Əlaqə vasitələri

Bunların fikrincə, bank çökməməlidir, AZƏRBAYCAN XALQI çökməlidir.

“Elə ötən dəfə Konstitusiya Məhkəməsinın bankların xeyrinə qərar çıxarmasının da əsas səbəbi Mərkəzi Bankın “kreditlərin köhnə məzənnə ilə ödənilməsini ehtiva edən qərar qəbul edərsə, bu, Azərbaycanın maliyyə sisteminin çökməsinə səbəb ola bilər” deyə bəyanatla çıxış etməsi oldu.” –bir məqalədən oxudum bunu.

Bunların fikrincə, bank çökməməlidir, AZƏRBAYCAN XALQI çökməlidir.

Bax budur xalq tərəfindən seçilməyən, xalq iradəsini təmsil etməyən hakimiyyətin mövqeyi.

Xalq da bizimdir, bank da. Hər ikisini də xilas etmək bizlikdir.

Bununçün ən təcili edilməsi mümkün olan 3 addım:

1. Monopoliyanı götürün və yeni istehsal sahələri açan, xaricə mal və xidmət ixrac edən iş adamlarını, müəssisələri 5 il müddətinə bütün vergilərdən azad edin.

2. Gömrükdə “şapka” almağa son qoyun.

3. Dövlət idarələrində və xüsusilə də, məhkəmələrdə rüşvəti və süründürməçiliyi , 2011-ci ildə etdiyiniz kimi, müvəqqəti də olsa, dayandırın. Bu dəfə bir qədər uzun müddətə, məsələn, 5 illiyinə.

25.12.2015

Loading