Hörmətli prezident cənab İlham Əliyevin nəzərinə: Cənab Prezident, təcili göstəriş verin bütün vəzifəli şəxslərin, hakimlərin, prokurorların, polis rəislərinin, monopolistlərin, iş adamlarının, deputatların və bütün fondların rəhbərlərinin xaricə çıxışlarına qadağa qoyulsun. Həm də dərhal. Əks-təqdirdə ölkədən daha çox valyuta axını baş verəcək və bu da dövlətimizi defolt vəziyyətinə salacaq. Bəzi məlumatlara görə, çoxları aradan çıxaraq məsuliyyəti bölüşmək istəmirlər. Gəmini tərk etmək istəyən bu krısaların oğurladıqları pulları almadan buraxmaq təhlükəlidir.
23.12.2015