Əlaqə vasitələri

Mən Nardaran camaatına müraciət edirəm.

Mən Nardaran camaatına müraciət edirəm.
Əziz nardaranlılar, bacı və qardaşlarım. Dərdinizin böyük olduğunu bilirəm, ölən polislərə və sıravi vətəndaşlarımıza ALLAH(c.c)dan rəhmət, sizlərə səbr diləyirəm. Sizin dərdiniz hamımızındır.
Kəndə daxil olan polis və hərbi qüvvələri gül-çiçəklə qarşılayın.
Qarşıdurmalara, provokasiyalara bəhanə verməyin.
Nəzərə alın ki, o polislər də sizin övladlarınızdır və öz vəzifələrini yerinə yetirirlər.

Evlərə baxış keçirəcəkləri, axtarış aparacaqları halda onlara yardım edin, onlarla əziz qonaqlarınız kimi davranın.
Siz haqlı olduğunuzu məhz bu yolla bütün dünyaya nümayiş etdirəcəksiniz.
Heç bir halda fiziki qarşıdurmaya getməyin və problemləri yalnız və yalnız dinc, qanuni yollarla həll etməyə qeyrət göstərin.
ALLAH(c.c) haqlı olanlarladır. “O” sizə bəs edər!

 

01.12.2015

Loading