Niyə az qala bütün dünya bizə gülür,niyə az qala bütün dünya bizə qarşı ikili standartlar rəftarı ilə davranır ?ona görəki ; özümüz özümüzə gülmürük,özümüz öz dərdimizə ağlamırıq ,özümüz deyə bilmirik ki keç ,ay keçi ,ay allahın heyvanı bu ehsan deyil dağıtma.özümüz özümüzə deyə bilmirik ki,ay əbləh,talan eləmə, bu uralanmış yemiş qarpız bostanı deyil.özümüz özümüzə deyə bilmirik ki ,ay dəyyus əyalətdə reketçilik edib hər ay xırda sahibkarların üzərinə töycü yığanlarını göndərmə,ay dəyyus arvadına alt paltarını haram pulla alıb geyindirmə,ay binamus millətdən talan edib yığdığın sərvətləri götünə nakolka döydürən qızının və qulağına sırğa taxan gədənin zənci gədələrinin başlarına səpələməklərinə imkan vermə.özümüz özümüzə deyə bilmirik ki ay şərəfsiz döyüş zonalarında düşmənlə üzbəüz – ölümün ağzının içində yaşayıb yaradan ,sənin cındır gədələrinin əvəzinə sabah səngərdə vətən qoruyacaq oğullar böyüdən əhaliyə hörmətlə yanaş,onların qazını ,suyunu,işığını kəsmə,onlara qarşı reketlik edib minbir əziyyətlə becərdiyi məhsulu,saxladığı dana buzovu,qoyun quzunu dartıb əllərindən alaraq onları ac yalavac qoyma.özümüz özümüzə deyə bilmirik ki,ay çolaq Fərzəlinin nəvəsi elə,obaya yuxarıdan aşağı baxma,sənin baban çolaq Fərzəli gorbagor bu elin ,bu obanın sədəqəsi ilə yaşayıb ,ailəsini ,o gobagor atanı bu elin,bu obanın sədəqəsi ilə yedirib böyüdüb. özümüz özümüzə deyə bilmirik ki ay insanlığı ölüm həddinə çatdıran dəyyuslar,sosial bərabərsizliyi o həddə çatdırmısınız ki ,bu həddin nəticəsində maaddi və mənəvi imkansızlıq ucbatından hər il 12-15 min ailə dağılır ,körpə uşaqlar nənə ,baba ümidinə buraxılır,qız gəlinlər dubaya,türkiyəyə ,oğullar isə urusa üz tutur,başlı başın saxlasın yolunu tuturlar.özümüz özümüzə deyə bilmirik ki ,ay filankəslər harınlayıb gecələr barlarda və küçələrdə götü açıq ,sərxoş sülənən və sahibsiz it balası kimi sümsünən qızlarınızın ipini yığın.özümüz özümüzə deyə bilmirik ki ,ay filankəslər bütün sutkanı fahişəlik,əxlaqsızlıq,sahibsizlik,meşşanlıq,yayımlayıb insanların ailələrini viran qoyan televiziya kanalları barədə qəti və kəskin ölçü götürün.özümüz özümüzə deyə bilmirik ki ,ay Səfiqulu,Qurbanqulu,Novruzqulu,Allahqulu,Pirqulu,Məhəmmədqulu,Əliqulu,Vəliqulu,Şahqulu ,və sair Qulu ,ayə yığışın qayıdaq el obamıza,yurd yuvamıza.vətən yolunda şəhid olmuş kasıb əsgərimizin ( bəyəm varlı şəhiddə olurkii ? ) yas mərasimidə əyləşib Mollanın oxuduğu Yasini dinləməyə mane olan qonşudakı zurna qaval tədbirinə demirik ki,ay səni təşkil edənin balasıda bu şəhidin gününə düşsün zurna qaval zəngulənizi dayandırın heç olmasa bu şəhidin ruhuna oxunan quran surə və ayələrini dinləyə bilək.özümüz özümüzə demirik ki,ayə daha hövsələmiz tükənir gəlin yığışaq bu rəzalətə qarşı bir çarə düşünək. saymaqla ,sadalamaqla bitib tükənməyəcək özümüzün özümüzə deyə bilmədiklərimizi nə qədər ki demirik ,nə qədər ki deyə bilmirik günümüz get gedə bundanda betər olacaq.bütün bunları özümüzün özümüzə deyə bilməyimiz üçün özümüzə meydanlar ,tribunalar,mikrafonlar ərməğan edilməyəcək şərait yaradılmayacaqdır. lakin özümüzün özümüzə bunları yaslarda,toylarda,çayxanalrda avtobuslarda,metrolarda,dayanacaqlarda,,mal bazarlarında,ət bazarlarında ,meyvə tərəvəz bazarlarında,maşın bazarlarında sair bazarlarda və ən nəhayət QUL BAZARLARINDA söyləyib deməyə sözünüz nədir,bunu ki bizə qadağan etmək mümkün deyil.deyin,söyləyin,dayanıb boş bekar oturmayın ,ölkə prezidentinin hövsələsini tükəndirən beləlirənə qarşı heç olmasa özünüz öz aranızda söyləyin,özüdə uca səslə söyləyin.Prezidentimizin səsinə səs verin,bütün bunları Prezidentimiz söyləyir ,dəfələrlə deyir və xəbərdarlıq edir,bizlərsə susuruq.gəlin prezidentimizə dəstək olaq,” daha hövsələmiz tükənir,bəsdirin,rədd olun !!! istefa verin !!!,”” aksiyalarını elə özümüz özümüzə deyək.!!! Amerikadan,Avropadan, urusdan və sairdən heç kəs gəlib bizə bunları deyəsi deyil. bir halda ki Prezidentimiz deyir,dayanıb durmur,deməli bizdə dayanıb durmamalı və bütün bunları özümüz özümüzə deməli və ucadan söyləməliyik
Camal Əhmədov