Əlaqə vasitələri

Mülki Məcəllənin 439.1-ci yarımmaddəsinə əsasən, “pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər ..

Əziz həmvətənlər!

Mülki Məcəllənin 439.1-ci yarımmaddəsinə əsasən, “pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər.”

Banklar əksər hallarda qanunun bu tələbini pozub, öhdəlyi manatla yox, dollarla ifadə ediblər. Bu isə qanuna ziddir.

Son vaxtlar mənə müraciət edən, dollarla kredir götürdüklərinə görə problemlər yaşayan vətəndaşlarımızla söhbətlərdən bir şey artıq mənə dəqiq məlumdur.

Kimlərsə manatın öləcəyini əvvəlcədən biliblər. Buna görə də, banklara müraciət edən vətəndaşlarımızın israrlı tələblərinə baxmayaraq, onlara manatla kredit verilməyib. Bəzən hətta girovsuz, zaminsiz, iri məbləğlərdə kreditlər verilib.

Bir çoxunu isə, “indi manat yoxdur, dollarla verək, sonra manat gələndə dəyişərik”–deyə, aldadıb kredit müqavilələrinə imza etdiriblər.
Sonrası isə məlumdur. Müxtəlif bəhanələrlə vədlərinə əməl etməyərək insanları dərdə salıblar.

Hətta, eşitdiyimə görə, Mərkəzi Bankın rəhbərliyi ikinci devalvasiyadan qabaq öz işçilərini hərəyə azı 10 000 dollar kredit götürməyə həvəsləndirib, faktik olaraq, məcbur edib.

www.gurbanmammadov.com

Digər bir problem!

Mülki Məcəllənin 741-ci maddəsinə (borc üzrə faizlər) əsasən, “əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.”

Baxın, borc üzrə ödənilməli faizlər ilin axırında ödənilməlidir. Bütün dünyada belədir.
Ancaq Azərbaycan bankları sözü bir yerə qoyub (zatən hamısı bir mərkəzə bağlıdır), vətəndaşları, kredit götürdükdən sonrakı aydan başlayaraq, faizləri ödəməyə məcbur edirlər. Hətta burada fəaliyyət göstərən xarici bankları da belə işləməyə məcbur edirlər ki, onları barmaqla göstərən olmasın.

Nəticədə, sizin ilk aydan ödədiyiniz məbləğin çoxu, dörddə üçü faizə, qalan az hissəsi əsas borca hesablanır. Bu qayda davam etdikcə, insanlar daha çox batmaq, borclanmaq, əbədi borcluya çevrilmək riski qarşısında qalırlar. Yəni banklara qul oluruq, ömür boyu işləyib onları yedirtməyə məhkum oluruq. Budur dəhşətli həqiqət.

www.calxanhuquq.com

Bütün millət bu bank fırıldağının qurbanına çevrilib.

Gəldiyim nəticə: Azərbaycan bankları xalqımıza qarşı çox ağır bir qəsd, xəyanət içində olublar. Əvvəlcədən manatın öləcəyini bilib milləti tələyə salıblar.
Kim? Kimlər bu alçaq hərəkəti ediblər? Kim buna göstəriş verib? Bu məkrli planın müəllifi kimdir? Əsrin bu fırıldağından nə qədər qazanıblar?

Mən Prezident İlham Əliyevi görəvə çağırıram!

Millətə qarşı bu xəyanəti edənlər, xalqı talayıb müflis edənlər, milləti acından ölməyə, banklara qul olmağa məhkum edənlər mütləq cavab verməlidirlər!

03.01.2016

Loading