Əlaqə vasitələri

Aslan bəy geciksə də, bizə dəstək verdiyinə görə təşəkkürlər!

“…əgər siyasi iradə olub, tapşırıq verilsə həm Daxili İşlər Nazirliyində, həm Milli Təhlükəsizlik Nazirliyində, həm prokurorluq sistemində kifayət qədər təcrübəli, savadlı şəxslər var ki, həmin cinayətləri dərhal açarlar”
— bunu tamamilə haqlı deyir dostumuz Aslan bəy! Ancaq bu siyasi iradə sahibi kimdir, o barədə susur.

“Bu günləri sanki həm çəmiyyət, həm mətbuat hamı bri-biri ilə bəhsə girib ki, kim daha çox Milli Təhlükəsizlik Nazirliyinin ünvanına təhqir yağdıracaq. Amma, bir dənə fikir yürüdən yoxdur ki, Milli Təhlükəsizlik Nazirliyi heç bir qanunsuz işi prokurorluğun, ya hakimlərin icazəsi olmadan edə bilməzdi.”
— bunu isə düz demir dostumuz Aslan İsmayılov. Görünür, özündən başqa heç kimi oxumur.
Həmin işlər barədə hökm çıxaran hakimlər, ittihamı müdafiə edən prokurorların məsuliyyəti haqqında başda MŞ KM-nin üzvü, AXCP sədri Əli Kərimli olmaqla mən və onlarla adam bu məsələni qaldırıb.
Aslan bəy geciksə də, bizə dəstək verdiyinə görə təşəkkürlər!

 

24.11.2015

Loading