Emrah Vatansever: “Sevinc Osman qızının İsgəndər Həmidova qarşı “jurnalistliyi”..”

29 January 2019
Dünen Serdar Alibeylinin bir videosunu izledim.. Onun söhbetinden aydın oldu ki, Amerikada oturan ve birilerinin diqtesi ile öz kanalından veriliş sunan Sevinc Osmanqızının verilişinde qonağı İsgender Hemidovla nese bir xoşagelmez insident yaşanıb.. Aradım, taradım, heç bir yerde hemin müsahibeni tapa bilmedim.. Hetta öz sayfamda yazdım ki, kimde o video varsa mene göndersin.. Axşama doğru hemin müsahibenin youtobda yüklendiyini gördüm. Gece gec saatlarda videonun tamamını izledim…Sebirsiz tanıdığımız İsgender beyin sebrine de heyran qaldım…
Sevinc Osmanqızı jurnalistikadan kenar bir şekilde sualları verirdi.. Sanki reqibi ile debata çıxmışdı. Heyasız heyasız gülümsemeleri, sualları ironik şekilde vermesi onun iç üzünü ortaya qoydu.. Sevinc Osmanqızının 27 il qabaq baş veren hadiseleri kin güden uşaqlar kimi abartaraq tekrarlaması ne qeder sinsi olduğunu ve bir o qeder de özgür olmadığını ortaya qoydu..Özünü prokuror kimi aparmaya çalışan Sevinc Osmanqızı direşib ki, siz niye herekat yaratmısız, kime reqibsiniz, filan sayda partiyalar hansılardır bu herekatın içinde, filankes, filankes müxalifetmi? Sanki bu qadın Müxalifet lideri imiş bizim xeberimiz yox. Sanki bunda özel ölçme cihazı varmış ki, kimin gerçek, kimin saxta Müxalifet olduğunu bilirmiş.
Görünür ki, 27 il qabaqkı küllükleri eşelemeyi seven Sevinc adlı provokator nedense 2,5 il qabaq öz çirkinliklerini unutmuş durumda.. Türkiyede 2,5 il qabaq darbe görüntüsü vererek baş veren bir işğal teşebbüsü zamanı 250 vetendaş şehid düşdü.. Yüzlerle yaralı oldu ve Türk xalqı yumruğu ile bu böyük oyunu pozdu ve qalib çıxdı.. Hemin hadise bizim 20 Yanvar hadisesi ile müqayise olunacaq bir hadise olsa da mene göre ondan da hem ağır bir facie, hem de şerefli bir direniş ve zafer günü idi.. 20 Yanvar faciesini yaşayan bir xalqın nümayendesi olaraq neler baş verdiğini anladığımız üçün hemin gece ve sonrakı günlerde biz de meydanlarda idik. Hem de Türkiye ve dünya medyasını ve siyasilerin tepkisini de izleyirdik.. Türkiyenin hemin ağır günlerinde Sevinc Osmanqızı adlanan bu jurnalist pozuntusu günlerle Türkiye aleyhinde verilişler apardı ve açıq aşkar Fetö terror örgütünü destekledi. Onun küyüne geden ve ona destek veren Azerbaycanın bezi jurnalist ve siyasilerini de unutmamışıq.. Men her gün Sevinc Osmanqızının videolarının altında onun yalanlarını ifşa eden yorumlar yazırdım. Çox teessüf hissi ile qeyd etmek isteyirem ki, hemin günlerde Isgender beyin de dostu olan Elisoy Eliyev de Sevinc Osmanqızını müdafie edir ve hetta Fetullah Güleni açıq aşkar terifleyirdi.. Sevinc ve İsgender bey arasındakı dünenki insidentle elaqedar sadece buna göre sevinirem..Yaxşı oldu bu hadise baş verdi ve bezi şeylere de aydınlıq geldi. Menim üçün maraqlıdır, göresen Elisoy bey indi hansı hissleri keçirir?? Dostluğumdan sildiyim üçün bilmirem, amma umarım indi böyük peşmançılıq hissleri keçirir.

Men defelerle yazmışam ki, zerre qeder milli hissleri olan bir siyasetçi bu qadının verilişine çıxmasın. Hetta Tural Abbaslını onun verilişinin qonağı olaraq görende şok keçirmişdim. Partiya funsionerlerine yazanda da “bize efire çıxmaq lazım” deye cavab almışdım ve çox da üzülmüşdüm.
Hörmetli beyler ve xanımlar, açıq bir şekilde yazıram, Amerika ve Avrupada guya sığınacaq alan tanınmış Azerbaycan siyasileri ve jurnalistlerinin bezileri onların istihparat oranlarının maşalarına dönmüşler, nece ki, Azerbaycanda bezi siyasi partiyalar da, onların liderleri de onlarla qol-qola, çiyin-çiyinedirler. Bunu anlamamaq çetin deyil. Çünki onlar yaxşı bilirler ki, kimlerde milli hiss var, kimlerde yoxdur ve kimleri rahat idare etmek olar.
En son onu yazmaq isteyirem ki, ne yaranıb, hansı herekat yaranıb meni ilgilendirmir, içinde de deyilem ve neyise deyişdirmeye tesir imkanlarım da yoxdur.. Amma bir şeyi burda yazmaq ve sualları yazıb Sevinc Osmanqızıya ötürenleri xeberdar etmek isteyirem ki, artıq yeter!!! Sizin etdiklerinizi gündeme getirmirikse, abrımıza salıb susuruqsa bu da edebimizden ve terbiyemizdendir.. Yeter artıq bu milletle mezelendiniz? Bu milletin ahı sizi tutub ve bele davam ederse daha da perişan olursunuz?
İster Sevinc olsun, ister bezi siyasiler olsun, sizlerle normal dille danışmağın vaxtı keçmişdir.. Sizinle bundan sonra anladığınız dille danışmaq lazımdır….

Tural Abbaslı, Ehed Memmedli, Isgender Hemidov, Panah Huseyn, Serdar Alibeyli, Arif Hacılı, Isa Gambar, Isa Sadikov, Qurban Məmmədov, Tamilla Qulami, Xatirə Muradlı, Cavid Hacibeyli, Aqil Semedbeyli Evez Zeynalli, Iqbal Agazade

 1,626 dəfə ümumi oxunub,  2 dəfəsi bu günə aiddir.