir çox TV-lərdə və saytlarda, eləcə də,müstəqil jurnlistlər tərəfindən aparılan ictimai araşdırma nəticəsində yüksələn ümumxalq narazılığının və beynəlxalq təzyiqin qarşısını almaq məqsədilə, Azərbaycan Hökuməti bu işin yenidən araşdırılması görüntüsünü yaratmağa cəhd etdi.
  2. 16 dekabr 2021-ci ildə istintaq təzələndi və yenə də saxta istintaq prosesləri, simvolik məhkəmələr təşkil etməklə əsl cinayətkarların müdafiəsi təmin edildi.
  1. “Tərtər dövlət qətliamı”nı və Azərbaycan Ordusuna qarşı törədilən sair cinayətləri yenidən araşdırmaq məqsədilə, 2021-ci ilin dekabrında aşağıdakı tərkibdə “istintaq qrupu” yaradıldı:
  • Məmmədov Qasım Yasin oğlu – Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin rəis müavini, birgə istintaq qrupunun rəhbəri, ədliyyə müşaviri,
  • Cəlilov Pərviz Akif oğlu– Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, kiçik ədliyyə müşaviri,
  • Nərimanlı Nəriman Nazim oğlu– Baş Prokurorluğunun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi II dərəcəli hüquqşünas,
  • Hüseynli Rəhim Məhərrəm oğlu- İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi II dərəcəli hüquqşünas,
  • Mirzəyev Samir Barxudar oğlu– Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin prokuror-kriminalisti kiçik ədliyyə müşaviri,
  • Şahvələdov Rafail Həmdulla oğlu– Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, kiçik ədliyyə müşaviri,
  • Musayev Qadir Hakim oğlu– ədliyyə kapitanı,
  • Ağarəhimov Pərvin Mübariz oğlu – ədliyyə mayoru,
  • Əliyev Asif Əli oğlu – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi, polis polkovnik-leytenant,
  • Tağıyev Ceyhun Zahir oğlu– Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi, polis polkovnik-leytenantı,
  • Mahmudov Orxan Cəlil oğlu – Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin mühüm işlər üzrə baş müstəntiqi, ədliyyə mayoru,
  • Əlizadə Nurlan Azər oğlu – Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin mühüm işlər üzrə baş müstəntiqi, ədliyyə kapitanı
  1. “Tərtər dövlət qətliamı”nda minlərlə zərərçəkmiş, onlarla qətl edilən əsgər və zabit olsa da, təzələnən istintaq nəticəsində, yalnız AzerFreedom TV-nin müəyyən etdiyi zərərçəkmişlərdən, işgəncəgörənlərdən 469 şəxs zərərçəkmiş kimi tanındı.
  2. Bu dəhşətli cinayətin əsl təşkilatçıları nə istintaqda, nə də məhkəmə proseslərində dindirildi. Azərbaycan Hökuməti, prezident İlham Əliyev şəxsən onları ciddi-cəhdlə himayə etməkdədir.
  3. Aparılan yeni istintaq nəticəsində, Müdafiə Nazirliyinin 2-ci Korupusunda törədilən, yüzlərlə adama işgəncə verilməsinə və Adil Sabirlinin ölümünə görə, Bakı Hərbi Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərdən:
    1. Məmmədov Rahib Ramazan oğlu – 6 il 6 ay,
    2. Məmmədov İntiqam Şərif oğlu – 10 il,
    3. Rəşidov Ülvi Nazim oğlu – 9 il 6 ay,
    4. Orucov Bəkir Şirin oğlu – 9 il 6 ay,
    5. Kazımov Ziya Məhəddin oğlu – 12 il azadlıqdan məhrum edilib.
  1. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə General Bəkir Orucova qarşı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma-ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda ) maddəsi ilə irəli sürülən ittiham xaric edilib, onun cəzası 9 il 6 aydan 6 il 6 aya endirilib, Ziya Kazımov, İntiqam Məmmədov, Rahib Məmmədov və Ülvi Rəşidovun cəzası isə 4 ay azaldılıb.
  2. Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
  1. Bakı Hərbi Məhkəməsinin (hakimlər: Ağayev Zeynal Qurban oğlu oğlu-sədrlik edən, Ramazanov Camal Cumar oğlu, Abbasov Rafiq Qaraxan oğlu, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Səmədov Orxan Emin oğlu) 1-1(093)-7/2024 nömrəli, 04.06.2024-cü il tarixli hökmü ilə:
    1. Mikayılov Ruslan Məhəmmədəli oğlu – 6 (alti) il 10 (on) ay 10 (on) gün,
    2. Əliyev Elçin Kalam oglu – 5 (beş) il 8 (səkkiz) ay 5 (beş) gün,
    3. Qəhrəmanov Cabir Babaxan oğlu – 6 (altı) il 8 (səkkiz) ay 5 (beş) gün,
    4. Maşıyev Sənan Səxavət oğlu – 4 (dörd) il 10 (on) ay 10 (on) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
  2. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Məmmədov Habil Çingiz oğlu-sədrlik edən, Məmmədov Məmməd Allahverdi oğlu və Allahverdiyev Elbəy Hidayət oğlu, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Hüseynova-Zeynalova Səkinə İrzəvan qızı, Qəhrəmanov Tural Rasim oğlu və Mirzəyev Emil Ağakərim oğlu) 1-1(103)-38/2024 nömrəli, 04.11.2024-cü il tarixli qərarı ilə Bakı Hərbi Məhkəməsinin 04.06.2024-cü il tarixli hökmü dəyişdirilib, məhkumların cəzası azaldılıb:
    1. Mikayılov Ruslan Məhəmmədəli oğlu – 6 (altı) il 07 (yeddi) ay 10 (on),
    2. Əliyev Elçin Kalam oğlu – 5 (beş) il 5 (beş) ay 5 (beş) gün,
    3. Qəhrəmanov Cabir Babaxan oğlu – 6 (altı) il 5 (beş) ay 5 (beş) gün,
    4. Maşıyev Sənan Səxavət oğlu -4 (dörd) il 7 (yeddi) ay 10 (on) gün müddətinə azadlıqdan məhrumetmə.
    5. Hər dörd məhkumun da cəzalarının əvvəli, tutulduqları 18 aprel 2022-ci ildən hesablanır. Yəni, minlərlə əsgər və zabitin, mülki şəxsin sağlamlığını itirməsinə, AzerFreedom TV-nin müəyyənləşdirdiyi, ən azı, 12 şəxsin ölümünə səbəb olan bu adamlar yenə də, qısa müddətdən sonra azadlıqda olacaqlar.
  1. Bakı Hərbi Məhkəməsinin (hakimlər: Ağayev Zeynal Qurban oğlu oğlu- sədrlik edən, Abbasov Rafiq Qaraxan oğlu, Ramazanov Camal Cumar oğlu,dövlət ittihamçıları – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Kəngərli Orxan İlqaroğlu, Mehrəliyev Vüsal Bəhram oğlu) 1-1(093)-14/2024 nömrəli, 31.10.2024-cü il tarixli hökmü ilə:
    1. Cümşüdov Qurban Qədim oğlu-4 il,
    2. Ağadadaşov Cavid Zahid oğlu-4 il,
    3. Əhmədov Ramil Bəşir oğlu– 9 (doqquz) il 6 (altı) ay,
    4. Axundov Fuad Arazi oğlu– 9 (doqquz) il 6 (altı) ay,
    5. Ağayev Fuad Ramiz oğlu– 13 (on üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
  2. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Rəhimov Elmar Eldar oğlu-sədrlik edən, Əyyubov Fərid İlham oğlu və Mehdiyev Emin Əlixan oğlu) 1-1(103)-19/2025 nömrəli, 11.04.2025-ci il tarixli qərarı ilə zərərçəkmişlərdən Ağayev Vasif Vahid oğlu, Əhmədli Müşviq Seymur oğlu, Məhərrəmov Nemət Elman oğlu, İsmayılov Zaur Məhəmməd oğlu, Fərzəliyev Ruslan Sədrəddin oğlu, Fərzəliyev Elnur Qəzənfər oğlu, Baxşalıyev Babək Tofiq oğlunun hüquqi varisi Bəhruz Edil Tofiq oğlu və Quliyev Təmkin Nizami oğlunun hüquqi varisi Quliyev Nizami Hüseyn oğlu tərəfindən verilmiş kassasiya şikayətləri qeyri-mümkün sayılaraq geri qaytarılıb.
  3. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Rəhimov Elmar Eldar oğlu-sədrlik edən, Əyyubov Fərid İlham oğlu, Mehdiyev Emin Əlixan oğlu, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Həsənova Təhminə Hüseyn qızı) 1-1(103)-19/2025 nömrəli, 05.03.2025-ci il tarixli Qərarı ilə zərərçəkmişlər: Fərzəliyev Ruslan Sədrəddin oğlu, Məhərrəmov Nemət Elman oğlu, Emçiyev Rəfail Nizami oğlu və digərlərinin apellyasiya şikayətləri təmin edilməyib, Bakı Hərbi Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılıb.
  1. Bakı Hərbi Məhkəməsinin (hakimlər: Ağayev Zeynal Qurban oğlu oğlu-sədrlik edən, Ramazanov Camal Cumar oğlu və Abbasov Rafiq Qaraxan oğlu, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşavirə Səmədov Orxan Emin oğlu) İş № 1-1(093)-58/2023 nömrəli, 29.11.2023-cü il tarixli hökmü ilə :
  1. Ələsgərov Vüsal Əziz oğlu5 (beş) il 6 (altı) ay azadlıqdan məhrumetmə cəzası- cəza çəkməsinin əvvəli tutulduğu 7 fevral 2022-ci il tarixdən hesablansın,
  2. Niftəliyev Rəşid Ağaşərif oğlu –5 (beş) il 6 (altı) ay azadlıqdan məhrumetmə cəzası- cəza çəkməsinin əvvəli tutulduğu 18 aprel 2022-ci il tarixdən hesablansın,
  3. Qarayev Ramil Fariz oğlu– 5 (beş) il 6 (altı) ay azadlıqdan məhrumetmə cəzası- cəza çəkməsinin əvvəli tutulduğu 7 fevral 2022-ci il tarixdən hesablansın,
  4. Ələsgərov Rüstəm Çərkəz oğlu– 9 (doqquz) il 6 (altı) ay azadlıqdan məhrumetmə cəzası- cəza çəkməsinin əvvəli tutulduğu 7 fevral 2022-ci il tarixdən hesablansın.

Bu şəxslər də qısa müddətdən sonra azadlıqda olacaqlar.

  1. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər:Abbasov Mirzəli Əbdüləli oğlu-sədrlik edən, Qaraqurbanlı Ramin Afad oğlu, İbrahimov Anar Firdovsi oğlu, dövlət ittihamçısı: Azərbaycaan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru – Bayramova Elfanə Elman qızı) 1-1(103)-17/2024 nömrəli, 05.08.2024-cü il traixli qərarı ilə, zərərçəkmişlərin apellyasiya şikayətləri təmin edilməyib, Bakı Hərbi Məhkəməsinin 29.11.2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılıb.
  2. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Yusifov Şahin Yaşar oğlu-sədrlik, Novruzov Ələsgər Əli İskəndər oğlu, Abdulov Rəşad Məhərrəm oğlu, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlu) 1-1(102)-24/2025 nömrəli, 25.04.2025-ci il tarixli qərarı ilə zərərçəkmişlər və onların hüquqi varisləri: Validə Əhmədova və digərlərinin kassasiya şikayətləri təmin edilməyib, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05.08.2024-cü il traixli qərarı dəyişdirilmədən saxlanılıb.
  1. 16 dekabr 2021-ci ildə təzələnən istintaq nəticəsində, “Tərtər dövlət qətliamı” işi üzrə məhkum edilən 44 şəxsin haqqında olan cinayət işlərinə bəraətverici əsaslarla xitam verilib. Onlardan 18 nəfəri həbsdən buraxılıb.
  1. Azərbaycan Ordusunun əsgər və zabitlərinə qarşı, onların ölümü və sağlamlıqlarının əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən bu cinayətlərin, xüsusilə də, “Tərtər dövlət qətliamı”nın qurbanlarının haqları bərpa edilməyib:
    1. Onlara qanunda nəzərdə tutulan kompensasiyalar ödənilməyib. Ödənilən kompensasiyalar isə, işgəncə gününün sayına uyğun olaraq, günə 500 manat olmaqla, simvolik məbləğlər təşkil edib.
    2. İstintaq və məhkəmə yoluyla, eləcə də Müdafiə Nazirlliyinin zərərçəkmişlərə təqdim etdiyi rəsmi arayışlarla, zərərçəkmiş şəxslərin məhz döyüş təminatı tapşırığını icra etdikləri vaxt öldürüldükləri sübut edilsə də, onlara şəhidlik statusu verilməyib.
    3. Tutduqları vəzifədən, qanunsuz azad edilən, hərbi xidmətdən uzaqlaşdırlılan minlərlə şəxs öz əvvəlki vəzifələrinə bərpa edilməyib, onlara məcburi iş buraxma vaxtına görə əmək haqları ödənilməyib, əmək stajları bərpa edilməyib, onlara vurulmuş ziyanlar ödənilməyib.
    4. Sağlamlığını və əmək qabiliyyətini müxtəlif dərəcələrdə itirən minlərlə əsgər və zabitə reabilitasiya və tibbi xidmətlər göstərilməyib.
    5. Müxtəlif vaxtlarda Azərbaycan Ordusunun əsgər və zabitlərinə, xüsusilə də, “Tərtər dövlət qətliamı” işi üzrə təqsirləndirilən şəxslərə verilən cəzalar simvolik karakterdə olub, ölkə və dünya ictimaiyyətinin diqqətini yayındırmaq məqsədi daşıyır.
    6. Bu, Azərbaycan Respublikasının hərbi gücünün və müdafiə qabiliyyətinin zəiflədilməsinə, əsgər və zabitlərin öldürülməsi, onların cinsi qabiliyyətinə vurulan zərərlə əhali artımının qarşısının alınmasına yönələn xüsusilə ağır cinayətlərin əsl təşkilatçılarından heç kim həbs edilməyib, əksinə, onlar hamısı prezident İlham Əliyev tərəfindən himayə edilib, onlara yüksək rütbələr verilib və daha böyük vəzifələrə irəli çəkiliblər.
  1. Azərbaycan xalqının və dövlətinin tarixinə qara ləkə kimi düşən bu təhqiramiz, milli heysiyyatı aşağılyan, minlərlə insan və ailə faciəsinə səbəb olan dəhşətli cinayətlərin araşdırılmasında və açılmasında rolu olan:
    1. Oktay Gülalıyev- Tərtər cinayətlərini 2018-ci ilin aprel ayından araşdırmağa başlayıb. 29 oktyabr 2019-cu ildə avto qəza vasitəsilə ona ağır xəsarət yetirilib, o vaxtdan koma vəziyyətindədir.
    2. Təhməsov İlham Aslan oğlu (İlham Aslanoğlu) – bu cinayətlərin açılmasında bir hüquşünas kimi müstəsna xidmətləri olub. Saxta ittihamlarla şərlənərək iki dəfə: 28.01.2022-05.03.2022-ci il və 09.06.2022-09.01.2023-cü ildə həbsdə olub, cəzasını tam çəkdikdən sonra azadlığa çıxıb.
    3. Qafarov Abid Abdin oğlu – KİM TV-nin aparıcısı kimi bu cinayətələrin araşdırılmasında fəallığına görə 13.07.2022-ci ildə həbs edilib, cəzasını tam çəkərək 01.06.2023-cü ildə azadlığa çıxıb.
    4. Əvəz Zeynallı – Xural TV-nin sahibi və aparıcısı, jurnalist. Tərtər cinayətini törədənlərin ifşasında böyük xidmətləri olub. Məhz bu və digər fəaliyyətinə görə 10.09.2022-ci ildə həbs edilib. Yalnız xərçəng xəstəliyinə yoluxması ilə bağlı 2025-ci ildə azadlığa buraxılıb.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Xalq Parlamenti

QƏRARA ALIR:

  1. 2005-ci ildən başlayaraq Azərbaycan ordusunun əsgər və zabitlərinə qarşı törədilən cinayətlər, xüsusilə də “Tərtər işi” üzrə törədilən kütləvi işgəncə və qətl cinayətləri, onların təşkilatçıları tərəfindən Azərbaycan xalqına qarşı:
    1. Siyasi baxımdan: “Dövlət qətliamı” kimi,
    2. Hüquqi baxımdan:
      1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan: “əhalini məhv etmə” (CM-nin 105-ci maddəsi), “cinsi zorakılıq” (CM-nin 108), “təqib” (CM-nin 109-cu maddəsi), “insanları zorakılıqla yoxa çıxarma” (CM-nin 110-cu maddəsi), “işgəncə” (CM-nin 113-cü maddəsi), “qəsdən adam öldürmə” (CM-nin 120-ci maddəsi), “terrorçuluq” (CM-nin 214-cü maddəsi);
      2. Beynəlxalq Cinayət Məhkəməsi haqqında Roma Statutun 7-ci maddəsində nəzərdə tutulan: “qəsdən adam öldürmə” (1-ci hissəsinin “a” bəndi), “işgəncə” (1-ci hissəsinin “f” bəndi), “cinsi zorakılıq” (1-ci hissəsinin “g” bəndi), “qanunsuz azadlıqdan məhrum etmə (1-ci hissəsinin “e” bəndi), “digər qeyri-insani əməllər” (1-ci hissəsinin “k” bəndi), “təqib” (1-ci hissəsinin “h” bəndi), “insanların zorakılıqla yoxa çıxarılması” (1-ci hissəsinin “i” bəndi) formalarında İnsanlıq Əleyhinə Cinayətlər;
      3. Həmçinin Beynəlxalq Cinayət Məhkəməsi haqqında Roma Statutun 8-ci maddəsinin 2-ci hissəsinin “c” bəndində nəzərdə tutulan: “qəsdən adam öldürmə” (i), “işgəncə və ya qeyri-insani rəftar” (ii), “şəxsi ləyaqətin alçaldılması” (iii), “qanunsuz həbslər və edamlar” (iv) formasında Hərbi Cinayətlər kimi qiymətləndirilsin.
  1. Bundan sonra bu cinayətr “İnsanlıq Əleyhinə Tərtər dövlət qətliamı” adlandırılsın.
  1. “İnsanlıq Əleyhinə Tərtər dövlət qətliamı”nın bütün təşkilatçılarının, icraçılarının, təhrikçi və köməkçilərinin müəyyən edilərək cəzalandırılması, o cümlədən Tərtər işi və digər analoji cinayət faktlarının araşdırılması, qurbanlara dəymiş maddi və mənəvi ziyanın ödənilməsi və bu cinayətləri törədən şəxslərin ictimaiyyətə açıqlanması məqsədilə Azərbaycan Xalq Parlamentinin Təhqiqat Komissiyasının yaradılması üçün təşkilati işlərin görülməsi Parlament rəhbərliyinə tapşırılsın.
  1. “İnsanlıq Əleyhinə Tərtər dövlət qətliamı” haqqında beynəlxalq təşkilatlara davamlı olaraq məlumatlar verilsin və Azərbaycan Respublikası prezidenti Əliyev İlham Heydər oğlu başda olmaqla, bu cinayətin bütün iştirakçılarının Beynəlxalq Cinayət Məhkəməsinə verilməsi istiqamətində zəruri işlərin görülməsi, adları aşağıda göstərilən şəxslərə Dünya və Avropa Birliyi tərəfindən haqlarında hüquqi, siyasi və iqtisadi sanksiyalar tətbiq edilməsi üçün lazım olan işlərin görülməsi Parlament rəhbərliyinə tapşırılsın:

İcra hakimiyyəti orqanlarından:

  1. Əliyev İlham Heydər oğlu- Azərbaycan Respublikasının prezidenti, Yeni Azərbaycan Partiyasının sədri.
  2. Əliyeva Mehriban Arif qızı- Azərbaycan Respublikasının Birinci vitse- prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini.
  3. Mehdiyev Ramiz Ənvər oğlu- Prezident Aparatının sabiq rəhbəri.
  4. Ələsgərov Fuad Murtuz oğlu- Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyanın Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin müdiri.
  5. Məmmədov Müstəqim Səyyad oğlu- Tərtər rayon İcra Başçısı.

Prokurorluq orqanlarından:

  1. Qaralov Zakir Bakir oğlu – Azərbaycan Respublikasının sabiq Baş Prokuroru.
  2. Usubov Rüstəm Sabir oğlu- Azərbaycan Respublikası Baş Prokurorunun sabiq 1-ci müavini.
  3. Əliyev Kamran Bayram oğlu- Azərbaycan Respublikasının Baş Prokuroru.
  4. Məmmədov Elçin Məmmədbağır oğlu- Azərbaycan Respublikasının Baş

Prokurorunun 1-ci müavini.

  1. Məmmədov Qasım Yasin oğlu- Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin rəis müavini.
  2. Vəliyev Xanlar Rüstəm oğlu- Azərbaycan Respublikası Baş prokurorunun sabiq

müavini, Azərbaycan Respublikasının sabiq Hərbi prokuroru, Azərbaycan

Respublikası Konstitusiya Məhkəməsinin üzvü.

  1. Əhmədov Bəhruz Vidadi oğlu- Azərbaycan Respublikası Baş prokurorunun müavini, Azərbaycan Respublikasının Hərbi prokuroru.
  2. İmranov Şəfahət Aydın oğlu – Respublika Hərbi prokurorunun müavini, ədliyyə general- mayoru.
  3. Hüseynzadə Mehdi Tofiq oğlu – Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin rəisi.
  4. Məmmədov Hümmət Baloğlan oğlu- Hərbi prokurorluqlarda istintaqa nəzarət

şöbəsinin rəisi, ədliyyə polkovniki.

  1. Mürsəlov Elşən Xıdır oğlu – Qubadlı hərbi prokuroru, ədliyyə mayoru.
  2. Gözəlov Rauf Rövşən oğlu – Gəncə şəhər prokuroru, ədliyyə polkovnik-leytenantı.
  3. Əhmədov Ülvi Rövşən oğlu –Respublika Hərbi prokurorluğunun mühüm İşlər üzrə böyük müstəntiqi, ədliyyə müşaviri.
  4. Qəhrəmanov Şöhrət Qazaxəli oğlu – Gəncə hərbi prokuroru, ədliyyə polkovniki.
  5. Hüseynli Ayxan Məhəmmədəli oğlu – ittihamçı prokuror.
  6. İmanov Hafiz Beykəş oğlu- ittihamçı prokuror.
  7. Həsənov Kamran Asəf oğlu- ittihamçı prokuror.
  8. Mahmudov Kamran Fikrət oğlu – ittihamçı prokuror.
  9. Cümşüdov Cavid Əbülfəz oğlu -ittihamçı prokuror.
  10. Əzimov Ədalət Adil oğlu- ittihamçı prokuror.
  11. Hüseynova-Zeynalova Səkinə İrzəvan qızı – ittihamçı prokuror.
  12. Qəhrəmanov Tural Rasim oğlu – ittihamçı prokuror.
  13. Mirzəyev Emil Ağakərim oğlu – ittihamçı prokuror.
  14. Abdullayev Natiq Əkrəm oğlu – ittihamçı prokuror.
  15. Bəyalıyev Bulud İbrahim oğli – ittihamçı prokuror.
  16. Hüseynli Nicat Faiq oğlu – ittihamçı prokuror.
  17. Abbasov Elman Mədət oğlu -ittihamçı prokuror.
  18. Yaqubov Fərhad Fazil oğlu – dövlət ittihamçısı, prokuror.

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətindən:

  1. Quliyev Mədət Qəzənfər oğlu – Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin sabiq sədri.
  2. Nağıyev Əli Nağı oğlu- Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin sədri.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən:

  1. Usubov Ramil İdris oğlu – Azərbaycan Respublikasının sabiq Daxili İşlər Naziri.
  2. Eyvazov Vilayət Süleyman oğlu- Azərbaycan Respublikasının Daxili İşlər Naziri.
  3. Əliyev Ziya – Naftalan şəhər Polis İdarəsinin sabiq rəisi, Bakı şəhər Nizami rayon Polis İdarəsinin rəisi.

Azərbaycan Respublikası Müdafiə Nazirliyindən:

  1. Həsənov Zakir Əsgər oğlu – Azərbaycan Respublikasının Müdafiə Naziri, general-polkovnik.
  2. Sadıqov Nəcməddin Hüseyn oğlu- Müdafiə Nazirliyi Baş Qərargahın sabiq rəisi, general-polkovnik.
  3. Vəliyev Kərəm Tofiq oğlu – Müdafiə Nazirliyinin Baş Qərargah rəisi.
  4. Nəcəfov Hilal Əlimurad – Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin rəisi, general-mayor.
  5. Ağayev Zakir Samiddin oğlu- Müdafiə Nazirliyinin Baş Hərbi İnsipeksiya rəisinin sabiq Müavini, general-leytenant.
  6. Həsənov Hikmət Hüseyn oğlu- Müdafiə Nazirliyinin 1-ci Korpusunun sabiq rəisi, general-mayor.
  7. Bərxudarov Mais Şükür oğlu- Müdafiə Nazirliyinin 2-ci Korpusunun sabiq rəisi, general-leytenant.
  8. Əsgərov Ramil Əlimran oğlu – Mudafiə Nazirliyində sabiq idarə rəisi, general-mayor.
  9. Əliyev Natiq Avil oğlu – Azərbaycan Müdafiə Nazirliyi Tibb baş idarəsinin sabiq rəisi, general-mayor.
  10. Bəkirov Oruc Şirin oğlu- Azərbaycan Müdafiə Nazirliyi 2-ci Korpusun sabiq komandir müavini, general-mayor.
  11. Abbasov Qiyas Abbas oğlu – Müdafiə Nazirliyi 1-ci Korpusun komandir müavini, polkovnik.
  12. Rzayev Mübariz Balağa oğlu – Müdafiə Nazirliyinin 1-ci Korpusunun komandir müavini, general-mayor.
  13. Quliyev Elşad İmran oğlu – Müdafiə Nazirliyi Tibb İdarəsinin sabiq şöbə müdiri, ekspert-həkim, polkovniki.
  14. Qasımov Samil – Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin Müalicə-profilaktika şöbəsinin sabiq baş zabiti–şöbə rəisinin müavini, polkovnik.
  15. Ağasıyev Ruslan Dünyaməddin oğlu- Müdafiə Nazirliyinin 1-ci Korpusunun 051 saylı hərbi hissəsinin sabiq komandiri.
  16. Məmmədov Teymur Davud oğlu- Müdafiə Nazirliyinin 1-ci Korpusunun 703 saylı briqadanın sabiq komandiri.
  17. Qəribov Rövşən Şəki oğlu – 1-ci Korpus 703 nömrəli hərbi hissədə sabiq hərbi qulluqçu.
  18. Qəhrəmanov Cabir Babaxan oğlu – 1-ci Korpus 057 nömrəli hərbi hissədə sabiq hərbi qulluqçu.
  19. Əliyev Elçin Kalam oğlu -1-ci Korpus 057 nömrəli hərbi hissədə sabiq hərbi qulluqçu.
  20. Maşıyev Sənan Səxavət oğlu -1-ci Korpus 057 nömrəli hərbi hissədə sabiq hərbi qulluqçu.
  21. Mikayılov Ruslan Məhəmmədəli oğlu- 1-ci Korpus 057 nömrəli hərbi hissədə sabiq hərbi qulluqçu.
  22. Əzizov Polad Seyfəddin oğlu –1-ci Korpus 057 nömrəli hərbi hissədə sabiq hərbi qulluqçu.
  23. Axundov Fuad Arazi oğlu – 1-ci Korpus 057 nömrəli hərbi hissədə sabiq hərbi qulluqçu.
  24. Ağayev Fuad Ramiz oğlu – 1-ci Korpus 057 nömrəli hərbi hissədə sabiq hərbi qulluqçu.
  25. Cümşüdov Qurban Qədim oğlu- 1-ci Korpus 057 nömrəli hərbi hissədə sabiq hərbi qulluqçu.
  26. Seyidov Cəfər Əziz oğlu- Müdafiə Nazirliyi 641 nömrəli hərbi hissənin sabiq komandiri, polkovnik.
  27. Əliyev Elgün Aqil oğlu -218 saylı hərbi hissənin sabiq komandiri, Respublika Hərbi polisinin rəisi.

Azərbaycan Respublikasının hakimlərindən:

Tərtər dövlət qətliamı ilə bağlı qərar verənlər.

  1. Rzayev Ramiz Yaqub oğlu-Azərbaycan Respublikası Ali Məhkəməsinin sabiq sədri.
  2. Seyidov Əziz Cəfər oğlu – Ali Məhkəmənin hakimi, Hərbi Kollegiyanın sabiq sədri.
  3. Yusifov Şahin Yaşar oğlu- Ali Məhkəmənin hakimi.
  4. Kərimov Fərhad Abdulkərim oğlu- Ali Məhkəmənin hakimi.
  5. Novruzov Ələsgər Əli İsgəndər oğlu- Ali Məhkəmənin hakimi.
  6. Qılıcov İlqar Səyyad oğlu- Ali Məhkəmənin hakimi.
  7. Muxtarov Teyyub Asif oğlu- Ali Məhkəmənin hakimi.
  8. Kazımov Tahir Lələkişi oğlu – Ali Məhkəmənin hakimi.
  9. Mövsümov Nazim Rasim oğlu – Ali Məhkəmənin hakimi.
  10. Dadaşov İlqar Ağababaş oğlu – Ali Məhkəmənin hakimi.
  11. Əliyev Fərhad Kazım oğlu – Ali Məhkəmənin hakimi.
  12. Nəsibov Hafiz Qənbər oğlu -Ali Məhkəmənin hakimi.
  13. Rəcəbov İlkin Əbülfəz oğlu – Ali Məhkəmənin hakimi.
  14. Məmmədov Vüqar Kamal oğlu- Gəncə Apellyasiya Məhkəməsinin hakimi.
  15. Nəsirov Vidadi Zahid oğlu- Gəncə Apellyasiya Məhkəməsinin hakimi.
  16. Hüseynov Salman Bilal oğlu – Gəncə Apellyasiya Məhkəməsinin hakimi.
  17. Məmmədov Çingiz Böyükxan oğlu – Gəncə Apellyasiya Məhkəməsinin hakimi.
  18. Muxtarov Teyyub Asif oğlu- Gəncə Apellyasiya Məhkəməsinin hakimi.
  19. Abdullayev Əlizamin Gülzalı oğlu- Gəncə Apellyasiya Məhkəməsinin hakimi.
  20. Rzaquliyev Şamil Qəhrəman oğlu- Gəncə Apellyasiya Məhkəməsinin hakimi.
  21. Cəfərov Rafiq Musa oğlu – Gəncə Apellyasiya Məhkəməsinin hakimi.
  22. Həsənov İslam Telman oğlu – Gəncə Apellyasiya Məhkəməsinin hakimi.
  23. Xasməmmədov Elçin İsgəndər oğlu- Gəncə Apellyasiya Məhkəməsinin hakimi.
  24. İbrahimli İbrahim Adil oğlu- Bakı Apellyasiya Məhkəməsinin hakimi.
  25. Əliyev Emin Zöhrab oğlu – Bakı Apellyasiya Məhkəməsinin hakimi.
  26. Ələkbərov Əfqan Qəzənfər oğlu- Bakı Apellyasiya Məhkəməsinin hakimi.
  27. Məmmədov Habil Çingiz oğlu- Bakı Apellyasiya Məhkəməsinin hakimi.
  28. Hüseynov Cavid Vaqif oğlu- Bakı Apellyasiya Məhkəməsinin hakimi.
  29. Allahverdiyev Elbəy Hidayət oğlu- Bakı Apellyasiya Məhkəməsinin hakimi.
  30. Məmmədov Məmməd Allahverdi oğlu – Bakı Apellyasiya Məhkəməsinin hakimi.
  31. Quliyev İlqar Məsail oğlu- Tərtər hərbi Məhkəməsinin sabiq sədri.
  32. Sarıyev Əhməd Mədət oğlu- Tərtər hərbi Məhkəməsinin hakimi.
  33. Məmmədov Vüqar Kamal oğlu- Gəncə hərbi məhkəməsinin hakimi.
  34. Bağırov Məhəmməd Ənvər oğlu- Gəncə hərbi məhkəməsinin hakimi.
  35. Abdullayev Əlizamin Gülzalı oğlu- Gəncə hərbi məhkəməsinin hakimi.
  36. Süleymanov Əli Ziya oğlu- Füzuli hərbi məhkəməsinin hakimi.
  37. Nəcəfov Əmrah Bəzməddin oğlu – Füzuli hərbi məhkəməsinin hakimi.
  38. Ağamirzəyev Fəzrəddin Mansur oğlu – Füzuli hərbi məhkəməsinin hakimi.

Tərtər işini araşdıran Təhməzov İlham Aslan oğlu

haqqında qanunsuz hökm çıxaran hakimlər.

  1. Əliyev Toğrul Məhəmməd oğlu – Yevlax rayon məhkəməsinin sabiq sədri.
  2. Şükürov İmanverdi Həşimxan oğlu – Şəki Apellyasiya məhkəməsinin hakimi.
  3. Eyvazov Akif Məhərləm oğlu – Şəki Apellyasiya məhkəməsinin hakimi.
  4. Hüseynov Elçin Şirin oğlu – Şəki Apellyasiya məhkəməsinin hakimi.
  5. Səmədov Xəqani Hacı oğlu- Şəki Apellyasiya məhkəməsinin hakimi.
  6. Rəfiyev Rövşən Rafiq oğlu- Şəki Apellyasiya məhkəməsinin hakimi.
  7. Mehdiyev Elçin Məhəmməd oğlu- Şəki Apellyasiya məhkəməsinin hakimi.
  8. Cəbrayılzadə Elza Vaqif qızı- Mingəçevir şəhər məhkəməsinin hakimi.

Tərtər işinin araşdırılmasında iştirak edən Qafarov Abid Abdin oğlu

haqqında qanunsuz hökm çıxaran hakim.

  1. Daşdəmirov Rauf Məhərrəməli oğlu – Yasamal rayon məhkəməsi.

Azərbaycan Respublikasının Ombudsmanı

  1. Əliyeva Səbinə Yaşar qızı
  1. Hər ilin 10 May günü “Tərtər qurbanlarının anım günü” – Matəm Günü kimi qeyd edilsin və Bakı şəhərinin mərkəzində, Tərtər şəhərində “Tərtər qurbanları”nın xatirəsinə abidələr ucaldılsın və bu hadisələr barədə orta məktəb dərsliklərində məlumatlar verilməsi təmin edilsin.
  2. Bu qərarın surəti BMT-yə, Avropa Parlamentinə, Avropa Şurasına, Beynəlxlaq Cinayət Məhkəməsinə və sair beynəlxalq təşkilatlara, Milli Məclisə, Prezident Aparatına, Konstitusiya Məhkəməsinə təqdim edilsin.
  3. Bu sənədin çap olunub əhali arasında yayılmasını təmin etmək vəzifəsi Parlament rəhbərliyinə həvalə edilsin.

14 iyun 2025-ci il.

Bakı-Brüssel.

Loading