Mən nə Bəşər Əsədi, nə Səddamı, nə Qəddafini, nə H.Mübarəki, nə Sisini, nə də onlar kimi hərəkət edən başqalarını müsəlman hesab edirəm.
Qurani Kərimdə buyurulur:
“İşlərinizi şurayla(məşvərətlə) həll edin”,
“özünüzdən olan( seçdiyiniz) əmirlərə(rəhbərlərə) tabe olun”.
Demir seçkini saxtalaşdırın, hakimiyyəti zəbt edin və dədə malı kimi bir-birinizə ötürün.
Belə “müsəlmanlar”ı da hakimiyyətə gətirən də, orada saxlayan da o xristian Avropa, Rusiya və Amerikadır.
Qəddafinin İtaliyada, ABŞ-da necə qarşılandığı, Misirdə hərbi dövlət çevrilişi edən Sisini ABŞ-ın necə müdafiə etdiyi yadınızdadırmı?
Bilə-bilə oğurluq mal almaq cinayətdir.
Bəs qanunsuz olaraq, seçki saxtakarlığı ilə, zorla, çevrilişlə prezident , kral olanları yüksək səviyyədə qəbul etmək və onlarla əməkdaşlıq etmək, onların əlilə müsəlmanların sərvətlərini talamaq necə, cinayət deyilmi?
05.11.2015